00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

 
29 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilir: biliklər 
bazası  və  məntiqi nəticəçıxarma mexanizmi.  Biliklər  bazası  (knowledge  base
verilmiş  mövzuya  aid  xüsusi  fakt  və  qaydaları  təqdim  edir.  Başqa  sözlə,  biliklər 
bazası müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. 
Məntiqi nəticəçıxarma mexanizmi (inference engine) isə ekspert sisteminə nəticə 
çıxarmağa  imkan  verən  mühakiməyürütmə  qabiliyyətini  gerçəkləşdirir.  Məntiqi 
nəticəçıxarma mexanizmi ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə 
saxlayır; sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil edilən 
informasiya onun (məntiqi nəticəçıxarma mexanizminin) köməyi ilə bu faktlar və 
qaydalarla tutuşdurulur.
 
Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi 
əlavə  vasitələri  də  özündə  birləşdirir.  Başqa  tətbiqi  proqramlarda  olduğu  kimi, 
istifadəçi  interfeysi  sorğuları  formalaşdırmağa,  informasiyanı  təqdim  etməyə  və 
sistemlə rahat yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərinin 
ən  maraqlı  komponentlərindən  biri  olan  açıqlama  modulunun  (explanation 
module) köməyi ilə sistem  çıxardığı nəticələri izah edir;  bu  modul sistemi  hazır-
layanlara onun işini yoxlamaq imkanı verir.  
İlk ekspert sistemləri 1960-cı illərdə meydana çıxıb; onlar kimya, geologiya, tibb, 
bank işi və investisiya, sığorta sistemi kimi sahələrdə tətbiq olunur.  
 
 
 
IBM şirkətində hazırlanmış IBM Watson superkompüteri (IBM şirkətinin ilk prezi-
denti olmuş Tomas Uotsonun şərəfinə adlandırılmışdır) süni intellektin sual-cavab sis-
temi  ilə  təchiz  edilmişdir.  Onun  başlıca  təyinatı  təbii  dildə  ifadə  olunmuş  sualları 
anlamaq və verilənlər bazasında onlara cavablar tapmaq olmuşdur.  
2011-ci  ilin  fevralında  Watson  superkompüteri  "Jeopardy!" televiziya  verilişində 
(Azərbaycanda "AzTV" telekanalında yayımlanan "61!", Rusiyanın "NTV" kanalında 
yayımlanan "Своя игра" oyunlarının analoqu) yarışmışdır.
 
Onun rəqibləri  bu  proqramda  ən böyük uduşun  sahibi  Bred  Ratter və uduzulmayan 
seriyanın rekordçusu Ken Cenninqs idi. Kompüter qalib olmuş və ona 1 milyon dollar, 
Cenninqs ilə Ratterə isə müvafiq olaraq 300 və 200 min dollar verilmişdir. 
 
Bu 
m
ar
aql
ıdır
  LAYİHƏ


 
30 
 
 
 
 
 
 
Ekspert  sistemlərinin,  eləcə  də  başqa 
intellektual sistemlərin həll etdiyi məsələlərdə 
bəzən dəqiq olmayan bilik və faktlardan isti-
fadə olunur. Belə bilik və faktların tam doğru 
və ya tam yalan (1 və ya 0) olduğunu demək 
mümkün deyil; məsələn, elə bilik var ki, onun 
doğruluq dərəcəsinin 0.7 olduğunu söyləmək 
olar. Bu problemin həlli üçün ekspert sistem-
lərində  və  süni  intellektin  başqa  proqram 
sistemlərində  bulanıq  məntiqdən  (fuzzy 
logic) istifadə olunur. Bu məntiqdə  dəyişən-
lər 0 (yalan) və 1 (doğru) aralığındakı istəni-
lən qiymət ala bilər. Bulanıq məntiqdə əmə-
liyyatın nəticəsi müəyyənlik termini ilə deyil, 
ehtimal  terminləri  ilə  ifadə  olunur;  məsələn, 
nəticə  “doğru”  və  “yalan”  qiymətləri  ilə  ya-
naşı,  “yəqin,  doğru”,  “ola  bilsin,  doğru”, 
“yəqin,  yalan”,  “ola  bilsin,  yalan”  kimi  qiy-
mətlər də ala bilər. 
Süni intellekt məsələlərinin həlli, eləcə də 
ekspert  sistemlərinin  yaradılmasında  istifadə 
məqsədilə  bir  neçə  xüsusi  proqramlaşdırma 
dili  işlənib-hazırlanmışdır.  Bu  dillərdən 
Prolog və LISP daha geniş istifadə olunur.
  
Məntiqi proqramlaşdırma dili olan Prolog 
(“Programming  in  Logic”  sözlərinin  qısalt-
ması)  1972-ci  ildə  meydana  çıxmışdır. 
Bildiyiniz  kimi,  adi  proqramlaşdırmada  kompüter  qoyulmuş  məsələni  həll  etmək 
üçün  proqramda  təsvir  olunmuş  addımları  ardıcıl  şəkildə  yerinə  yetirir.  Məntiqi 
proqramlaşdırmada isə proqram problem haqqında faktları və nəticə çıxarmaq üçün 
gərəkli  ola  biləcək  başqa  faktlardan  necə  istifadə  etmək  haqqında  qaydaları 
kompüterə  verir.  Bundan  sonra  kompüter  məsələni  avtomatik  həll  etmək  üçün 
müəyyən  prosedur  tətbiq  edir;  məsələn,  “Türkan  kəndi  Azərbaycandadırmı?” 
sualına cavab vermək üçün Prolog “Türkan kəndi Abşerondadır” faktını və “əgər X 
Abşerondadırsa, onda X Azərbaycandadır” qaydasını əlaqələndirə bilər. Bu fakt və 
qayda Prolog dilində aşağıdakı kimi yazılır: 
located_in
(
türkan
,
 abşeron
)
.
 
located_in
(
X
,
 azərbaycan

:- 
located_in
(
X
,
 abşeron
)
.
 
 

Ekspert sistemləri 

Biliklər bazası  

Məntiqi nəticəçıxarma mexanizmi  

Açıqlama modulu 

Bulanıq məntiq 

LISP 

Prolog 

AR

zl
ə
r
 
Lütfi Zadə 
(1921–2017) 
Riyaziyyatçı və məntiqçi, bula-
nıq çoxluqlar və bulanıq mən-
tiqin banisi. Lütfəli Rəhim oğlu 
Ələsgərzadə Bakıda anadan ol-
muş,  ailəsi  1931-ci  ildə  İrana, 
1944-cü ildə isə oradan ABŞ-a 
köçmüşdür.
 
1965-ci  ildə  çap  etdirdiyi  məqalə  ilə 
bulanıq çoxluqlar nəzəriyyəsinin əsa-
sını qoymuşdur. 1973-cü ildə bulanıq 
məntiq  (fuzzy  logic)  nəzəriyyəsini, 
sonra  isə  yumşaq  hesablamalar  (soft 
computing)  nəzəriyyəsini  təklif  et-
mişdir. 
2017-ci  il  sentyabrın  6-da  ABŞ-da 
dünyasını  dəyişən  görkəmli  alim  və-
siyyətinə  əsasən  Bakıda  dəfn  edil-
mişdir. 
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə