№03q bakı şəhəri 26 aprel 2012-ci IL



Yüklə 287,19 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü287,19 Kb.
#54912
növüQaydalar


AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ 

QƏRAR 

№ 03Q 

  

Bakı şəhəri                                                                                     26 aprel 2012-ci 



il 

  

“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və 



onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”nın 

təsdiq edilməsi haqqında 

  

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-



ci  il  18  dekabr  tarixli 516-IIIQ nömrəli  Qanunun  tətbiq  edilməsi  barədə 

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2008-ci il tarixli 734 nömrəli 

Fərmanının 2.2-ci bəndini,  ölkə  Prezidentinin  2005-ci  il  20  aprel  tarixli  226 

nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı  Nazirliyi  haqqında  Əsasnamə”ni  və  “Normativ  hüquqi  aktlar 

haqqında”  Azərbaycan  Respublikası  Konstitusiya  Qanununun  20-ci 

maddəsini  rəhbər  tutaraq  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı 

Nazirliyi 

  

QƏRARA ALIR: 

  

1. “Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi 



və  onların  damazlıq  təsərrüfat  növünün  müəyyən  edilməsi  Qaydaları” 

təsdiq edilsin (əlavə edilir) 

2.  Tapşırılsın  Aparatın  Hüquq,  kadr  və  yerli  orqanlarla  iş  şöbəsinin 

müdiri İlqar Həsənova: 

“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və 

onların 


damazlıq 

təsərrüfat 

növünün 

müəyyən 


edilməsi Qaydaları”nın qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 

Azərbaycan  Respublikasının  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil 

edilməsi  üçün  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyinə  təqdim 

etsin. 


  

  



Nazir                                                                      İsmət Abasov 

  

  



 

 

Azərbaycan Respublikası Kənd 



Təsərrüfatı  Nazirliyinin  26  aprel 

2012-ci il 

tarixli 03Q nömrəli qərarı ilə təsdiq 

edilmişdir. 

  

  

Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və 

onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi 

Qaydaları 

  

1. Ümumi müddəalar 

  

1.1.  Bu  Qaydalar  “Damazlıq  heyvandarlıq haqqında”  Azərbaycan 



Respublikasının  2007-ci  il  18  dekabr  tarixli 516-IIIQ nömrəli  Qanununun 

tətbiq  edilməsi barədə”  Azərbaycan  Respublikası  Prezidentinin  13  mart 

2008-ci  il  tarixli  734  nömrəli  Fərmanının 2.2-ci bəndinin  icrasını  təmin 

etmək  məqsədi  ilə  hazırlanmış  və  damazlıq  heyvandarlıq  təsərrüfatlarının 

attestasiyadan  keçirilməsi  və  onların  damazlıq  təsərrüfat  növünün 

müəyyən edilməsini tənzimləyir. 

1.2. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə olunmuşdur: 

1.2.1. Attestasiya Komissiyası – damazlıq heyvandarlıq təsərrüfatının 

fəaliyyət  növünün  müəyyən  edilməsi məqsədilə Azərbaycan  Respublikası 

Kənd Təsərrüfatı Nazirliyininnümayəndələrindən təşkil olunan komissiya

1.2.2. Şəhadətnamə - attestasiyanın 

yekunlarına 

əsasən damazlıq 

heyvandarlıq təsərrüfat növü ilə fəaliyyət göstərmək hüququ verən sənəd. 

  

2. Attestasiya Komissiyası 

  

2.1.  Damazlıq heyvandarlıq  təsərrüfat  növünün  müəyyən  edilməsi 

üçün Azərbaycan 

Respublikası 

Kənd 

Təsərrüfatı 



Nazirliyinin 

nümayəndələrindən 

(beş) 


nəfərdən 

ibarətattestasiya komissiya 

yaradılır. Komissiyanın sədri bu nümayəndələrin sırasından seçilir. 



Attestasiya  Komissiyasının  iclası  onun  üzvlərinin  azı  üçü  iştirak 

etdikdə səlahiyyətli hesab olunur, Komissiyanın qərarları sadə səs çoxluğu 

ilə qəbul edilir, səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici səs 

sayılır. 

2.2.      Attestasiya  Komissiyasının  səlahiyyətlərinə  aşağıdakılar 

daxildir: 

- damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi; 

- həmin təsərrüfatların növünün müəyyən edilməsi

- attestasiyanın keçirilmə 

qaydaları, 

tarixi 

barədə attestasiyanın keçirilməsinə  15  gün  qalmış  yazılı  bildirişin 



göndərilməsi. 

  

3. Damazlıq heyvandarlıq təsərrüfatlarının 

növünün müəyyən edilməsi 

  

3.1. Damazlıq  heyvandarlıq  təsərrüfatları  hər  bir  cins  üzrə 

qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  təsdiq  edilmiş  seleksiya-

damazlıq proqramına uyğun fəaliyyət göstərir. 

3.2.  Damazlıq  heyvandarlıq  təsərrüfatlarının  hər  hansı  bir  fəaliyyət  növünə 

aid  edilməsi hər  bir  heyvan  növü  və  cinsi  üzrə  təsdiq  edilmiş  normalar,  tələblər  və 

şərtlər əsasında həyata keçirilir.

 

3.3. Normalar aşağıdakılardır:



 

            - südlük  cinslərdən  ibarət  qaramal  yetişdirən  damazlıq  təsərrüfat 



üzrə: - naxırda heyvanların 100 faiz, inək və ana camışların 80 faizinin elit-

rekord və elit siniflərinə  aid  olması,  inək  və  düyələrin  100  faiz  süni 

mayalandırılması, hər 100 baş inəkdən 83 bala alınması, hər 100 baş inəyə 

görə 10 baş cavan heyvanın satılması; 

            - ətlik  cinslərdən  olan  damazlıq  mal  yetişdirən  təsərrüfat  üzrə: -

 naxırda  törədici  buğaların  100  faiz,  inəklərin  70  faiz  təmizqanlı  olması, 

törədicilərin  100  faiz  və  inəklərin  50  faizelit-rekord və elit siniflərinə  aid 

olması,  hər  100  başdan  80  bala  alınması,  hər  il  10  baş  cavan  damazlıq 

heyvanın, o cümlədən 2 baş erkək dananın satılması; 

            - müxtəlif  cinslərdən  olan  qoyun  və  keçi  yetişdirən  damazlıq 



təsərrüfat  üzrə: -ana qoyunların  və şişəklərin 70  faizinin elit və  1  sinif, 

qoçların  və  təkələrin  100  faiz elit sinfindən  olması,  hər  100  baş  ana 

heyvandan 85  bala alınması,  quzuların 95 faiz  sağlam  saxlanması,  hər  100 

ana heyvana 15 baş damazlıq toğlunun  satılması; 




- donuz  yetişdirən  damazlıq  təsərrüfat  üzrə: - ana  donuzların  100 

faiz  təmizqanlı,  70  faizinin elit rekord  və elit siniflərinə,  qabanların  85 

faiz elit-rekord və elit siniflərinə aid olması, ildə hər ana donuzdan 18 bala, 

hər gün 500 qram diri çəki artımının  alınması; 

- at  yetişdirən  damazlıq  təsərrüfat  üzrə: - atların  və  ayğırların  100 

faiz  təmizqanlı  olması,  törədici  ayğırların  100  faiz  elita,  madyanların  50 

faizinin elita sinfinə, 40 faizinin 1 sinifə aid olması, hər 100 baş madyandan 

75 balanın alınması; 

            - damazlıq  kənd  təsərrüfatı  quşlarının  yetişdirilməsi  üzrə:  -

 damazlıq sürüdə fərələrin 70 faizinin birinci sinfə aid olması, ana toyuğun 

100 faiz ikinci sinfə aid olması, hər toyuqdan 185 yumurta alınması, 40 faiz 

yumurtanın damazlıq kimi istifadə olunması, cücə çıxımının 75 faiz olması, 

cücələrin 95 faizinin salamat saxlanılması; 

            - arıçılıq üzrə - 100  faiz  təmiz  cins  olmaqla,  40  faiz  arı  ailəsinin 

yüksək  bonitirə sinifinə aid  olması,  50  faiz  damazlıq  arı  paketinin,  hər  arı 

ailəsinə  görə  10  ədəd  ana  arının  satılması,  hər  arı  ailəsindən  20 kq balın 

alınması, qışda arıların çıxdaşının 10 faizdən çox olmaması. 

            3.4.  Sahibkarın  damazlıq  təsərrüfat  növü  ilə  məşğul  olması 

üçün  tövlənin,  təmiz  suyun,  torpaq  sahəsinin  və  normaya  uyğun  tələb 

olunan  qədər  yemin  olması  zəruri  tələb  hesab  edilir.  Süd  sağımının, 

peyinin  təmizlənməsinin,  suyun  verilməsinin  mexanikləşdirilməsi,  yem 

doğrayan aqreqat, yem bitkiləri yetişdirmək üçün kənd təsərrüfatı texnikası 

olanlara isə üstünlük verilir. 

3.5.  Sahibkarın  damazlıq  təsərrüfat  növü  ilə  məşğul  olması  üçün 

təsərrüfatda ən azı 50 baş damazlıq inəyin (ətlik istiqamətli təsərrüfatda 50 

baş  inəyin),  50  baş  ana  camışın,  500  baş  ana  qoyunun  və  bir  yaşından 

yuxarı şişəyin,  50  baş  ana  donuzun,  20  baş  madyanın  və  2  baş  ayğırın,  10 

baş  dəvənin,  20000  baş  quşun,  150  ədəd  arı  ailəsinin,  20 

baş xəzdərili heyvanın olması zəruri şərtlər hesab edilir. 

3.6.  Damazlıq  heyvandarlıq  təsərrüfatlarının  növünün  müəyyən 

edilməsi üçün hüquqi və ya fiziki şəxslər Kənd Təsərrüfatı Nazirliyinə ərizə 

təqdim edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 

- ərazi kənd təsərrüfatı idarəsi rəisinin təqdimat məktubu; 

- hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti; 

- fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti

- fiziki şəxsin təhsil haqqında diplomunun surəti; 

- fiziki  şəxsin  vergi  orqanlarında  uçota  alınması  haqqında 

şəhadətnamənin surəti; 




- torpağa mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin surəti; 

- təsərrüfatın son 3 illik göstəriciləri barədə sənəd; 

- təsərrüfatın  damazlığa yarayıb-yaramaması barədə  rayonun  baş 

zootexnikinin və baş baytar həkiminin arayışları. 

3.7. Müraciət yazılı və ya elektron formada təqdim edilir (göndərilir). 

3.8.  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi 

sahibkar müraciət  etdikdən  sonra  bir  ay  müddətində  sənədlərə  baxaraq, 

sənədlərin  bu  Qaydalarda  göstərilən  tələblərə  və  şərtlərə  uyğun  olub-

olmadığını araşdırmalı və nəticədən asılı olaraq bu barədə sahibkara yazılı 

məlumat 


verməklə toplanmış 

sənədləri damazlıq 

heyvandarlıq 

təsərrüfatlarının  növünü  müəyyən  etmək  üçün Attestasiya  Komissiyasına 

təqdim edir. 

3.9.  Təqdim  olunmuş  sənədlərdə  çatışmazlıqlar  aşkar  edildikdə  bu 

barədə  hüquqi  və  ya  fiziki  şəxsə  yazılı  məlumat  verilir.  Hüquqi  və  fiziki 

şəxslər  tərəfindən  10  (on)  gün  müddətində  çatışmazlıqlar  aradan 

qaldırıldıqdan sonra sənədlər təkrar təqdim olunur. 

  

4. Damazlıq heyvandarlıq təsərrüfatlarına 

şəhadətnamənin verilməsi 

  

            4.1. Attestasiya Komissiyası damazlıq heyvandarlıq  təsərrüfatlarının 

növünü müəyyən etmək üçün təsərrüfatları attestasiyadan keçirir. 

            4.2.  Damazlıq  heyvandarlıq  təsərrüfatları  yenidən  attestasiyadan  5 

(beş) ildən bir keçirilir. 

            4.3.  Attestasiyadan  keçirilmiş  təsərrüfatların  növü  müəyyən 

edildikdən  sonra  hüquqi  və  fiziki  şəxslərə  Kənd  Təsərrüfatı  Nazirliyi 

tərəfindən  həmin  damazlıq  heyvandarlıq  təsərrüfat  növü  ilə fəaliyyət 

göstərmək hüququ verən şəhadətnamə verilir (1 nömrəli Əlavə). 

            4.4.  Şəhadətnamə  itdikdə  və  ya  məhv  olduqda  şəhadətnamənin 

yenidən alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət oluna bilər. 

4.5.  Hüquqi  və  fiziki  şəxs  şəhadətnamədən  yalnız  özü  istifadə  edə 

bilər. 

4.6.  Şəhadətnamə  Kənd  Təsərrüfatı  Nazirliyi  tərəfindən  xüsusi 



formada nəşr edilir, ardıcıl nömrələnir və xüsusi jurnalda uçotu aparılır. 

  

  



  

  



 

 

  



“Damazlıq heyvandarlıq təsərrüfatlarının 

attestasiyadan keçirilməsi və onların damazlıq 

 təsərrüfat növünün müəyyən edilməsi 

Qaydaları”na 

1 nömrəli Əlavə 

 

Yüklə 287,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə