03 may 2018-ci IL tarixində unec-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş



Yüklə 20,73 Kb.
tarix25.06.2018
ölçüsü20,73 Kb.

03 may 2018-ci il tarixində UNEC-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ALİ İQTİSAD TƏHSİLİ” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcəkdir.


Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar

konfransın işində iştirak etməyə dəvət olunurlar.
Konfransın mövzuları:


  • Elm, təhsil və innovasiya formatına keçid problemləri.

  • Ali təhsil sistemində islahatlar və problemlər.

  • Ali təhsil sistemində innovasiya və sahibkarlıq fəaliyyəti.

  • Ali təhsil sistemində beynəlxalq təcrübə və meyllər.

  • Ali təhsil sistemində tədrisin keyfiyyəti və əhatəliliyi problemləri.

  • Ali təhsil sistemi: qlobal meyllər və perspektivlər.

  • Ali təhsil sistemində iqtisad elmi: yeni çağırışlar və perspektivlər.

  • Ali təhsil sisteminin iqtisadiyyatı və maliyyələşdirilməsi problemləri.


Məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:


  • Məqalələrdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.

  • Müəllifin adından sonra ortada iri qara şriftlərlə məqalənin adı göstərilməlidir.

  • Məqalənin adından sonra hər üç dildə (azərbaycan, ingilis, rus) dillərində açar sözlər yazılmalıdır.

  • Məqalələrin həçmi 3 səhifədən (A4) çox olmamalıdır. Məqalələr 12 ölçudə, 1.5 intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25mm, sağdan 10mm, yuxarıdan 20mm, aşağıdan 20mm) boşluq buraxılmalıdır.

  • Müsabiqəyə təqdim olunacaq məqalələr azərbaycan, rus və ingilis dillərində yazıla bilər. İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində gös­tə­ril­məlidir (məsələn; 1, səh.15)

  • Məqalələrdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır

  • Məqalələr Elm Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.

  • Məqalələrin qəbulu üçün son tarix: 02 aprel 2018-ci ildir. Məqalələr unec_elm@mail.ru elektron ünvanına və çap variantında UNEC-in əsas binası, “Elm” şöbəsinə (otaq 128) təqdim olunmalıdır.


Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 492-72-98, UNEC “Elm” şöbəsi
ANKET FORMASI



1.

Müəllifin adı, soyadı, ata­sının adı (tam, açıq)




2.

İşlədiyi müəssisə, kafed­ra, şö­bənin adı (tam, açıq)




3.

Vəzifəsi




4.

Elmi dərəcəsi




5.

Məqalənin adı




6.

Əlaqə telefonu






*Qeyd: məqalələr doldurulmuş anket forması ilə birlikdə 2 aprel 2018-ci il tarixinədək UNEC-in “Elm” şöbəsinə həm elektron, həm də çap variantında təqdim olunmalıdır.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə