00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə9/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

 
31 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

Sual (məntiqi proqramlaşdırmada: sorğu)  
 
?- located_in
(
türkan
,
 azərbaycan
).
 
kimi verilir və cavab “yes” (“hə”)  olur. 
Prolog  dilinin  ən  vacib  özəlliklərindən  biri  də  onun  geridönmələrlə izləmə 
(backtracking),  başqa  sözlə,  geri  qayıdaraq  alternativ  həlli  tapmağa  cəhd  etmək 
imkanına  malik  olmasıdır.  Həllin  axtarışını  düzgün  olmayan  (yəni  ona  aparıb 
çıxarmayan) yolla apardıqda geridönmələrə zərurət yaranır. 
LISP  (List  Processing)  proqramlaşdırma  dili  1959–60-cı  illərdə  Massaçusets 
Texnologiya İnstitutunda (MIT) Con Makkarti (John McCarthy) tərəfindən işlənib 
hazırlanmışdır.  İndi  də  araşdırmalarda  və  akademik  dairələrdə  bu  dildən  aktiv 
istifadə olunur. LISP uzun müddət süni intellekt sahəsində standart proqramlaşdırma 
dili hesab olunub, ancaq sonra əsas rəqibi – Prolog meydana çıxıb. Fərdi kompüterlər 
üçün bir sıra dialektləri vardır: MuLISP, INTERLISP, Common Lisp, MacLisp.
 
 
 
CLIPS  (CLanguage  Integrated  Production  System) ekspert  sistemlərinin  işlənib-hazır-
lanması üçün proqram mühitidir. Bu sistem haqqında İnternetdən məlumat toplayın. Bu 
sistem  hansı  proqramlaşdırma  dilində  yazılıb?  Məntiqi  nəticəçıxarma  mexanizmi  necə 
işləyir?
 
 
Özünüzü yoxlayın 
1. 
Ekspert sistemlərinin iki əsas komponenti  nədir? 
2. 
Ekspert sistemlərində bilik və faktlar harada saxlanılır? 
3. 
Məntiqi nəticəçıxarma mexanizmi hansı funksiyanı yerinə yetirir? 
4. 
Ekspert sisteminin çıxardığı nəticənin əsaslı olub-olmadığına necə inanmaq olar?  
5. 
Xüsusi olaraq süni intellekt sistemləri üçün nəzərdə tutulmuş hansı proqramlaşdırma 
dilləri var? 
 
 
 
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


 
32 
 
 
 
 
 
 
 
A
XTARIŞ SİSTEMLƏRİ
 
 
İnternetdə istənilən mövzuda informasiya 
tapmaq  mümkündür.  Lakin  informasiya 
həddindən  artıq  çox  olduğundan  lazımi 
materialları  oradan  tapmaq  bəzən  çox 
çətin  olur.  Bununla  belə,  yaşadığımız 
dövrdə  informasiya  gündən-günə  daha 
sürətlə artdığından hər hansı mövzu üzrə 
səmərəli axtarış aparmaq çətin məsələyə 
çevrilir.  Ona  görə  də  İnternetdə  uğurlu 
axtarış aparmaq üçün əlverişli vasitələrin 
olması  çox  vacibdir.  Belə  bir  vasitə 
axtarış sistemləridir
 
 
İnternetdə axtarış aparmaq üçün hansı 
axtarış sistemindən istifadə edirsiniz?
 
 
Sizcə, axtarış sistemi dünyanın müxtəlif 
nöqtələrindəki serverlərdə yerləşdirilmiş
 
saytları sürətlə necə tapır?
 
 
 
Aşağıdakı mövzular üzrə məlumat axtarmaq üçün istədiyiniz axtarış sistemindən istifadə 
edin: 
  sevimli muğənniniz, yaxud musiqi qrupu
  Azərbaycan tarixi haqqında müəyyən faktlar
  yay tətilini keçirmək üçün Türkiyənin ən yaxşı istirahət yerləri. 
– Hansı axtarış sistemindən istifadə etdiniz və nə üçün bu axtarış sistemini seçdiniz? 
– Axtarış nəticəsində neçə sayt tapıldı? Axtarış sahəsini necə "daralda" bilərsiniz? 
 
Axtarış  sistemi  (search  engine)  müəyyən  bir  proqramdır.  İnternetdə  yüzlərlə 
axtarış sistemləri vardır. Bu axtarış sistemlərinin içində kiçik fərqlər olsa da, onların 
əksəriyyətini  ümumi  xüsusiyyətlər  birləşdirir;  məsələn,  bu  sistemlərin  hamısı 
axtarışı açar sözlərə (keywords) görə həyata keçirir.  
Bəs axtarış sistemi necə işləyir? Hər bir axtarış sistemi üç əsas hissədən ibarətdir: 
1.  Axtarış  sisteminin  proqramı  onun  əsas  hissəsidir.  Bu  proqram  verilənlər 
bazasında saxlanılan milyonlarla yazının arasında axtarış aparır. 
2.  İkinci  hissə  hörumçək  (spider),  yaxud  soxulcandır  (crawler).  Hörumçək 
açar  sözlərə  görə  İnternetdə  axtarış  aparır  və  tapdığı  səhifələri  axtarış 
sisteminə  verir.  Onun  "hörümçək",  yaxud  "soxulcan"  adlandırılmasına 
səbəb  Veb-də  aramsız  “sürünməsi”,  veb-saytları  yoxlaması  və  istinadları 
tapması ilə bağlıdır. Yeni dəyişiklikləri nəzərə almaq üçün hörümçək, yaxud 
soxulcan tez-tez əvvəllər baxmış olduğu veb-saytlara yenidən “girə” bilər. 
3.  Axtarış  sisteminin  üçüncü  hissəsi  indeksləyicidir.  Hörümçək  veb-səhifəni 
tapan  kimi  onu  indeksləyiciyə  təqdim  edir.  Veb-səhifə  indeksləndikdən 
sonra  o  bu  axtarış  sisteminin  hər  bir  istifadəsi  zamanı  “göz  qabağında” 
olacaq. 
F Ə A L İ Y Y Ə T  
1.6 
  LAYİHƏ


 
33 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

Bəzən  siz  minlərlə  uyğun,  yəni  ver-
diyiniz  sorğu  ilə  üst-üstə  düşən  cavablar 
ala bilərsiniz. Əlbəttə, belə böyük siyahıda 
faydalı  informasiyanı  tapmaq  çox  çətin 
olardı.  Ona  görə  də  bəzi  axtarış  sistem-
lərində relevantlıqdan, yəni tapılan infor-
masiyanın  axtarış  meyarına  uyğunluq 
dərəcəsindən  istifadə  olunur.  Relevantlıq 
dərəcəsi, adətən, faizlə ifadə olunur: belə 
ki,  100%  tam  üst-üstə  düşməyə  uyğun 
olur. Axtarış sistemlərinin əksəriyyəti tapılan cavabları relevantlıq dərəcəsinə uyğun 
olaraq düzür, ona görə də siyahının əvvəlindəki cavablar daha dəqiq olur. Cavablar 
siyahısında aşağı düşdükcə cavabın sorğuya uyğunluq dərəcəsi azalır, belə ki, həmin 
saytlarda axtarılan açar sözlərin hamısı olmur. Bu yerdə sizin bir neçə seçiminiz ola 
bilər: 
  İstənilən istinadı çıqqıldadıb saytdakı informasiyaya baxa bilərsiniz. 
  Açar sözləri dəyişib başqa cür təyin edə bilərsiniz. 
  Başqa axtarış sistemindən istifadə edə bilərsiniz.  
 
Diqqət! 
Elə  bir  veb-alət  yoxdur  ki,  bütün  Veb-i  indeksləsin,  yaxud  nizamlasın.  Hər  bir 
axtarış sisteminin öz verilənlər bazası var və o, axtarışı həmin baza əsasında aparır. 
Bu verilənlər bazası bütövlükdə Veb-in özü deyil, axtarış nəticəsində formalaşmış 
bazadır. 
 
 
 
 
Axtarış sistemindən istifadə 
 
1.  Brauzer proqramını başladın və www.google.com ünvanına keçin. 
2.  Axtarış sahəsinə çiçək balı açar sözlərini daxil edin və Google-da axtar düy-
məsini çıqqıldadın, yaxud  klavişini basın.  
Açılan səhifədə axtarış sisteminin tapdığı saytların siyahısı görünəcək; onların 
sayı minlərlə, hətta yüz minlərlə ola bilər, ancaq axtarışın nəticələrinin birinci 
səhifəsində yalnız təxminən 10 hiperistinadın siyahısı olacaq.  
3.  Səhifəni gözdən keçirin. Əgər çiçək balı haqqında ətraflı məlumat almaq istəyir-
sinizsə, istinadlardan birini çıqqıldadın. 
4.  Brauzerin naviqasiya alətlərindən istifadə edərək axtarış səhifəsinə qayıdın. 
5.  Brauzeri qapadın. 
A D D I M   1  
A D D I M –  
İnternetdə  ilk  axtarış  sistemi  Archie  hesab 
olunur. İlk versiyası 1990-cı ildə Kanadanın ən 
qədim  və  nüfuzlu  ali  təhsil  müəssisəsi  olan 
Mak-Gill  Universitetində  (McGill  Universi-
ty) istifadəyə verilib. 
Tari
x

Axtarış sistemi 

Açar söz 

Açar sözlərə görə axtarış 

Hörümçək (soxulcan) 

İndeksləyici 

Fraza üzrə axtarış 

Riyazi əməllər vasitəsilə axtarış 

Məntiqi əməllər vasitəsilə axtarış 

AR
 

zl
ə
r
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə