0f11aztitul(1-7)


Elektrik yükləri necə paylanır?



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə6/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

13 
 
 
Elektrik yükləri necə paylanır? 
• Məsələ 2. Rezin dayağı olan iki eyni metal kürənin elektrik 
yükü uyğun olaraq 
= +39  və 
= −11 -
dur 
(b)
. Kürələri bir-birinə toxundurub uzaqlaşdır-
dıqda  onların  hər  birində  nə  qədər  elektrik  yükü 
qalar? 
 
 
 
Nəticənin müzakirəsi: 
 Elektriklənmiş metal 
kürələri bir-birinə 
toxundurduqda nə baş 
verər?  
 Kürələri bir-birindən 
uzaqlaşdırdıqda hansı 
fiziki hadisə baş verər? 
Bu zaman hər bir 
kürədə nə qədər yük 
qalar?
 
 
a. Darağı saçınıza sürtməklə elektrikləndirib zərif qu 
tükünə toxundurun... 
 Bu zaman nə  baş verər, niyə? 
 
b. Qu tükünü daraqdan çırparaq 
qoparın və o, havada olduğu zaman 
darağı altda elə məsafədə yerləş-
dirin ki, tük havada eyni hündürlük-
də süzsün 
(c)
... 
 Niyə tük yerə düşmür, onu havada süzməyə məcbur edən nədir?  
Cavabınızı əsaslandırın. 
 
№ 
Suallar 
bilirəm 
Zəif  Orta 
Yaxşı 

 “Elektrik yükü diskretdir” müddəasını necə izah edə bilərsi-
niz? 
 
 
 

Cisimlərin sürtünmə ilə elektriklənməsi elektrik yükünün hansı 
xüsusiyyətindən irəli gəlir? 
 
 
 

Elektriklənmiş cisimlər arasındakı qarşılıqlı təsiri məsafədən 
ötürən nədir? 
 
 
 

Hansı təcrübə ilə iki növ elektrik yükünün mövcud olduğunu 
sübut edə bilərsiniz? 
 
 
 
 
 
• NƏ ÖYRƏNDİNİZ?  
“Elektrik yükü” və “elektromaqnit sahəsi” anlayışlarının xəritəsini qurun. 
 
 
 
 
 
 
+39Kl
–11Kl
(b)
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ  
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
(c) 
  LAYİHƏ


14 
 
1.2. ELEKTROSTATİK SAHƏ. ELEKTROSTATİK SAHƏNİN İNTENSİVLİYİ 
 
 Sükunətdə olan elektrik yüklərinin yaratdığı sahə elektrostatik 
sahə adlanır. 
  Elektrik  sahəsinin  intensivliyi  –  elektrik  sahəsində  sınaq 
yükünə təsir edən elektrik qüvvəsinin bu yükün miqdarına olan 
nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:  
E = .   
Elektrik sahəsinin intensivliyinin BS-də vahidi: 
E =
= 1 = 1  − dir. 
 Elektrik qüvvəsi elektrik sahəsinin intensivliyi ilə sınaq yükünün miqdarı hasilinə bəra-
bərdir:   
F = E.  
 Kulon qanunu: sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsi 
yüklərin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir: 
F = k
|q ||q|
r
.  
 Kulon qüvvəsini intensivlik düsturunda nəzərə aldıqda elektrik sahə intensivliyinin asılı 
olduğu kəmiyyətlər müəyyən olunur. 
  Nöqtəvi  yükün  verilmiş  nöqtədə  yaratdığı  elektrik  sahəsinin  intensivliyinin  modulu 
yükün miqdarı ilə düz, yükdən olan məsafənin kvadratı ilə tərs mütənasibdir:  
E = k
|q |
r
.
 
 

 
Şəkildə  verilən  hesablama 
sisteminə  nəzərən  sükunət-
də olan müsbət   yükünün 
yaratdığı  sahə  təsvir  edil-
mişdir.
 
 Bu sahənin hansı nöqtə-
sində elektrik sahəsinin 
qüvvə xarakteristikasının 
 modulu ən böyükdür; 
ən kiçikdir? 
 
 
 
• Məsələ 1. Aşağıdakı sualları araşdırın: 
a. 
Elektrik  sahəsinə  gətirilən  sınaq  yükünün  miqdarını  iki 
dəfə artırdıqda sahənin intensivliyi necə dəyişər? 
b. 
Elektrik sahəsini yaradan zərrəciyin elektrik yükünün miq-
darını iki dəfə artırdıqda sahənin intensivliyi necə dəyişər?
Nəticənin müzakirəsi: 
 Elektrik sahəsinin 
intensivliyi nədən 
asılıdır? 
 
Elektrostatik sahə. Elektrodinamikanın məsələlərindən biri verilən yüklü zərrə-
ciyin  yaratdığı  elektromaqnit  sahəsinin  qüvvə  xarakteristikasını  təyin  etməkdir. 
Elektromaqnit  sahəsinin  xüsusi  hallarından  biri  sükunətdəki  elektrik  yükünün  ya-
ratdığı elektrik sahəsidir. 
 Elektrik sahəsi –verilən hesablama sisteminə nəzərən 
0, = 0 olan elek-
tromaqnit sahəsidir.  Əgər elektrik sahəsini verilən hesablama sisteminə  nəzərən 
sükunətdə olan elektrik yükləri yaradırsa, belə sahə elektrostatik sahə adlanır. Bun-
dan sonra sadəlik üçün elektrik sahəsi dedikdə elektrostatik sahə nəzərdə tutulacaq. 
ARAŞDIRMA  
1 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  8
  LAYİHƏ


15 
 
Elektrik sahəsi bircins və qeyri-bircins ola bilir. 
  Bircins elektrik sahəsi – intensivliyi, fəzanın bütün nöqtələrində qiymət və 
istiqamətcə eyni olan elektrik sahəsidir. Əks halda sahə qeyri-bircinsdir. 
Məsələn, biri müsbət, digəri eyni miqdar mənfi yükə malik paralel müstəvi löv-
hələrarası fəzadakı elektrik sahəsi bircins 
(a)
, nöqtəvi yükün yaratdığı elektrik sahəsi 
isə qeyri-bircinsdir 
(b)

 
 
Nöqtəvi  elektrik  yükünün  vakuumda  və  mühitdə  yaratdığı  elektrik  sahə-
sinin intensivliyi. Məlumdur ki, nöqtəvi   yükünün vakuumda yaratdığı elektrik 
sahəsinə   sınaq yükü gətirilərsə, onlar arasında Kulon qarşılıqlı təsiri yaranacaq. 
 Vakuumda sükunətdə olan iki nöqtəvi yükün qarşı-
lıqlı  təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, 
aralarındakı  məsafənin kvadratı ilə  tərs mütənasib 
olub yükləri birləşdirən düz xətt boyunca yönəlir 
(c)

| || |
1
4
| || |
.  1   
Burada k mütənasiblik əmsalıdır, onun qiyməti:  
1
4
9 ∙ 10


Həmin sabit onu göstərir ki, hər birinin yükü 1Kl, aralarındakı məsafə 1 m olan 
iki nöqtəvi yük vakuumda bir-birinə 
9 ∙ 10
 qüvvə ilə təsir edir.  
Burada 
elektrik sabitidir:  
8,85 ∙ 10


Beləliklə, Kulon qanununun riyazi ifadəsi əsasında vakuumda   yükünün yarat-
dığı elektrik sahəsinin mənbədən ixtiyari r məsafəsindəki nöqtədə intensivliyin mo-
dulunu təyin etmək olar: 
| |
1
4
| |
.  2  

 Nöqtəvi elektrik yükünün vakuumda yaratdığı sahənin intensivliyi bu yükün 
miqdarından düz, mənbədən sahənin verilən nöqtəsinə qədərki məsafənin kvadratın-
dan tərs mütənasib asılıdır. 
Əgər   yükü müsbətdirsə, intensivlik vektoru sahənin istənilən nöqtəsində radial 
istiqamətində yükdən xaricə, mənfidirsə, həmin nöqtədən yükə doğru yönəlir 
(d)
. 
(a)
 
(b)
(c)
 
0 
0
 
0
0 
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə