01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   2   3   4   5   6   7   8   9   ...   26

14

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

əlaqələrinin yalnız Rusiya və Uzaq 

Şərqdən keçən yol vasitəsilə  həyata 

keçirilməsində görürdüsə, indi alter-

nativ kimi Cənubi Qafqaz ən qısa, 

ən effektli və  təhlükəsiz nəqliyyat-

kommunikasiya və enerji dəhlizi ro-

lunda çıxış edə bilir.

Bir tərəfdən Qərb, digər tərəfdən 

Şərq ölkələri Azərbaycanı  əhatə edir 

və ölkəmiz bu zəncirdə  əhəmiyyətli 

tamamlayıcı həlqədir.

CE: Enerji təminatı, daha 

dəqiq desək, enerji təhlükəsizliyi 

məsələsi bir çox ölkələri narahat 

edir. Hazırda qeyd olunan məsələ 

dünyada mühüm problemlərdən 

biridir. Bu baxımdan Azərbaycanın 

Avropa  İttifaqı ölkələrinin enerji 

təhlükəsizliyinin qarantı kimi çıxış 

etdiyini söyləmək olarmı? Deyilən 

aspektdə respublikamızın üzərinə 

hansı rol düşür?

Əli Həsənov: 

Azərbaycan öz enerji 

təhlükəsizliyini tam təmin edib. Neft 

və qaz hasilatı ölkənin tələbatını bir 

neçə  dəfə, elektrik enerjisi istehsalı 

isə  təxminən 30% üstələyir. Bundan 

əlavə, Azərbaycan hazırda Gürcüs-

tanın enerji təhlükəsizliyinin qarantı 

rolunda çıxış edir, Türkiyənin enerji 

təhlükəsizliyinin təmin olunmasına 

öz töhfəsini verir və Avropa enerji 

təminatında alternativ mənbə rolunu 

EKSKLÜZİV 




15

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

oynayır. Hazırda Azərbaycan Avropa-

ya həm neft, həm də qaz ixrac edir ki, 

yaxın dövrdə bu ixrac potensialının 

daha 3-4 dəfə artması gözlənilir.

Əminliklə deyə bilərəm ki, 

Azərbaycan digər Xəzəryanı ölkələrlə 

birgə Avropa üçün etibarlı alternativ 

enerji təminatçısı rolunu oynayır.

 

CE: Enerji ehtiyatlarının ixracı-

nın  şaxələndirilməsi məsələsində 

Azərbaycanın mövqeyi nədən 

ibarətdir? Respublikamız 

Transxəzər boru kəməri layihələrini 

müdafi ə etməyə hazırdımı?

Əli Həsənov: 

Bəzi ölkələrin 

mənfi   təcrübəsini nəzərə almaq-

la Azərbaycan enerji ixracının 

şaxələndirilməsi siyasətini həyata 

keçirir.  Əgər enerji ehtiyatları digər 

dövlətlərin geosiyasi ambisiyalarından 

asılı olmayaraq, ən təhlükəsiz, daha 

effektli və nisbətən qısa yolla dünya 

bazarına çatdırılmırsa, ümumiyyətlə 

ixracla bağlı  məsələlər sual altına 

düşür. Buna görə  də Azərbaycan ilk 

olaraq çoxvektorlu ixrac təşəbbüskarı 

rolunda çıxış edib və hazırda onu 

bölgəmizdə  həyata keçirən  əsas 

oyunçudur.

Respublikamız gələcəkdə  də bu 

siyasəti davam etdirmək niyyətindədir. 

Azərbaycan hesab edir ki, Xəzər 

EKSKLÜZİV 




16

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

dənizinin zəngin neft və qaz yataqları-

nın işlənməsi, enerji resurslarının ha-

silatı və dünya bazarına ixracı müxtəlif 

oyunçuların geosiyasi iradəsindən 

asılı olmamalıdır. İxrac və satış bazar 

iqtisadiyyatı prinsiplərinə arxalanma-

lı, neft və qaz dünya bazarına sərbəst 

şəkildə çatdırılmalı, azad bazar 

qiymətləri  əsasında realizə edilməli 

və bu sahədə sağlam rəqabətin in-

kişafına təkan verməlidir. Yəni ix-

rac məsələsində hasilatçının, tranzit 

ölkələrin və istehlakçıların  maraqları 

uzlaşdırılmalıdır.

Bu gün Azərbaycan artıq öz ixrac 

infrastrukturunu yaradıb, neft və qazı 

yeddi məşhur neft və qaz kəməri 

vasitəsilə dünya bazarına nəql edir. 

Beləliklə, biz öz ixrac siyasətimizdə 

şaxələndirmə prinsipinə  əsaslanırıq 

və gələcəkdə də bu siyasəti yürütmək 

niyyətindəyik. Böyük nəql infrastruktu-

runa malik Azərbaycan hasilatçı ölkə 

olmaqla bərabər, həmçinin  əlverişli 

tranzit potensialına da malikdir. Belə 

ki, respublikamızın ərazisi neft və qa-

zın Qazaxıstan və Türkmənistandan 

Avropaya tranziti üçün ən qısa, 

əlverişli və etibarlı marşrut sayılır.

Əgər gələcəkdə neft və ya qazın ix-

racı ilə bağlı Transxəzər layihəsi real-

laşdırılarsa, onun həyata keçməsi üçün 

heç bir maneə yoxdur. Azərbaycan 

Xəzərdə şaxələnmiş sualtı boru-kəmər 

infrastrukturuna malikdir. Transxəzər 

layihəsinin həyata keçirilməsi üçün 

yalnız Xəzərin Türkmənistan və Qa-

zaxıstan sahillərindən Azərbaycanın 

sualtı infrastrukturuna boru kəmərləri 

çəkmək və bizim boru kəmərlərinin 

daşıma qabiliyyətini genişləndirmək 

kifayət edər.  Şübhəsiz ki, Xəzər 

dənizinin sahillərində öz maraqla-

rını ön plana çəkən digər ölkələr də 

yerləşir.  Əlbəttə, onların maraqlarını 

da nəzərə almaqla tarazlaşdırılmış 

siyasət yürütmək olar. Amma bu da 

şəksizdir ki, Azərbaycan Orta Asi-

EKSKLÜZİV 




17

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

ya təbii ehtiyatlarının Avropaya nəqli 

üçün  ən qısa və  ən etibarlı marşrut-

dur.

Gələcəkdə isə  həm  İran, həm də 



Rusiya öz enerji ehtiyatlarını Avropa-

ya çıxarmaq üçün  Azərbaycan boru-

kəmər infrastrukturundan istifadə edə 

bilərlər.

Ümumilikdə, Azərbaycan 

şaxələnmiş  nəqliyyat-kommunikasiya 

infrastrukturuna malikdir və  nəticə 

etibarilə Şərqlə Qərb arasında tranzit 

rolunu effektiv şəkildə yerinə yetirə 

bilər. Ölkəmizin nəqliyyat infrastruk-

turu beynəlxalq standartlara uyğun-

dur. Məhz bu səbəbdən Azərbaycan 

əhəmiyyətli tranzit ölkə kimi yaxın 

100 ildə dünya nəqliyyat və ixrac 

siyasətinin mərkəzində duracaq.

 

CE: Sizcə, gələcək üçün strate-



ji inkişaf siyasəti necə olmalıdır 

və respublikamızın inkişaf etmiş 

ölkələr səviyyəsinə çatmasında 

hansı amillər əsas götürülməlidir?

Əli Həsənov: 

Azərbaycanın məqsədi 

yaxın 10 ildə inkişaf etmiş ölkələr 

səviyyəsinə çatmaqdır. Bu məqsəd 

Azərbaycan Prezidenti İlham  Əliyev 

tərəfi ndən dəfələrlə  bəyan edilib. Bu 

gün Azərbaycanda adambaşına düşən 

ÜDM-in payı təxminən 5 min dollara ça-

tır. Yaxın 10 ildə bu səviyyəni iki dəfə 

artırmaq nəzərdə tutulur. Azərbaycan, 

həmçinin öz neft-qaz potensialını tam 

reallaşdırmağı qarşısına məqsəd qo-

yub, çünki hazırda bu potensialın yal-

nız 50 %-dən istifadə edilir. Azərbaycan 

enerji ehtiyatlarının istehsalı üzrə 

bölgədə liderə çevrilmək və qeyri-

neft sektorunu gücləndirmək siyasəti 

yürüdür. Ölkədə insan ehtiyatları, 

elmi və  sənaye potensialını artırmaq 

istiqamətində  tədbirlər həyata keçiri-

lir. Bir sözlə, Azərbaycan yaxın 10 ildə 

öz inkişafını bu məqsədlərə nail olmaq 

üzərində quracaq və ölkəmiz dünya-

nın inkişaf etmiş ölkələrindən birinə 

çevrilmək ambisiyalarını gizlətmir.

 

Müsahibəyə görə çox sağ olun

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə