0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə60/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
 
 
192 
 
taya qədər gətirilən alma satılır. Tələbin yüksək olduğunu görən market sahibi fermerə kilo-
qramı 3 manatdan 200 kq alma gətirməyi xahiş edir. Ertəsi gün marketdə həmin almalar 4 
manatdan satışa çıxarılır. 3 gün keçsə də, almalar satılmır.  
 
– Qrafiklərdən hansı tələb və təklifi əks etdirir?  
 
 
3. İfadələrdən hansı doğrudur? 
– Qiymətin qalxması tələbin aşağı düşməsinə gətirib çıxarır. 
– Qiymətin qalxması tələbin yuxarı qalxması ilə nəticələnir. 
– Qiymətin qalxması təklifin həcminin artmasına səbəb olur. 
– Alıcının tələbi ilə məhsulun qiyməti arasında əlaqə yoxdur.  
 
4. Hadisələrin düzgün ardıcıllığını müəyyən edin: 
a) Xidmət və istehsal sahələri açılır. 
b) Sahibkar daha çox gəlir götürür. 
c) Büdcəyə vergi ödəmələri artır.  
d) Yeni dövlət proqramları həyata keçirilir. 
e) Əhalinin rifah səviyyəsi artır. 
 
 
 
 




 
 

193 
 
•   VII  fəsil  •  
İqtisadi-sosial həyat və onun inkişaf yolları 

 
 
M
ÜLKİYYƏT FORMALARI  
 
 
 
“Mülkiyyət” sözünün mənası – əmlakdır. Əmlak maddi və qeyri-maddi əşyaların 
cəmidir. Əmlak daşınmaz və daşına bilən olur. Torpaq sahələri, su obyektləri, me-
şələr,  çoxillik  əkinlər  (bağ  sahələri,  yonca  əkinləri  və  s.),  binalar,  qurğular  və 
torpaqla möhkəm bağlı olan digər əmlak daşınmaz mülkiyyətdir. Bir yerdən başqa 
bir yerə aparılması mümkün olan və daşınma zamanı heç bir zərər görməyən əmlak 
isə daşına bilən mülkiyyətdir.  
Mülkiyyət sahibsiz ola bilməz. Mülkiyyətin daha qədim və geniş yayılmış növlə-
rindən biri xüsusi mülkiyyətdir. Xüsusi mülkiyyət dedikdə, qədimdə geyim və əmək 
alətləri, müasir dövrdə isə onlara əlavə olaraq torpaq, maşın və avadanlıqlar, nəq-
liyyat vasitələri, qiymətli kağızlar və s. başa düşülür. Xüsusi mülkiyyətin  şəxsi və 
fərdi olmaqla 2 növü vardır.  
 
 
 
Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində mülkiyyətçi artıq torpağın, dəz-
gah və avadanlıqların birbaşa deyil, onların səhmlərinin, yəni qiymətli kağızların sa-
hibi olur. Onlar əllərindəki səhmlərə uyğun olaraq qazanılan gəlirlərdən pay almaq 
hüququna  malikdirlər.  Səhmdarlar  istədiyi  vaxtda    səhmləri  sata  və  ya  başqasına 
54 
Azərbaycan Respublikasının mülkiyyət 
haqqında qanunundan.  
Konstitusiya. “Maddə 3. Mülkiyyət-
çinin səlahiyyəti və mülkiyyətin 
formaları: Hər kəsin mülkiyyət hüququ 
vardır, mülkiyyətin heç bir növünə 
üstünlük verilmir. Mülkiyyət hüququ, o 
cümlədən, xüsusi mülkiyyət hüququ 
qanunla qorunur
Müzakirə edin: 
1. Şəkillərdən hansılar  şəxsi, hansılar isə dövlət mülkiyyəti ola bilər? 
2. Hansı mülkiyyətin qorunması daha çətindir? 
  
Şəkil üzrə iş
a
b
c
d
e
f
İnsan və cəmiyyət
 
Fərdi mülkiyyət – xırda istehsal sahibkarlığı 
ilə bağlı mülkiyyətdir. Fərdi mülkiyyətçilər öz 
fərdi mülkiyyətlərindən istifadə edərək həyət-
yanı əmtəə istehsalı, sənətkarlıq, xidmət işləri 
görməklə məşğul olurlar.  
X Ü S U S İ     M Ü L K İ Y Y Ə T  
Şəxsi mülkiyyət – nəqliyyat vasitələri, yaşayış 
evləri, ev əşyaları, kənd təsərrüfatı inventarları, 
alətləri və s. ola bilər. Bu mülkiyyətin sahibi və 
ondan istifadə hüququ yalnız həmin şəxsə məx-
susdur  və  yalnız  onun  razılığı  ilə  başqasına 
verilə bilər. 


 
 
 
194 
 
dəyişə bilirlər. ABŞ-da mövcud olan müəssisələrin 70%-ə qədəri fərdi, 10%-i şərikli, 
20%-i isə səhmdar cəmiyyətləridir. Dövlət bölməsinin xüsusi çəkisi isə cəmi 1%-dir. 
Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar yeni bir mülkiyyət forması meydana 
gəlmişdir. Bu, bələdiyyə mülkiyyətidir. Bu mülkiyyət forması müəyyən ərazi daxi-
lində olan  təsərrüfat və sosial-məişət təyinatlı obyеktləri, özəlləşdirilməmiş mənzil-
ləri, xüsusi mülkiyyətə verilməyən torpaqları və s.-ni əhatə edir. Bələdiyyə idarə-
lərinin  maliyyə mənbəyi  torpaq, əmlak  vergisi, yerləşdirilən reklamlar,  avtomobil 
dayanacaqlarından  əldə  edilən  gəlirlərdir.  Bələdiyyələrin  işi  onlara  aid  ərazilərdə 
ekoloji  tarazlığı  qorumaq,  yolların  çəkilməsi  və  təmiri,  yaşıllaşdırma  və  abaqlıq 
işləri, su borularının təmiri və təmizlənməsi, müxtəlif bayram tədbirlərinin keçiril-
məsi və s.-dən ibarətdir. Bələdiyyə mülkiyyətinin idarə olunması əhali arasında seç-
kilərin  nəticəsi  əsasında  seçilmiş  bələdiyyə orqanı  vasitəsilə  həyata  keçirilir.  Bə-
lədiyyə orqanında icma, qadınlar şurası və s. qurplar ola bilər. Hazırda Azərbaycan 
Respublikası ərazisində 1607 bələdiyyə fəaliyyət göstərir. 
 
 
Mülkiyyətin  növlərindən  biri  də  dövlət mülkiyyətidir.  Hər  bir  dövlət  müəyyən 
əmlaka    malikdir.  Bəzi  ölkələrdə  dövlət  əmlakının  həcmi    80–90%-ə  çatır.  Lakin 
inkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm 10%-dən 50%-ə qədərdir.  
Azərbaycan Respublikası ərazisi hüdudlarında torpaq, yerin təki, daxili sular və 
ərazi suları, bitki və heyvanlar aləmi, hava hövzəsi dövlətin müstəsna mülkiyyətidir. 
Ölkə  onun  ərazisinə  bitişik  Xəzər  dənizindən  istifadə  hüququna  malikdir.  Dövlət 
torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər.  
Müzakirə edin: 
1. Bələdiyyə orqanları hansı mənbələrdən maliyyələşir? 
2. Bələdiyyə orqanları hansı işləri yerinə yetirməlidir? 
3. Yaşadığınız yerdə bələdiyyələrin fəaliyyəti ilə tanış olmaq üçün suallar tərtib edin. 
4. Bələdiyyənin işini yaxşılaşdırmaq üçün təkliflər hazırlayın.  
  
Sxem üzrə iş


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə