01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   2   3   4   5   6   7   8   9   ...   26

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

“AZƏRBAYCAN DÜNYANIN İNKİŞAF 

ETMİŞ ÖLKƏLƏRİNDƏN BİRİNƏ 

ÇEVRİLMƏYİ QARŞISINA MƏQSƏD 

QOYUB” – 

ƏLİ HƏSƏNOV



Caspian Energu (CE): Cənab 

Həsənov, 20 il gənc bir dövlətin 

baxış bucağında böyük zaman 

olsa da, tarixi nöqteyi-nəzərdən o 

qədər də çox deyil. Siz dövlətçilik 

quruculuğundakı Azərbaycanın 

müvəffəqiyyətlərini necə 

dəyərləndirirsiniz?

Azərbaycan Prezident Admi-

nistrasiyasının ictimai-siyasi 

məsələlər  şöbəsinin müdiri Əli 

Həsənov: 

Dövlət suverenliyinin 

qorunub-saxlanması, onun hüquqi 

əsasının, idarəçilik mexanizmlərinin 

yaradılması, dövlətçiliyin hərtərəfl i 

möhkəmləndirilməsi və artıq forma-

laşmış, beynəlxalq münasibətlərin 

subyekti statusu qazanmış  vəziyyətə 

çatdırılması müstəqillik illərində 

Azərbaycan Respublikasının uğurları-

nın əsasında duran əsas amillərdir. Bu 

məqsədlərə çatmamış irəliləmək, in-

kişaf etmək  mümkün deyil. Şübhəsiz 

ki, dünya tarixi nöqteyi-nəzərindən 

20 il o qədər də böyük zaman deyil. 

Lakin  əgər hər hansı xalq bu zaman 

kəsiyində milli dövlətini yaratmağa, 

müstəqil dövlət quruculuğu sahəsində 

öz iradəsini reallaşdırmağa, daxili və 

xarici siyasətini müəyyənləşdirməyə 

nail olursa, zənnimcə, bu, olduq-

ca mühüm əhəmiyyət kəsb edən bir 

mərhələdir. Son 200 ildə Azərbaycan 

yalnız ötən 20 il ərzində müstəqil 

dövlətini qurmağa nail olub. Bildi-

yiniz kimi, ötən  əsrin  əvvəllərində 

yaranmış Azərbaycan Demokratik 

Respublikası yalnız 23 ay yaşayıb 

və bu vaxt ərzində dövlət quruculuğu 

istiqamətində işlər görülüb. Lakin bəlli 

tarixi hadisələr səbəbindən bu cəhdlər 

müvəffəqiyyətlə nəticələnməyib.

1993-2003-cü illərdə ümummilli lider 

Heydər Əliyevin müəllifi  olduğu milli in-

kişaf strategiyasının əsas prinsiplərinin 

müntəzəm olaraq həyata keçirilməsi, 

milli dövlət quruculuğu siyasətinin 

uğurla reallaşdırılması müstəqil 

Azərbaycanın bir dövlət olaraq forma-

laşmasında müstəsna əhəmiyyət kəsb 

etmişdir. Biz strateji inkişafın  əsas 

prinsiplərindən söhbət açarkən dövlətin 

inkişafı yolunda zəruri resursların 

müəyyənləşdirilməsini və ölkənin inki-

şafı üçün onların səfərbər edilməsini 

nəzərdə tuturuq. Bildiyiniz kimi, 

Azərbaycan dövlətinin inkişafının əsas 

ehtiyatları xalqın potensialı  və iradəsi, 

eyni zamanda, təbii enerji ehtiyatları-

dır. Heydər  Əliyev bütün bu ehtiyatları 

səfərbər edərək Azərbaycan dövlətinin 

inkişafı istiqamətinə yönəltməyə 

müvəffəq oldu.

Digər məsələ region və dün-

ya ölkələri ilə münasibətlərin in-

kişafı strategiyasının, həmçinin 

Azərbaycan Respublikasının qeost-

rateji kodunun müəyyənləşdirilməsi 

və buna uyğun olaraq, ölkənin daxi-

li və xarici siyasətinin qurulmasıdır. 

1993-cü ildən başlayaraq, Heydər 

Əliyev Azərbaycanın beynəlxalq 

münasibətlər sistemində etibarlı 

tərəfdaşa çevrilməsi, ölkəmizin mad-

di, mənəvi və intellektual dəyərlərinin 

dünya ictimaiyyətinə çatdırılması, 

milli tələbatların ödənilməsi, mil-

li təhlükəsizlik və inkişafın  əsas 

aspektlərini nəzərə almaqla həm re-

gionda, həm də dünyada Azərbaycan 

dövlətinin milli maraqlarının təmin 

olunması istiqamətində ardıcıl və 

məqsədyönlü siyasət həyata keçirildi.

İstənilən dövlətin yaşaması üçün 

milli inkişaf siyasətinin reallaşdırılması 

və milli təhlükəsizlik mexanizmlərinin 

işləməsi zəruridir. Azərbaycan Res-

publikası 20 il ərzində buna da 

müvəffəq olub.

12

EKSKLÜZİV 






13

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

EKSKLÜZİV 

Azərbaycan Respublikasının Pre-



zidenti  İlham  Əliyevin bugünkü 

siyasəti suverenliyin dönməzliyinə və 

əbədiləşdirilməsinə, ölkənin milli in-

kişafına xidmət edən həmin sağlam 

özül üzərində qurulub.

 

CE: Müasir çoxqütblü dünyada 



Azərbaycanın bugünkü mövqeyini 

necə dəyərləndirirsiniz?

Əli Həsənov: 

Məlum olduğu kimi, 

müasir dünyada hər bir dövlətin öz 

inkişaf yolu, prinsipləri mövcuddur. 

Azərbaycan müstəqilliyini  əldə edən 

andan inkişafın  əsas istiqaməti kimi 

demokratik inkişaf və bazar iqtisadiy-

yatı prinsiplərini seçib. Bu prinsiplər 

öz  əksini 1995-ci ildə  qəbul olun-

muş Konstitusiyada əksini tapıb. 

Azərbaycan avrointeqrasiya yolunu 

seçərək 2001-ci ildə Avropa Şurası-

nın üzv olub, sonrakı illərdə Avropa 

İttifaqı ilə yaxın  əməkdaşlıq  əlaqələri 

qurub, Aİ-nin “Şərq tərəfdaşlığı” proq-

ramına cəlb edilib. Avropa dəyərləri, 

iqtisadi, siyasi, sosial, mədəni və 

digər sahələrdə toplanmış  təcrübə 

zamanın sınağından keçərək özü-

nü doğruldub.  Azərbaycan da 

məhz həmin dəyərlərə can atır və 

müntəzəm  şəkildə bu istiqamətdə 

irəliləyir. Bununla yanaşı, biz öz mil-

li dəyərlərimizi, xüsusiyyətlərimizi də 

qoruyub saxlayırıq.

 

CE: Bu gün Azərbaycan bölgədə 



lider dövlət hesab olunur. Müasir 

dünya düzəni baxımından ölkənin 

iqtisadi və enerji potensialını necə 

qiymətləndirirsiniz?

Əli Həsənov: 

Böyük iqtisadi po-

tensiala və insan ehtiyatına malik 

Azərbaycan bu gün yalnız Cənubi 

Qafqazda deyil, bütünlükdə Avroasi-

ya ərazisində əhəmiyyətli ölkə sayılır. 

Xəzər bölgəsi ölkələrindən biri olan 

Azərbaycan Avroasiya ərazisində bö-

yük enerji ehtiyatlarına malik dövlətdir. 

Azərbaycanda təsdiqlənmiş karbohid-

rogen ehtiyatlarının ümumi həcmi 4.2 

milyard tondur. Ölkənin təbii qaz eh-

tiyatı 2,6 trln. kubmetr təşkil edir. Bu 

isə o deməkdir ki, əgər Azərbaycan 

hasilata indiki sürətlə davam edərsə 

(2010-cu ildə Azərbaycanda 26 mlrd. 

kubmetr qaz hasil edilib), ölkənin qaz 

ehtiyatı yüz ilə bəs edər. Azərbaycan 

artıq dünyanın qaz ölkələrindən birinə 

çevrilir.

Azərbaycan neftinin kəşfi yyat  ehti-

yatları 14 mlrd. barreldən artıq təşkil 

edir. Respublikanın ildə 50 mln. tona 

yaxın neft hasil etdiyini nəzərə alsaq, 

ölkənin yaxın 50 il ərzində  həmçinin 

neft ehtiyatları ilə  də  təmin olunduğu 

görünür.

Lakin Azərbaycan insan ehtiyatla-

rı ilə  də  zəngindir ki, bu da ölkənin 

dünyada gedən inkişaf prosesinə öz 

töhfəsini verməyə şərait yaradır.

 

CE: Sizcə, “Əsrin Müqaviləsi” 



geosiyasi və geocoğrafi   aspektdə 

Cənubi Qafqaz bölgəsinin inkişa-

fında hansı rol oynayıb?

Əli Həsənov: 

“Əsrin Müqaviləsi”nin 

bağlanması, Qərb şirkətlərinin Xəzərin 

enerji ehtiyatlarının işlənməsinə  cəlb 

edilməsi, Xəzər bölgəsindən başla-

nan alternativ ixrac marşrutlarının və 

nəqliyyat-kommunikasiya xətlərinin 

yaradılması (Bakı-Tbilisi-Ceyhan neft, 

Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 

Bakı-Tbilisi-Qars dəmir yolu) Cənubi 

Qafqaz və  Xəzər-Qara dəniz bölgəsi 

ölkələrinin geosiyasətini və iqtisadiy-

yatını tamamilə dəyişib.

Əgər  əvvəllər bütün dünya Qərblə 

Şərq arasında iqtisadi-ticarət 



Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə