01 azeri indd



Yüklə 11,46 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix11.07.2018
ölçüsü11,46 Mb.
#54896
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

21

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

bizim öz ənənəvi karbohidrogenimiz 

var.  İkincisi, biz atom enerjisini inkişaf 

etdirdiyimiz təqdirdə digər ölkələrdən 

asılı vəziyyətə düşəcəyik. Belə ki, bizim 

nə uyğun texnologiyamız, nə  də xam-

mal tədarükümüz var. Bundan savayı, 

biz kadrlar hazırlamalı, təhlükəsizliyi 

təmin etməli, işlənmiş xammalı basdır-

malıyıq. Zənnimcə, sadaladığım amilər 

yetərlidir. Mən hələ  təhlükəsizliyin 

təminatından söz açmıram. Burda hər 

şey təsadüfdən asılı olur. Yaponiyada 

baş vermiş son hadisələri kim təsəvvür 

edə bilərdi. Hər  şey dəqiqliklə hesab-

lanmışdı, ikiqat müdafiə sistemi faciənin 

qarşısını almalı idi. Yalnız heç kəs 

sunamini və onun nəticələrini nəzərə 

almamışdı. Məlum hadisələrdən sonra 

bir çox ölkələr atom enerjisi üzrə öz 

proqramlarını məhdudlaşdırdı.

Bərpaolunan enerji mənbələrindən 

söhbət açarkən qeyd etmək lazım-

dır ki, o, yaxın 10-20 ildə neft-qazın 

verdiyi enerji potensialını  əvəz edə 

bilməz. Dünyada bərpaolunan enerji 

mənbələrinin payına maksimum 5-7% 

düşür. Yüksək inkişaf etmiş ölkələr 

üçün isə o, ümumi enerji balansının 

20%-ni təşkil edir. Beləliklə, dünya 

hələ uzun müddət neft və qaz kimi 

təbii ehtiyatlardan asılı olacaq.  Buna 

görə də dünya enerji təhlükəsizliyindən 

danışarkən bir çox istiqamətə  nəzər 

sala bilərik. Şübhəsiz ki, bu gün enerji 

təhlükəsizliyi istənilən ölkə üçün bir 

nömrəli məsələdir.  



CE: Cənub qaz dəhlizi üzrə vahid 

mövqeyin işlənib hazırlanması hansı 

səviyyədədir?

Natiq  Əliyev: 

Bütün ölkələr anla-

yır ki, Azərbaycan resurs istehsalında 

güclü mövqelərə malikdir. Biz  hasi-

latın artımı  və karbohidrogen ehti-

yatları üzrə ciddi potensiala malik bir 

ölkəyik. Keçdiyimiz yol onu göstərir ki, 

Azərbaycan qısa vaxt kəsimində ehti-

yatlarını  dəfələrlə artırmağa müvəffəq 

olub və bu, son hədd deyil. Bundan 

başqa, ictimai-siyasi sabitlik, təbii 

ehtiyatlarla zənginlik respublikamızı 

yüksək inkişaf etmiş Avropa ölkələri 

üçün çox əlverişli ölkəyə çevirir. O da 

məlumdur ki, müəyyən siyasi səbəblər 

ucbatından yaxın illərdə eyni ehtiyatları 

bölgənin digər mənbələrindən almaq 

qeyri-mümkündür. Azərbaycan isə öz 

növbəsində  həm inkişaf etmiş infrast-

ruktura malik olmaqla yanaşı, həm də 

müxtəlif səviyyələrdə Avropa struktur-

larına inteqrasiya etmişdır. Məhz bu 

səbəbdən, bölgələrin qiymətləndirilməsi 

zamanı Azərbaycan ön cərgələrdə 

durur.

Hazırda hasilatımız durmadan artır, 



iri qaz potensialına malikik. Amma əsas 

məsələ onu necə çatdırmaqdadır. Neftlə 

işlər qaydasındadır. Biz bu məsələnin 

öhdəsindən müvəffəqiyyətlə  gəlmişik: 

iki Qara dəniz, bir Aralıq dənizi liman-

ları vasitəsilə yükləyərək dünya okea-

nına çıxıırıq. Bu gün neftimiz dünyanın 

24-dən çox ölkəsinə ixrac edilir.

Qaz məsələsi xeyli mürəkkəbdir. 

Sən onu istehlakçıya çatdırmalısan. 

Bunun iki yolu mövcuddur – boru 

kəməri və ya mayeləşdirilmiş qaza 

çevirərək tankerlərlə daşıma. Bir 

tərəfdə Azərbaycanın təmsil etdiyi iri 

istehsalçı, digər tərəfdə isə Avropa 

İttifaqının təmsil etdiyi iri isrehlakçı. 

Burada tərəflərin arzuları üst-üstə 

düşür. Belə ki, Azərbaycan sivil ölkə 

kimi öz cəmiyyətini ümumi qəbul edil-

miş Avropa standartları, demokratiya-

sı, sivilazasiya, mədəniyyətinə uyğun 

inkişaf etdirir, Avropa məkanına inteq-

rasiya etməyə can atır. Digər tərəfdən, 

Avropanın Azərbaycana ehtiyacı var. 

Buna görə də biz Cənub Qaz Dəhlizini 

(CD) inkişaf etdirməyə çalışırıq.

2011-ci ilin yanvarında Azərbaycanın 

Prezidenti cənab  İlham  Əliyev və 

Avropa Komissiyasının sədri cənab 

Joze Manuel Barrozu “Cənub Enerji 

Dəhlizi üzrə Müştərək Deklarasiya” 

imzalayıb. Sənəddə Azərbaycanın 

Avropaya qaz təchizini təmin edən ölkə 

olduğu qeyd edilib. Sənəddə həmçinin, 

Azərbaycansız cənub dəhlizinin möv-

cudluğunun qeyri-mümkünlüyü faktı öz 

əksini tapıb və bu, bizim üçün strateji 

anlam olmaqla bərabər həm də öz qazı-

mızı Avropaya göndərmək imkanıdır. 

Digər tərəfdən, Azərbaycanın CD-i artıq 

yaradılıb, biz hazırda qərb istiqamətində 

iki qaz borusuna malikik. Onlardan 

biri qazı Gürcüstana ötürməyə imkan 

yaradır, digər daha güclüsü isə Türkiyə 

ilə birləşdirir. Bundan başqa, hazır-

da yeni qaz kəmərinin tikintisi və ya 

mövcud Cənub-Qafqaz Qaz Kəmərinin 

genişləndirilməsi məsələsinə baxırıq.                             

Lakin heç də  hər  şey bizdən asılı 

deyil. Bu gün CD-də bir çox layihə 

var, amma ən  əsası odur ki, biz bu 

layihələrin icraçısı deyilik. Onların 

icrasına lap əvvəldən təchiz dəhlizinin 

EKSKLÜZİV 




22

CASPIAN ENERGY AZƏRBAYCAN  N1 (0)`2011 |  www.caspenergy.com

təminatını öz üzərinə götürməyə hazır 

olduğunu bildirən  şirkətlər və ölkələr 

imza atıb. Uzun illərdir ki, müxtəlif boru 

kəmərlərinin inşası  zəruriliyilə bağlı 

müzakirələr aparılır. Kimsə qeyd olu-

nan məsələni siyasi nüanslara calamaq 

istəyir, amma bu, kökündən yanlışdır. 

Onlar, hər şeydən əvvəl, böyük iqtisadi 

əhəmiyyət daşıyır, siyasət yalnız iqtisa-

diyyatı müşayiət edir.

Onu da qeyd etmək istəyirəm ki, 

Cənub Dəhlizi bizim üçün strateji 

əhəmiyyət kəsb edir və bütün nöqteyi-

nəzərlərdən məqbuldur. Bu gün onun 

üzərində Avropa ölkələri və  şirkətlər 

işləyir. Hazırda CD-yə Türkmənistanın 

cəlb edilməsi prosesi gedir. Biz enerji 

üzrə Avropa komissarı Q.Ettingerlə sıx 

əməkdaşlıq edirik.      

Ehtiyatların təchizi nöqteyi-

nəzərindən, Avropa bazarı standartlar 

və  bərabər hüquqlu şərtlər  əsasında 

qurulmuş sarsılmaz qanunlar, bərabər 

hüquqlu tərəfdaşlıq, sağlam rəqabət 

prinsipləri əsasında işləyən açıq bazar-

dır. O, bizim üçün həm arzuolunan, 

həm də  cəlbedicidir. Digər tərəfdən, 

bu, bizim üçün Avropaya çıxış, 

işgüzar münasibətlərin qurulması, 

Azərbaycanın Avropa ictimaiyyətində 

prestijinin möhkəmlənməsi deməkdir.

 

CE: Azərbaycanın tranzit qaz 



siyasətinin gələcəyini necə 

görürsünüz? Transxəzər boru-

kəmər sistemlərinin qurulması 

perspektivləri hansılardır?

Natiq  Əliyev: 

Cənub Dəhlizinin 

əhəmiyyəti haqda artıq danışdıq.  İndi 

biz CD-nin Azərbaycan üçün müstəsna 

əhəmiyyət kəsb etdiyini söyləyirik. Biz 

Avropanın həmişə qeyd etdiyi dör-

düncü dəhlizin  əsasını Azərbaycan və 

ya Xəzər bölgəsində  təşkil edilməsini 

istərdik. Azərbaycan Prezidenti İlham 

Əliyevin səsləndirdiyi kimi, bizim 

siyasətimizin  əsasında qonşularımı-

za  ərazimizdən keçmək və ya tranzit 

üçün mümkün olan şərtlərin yaradıl-

masına hazırlıq durur. Hazırda uzun 

müddət işlədiyimiz tərəfdaşlarımızdan 

biri Türkmənistandır (1998-ci ildə 

Türkmənistan və Türkiyə Transxəzər 

qaz kəməri haqda razılaşma imza-

layıblar). Azərbaycan Prezidentinin 

dəfələrlə qeyd etdiyi kimi, siyasətimizə 

uyğun olaraq heç vaxt fikrimizi zorla 

qəbul etdirmirik. Apardığımız siyasətə 

görə, maraqlar üst-üstə düşdüyü 

təqdirdə  və qonşularımız öz qazını 

Qərbə bizim ərazi vasitəsilə satmaq 

niyyətində olduqda onların respublika-

mızda keçirəcəkləri istənilən əməliyyat 

və sərmayələrinə zəmanət verir, bütün 

zəruri işlərlə təmin edirik, infrastruktur, 

lisenziya, icazə təqdim edirik.          

Cari ilin yanvar ayında J.M.Barrozu 

Bakıya gələndən və deklarasiya imza-

landıqdan sonra fəaliyyətə başlanıl-

mışdır. Bununla bağlı böyük və ciddi 

işlər gedir. Ertəsi gün biz Q.Ettingerlə 

Cənub Qaz Dəhlizinin reallaşdırılması 

ilə bağlı işçi qrupunun yaradılması üzrə 

sənəd imzaladıq. Biz Avropa Şurasının 

arzusunu nəzərə alaraq, iki istiqamətdə 

işləmək haqda razılığa gəldik. Birincisi, 

Cənub Dəhlizinin təminatı üçün 

Azərbaycanın hansı ehtiyatları oldu-

ğunu nəzərdən keçirmək. İkinci sənəd, 

Avropa  İttifaqına aid idi. O, Cənub 

Dəhlizinin inkişafı  işinə Türkmənistanı 

cəlb etməli idi. Bunun üçün iki sənəd 

hazırlanır. Onlardan biri, demək olar 

ki, hazırdır. Bu, Cənub Dəhlizinin inki-

şafı haqda Avropa İttifaqı, Azərbaycan 

və Türkmənistan arasında müqavilədir. 

Sənəd Türkmənistanın faktiki olaraq 

Cənub Dəhlizinə birləşməsini nəzərdə 

tutur.  Şübhəsiz, Avropa İttifaqına  

tərəfimizdən bəzi tələblər irəli sürülmüş-

dü. Belə ki, Aİ  bəzi məsələlərlə bağlı 

zəmanət verməli idi. Avropa İttifaqı isə öz 

növbəsində bu zəmanəti vermək üçün, 

belə demək olarsa, Aİ Hökümətinin 

mandatını almalı idi. Həmin man-

dat bu yaxınlarda, nəhayət ki, alınıb. 

Sonuncusu cənab J. M.Barrozuya Aİ 

adından Azərbaycan və Türkmənistan 

prezidentləri ilə birgə olduqca ciddi 

bir sənədə imza atmaq səlahiyyəti 

verir. Sözsüz ki, bu hadisəyə reaksiya 

müxtəlif cür oldu. Şübhəsiz, biz Aİ-nin 

bu qərarını böyük məmnuniyyətlə qəbul 

etdik. Çünki Avropa İttifaqı  tərəfindən 

mandatın verilməsi bizim ciddi marağı-

mızdadır. Bu, həm də bizim üçün ciddi 

siqnal idi. Qeyd olunan hadisə digərləri 

üçün də ciddi siqnal oldu. Mənə verilən 

məlumata görə, Rusiya nümayəndələri 

Aİ-nin bu qərarının qəribə və anlaşılmaz 

olduğunu bəyan ediblər. Bununla belə, 

Cənub Dəhlizinin inkişafı istiqamətində 

işlər davam edir.

Belə bir bəyanat var ki, Xəzər 

ümumi su hövzəsidir və biz, xüsusən, 

neft-qaz layihələri,  əməliyyatları, qaz 

kəmərlərinin tikintisi, onların  ətraf 

mühitə, Xəzər dənizi ekosisteminə təsiri 

ilə bağlı bütün hərəkərlərimizi razılaş-

dırmalıyıq. Lakin Xəzəryanı ölkələrin 

Bakı sammitində ciddi şəkildə bəyanat 

verildi ki, bu, ərazisindən boru kəməri 

keçən dövlətlərin öz səlahiyyətində 

olan məsələdir.

Biz bu gün Rusiya Federasiyası  və 

Qazaxıstan Respublikası ilə  Xəzərin 

bölünməsi üzrə məsələləri həll etmişik. 

Ölkələrimizin parlamentləri bu sənədləri 

təsdiqləyib. Biz onlarla dənizin dibini 

bölmüşük, sərhəd çəkmişik, bölünmə 

həyata keçirilib. Bizim Türkmənistanla 

delimitasiyamız yoxdur. Lakin qeyd olu-

nan məsələdə bunun heç bir əhəmiyyəti 

yoxdur.         

 

CE: Azərbaycanda neft-kimya 

kompleksinin inkişaf perspektivləri, 

şəffaf neft məhsullarının istehsa-

lında azropa standartlarına keçmə 

imkanları hansılardır?

Natiq 

Əlıiyev: 

Azərbaycan 

Prezidentinin neft-kimya kompleksi-

nin inkişafı üzrə uyğun fərmanı var-

dır. Azərbaycan Höküməti uyğun 

sərəncam dərc edib. “Azərkimya”  İB 

hələ ARDNŞ-in tərkibinə daxil olma-

yanda biz dəfələrlə inkişafın bir neçə 

variantını  nəzərdən keçirmişdik. Lakin 

həmin dövrdə biz bu variantları ciddi 

tənqid etmişdik. Belə ki, burada yanlış 

məlumatlar, ucuz qaz və s. əsas götü-

rülmüşdü.  

Azərbaycan Prezidentinin bəyan 

etdiyi kimi, biz kimya kompleksinə 

yanacaq-enerji kompleksinin tərkib 

hissəsi kimi baxmalıyıq. Biz başqa bir 

layihə hazırladıq.

İndi buna neft və qazla əlaqəli təbii 

xammal, onların emalı  və bir nəticə 

kimi kimya və neft-kimya sənayesində 

istifadə olunan neft məhsulları  və üzvi 

birləşmələr kimi baxılır.

“Azərkimya”nın ARDNŞ-in tərkibinə 

daxil olması enerji ehtiyatlarına 

daxili qiymətlərin nəzərə alması-

na imkan yaratdı  və  nəticədə komp-

leks bütünlüklə daha gəlirli oldu. 

Hazırda bu konsepsiya neft emalı 

sənayesinin bərpası  nəzərə alınmaq-

la işlənib-hazırlanır. Konsepsiyaya 

görə,  Azərbaycanda emal edə 

biləcəyimiz məhsulun maksimal həcmi, 

neft-kimya və kimya sənayesində 

istifadə edilmək üçün çıxarılan xam-

malın həcmi müəyyənləşdiriləcək. 

İqtisadi gəlirlilik və effektivlik yuxarı-

da qeyd etdiyim məsələdən asılıdır. 

Bundan  əlavə, kimyəvi məhsulu  əsas 

məhsula çatdırmaq lazımdır. Bütün 

bunlar Azərbaycanın neft-kimya və 

EKSKLÜZİV 




Yüklə 11,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə