1. Ağciyər xərçəngi



Yüklə 384,36 Kb.

səhifə1/14
tarix02.06.2018
ölçüsü384,36 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


1. Ağciyər xərçəngi:

A) tənəffüs yollarının selikli qışasının bədxassəli xəstəliyidir  

B) ağciyər damarlarının bədxassəli xəstəliyidir  

C) ağciyərin alveolaların sistem xəstəliyidir

D) ağciyərin limfatik aparatın bədxassəli xəstəliyi  

E) ağciyər epitelinin metaplaziyasıdır



2. Dünyada bədxassəli şişlərlə ölümün strukturasında ağciyər xərcəngi kişilərdə:

A) 1-ci yer tutur

B) 2-ci yer tutur

C) 3-cü yer tutur

D) 8-ci yer tutur

E) 23-cü yer tutur  



3. Ağciyər xərçənginə çox rast gəlinir:

A) kişilərdə  

B) qadinlarda  

C) usaqlarda  

D) yeniyetmələrdə  

E) 20-30 yaş arası



4. Klinik-anatomik təsnifatına görə ağciyər xərçəngi aşağıdakı formalardan ibarətdir:

A) mərkəzi, periferik və atipik  

B) ekzofit və endofit

C) xırda və iri hüceyrəli  

D) adenokarsinoma və yastı hüceyrəli xərcəng  

E) mediastinal və periferik xərcəng



5. Pankost xərçəngi aiddir:

A) ağciyərin periferik xərçənginə  

B) mərkəzi xərçəngə  

C) atipik xərçəngə

D) xırda hüceyrəli xərçəngə, ağciyərin sarkomasına  

E) bronxoalveolyar xərçəngə



6. Ağciyər xərçəngin əsas histoloji formaları:  

A) adenokarsinoma, yastıhüceyrəli xərcəng və xırdahüceyrəli xərçəng  

B) irihüceyrəli xərçəng, sarkoma  

C) fibromioma, miosarkoma  

D) limfoma  

E) angiosarkoma, xırdahüceyrəli xərçəng



7. Ağciyər xərçənginin mediastinal forması aiddir:

A) ağciyər xərçənginin atipik formasına  




B) periferik formasına  

C) mərkəzi formasına  

D) xırdahüceyrəli xərçəngə  

E) Pankost xərçənginə



8. Ağciyər xərçəngində adenokarsinoma histoloji variant kimi ən çox rast gəlinir:

A) qadınlarda  

B) kişilərdə  

C) yeniyetmələrdə  

D) yaşlı adamlarda  

E) uşaqlarda  



9. İnkişaf formalarına görə ağciyər xərçəngi ayrılır:

A) endobronxial, peribronxial, qarışıq  

B) iri-və xirdahüceyrəli xərçəng  

C) mufto-polipə bənzər  

D) nəlbəkiyə bənzər və xoralı  

E) yastihüceyrəli xərçəng, adenokarsinoma



10. Ağciyər xərçənginin əsas simptomları:

A) öskürək, qanhayxırma, döş qəfəsində ağrılar

B) zəiflik, hıçqırma

C) sianoz, taxikardiya, ətraflarda keyləşmə  

D) qıcqırma, sarılıq, döş qəfəsində ağrılar

E) baş ağrıları, öskürək, hemiparez



11. Ağciyər xərçəngi zamanı paraneoplastik sindroma aiddir:

A) ”saat şüşələri və baraban çöpləri simptomları”

B) qanhayxırma  

C) ”moruq jelesi” simptomu  

D) ”qalop ritmi” simptomu  

E) Horner simptomu



12. Pankost xərçəngə aiddir :

A) ptoz, mioz, enoftalm  

B) tənginəfəslik və qanhayxırma  

C) öskürək və paraneoplastik sindrom  

D) döş qəfəsində ağrılar və alt dodağın sianozu  

E) baş ağrıları və ishal



13. Ağciyər xərçənginin simptomsuz gedişatı ən çox rast gəlinir:

A) periferik xərçəngdə

B) mərkəzi xərçəngdə

C) endobronxial xərçəngdə  

D) yastı hüceyrəli xərçəngdə

E) mediastinal formalı ağciyər xərçəngində



14. Mərkəzi ağciyər xərçəngində əsas müayinə üsulu aşağıdakıdır:


A) bronxoskopiya biopsiya ilə

B) ultrasəs müayinəsi

C) radioizotop müayinə

D) bronxoqrafiya

E) selektiv angoqrafiya

15. Ağciyər xərçənginin hansı formasında bronxoskopiya üsulu daha dəqiq və informativdir:  

A) mərkəzi xərçəngində  

B) periferik xərçəngində  

C) pnevmoniyayabənzər xərçəngində  

D) baş beyinə metastazlar zamanı  

E) ağciyər xərçənginin mediastinal formasında  



16. Ağciyər xərçəngi zamanı hormonal aktivliyin yüksək olması xarakterikdir:

A) xırdahüceyrəli xərçəngə  

B) ağciyərin sarkomasına  

C) Pankost xərçənginə

D) ağciyərin mediastinal xərçənginə

E) yastıhüceyrəli xərçəngə



17. Ağciyər xərçəngi zamanı radikal əməliyyatlar aşağıdakılardır:

A) pulmonektomiya və lobektomiya  

B) seqmentektomiya və ağciyərin kökünün limfadisseksiyası  

C) ağciyərin atipik rezeksiyası  

D) torakotomiya  

E) mediastinotomiya



18. Ağciyərin baş bronxun xərçəngi zamanı radikal əməliyyat aşağıdakıdır:

A) pulmonektomiya  

B) lobektomiya

C) seqmentektomiya  

D) torakotomiya  

E) laparotomiya  



19. Ağciyər xərçəngində genişlənmiş əməliyyatlara aiddir:

A) ağciyərin kökünün və divararalığının geniş limfadisseksiyası  

B) lobektomiya qabırğanın rezeksiyası ilə  

C) lobektomiya perikardın rezeksiyası ilə  

D) atipik rezeksiya diafragmanın rezeksiyası ilə  

E) seqmentektomiya  



20. Şüa müalicəsi ağciyər xərçəngində daha effektivdir:

A) yastıhüceyrəli variantda

B) adenokarsinomada

C) sarkomada

D) ağciyərin hemangiomasında  

E) metastatik plevritdə  




21. Ağız boşluğuna aid deyil:

A) dilin kökü

B) dilin hərəkətli hissəsi

C) ağız boşluğunun dibi

D) sərt və yumşaq damaq

E) çənə və əng sümüklərinin alveolyar çıxıntısı



22. Hansı virus ağız boşluğu xərçənginin əmələ gəlməsinə təsir edir:

A) insan papilloma virusu (HPV)

B) hepatit B və C virusu (HVB, HVC)

C) Epşteyn-Barr virusu (EBV)

D) insan immunodefisit virusu (HİV)

E) insan herpes virusu (HHV)



23. Ağız boşluğu xərçənginin risk amillərinə aid deyil:

A) ultrabənövşəyi şüalar

B) siqaretçəkmə

C) travmalar

D) ağız boşluğunda qalvanizm prosesi

E) alkoqol



24. Ağız boşluğunun obliqat xərçəngönü xəstəliklərinə hansı aiddir:

A) Keyr eritroplaziyası

B) leykoplagiya

C) papillomatoz

D) şüadan sonrakı stomatit

E) qırmızı qurdeşənəyi və qırmızı yastı dəmirovun eroziv xoralı və hiperkeratotik formaları



25. Ağız boşluğunun fakultativ xərçəngönü xəstəliklərinə hansı aid deyil:

A) Bouen xəstəliyi

B) papillomatoz

C) leykoplagiya

D) şüadan sonrakı stomatit

E) qırmızı qurdeşənəyi və qırmızı yastı dəmirovun eroziv xoralı və hiperkeratotik formaları



26. Ağız boşluğu xərçənginin xoşxassəli şişlərinə aiddir:

A) papilloma

B) yastıhüceyrəli xərçəng

C) adenokarsinoma

D) sarkoma

E) melanoma



27. Ağız boşluğu xərçənginin bədxassəli şişlərinə ən çox təsadüf edilən histoloji forması hansıdır:

A) yastıhüceyrəli xərçəng

B) adenokarsinoma

C) melanoma

D) sarkoma

E) bazalhüceyrəli xərçəng



28. Ağız boşluğu xərçəngi ən çox hansı orqanda rast gəlinir:

A) dildə


B) ağız dibində

C) yanaq


D) sərt və yumşaq damaq

E) çənə və əng sümüklərinin alveolyar çıxıntısı



29. Ağız boşluğu xərçəngi üçün daha xarakterikdir:

A) əsasən limfogen metastazvermə

B) əsasən hematogen metastazvermə

C) əsasən limfo-hematogen metastazvermə

D) əsasən implantasion metastazvermə

E) əsasən şişin gedişi boyu metastazvermə



30. Dilin xərçənginin 0 mərhələsinə hansı aiddir:

A) T


is

N

0



M

0

B) T



1

N

0



M

0

C) T



2

N

1



M

0





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə