1. allah kəlami



Yüklə 21,49 Kb.

tarix17.11.2018
ölçüsü21,49 Kb.


1.ALLAH  KƏLAMI. 

 

Qurani-Kərim  “Allah  kəlamı”  olaraq qəbul  edilir.  “Allah kəlamı”    dünyada 

olan  heç  bir  fəlsəfi  və  ya  ideoloji  məktəbin  davamçılarının  məhsulu  olmamaqla 

yanaşı bəşər zəkasını aciz saxlayır və  bu möcüzəvi kəlam “Quran” adlanır.  

Quran  ərəb  ədəbi  dilinin  ən  möhtəşəm  və  əvəzsiz  abidəsi  sayılır.  İlahi 

gözəlliyə  mailk  olan  bu  əsər  alimlərin  ixtiralarına  təkan  vermiş,  bəşərin  düzgün 

yola hidayət olunmasını təmin etmişdir. 

Allah  kəlamı  23  il  müddətində  (610-632)  vəhy  vasitəsi  ilə  nazil  edilmişdir. 

Vəhy sözü ərəb dilindən azərbaycan dilinə tərcümədə  “gizli söz”, “dərhal anlamaq 

üçün  edilən  işarə”,  “əmr  etmək”,  ”ilham  etmək”,  və  ”səslənmək”  anlamına  gəlir. 

Vəhy ilahidir. Yəni Allah tərəfindən peyğəmbərlərə elm və xəbərlər verilir. Bütün 

peyğəmbərlər vəhy vasitəsi ilə Allahla rabitə saxlamışlar. Bu rabitə mələk Cəbrəil 

vasitəsi ilə qurulmuşdur.  

Allah  kəlamı  olan  Quranın  digər  səmavi  kitablardan  (Tövrat  və  İncil)  əsas 

fərqi  bundan  ibarətdir  ki, digər  ilahi  kitablar  zaman  keçdikcə  dəyişiklikə  uğramış 

və  ilahi  ecazını  itirmişdir.  Lakin  Quran  ayələri  öz  əslini  itirmədən  peyğəmbərə 

nazil olan formada günümüzə qədər qalmış, təhrif olunmamışdır. Quranın özündə 

bu barədə belə buyrulur: “ Şübhəsiz Quranı biz nazil etdik və sözsüz ki, biz də 



onu qoruyub saxlayacağıq”. (Hicr surəsi 9) 

         Kəlamçılar  Qurani  Kərimi  onun  Allah  kəlamı  olmasına  görə  müzakirə 

mövzusuna  çevirirlər.  Quranın  Allaha  məxsus  kəlam  olması  onun  insanın 

yaratdıqlarından  üstün  bir  mənbə  olduğunu  göstərir.  Quranın  mahiyyəti  ilə  bağlı 

xüsuslar  kəlam  kitablarında  Allahın  sifətlərindən  kəlam  sifətinə  dair  mövzular 

araşdırılarkən  qeyd  olunmaqdadır.  Yəni,  kəlam  elmində  Quranın  mahiyyəti 

haqqındakı  mübahisələr,  əsas  etibarilə  birbaşa  olaraq  Quran  haqqında  olmayıb 

Allahın sifətləri ilə bağlıdır. Həmçinin qeyd etmək lazımdır ki, bu  mübahisələrin 

əsas nöqtəsini tövhid məsələsi təşkil edir.  

  

 Quranın  dil  olması  və  Ərəb  dilinin  imkanlarını  mükəmməl  bir  şəkildə 



göstərməsi, onun tarix boyunca daima həyatın içində olmaqla birlikdə, həm də  


 

 

  



həyatın  üstündə  qalmasını  və  müəyyən  zaman  içərisində  xalqın  həyatında  ortaya 

çıxan  bir  sıra  dəyişikliklərə  baxmayaraq,  özünəməxsus  xüsusiyyətlərini  qoruyub 

saxlamışdır.  

     


 Quranın  əsas  xüsusiyyətlərindən  onun  oxunması  və  dinlənilməsi 

mövzusudur. Bir tərəfdən Quranın namazda oxunması və Quran oxunduğu zaman 

onun  diqqətlə dinlənilməsinin  əmr  edilməsi  (əl-Ər’af 7/204) onun  müsəlmanların 

həyatında tutduğu təyinedici yerin əsasını təşkil etdiyini göstərir. Quran oxuma və 

dinləmə müsəlman olmağın ayrılmaz bir parçası deməkdir. 

Quran müsəlmanların sadəcə mənası axtarılan adi bir mövzu, bir hekayə, hər 

hansı bir kitab yox, özü ilə müsəlmanlığı oxuma və dinləmə əlaqəsi içində yaşadan 

bir xitabdır. 

      

 Quranın  ahəngi, Ərəb dilini bilməyənləri belə təsirləndirə  biləcək bir sənət 



əsəridir.  Onun  nəzm  ilə  yazılışının  və  üslubunun  bəzi  xüsusiyyətləri  ona  inanan 

insanları  çatdırdığı  yüksək  əxlaq  səviyyəsi  möcüzə  olmasının  ən  önəmli  əlaməti 

olaraq qəbul edilməkdədir.  

 

Allah  kəlamı  olan  Qurani-Kərim  bu  gün  1  milyarddan  artıq  müsəlmanın 



etiqadına  çevrilmiş  və  dünya  müsəlmanları  bacardıqları  qədər  Quranın  qoyduğu 

qanunlar əsasında həyatlarını qururlar. 

 

2. Quranın mənası və mövzuları. 

 

Hər  hansı  bir  sözün  mənasını  araşdırmadan  onun  haqqında  danışmaq 

mənasız  olduğu  üçün,  Qurani-Kərimin  adlarının  hansı  məna  daşıdığını 

aydınlaşdırmaq istəyirik. 

Qurani-Kərimin  hansı  məna  daşıdığı  haqqında  alimlər  müəyyən  fikir  və 

mülahizələr ortaya qoymuşdur. Bu fikirləri nəzərdən keçirək: 



1.”Quran sözü əslində qarəə kökündən olub, “tilavət” (oxumaq) mənasını 

daşıyır”.  Şeyx Təbərsi 

___________ 



1.”Məcməul-bəyan fi təfsiril-Quran” Şeyx Təbərsi 


 

 

  



2.”Quran sözü əslində “cəm” və “toplamaq” mənasına malikdir. Çünki bu 

müqəddəs  kitab,  xüsusi  bir  üslub  əsasında  (sürələr  və  ayələr)  toplanmışdır”.  

Muhəmməd bin Cərir Təbəri

1 

3.”Quranda keçmiş kitabların səmərəsi və hətta bütün elmlərin toplandığı 

üçün onu Quran adlandırmışlar”Rağib İsfəhani 

2 

4.Bəzi  alimlərin  nəzərincə  isə  “zərduştilərin  kitabı  Avesta,  yəhudilərin 

kitabı  Tövrat,  xristianların  kitabı  İncil  adlandırıldığı  kimi,  müsəlmanlarında 

müqəddəs kitabı Quran adlandırılmışdır və bu ad hansısa söz və ya məsdərdən 

alınmamışdır”.

3

 



Qeyd  etmək  lazımdır  ki,  yuxarıda  göstərilənlərlə  yanaşı  bir  çox  alimlərdə 

başqa cür rəylər vermiş amma bu rəylərdən islam alimləri tərəfindən ən çox qəbul 

olunan Quran  sözününü “qarəə” kökündən olmasıdır. 

İslam  peyğəmbəri  Həzrəti  Muhəmmədə  (Allahın  ona  salamı  olsun)  nazil 

olmuş sonuncu səmavi kitab olan Qurani-Kərimdə müxtəlif mövzular yer almış və 

bu sahədə çalışan alimlər üç müxtəlif nəzəri qeyd etmişlər.

I.a) əqidələr, 



   b) dini hökmlər

   c) əxlaq. 

II. a) əqidələr, 

    b) qanunlar

Qanunlar mövzusu aşağıdakı hissələrə bölünür: 

İbadət, müamilə, əxlaq, ailə məsələləri, qisas və cəza tədbirləri qanunları. 

III.1.Allahşünaslıq, 

   2.Cahanşünaslıq, 

   3.İnsanşünaslıq, 

   4.Yol tanımaq, 



   5.Peyğəmbərlərin həyatı, səmavi kitabların xüsusiyyətləri,  

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə