0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə14/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   10   11   12   13   14   15   16   17   ...   79

35 
 
 
 
• Məsələ 1. 
Cərəyanlı naqilə təsir edən qüvvənin istiqaməti 
necə dəyişər 
(b)
, əgər: 
a) cərəyan mənbəyinin qütbləri 
dəyişdirilərsə?  
b) sabit maqnitin qütblərinin 
yeri dəyişdirilərsə?  
c) eyni zamanda həm cərəyan 
mənbəyinin, həm də sabit 
maqnitin qütbləri 
dəyişdirilərsə?
 
Nəticənin müzakirəsi: 
 Maqnit sahəsinin 
cərəyanlı düz naqilə 
təsir qüvvəsinin 
modulu nədən asılıdır? 
 Bu qüvvənin cərəyanlı 
naqilə təsir istiqaməti 
necə təyin edilir? 
 
Danimarka  alimi  H.Ersted  təcrübi  olaraq  cərəyanlı  naqillə  maqnit  əqrəbinin 
qarşılıqlı təsirini aşkar etdikdən sonra fransız fiziki A.Amper iki paralel cərəyanlı 
naqilin  sabit  maqnitlər  kimi  qarşılıqlı  təsirini  aşkar  etdi.  Məlum  oldu  ki,  eyni 
istiqamətdə cərəyan keçən iki paralel naqil arasında cazibə xarakterli, əks istiqamətli 
cərəyanlı  naqillər  arasında  isə  itələmə  xarakterli  maqnit  qarşılıqlı  təsiri  baş  verir. 
Elektrik  cərəyanı  yüklü  zərrəciklərin  nizamlı  hərəkəti  olduğuna  görə  maqnit  qar-
şılıqlı təsiri də hərəkətdə olan yüklü zərrəciklərin fəzada yaratdıqları maqnit sahə-
lərinin qarşılıqlı təsiridir.  
Maqnit sahəsinə gətirilən istənilən cərəyanlı naqilə (sınaq cərəyanı) sahə tərəfindən 
müəyyən qüvvə təsir edir. Amper qüvvəsi adlanan bu qüvvənin modulu naqildəki cərəyan 
şiddəti, maqnit induksiyası vektorunun modulu, naqilin uzunluğu və cərəyanın istiqaməti 
ilə maqnit induksiya vektoru arasında qalan bucağın sinusu hasilinə bərabərdir: 
?????? = ??????????????????????????????????????????. 
Məlumdur ki, Amper qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin olunur. 
Əgər sınaq cərəyanı sahənin induksiya vektoruna perpendikulyar olarsa (sin90° = 1), 
bu cərəyana təsir edən Amper qüvvəsi maksimal qiymət alır: 
??????
= ??????????????????. 
Bu düsturdan maqnit sahəsinin qüvvə xarakteristikası olan maqnit sahə induksi-
yasının fiziki mənasını aşağıdakı kimi ifadə etmək olar. 

 Maqnit sahəsinin induksiyası vektorial kəmiyyətdir, onun modulu maqnit sahəsinə 
gətirilən sınaq cərəyan elementinə (
?????? ∙ ??????) təsir göstərən maksimal qüvvəni xarakterizə edir: 
?????? =
??????
????????????
. 

 Maqnit induksiyası vektorunun istiqaməti olaraq maqnit sahə-
sində  sərbəst dönə bilən maqnit əqrəbinin  şimal qütbünün  
yönəldiyi istiqamət götürülür
 (c)

Maqnit induksiyasının BS-də vahidi tesladır (1 Tl): 
?????? =
??????
?????? ??????
= 1
??????
?????? ∙ ??????
= 1 ????????????. 
ARAŞDIRMA  
1 
Maqnit sahəsinin cərəyanlı düz naqilə təsiri
 
(c) 
(b) 
S 
N 
  LAYİHƏ


36 
 

 1 tesla – elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induk-
siya xətlərinə perpendikulyar yerləşən 1 m uzunluqlu naqildən şiddəti 1 A olan cə-
rəyan keçdikdə ona 1 N qüvvə ilə təsir etsin. 
 Hər bir nöqtəsində ??????⃗-nin qiymət və istiqaməti eyni olan sahə bircins maqnit 
sahəsi adlanır.  
Maqnit sahəsi üçün superpozisiya prinsipi ödənilir: əgər maqnit sahəsini bir neçə 
cərəyanlı naqil yaradırsa, yekun sahənin induksiya vektoru ayrı-ayrı cərəyanlı na-
qillərin yaratdığı maqnit sahələrinin induksiya vektorlarının həndəsi cəminə bəra-
bərdir
??????⃗ = ??????⃗ + ??????⃗ + ⋯ + ??????⃗ . 
Maqnit sahəsini  əyani təsvir etmək üçün onu maq-
nit induksiya xətləri ilə təsvir edirlər 
(d)


 Maqnit sahəsinin induksiya xətləri – hər bir nöq-
təsinə çəkilən toxunan həmin nöqtədə maqnit induk-
siya vektoru ilə üst-üstə düşən xətlərdir.  
Maqnit sahəsinin induksiya xətləri qapalıdır, onların 
başlanğıcı və sonu yoxdur. 

 Qüvvə xətləri qapalı olan sahəyə burulğanlı sahə 
deyilir. 
Amper  qüvvəsinin  elektrik  ölçü  cihazlarına  tətbiq-
ləri.  Məlumdur ki,  elektrik  ölçü  cihazlarının  –  amper-
metr,  voltmetr  və  vattmetrin  müxtəlif  sistemləri  mövcuddur.  Bunlar  maqnitoelektrik, 
elektromaqnit  elektrodinamik sistemlərdir. Həmin sistemlərin hamısının iş prinsipi 
maqnit sahəsinin cərəyanlı naqilə təsirinə əsaslanır.  
 Maqnitoelektrik sistemli cihazın iş prinsipi ölçülən cərəyanın keçirici çərçivədən 
keçməsi nəticəsində onun yaratdığı maqnit sahəsi ilə sabit maqnitin qarşılıqlı təsirinə 
əsaslanır 
(e)


 Elektromaqnit sistemli cihazın iş prinsipi ölçülən cərəyanın sarğacdan keçməsi 
nəticəsində onun yaratdığı maqnit sahəsinin bu sahədə yerləşən polad içliklə qarşılıqlı 
təsirinə əsaslanır 
(f)
.  

 Elektrodinamik sistemli cihazın iş prinsipi ölçülən cərəyanın tərpənməz sarğac və 
onun içərisində  fırlana bilən sarğacdan keçdikdə onların yaratdıqları maqnit sahə-
lərinin qarşılıqlı təsirinə əsaslanır 
(g)
.  
 
 
 
 
 
(d) 
(f)
(g) 
(e) 
Fırlana bilən
 
sarğac 
 
Tərpənməz
 
sarğac 
 
Sabit maqnitlər
Fırçala
Kollektor – 
sürüşən 
halqalar
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə