01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   2   3   4   5   6   7   8   9   ...   26


6

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com



«MÜSTƏQİLLİK - BİZİM ƏN 

BÖYÜK NAİLİYYƏTİMİZDİR»

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

A

zərbaycan tarixdə ilk dəfədir öz dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd edir. Azərbaycanın 



müstəqillik təcrübəsi artıq XX əsrin  əvvəlində vardı. Həmin vaxt Rusiya imperiyasının parçalanması 

nəticəsində Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Demokratik Respublikası yarandı. Ancaq respub-

lika 23 ay mövcud oldu. İttifaqın dağılmasından sonra 1991-ci ilin 30 avqustunda Azərbaycan Ali Sovetinin 

növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqda Bəyannamə  qəbul olundu.  Həmin 

andan başlayaraq Azərbaycan yenidən dövlət müstəqilliyini qazandı, 18 oktyabr isə Milli müstəqillik Günü oldu. 

Müasir Azərbaycanın müstəqilliyinin 20 ili ərzində ölkə bölgənin liderinə çevrildi - Cənubi Qafqaz bölgəsindəki ümumi 

məhsulun 75%-dən çoxu bu gün Azərbaycanın payına düşür. 

Müstəqilliyin bərpasından sonrakı 

iqtisadi inkişafın 29 ilini şərti olaraq üç 

mərhələyə ayırmaq olar: 1991-1994-cü 

illər - ölkəni iqtisadi böhrana aparan 

enmə dövrü, 1994-2003-cü illər - 

stabillik dövrü, neft-qaz müqavilələrinin 

imzalanması, xarici sərmayələrin cəlb 

olunması, onun ardınca davamlı inkişaf 

və 2003-cü ildən başlayaraq indiyədək 

davam edən  qeyri-neft sektoru da daxil 

olmaqla dinamik və çoxşaxəli inkişaf 

dövrü.

Müstəqillik illərində suveren 



Azərbaycanın iqtisadiyyatına 1000 

mlrd. dollardan çox sərmayə  cəlb 

edilmişdir (Azərbaycan Dövlət 

Statistika Komitəsinin məlumatına 

görə, 1993-2010-cu illərdə Azərbaycan 

iqtisadiyyatına yatırımlar 83,4 mlrd. 

manat olmuşdur). Həmin vəsaitlərin 

yarıya qədəri ($54,4 mlrd.) xarici 

sərmayələrdir ki, onun da böyük hissəsi 

($33,1 mlrd.) Azərbaycanın energetika 

sektorunun payına düşür.

1991-1994-cü illəri əhatə edən birinci 

mərhələdə Azərbaycanın ÜDM-i hər 

il orta hesabla 13-20%, adambaşına 

ÜDM isə 72% azalıb.  Əhalinin gəlirləri 

həmin illərdə 13,6 dəfə, adambaşına 

gəlir isə 1,4 dəfə  aşağı düşüb.  İqtisadi 

İnkişaf Nazirliyinin və Azərbaycan Dövlət 

Statistika Komitəsinin məlumatlarına 

əsasən, həmin dövrdə ölkədə maaşlar 

8,2 dəfə enmiş, hiperinflyasiya isə 

dördrəqəmli ölçüyə yüksələrək 1700% 

olmuşdur.

Tarixin həmin mürəkkəb dövründə 

təcrübəli və müdrik siyasətçinin - 

ümummilli lider Heydər  Əliyevin siyasi 

hakimiyyətə qayıdışı Azərbaycanı xilas 

etdi.


Dünyanın siyasi səhnəsində böyük 

nüfuz və  şöhrətə malik olan H.Əliyev 

ilk növbədə  vətəndaş müharibəsini 

dayandırır, Azərbaycanın iqtisadi 

inkişafınının özülünü qoyur. Azərbaycan 

torpaqlarının 20%-dən çoxunu işğal 

etmiş erməni işğalçıları ilə atəşkəs 

müqaviləsi bağlanır, qanlı müharibə 

dayandırılır, Azərbaycan MDB-yə 

daxil olur. Bir çox mühüm siyasi və 

iqtisadi islahatlara başlanılır. Həmin 

vaxtlar ölkənin maliyyə imkanları çox 

2

years


AZERBAIJAN`S REGAINING INDEPENDENCE 

0

10000



20000

30000


40000

50000


6

AKSENT 





7

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com




8

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

AKSENT 



məhdud, neft sənayesi isə çökmək 



üzrə idi. Baxmayaraq ki, Azərbaycan 

dünyada nefti sənaye üsulu ilə hasil 

edən ilk dövlət olmuşdur,  İkinci Dünya 

Müharibəsi illərində Sovet Ordusunun 

yanacağa olan tələbatının 70%-ni məhz 

Azərbaycan  ödəyirdi.

Yalnız dövlətçiliyi müdafiə etmək 

yox, həm   də ölkənin özünü qurmaq 

üçün böyük səy göstərmək lazım idi. 

Azərbaycan Respublikası Prezidenti 

İlham  Əliyev bu haqda belə demişdir: 

«Strateji seçim onda idi ki, Azərbaycanda 

demokratik dövlət qurulmalı, demokratik 

institutlar gücləndirilməli, sağlam siyasi və 

iqtisadi situasiya yaradılmalı idi. Həmçinin 

ölkə iqtisadiyyatının liberallaşması 

istiqamətində  səylər göstərilməliydi ki, 

Azərbaycana  əcnəbi sərmayələr cəlb 

etmək mümkün olsun».

1994-cü  ilin 20 sentyabrında 

xalqımızın ümummilli lideri Heydər 

Əliyevin rəhbərliyi altında Azərbaycanla 

dünyanın 7 ölkəsindən olan 12 

konsorsium arasında  əsrin müqaviləsi 

(«Azəri-Çıraq-Günəşli» (AÇG) yataq-

larının kəşfiyyatı, işlənməsi və hasilatın 

pay bölgüsünə dair müqavilə) imzalandı. 

Həmin andan etibarən yeni neft-qaz və 

nəqliyyat layihələrinin reallaşdırılmasına 

başlandı ki, bu da hal-hazırda dünya 

enerji təhlükəsizliyinin vacib bir hissəsidir. 

1994-cü ildən başlayaraq Azərbaycanın 

neft-qaz sektoruna xarici sərmayələr 

40 mlrd. dolları ötmüşdür. Dünyanın 

20 ölkəsinin 50 neft kompaniyası ilə 

bağlanmış PSA tipli müqavilələrin 

(məhsulun pay bölgüsü haqda müqavilə) 

sayı isə 33-ə çatıb. Həm karbohidrogen 

ehtiyatlarının həcminə, həm də sərmayə 

qoyuluşlarının ölçüsünə görə  Əsrin 

Müqaviləsi dünyanın ən iri müqavilələri 

sırasında durur.

Azərbaycan Prezidenti cənab  İlham 

Əliyev çıxışlarının birində deyir ki, 

Əsrin Müqaviləsinin imzalanması 

Azərbaycanın yeni neft strategiyasının 

reallaşmasının başlanğıcını qoydu. 

Hazırda uğurla davam etdirilən neft 

siyasətimiz Azərbaycanın enerji 

təhlükəsizliyini təmin edib, ölkəni dünya 

ictimaiyyətinə çox etibarlı ölkə  və 

tərəfdaş kimi təqdim edib. Eyni zamanda 

bu gün bizim ölkəmiz və bizim neft-qaz 

sahəsindəki imkanlarımız sözün geniş 

mənasında qitənin enerji təhlükəsizliyi 

üçün  əvəzedilməz funksiyaları yerinə 

yetirir.

Beləliklə, Azərbaycan milyardlarla 

ölçülən sərmayələr cəlb etməyi 

bacarmaqla, bu günkü inkişafın təməlini 

qoydu.

Azərbaycanın dünyanın aparıcı neft 



şirkətləri ilə əməkdaşlığı onun müstəqillik 

dövrünün  ən mühüm səhifələrindəndir. 

Azərbaycan bu şirkətlərin təcrübə, bilik 

və texnologiyalarını  tətbiq etməklə öz 

iqtisadiyyatını gücləndirdi. O vaxtdan 

bu günədək bütün sahələrdə  tərəqqi 

müşahidə olunur.

Üç il ərzində Azərbaycan öz enerji 

daşıyıcılarının çevik çoxvektorlu ixracat 

sistemini qurmağa nail oldu, ilkin 

neftin  şimala (Bakı-Novorossiysk) və 

qərbə (Bakı-Supsa) ixracı üçün 2 neft 

kəməri istismara verildi. Əsas ixrac neft 

kəməri olan Bakı-Tbilisi-Ceyhanın və 

onun ardınca Cənubi Qaz Dəhlizinin 

- Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 

istifadəyə verilməsi üçün siyasi əsasların 

təməli qoyuldu. Azərbaycan nefti Qara 

dənizə və Aralıq dənizi sahillərinə çıxış 

qazanmaqla Avropanın və dünyanın 

bütün ölkələrinə daxil olmağa başladı, 

Azərbaycan qazı bölgə bazarına nəql 

olundu.

1995-2003-cü illərdə ölkədə ÜDM 



orta hesabla ildə 9% artdı. Adambaşına 

düşən ÜDM 3 dəfə, orta aylıq əməkhaqqı 

isə 5,3 dəfə çoxaldı. Xarici sərmayələr 

10 dəfə, daxili sərmayələr isə 5 dəfə 

artdı. Dövlət büdcəsinin gəlirləri 3 dəfə 

çoxaldı. Dövlət büdcəsinin kəsirləri 

ixtisar olunaraq minimuma endirildi. 

Əgər istehlak qiymətlərinin indeksi 

1994-cü ildə 512% təşkil edirdisə, 2003-

cü ildə bu rəqəm 2,2%-ə düşdü. ÜDM-

də fərdi sektorun payı 73%-ə çatdırıldı.

2004-2011-ci illərdəki dövrdə 

respublika ÜDM-i hər il orta hesabla 

14%, o cümlədən qeyri-neft sahəsində 

orta hesabla 9% artdı. Neft sektorundan 

asılılığın azaldılmasına yönəlmiş 

strategiya nəticəsində son illər qeyri-

neft ÜDM-in artım templərinin neft 

sahəsindəkini üstələdiyi müşahidə 

olunur. Bu meyllərin saxlanması strateji 

məqsəd sayılır. 2004-2011-ci illərdə 

adambaşına ÜDM 5 dəfə artmış, ÜDM-

də  fərdi sektorun payı isə 81,7%-ə 

çatmışdır.

Ölkənin dinamik inkişafının bir 

göstəricisi də müasir inkişaf dövründə 

Azərbaycanın xarici borcunun ÜDM-ə 

nisbətinin 2003-cü ildəki 18%-dən bu 

günkü 7%-ə qədər azalmasıdır.

Beynəlxalq Valyuta Fondu (BVF) 

Azərbaycanın xarici borcunun 

2012-ci ildə ÜDM-in 7,4%-nə  qədər 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə