00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   2   3   4   5   6   7   8   9   10   ...   61

 
26 
 
 
 
 
 
 
Ona görə də bir çox elmi kollektivlər və şirkətlər artıq on illərdir ki, simvollu 
və  məntiqi  verilənlərin  emalı  üçün  nəzərdə  tutulmuş  aparat  arxitektura-
larının işlənib-hazırlanması istiqamətində çalışırlar. Uğurlu həllər tapılsa da, 
baha başa gəlməsinə, proqram təminatının yetərincə olmamasına, ənənəvi 
kompüterlərlə uyuşmazlığına görə bu yeni arxitektura geniş istifadə edilmir. 
8.  Oyunlar və maşın yaradıcılığı (games and computational creativity). Süni 
intellektin  ilk  çağlarında  oyun  tipli  (şahmat,  dama,  qo)  intellektual  məsə-
lələrin həlli istiqamətində geniş tədqiqatlar aparılırdı. Kompüter tərəfindən 
musiqi, şeir, nağıl və hətta aforizm yaratmaq bu istiqamətə aid edilir. 
 
 
 
9. 
Maşın təlimi
 (machine learning). Bu istiqamət süni intellektin sürətlə inki-
şaf  edən  sahəsidir.  Verilənlərin  analizi  və  ümumiləşdirilməsi  əsasında 
biliklərin avtomatik toplanması və formalaşdırılmasına yönəlik model, me-
tod  və  alqoritmləri  əhatə  edir.  Son  zamanlar  bu  istiqamətə  sürətlə  inkişaf 
edən "verilənlərin intellektual analizi" (data mining) və "biliklərin aşkar-
lanması"  (knowledge discovery)  –  verilənlər  bazalarında  qanunauyğun-
luqların axtarılması sistemləri çox yaxınlaşır. 
Süni  sistemlərin  “intellektuallığını”  müəyyənləşdirmək  üçün  ingilis  riyaziy-
yatçısı Alan Türinq (Alan Turing) bir sınaq təklif  etmişdir. Türinq sınağı (Turing 
test) adlandırılan bu sınaq xəyali kompüterin “intellektinin” insanın intellektindən 
nə dərəcədə fərqləndiyini müəyyənləşdirir.  
Həm də imitasiya oyunu (imitation game) adlandırılan Türinq sınağı zamanı 
sınaqçı iki görünməz respondentə – insana və maşına – onlardan hansının insan, han-
sının  maşın  olduğunu  müəyyənləşdirməkdən  ötrü  bir  sıra 
suallar verir. İdeya ondan ibarətdir ki, maşınla əlaqədar olan 
kimsə  onun  cavablarını  insanın  cavablarından  fərqləndirə 
bilməsə, onda maşın intellektual hesab edilə bilər. 
Eksperimentin iştirakçıları bir neçə adam və sınaqdan ke-
çirilən “intellektual” sistemdir. Hər bir iştirakçı ayrıca otaq-
da  yerləşdirilir.  Onların  qarşısında  monitor  və  klaviatura 
olur.  Ekranda  o  biri  iştirakçıların  adları  göstərilir.  Onların 
hər biri bilir ki, bu adlardan biri kompüterə məxsusdur, an-
caq bunun hansı ad olmasını heç kəs bilmir. İştirakçılar kla-
viaturadan  istifadə  etməklə  bir-birinə  istənilən  sualı  verə 
bilər, sonra isə həmin sualın düzgünlüyünü və məntiqiliyini qiymətləndirə bilər: mə-
sələn, “Sizin fikrinizcə, sabah hava necə olacaq?” sualına həmsöhbətinizdən belə bir 
cavab eşitmək qəribə olardı: “Saniyədə 3 metr sürətlə qərb küləyi əsəcək, bəzi yer-
lərdə  qısamüddətli yağış yağacaq, tufan ehtimalı var, temperatur +10...+12ºC 
IBM  şirkəti  tərəfindən  işlənib-hazırlanmış  Deep  Blue  adlı  şahmat  superkompüteri 
1997-ci ildə 6 partiyadan ibarət oyunda şahmat üzrə dünya çempionu Harri Kasparova 
4:2 hesabı ilə qalib gəlib.
 
 
Bu maraqlıdır
  LAYİHƏ


 
27 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

olacaq”. İnsan, yəqin ki, belə bir cavab verərdi: “Məncə, yağış yağacaq və təxminən 
10º istilik olacaq”. 
 
 
 
Verilən cavablara görə hər bir iştirakçı-insan onun həmsöhbətlərindən hansının 
insan olmadığını sezməlidir. Əgər yetərincə uzun söhbət nəticəsində eksperimentdə 
iştirak  edən  heç  bir  insan  (yaxud  əksəriyyət)  “kompüterin”  hansı  ad  altında 
gizləndiyini  müəyyən  edə  bilmirsə,  demək,  bu  “kompüter”  insana  xas  intellektə 
malikdir. 
 
 
 
Kompüterləri  və  insanları  bir-birindən  ayırmaq  (fərq-
ləndirmək)  üçün  tam  avtomatlaşdırılmış  açıq  Türinq 
sınağının bir növü CAPTCHA ("kəpçə" kimi oxunur) 
adlanır. Bu haqda məlumat toplayın.  
•  CAPTCHA abreviaturasının açılışı nədir?  
•  Bu sınağın mahiyyəti nədən ibarətdir?  
•  Onun hansı variantları var? 
 
Özünüzü yoxlayın 
1. 
Süni intellektin hansı tədqiqat istiqamətləri var? 
2. 
Robotları hansı kateqoriyalara ayırırlar? 
3. 
"Robot" termini nə vaxt yaranıb? 
4. 
"Türinq sınağı" nədir? 
5. 
Maşın tərcüməsi proqramları hansı növ mətnləri daha yaxşı tərcümə edir? Sizcə, niyə? 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
Alan Türinq
(1912–1954)  
Riyaziyyat,  məntiq,  kriptoqrafiya  sahələrində  görkəmli  ingilis  alimi. 
İnformatikanın  inkişafında  çox  önəmli  xidmətləri  olub.  Onun  1936-cı  ildə 
təklif  etdiyi  və  "Türinq  maşını"  adını  almış  mücərrəd  hesablama  maşını 
ümumi  təyinatlı  kompüterin  modeli  hesab  edilir.  Türinq  maşını  "alqoritm" 
anlayışını formallaşdırmağa imkan verib və indi də bir çox nəzəri və praktik 
tədqiqatlarda istifadə olunur.   
  LAYİHƏ


 
28 
 
 
 
 
 
 
 
E
KSPERT SİSTEMLƏRİ
 
 
Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması 
məqsədilə  araşdırmalar  etmək,  məsləhətlər  vermək,  qərarlar, 
rəylər    hazırlamaq,  ekspertiza  aparmaq  üçün  həmin  sahə  üzrə 
təcrübəli  ixtisaslı  mütəxəssislər  –  ekspertlər  (experts)  dəvət 
olunur.  (Latın  dilində  "expertus"  sözü  "təcrübəli"  deməkdir.) 
Ekspertlər qoyulan problemi  həll  edərkən mühakimə  yürütmək 
qabiliyyətlərindən  istifadə  edərək  faktoqrafik  biliklərini  tətbiq 
edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə, həmin 
sahə  üzrə  xüsusi  biliklərə,  digər  tərəfdən  məntiqi  mühakimə 
yürütmək qabiliyyətinə malik olmalıdır.
 
 
 
Sizcə, daha çox 
hansı sahələrdə 
ekspertlərdən 
istifadə edilir? 
 
"Ekspertiza" nə 
deməkdir?
 
 
 
Cədvəlin boş xanalarında hansı faktlar, qaydalar və ya nəticə olmalıdır? 
№ 
Fakt (bilik) 
Qayda 
Nəticə 

Sokrat insandır. 
Bütün insanlar ölməyə 
məhkumdur. 
 

Leyla Sevincin qızıdır. 
Sevinc Nigarın qızıdır. 
 
Əgər A B-nin övladıdırsa 
və B C-nin övladıdırsa, 
onda A C-nin nəvəsidir. 
 

a ədədi 2-dən böyük 
sadə ədəddir. 
 
a ədədi 2-yə 
bölünmür. 

 
Mühakimənin inkarının 
inkarı onun özüdür. 
Ayı yırtıcı heyvandır. 
– İkinci mühakimədə hansı qayda çatışmır?  
– 4-cü sətirdəki qayda məntiq elmində necə adlanır?  
 
İntellektual informasiya sistemlərinin növlərindən biri də ekspert sistemləridir 
(expert systems). Bu növ proqramlar müəyyən faktlara və tətbiq olunduğu sahənin 
(maliyyə,  tibb  və  s.)  ekspertləri  tərəfindən  qoyulmuş  analitik  qaydalara  əsaslanır. 
Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən, tövsiyələr (məslə-
hətlər) verən və hətta qərarlar qəbul edən sistemlərdir. Yuxarıda qeyd edildiyi kimi
ekspert-insanlar problemləri həll edərkən həmin sahəyə aid faktoqrafik biliklərinə və 
mühakimə yürütmək qabiliyyətlərinə əsaslanırlar. Ekspert sistemlərində bu iki əsas 
F Ə A L İ Y Y Ə T  
1.5 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə