1. Anemiya nəyə deyilir?



Yüklə 153,71 Kb.

tarix30.04.2018
ölçüsü153,71 Kb.


1

1. Anemiya nəyə deyilir?   

A. Vahid həcm qanda hemoqlobinin () inin (eritrositlərin) ümumi miqdarının 

azalmasına

B. qanın damar mənfəzindən kənara çıxmasına

C. Qanda atipik leykoz hüceyrələrinin olması ağqanlılq lıq

D. Dövran edən qanın ümumi həcminin azalması

E. Arterial qan təzyiqinin kəskin şəkildə azalması

2

2. Posthemorragik anemiya hansıdır?



A. Qanitirmələr nəticəsində inkişaf edən anemiya

B. qanyaranma prosesinin, yəni hemopoezin pozulması nəticəsində inkişaf edən 

anemiya

C.eritrositlərin böyük sürətlə və massiv şəkildə hemolizləri nəticəsində baş verən 



anemiya

D. Orqanizmə çoxlu miqdarda qanın köçürülməsi nəticəsində (hemotransfuzion) 

inkişaf edən anemiya

E. Heç biri

3

3. Dishemopoetik anemiya nədir?



A. Qanitirmələr nəticəsində inkişaf edən anemiya

B.Orqanizmə çoxlu miqdarda qanın köçürülməsi nəticəsində (hemotransfuzion) 

inkişaf edən anmeiya.

C. Qanyaranma prosesinin, yəni hemopeizin pozulması nəticəsində inkişaf edən 

anemiya

D. Eritrositlərin böyük sürətlə və massiv şəkildə hemolizləri nəticəsində baş verən 



anemiya

E. Heç biri

4

 Hemolitik anemiya nəyə deyilir? 



A. Orqanizmə çoxlu miqdarda qanın köçürülməsi nəticəsində (hemotransfuzion) 

inkişaf edən anemiya

B. qanyaranma prosesinin, yəni hemopoezin pozulması nəticəsində inkişaf edən 

anemiya


C. Eritrositlərin böyük sürətlə və massiv şəkildə hemolizləri nəticəsində baş verən 

anemiya


D. Qanitirmələr nəticəsində inkişaf edən anemiya

E. Heç biri    

5

 Minakov ləkələri nə zaman əmələ gəlir? 



A. Meyitin quruması ilə əlaqədar gözün ağlı qişasında

B. Septiki endokarditlər zamanı gözün iç tərəfində konyunktivada

C. Qızılca xəstəliyi zamanı üst kiçik azı dişi bərabərliyində ağızın selikli qişasında

D. Kəskin qanitirmələr (posthemorragik anemiyalar) zamanı ürəyin sol 

mədəciyində endokardın altında

E. Bədənin ümumi soyuması zamanı mədənin selikli qişasında




6

 Dəmir defisitli anemiya hansı qrup anemiyalara aiddir?

A. Posthemorragik anemiyalar  

B. Dishemopoetik anemiyalar  

C. Hemolitik anemiyalar   

D. İrsi hemoqlobinopatiyalar qrupu 

E. Heç birinə    

 

7



B12 defistli anemiyanın patogenezi hansıdır?

A. Mədənin pariertal vəzlərinə qarşı orqanizmdə autoantitellərin yaranması.

B. Nazik bağırsağın 1 metrdən çox hissəsinin rezeksiyası.

C. Fosfor-üzvi birləşmələrlə zəhərlənmə.

D. Sepsis və intravaskulyar massiv hemoliz.

E. İki valentli ekzogen dəmirin çatışmazlığı.

8

Hipoplastik və aplastik anemiyalar anemiyaların hansı qrupuna aiddirlər?



A. Posthemorragik anemiyalar.

B. Dishemopoetik anemiyalar

C. Hemolitik anemiyalar

D. Kəskin anemiyalar

E. Hemoqlobinopatiyalar

9

Aşağıdakı hansı patologiya intravaskulyar  hemolitik anemiyalarının inkişafına 



səbəb ola bilər?

A. Leykoz.

B. Talassemiya xəstəliyi.

C. Kəskin daxili qanitirmə.

D. İrsi sferositoz xəstəliyi.

E. Kaslın daxili faktorunun (qastromukoprotein) çatışmazlığı.

10

Aşağıda göstərilən hansı patologiya ekstravaskulyar hemolitik anemiyalara aiddir?



A. Erlixin hipoplastik anemiyası

B. Fankoninin aplastik anemiyası

C. Talassemiya xəstəliyi.

D. B12 defistli anemiya.

E. Hemolitik  zəhərlərin təsirindən baş verən anemiya.

11

Kəskin qanitirmələr (posthemorragik anemiyalar) zamanı ürəyin sol mədəciyində 



subendokardial qansızmalardan ibarət ləkələr əmələ gəlir. Bu ləkələr necə adlanır?

A. Larşe ləkəsi.

B. Lukin-Libman ləkəsi.

C. Minakov ləkələri.

D. Ceynuey ləkələri.

E. Filatov- Koplik ləkələri.




12

Aşağıdakı hansı patologiya dəmir defistli anemiyanın xarakter morfolofi 

əlamətlərindən hesab edilə bilər?

A. Pansitopeniya

B. Retikulositlərin miqdarının yüksəlməsi

C. Periferik qanda eritrositlərin miqdarının artması

D. Eritrositlərdə hiperxomiya

E. Sümük iliyində hemosiderinin miqdarının kəskin şəkildə azalması

13

B12 defistli anemiyalar hansı qrup anemiyalara aiddir?



 A. Ekstravaskulyar anemiyalar.

B. Posthemorragik anemiyalar.

C. Hemolitik anemiyalar.

D. Eritrositopatiyalar.

E. Dishemopoetik anemiyalar.

14

Talassemiya xəstəliyi göstərilən hansı anemiyalar qrupuna aiddir?



A. Hemoqlobinopatiyalar.

B. Eritrositopatiyalar.

C. Eritrositofermentopiyalar.

D. intravaskulyar  hemolitik anemiyalar.

E. Endogen mənşəli, irsi hipplastik və aplastik anemiyalar.

15

Aşağıdakı hansı patologiya arteriosklerozların ürək formasının  anoloqudur?



A. Ürəyin işemik xəstəliyi.

B. Destruktiv miokardit.

C. Qazanılmış ürək qüsürü.

D. Ziyilli endokardit.

E. “Tüklü ürək”

16

Aterosklerozun inkişafında hansı lipoproteidlər əsas rol oynayır?



A. Xilomikronlar.

B. fosfolipidlər.

C. Aşağı sıxlıqlı lipoproteidlər.

D. Ara sıxlıqlı lipoproteidlər.

E. Yüksək sıxlıqlı lipoproteidlər.

17

Aterosklerozun hansı forması son  nəticədə uremik koma ilə nəticələnə bilər?



A. Müsariqə forması.

B. Böyrək forması.

C. Aorta forması.

D. Beyin forması.

E. Sidik forması.

18

Aterosklerozun etio-patogenezini daha əsaslı və elmi şəkildə izah edən müasir 



nəzəriyyə hansıdır?

A. Virus nəzəriyyəsi.

B. Trombogen nəzəriyyə.

C. Lipoproteid nəzəriyyəsi.

D. İmmunolji nəzəriyyə.

E. Herontoloji nəzəriyyə.




19

Ateroskleroz öz inkişafında makroskopik olaraq (adi gözlə) aşağıdakı hansı 

mərhələni keçir?

A. Piy ləkələri mərhələsi.

B. Lipidönü mərhələ.

C. səthi ateroskleroz mərhələsi.

D. dərin ateroskleroz mərhələsi.

E. Qalıq əlamətlər mərhələsi.

20

Aterosklerozun  aşağıdakı hansı mikroskopik mərhələsi vardır?



A. Lipidönü mərhələ.

B. Piy ləkələri mərhələsi.

C.Tranzitor mərhələ.

D.Eroziya mərhələsi.

E. Damar dəyişiklikləri mərhələsi.

21

Aterosklerozun klinik- morfoloji formaları içərisində  belə bir forma yoxdur!



 A. Aorta forması.

B. Müsariqə forması.

C. Mərkəzi forma.

D. Ətraf forması.

E. Universal forma.

22

Hansı dəyişiklik  aterosklerozun beyin forması üçün xarakterikdir?



A. Hiperemiya.

B. Meningit.

C. Ensefalit.

D.İşemik insult.

E. Hidrosefaliya.

23

Aortanın  aterosklerozu zamanı ayaqda hansı proses baş verə bilər?



A. Periostit.

B. Dermatit.

C. Kapoşi sarkoması.

D. Ayaq barmaqlarının qanqrenası.

E. Osteomielit 

24

Aterosklerozun hansı mərhələsi əhəng distrofiyası deməkdir?



A. Lipidönü.

B. Lipidoz. 

C. Liposkleroz.

D. Ateromatoz.

E. Aterokalsinoz.

25

Aterosklerozun hansı forması son  nəticədə miokardın infarktı ilə nəticələnə bilər?



A. Serebral forma.

B. Aorta forması.

C. Ürək forması.

D. Beyin forması.

E. Müsariqə forması.



26

Aterosklerozun  aorta formasında ölüm nədən baş verə bilər?

A. Aortada anevrizmanın əmələ gəlməsi və cırılması

B. Uremik koma.

C. Orqanizmin ümumi intoksikasiyası.

D. Baş beyin mədəciklərinə qansızma.

E.Kaxeskiya.

27

Ateroskleroz zamanı ilkin olaraq hansı damarlar zədələnmiş olur?



A. Venalar

B. Elastik tipli arteriyalar

C. Əzələ tipli arteriyalar

D. arteriollar.

E. Kapilyarlar.

28

Ateroskleroz zamanı ilkin və əsas dəyişikliklər arteriyaların hansı qatında baş verir?



A. İntimada (daxili qatda).

B. Mediada (orta qatda).

C. Adventitsiyada (xarici qatda).

D. Orta və xarici qatlarda.

E. hamsında eyni dərəcədə.

29

Aterosklerotik nefroskleroz zamanı böyrəyin səthi necə olur?



A. Hamar.

B. Xırdadənəvər.

C. Xırda ölçülərlə kələ-kötür.

D. İri ölçülərlə kələ-kötür.

E. Hamısı.

30

Hipertoniya xəstəliyi nədir?



A. Böyrək patologiyası ilə əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.

B. arterial qan təzyiqinin daim yüksək səviyyədə qalması və bununla əlaqədar 

klinik və morfoloji dəyişikliklər kompleksinin meydana çıxması.

C. Psixo-emosional gərginlik zamanı arterial qan təzyiqinin yüksəlməsi.

D. Bəzi damar patologiyaları ilə əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.

E. Endokrin pozğunluqlarla əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.

31

Hipertoniya xəstəliyinin klinik-morfoloji forması hansıdır?



A. Serebral forma.

B. Yuxarı ətraf forması.

C. Kiçik xoreya forması.

D. Yüngül forma.

E. Aorta forması.



32

Hipertoniya xəstəliyi zamanı əsas dəyişikliklər ürək-damar sisteminin hansı 

hissəsində baş verir?

A. Venalarda.

B. Ürəkdə.

C. Arteriyalarda.

D. Arteriollarda.

E. Kapilyarlarda.

33

Aşağıdakı hansı dəyişiklik hipertonik krizin əlamətidir?



A. Ateriolların divarında fibrinoid nekroz.

B. Ayağın qanqrenası.

C. Uremik koma.

D. Miokardın infarkitı.

E. Arteriolosklerotik yaddaş zəifliyi.

34

Arterial hipertoniya xəstəliyinin birinci mərhələsi necə adlanır?



A. Üzv və toxumalarda sklerotik dəyişikliklər mərhələsi.

B. Simptomatik (və ya başlanğıc) hipertoniya mərhələsi.

C. Hipertonik kriz mərhələsi.

D. Yayılmış damar dəyişiklikləri mərhələsi.

E. Preklinik (funksional və tranzitor) hipertoniya.

35

Aşağıdakı hansı patoloji proses hipertoniya xəstəliyi zamanı ölümə səbəb ola bilər?



A. İrinli- septiki dəyişikliklər.

B. Aortanın anevrizması.

C. Hemorragik insult.

D. İrinli meningit.

E. Kəskin beyin çatışmazlığı.

36

Arterial hipertoniya xəstəliyinin ikinci mərhələsi necə adlanır?



A. damar patologiyaları ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər 

mərhələsi.

B. Tranzitor mərhələ.

C. Yayılmış damar dəyişiklikləri mərhələsi.

C. Funksional mərhələ.

D. Ürəyin hipertrofiyası mərhələsi.

37

“Diffuz xırda ocaqlı kardioskleroz” hipertoniya xəstəliyinin (ürək forması) hansı 



mərhələsində meydana çıxır?

A. Birinci mərhələ

B. İkinci mərhələnin birinci yarısında

C. İkinci mərhələnin ikinci yarısında.

D. Üçüncü mərhələdə

E. Heç birində




38

Böyrəkdə hansı dəyişikliklər hipertoniya xəstəliyi üçün xarakterikdir?

A. Böyrəyin qazanılmış polikistozu.

B. Hipertonik qlomerulonefrit.

C. Arteriolosklerotik nefroskleroz.

D. Aterosklerotik nefroskleroz.

E. Nefritik nefroskleroz.

39

Arterial hipertoniya xəstəliyinin üçüncü mərhələsi necə adlanır?



A. Funksional hipertoniya mərhələsi.

B. Geridönməyən hipertoniya mərhələsi.

C. Damar dəyişiklikləri mərhələsi.

D.Damar dəyişiklikləri ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər 

mərhələsi.

E. Ürəyin hipertrofiyası mərhələsi.

40

Hipertoniya xəstəliyi başqa adla necə adlanır?



A. Kompensator hipertoniya.

B. Dekompensator hipertoniya.

C. Essesial hipertoniya.

D. Hipertonik vəziyyət.

E. Epidemik hipertoniya.

41

Miokardın hipertrofiyası nəyin hesabına baş verir?



A. Ürək kameralarının genişlənməsi.

B. Kardiomiositlərin həcmcə böyüməsi (hipertrofiyası).

C. Kardiomiositlərin sayının çoxalması (hiperplaziyası).

D. Endokardın qalınlaşması.

E. Perikardın qalınlaşması.

42

Orta yaşlı bədən quruluşuna və çəkiyə malik şəxsdə ürəyin çəkisi neçədən yuxarı 



olduqda buna ürəyin hipertrofiyası deyilir?

A. 100 qram.

B. 200 qram.

C. 350 qram.

D. 500 qram.

E. 650 qram.

43

Bədxassəli hipertoniya böyrəkdə hansı proses inkişaf edir?



A. Hidronefroz.

B. Far nefrosklerozu.

C. Birincili büzüşmə.

D. İkincili büzüşmə.

E. Arteriolsklerotik nefroskleroz.

44

Hipertoniya xəstəliyinin sinonimi hansıdır?



A. Xoşxassəli arterial hipertenziya.

B. Bədxassəli arterial hipertenziya.

C. Esensial hipertenziya.

D. Endokrin hipertenziya.

E. Vazorenal hipertoniya.



45

Ürəyin işemik xəstəliyi hansı səbəbdən inkişaf edir?

A. Ürəyin tac arteriyalarının patologiyaları ilə əlaqədar.

B. miokardiokalsinozla əlaqədar.

C. Diffuz proliferativ miokarditlə əlaqədar.

D. Ürəyin venoz damarlarının patologiyaları ilə əlaqədar.

E. Septiki endokarditlə əlaqədar.

46

Aşağıdakı hansı hal ürəyin işemik xəstəlikləri üçün risk faktorlarına aid edilir?



A. İdmanla çox məşğul olmaq.

B. Çox saylı psixo- emosional streslər.

C. Orqanizmin ümumi intoksikasiyası

D. Ürək- damar sistemində streptokokların düşməsti.

E. Septiki endokradit.

47

Hansı patologiya miokardın kəskin işemik xəstəliyininə aiddir?



A. Miokardın kəskin işemik distrofiyası.

B. Miokardın kəskin ekssudativ iltihabı.

C. Diffuz xırda ocaqlı kardioskleroz.

D. Arteriolsklerotik  kardioskleroz.

E. Kəskin destruktiv miokardit.

48

Hansı patologiya ürəyin xroniki işemik xəstəliyidir?



A. Kardiomiositlərin destruksiyası.

B. Miokardın nekrozu.

C. Diffuz xırda ocaqlı kardioskleroz.

D.Ürəyin kəskin anevrizması.

E. Qazanılmış ürək qüsuru.

49

Miokardın infarktı nədir?



A. Ürəyin tac arteriyasının trombozu.

B. Qan təchizatının tamamilə kəsilməsi ilə əlaqədar miokardda nekroz ocağının 

meydana çıxması.

C. Miokardda ocaqlı proliferativ iltihab.

D. Kardiomiositlərin toksiki destruksiyası.

E. Miokard stromasının kəskin ödemi.

50

Miokardın  transmural infarktı nədir?



A. İnfarkt ocağı endokarda bitişik yerləşir.

B. İnfarkt ocağı miokardın ortasında yerləşir.

C. İnfarkt ocağı epikarda bitişik yerləşir.

D. İnfarkt ocağı endokarddan epikarda qədər mikardın bütün qalınlığını tutur.

E. İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur.

51

Ürəyin kəskin  işemik xəstəliyi hansıdır?



A. kəskin kardioskleroz.

B. İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz.

C. miokardın infarktı.

D. Kəskin miokardit

E. Kəskin işemik perikardit.



52

Miokardın infarktı zamanı infarkt (nekroz) ocağı gözlə hansı müddətdən sonra  

görünə bilər?

A.  İnfarkt baş verən andan etibarən.

B. İnfarkt baş verdiyi  andan 15-20 dəq sonra.

C. 1-2 saat sonra.

D. 4 saat sonra.

E.  18-24 saat sonra.

53

Miokardın  residiv infarktı nədir?



A. Şəxsin həyatında ilk dəfə infarkt keçirməsi.

B. İlk dəfə keçirilən infarktan sonrakı 4 həftə müddətində olan ikinci infarkt.

C. İlk dəfə keçirilən infarktan  4 həftə  sonra baş verən  ikinci infarkt.

D. Ağ ciyərin infarktında sonra miokardda baş verən infarkt.

E. Baş beyinin infarktından sonrakı 2 ay müddətində miokardda baş verəm infarkt.

54

Miokardın təkrari  infarktı nədir?



A. Baş beyinin işemik insultundan sonra miokardda da infarktın olması.

B. İlk dəfə keçirilən infarktan  6 həftə  sonra baş verən  ikinci infarkt.

C. İlk dəfə keçirilən infarktan  6 həftə keçməmiş baş verən  ikinci infarkt.

D. İlk dəfə keçirilən infarktan  6 ay (180 gün) keçdikdən sonra baş verən  ikinci 

infarkt.

E. Ağ ciyərin infarktında sonra miokardda baş verən infarkt.

55

. Miokardın  subendokardial infarktı nədir? 



A. İnfarkt ocağı endokardın altında, ona bitişik yerləşi.

B. İnfarkt ocağı epikardın altında, ona bitişik yerləşir.

C. İnfarkt ocağı miokardın ortasında yerləşir.

D. İnfarkt ocağı endokarddan epikarda qədər bütün miokardı tutur.

E. İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur.

56

. Ürəyin xroniki işemik xəstəliyi hansıdır?



A. Diffuz xırda ocaqlı kardioskleroz.

B. Miokardın hipertrofiyası.

C. “Tüklü ürək”.

D. Ürəyin boz atrofiyası.

E. Endokardit.

57

Diffuz xırda ocaqlı kardioskleroz hansıdır?



A. Ayrı-ayrı yerlərdə kardiomiositlər görünmür, onların yerində birləşdirici toxuma 

inkişaf etmişdir.

B. Ayrı- ayrı perivaskulyar və kardiomiositlərarası sahələrdə birləşdirici toxumanın 

kiçik ocaqlar və nazik zolaqlar şəklində inkişafı görünür.

C. Miokardın bütün arterial damarlarının divarı sklerozlaşmış, mənfəzləri 

daralmışlar.

D. Perikardda diffuz şəkildə birləşdirici toxumanın inkişafı görünür.

E. Endokardda səpələnmiş şəkildə kiçik skleroz ocaqları görünür.




58

Miokardın  subepikardial infarktı nədir?

A. İnfarkt ocağı harda yerləşməsindən asılı olmayaraq çox kiçik ölçülərə malik 

olur.


B. İnfarkt ocağı endokardın altında, ona bitişik yerləşir.

C. İnfarkt ocağı epikardın altında, ona bitişik yerləşir.

D. İnfarkt ocağı miokardın ortasında yerləşir.

E. İnfarkt ocağı endokarddan epikarda qədər bütün miokardı əhaət etmiş olur.

59

Autopsiya zamanı ürəyin sol mədəciyinin yan divarında (mikardda) ölçüləri 3,0x 



2,0 sm sahədə ağımtıl rəngli, bərk konsistensiyalı çapıq toxuması; arxa divarında 

isə 3,0x 2,0 sm ölçüdə kənardan qırmızı haşiyə ilə əhatə olunmuş, ağ –bozumtul (və 

ya sarımtıl) rəngli sahə görünür. Düzgün diaqnoz aşağıdakılardan hansıdır?

A. Miokardın  təkrari infarktı.

B. Diffuz xırda ocaqlı kardioskleroz.

C.  Kəskin miokard infarktı.

D. İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz.

E. Miokardın kəskin  işemik distrofiyası.

60

Serebro- vaskulyar xəstəlik nədir?



A. beyin damarlarının diffuz şəkildə iltihabı

B. Aterosklerozun və ya hipertoniya xəstəliyinin beyin forması.

C. Ürəyin xroniki işemik xəstəliyi.

D. Beyin damarlarından limfosit və leykositlərin beyin maddəsinə keçməsi.

E. Revmatizmin serebral forması.

61

Baş beyin maddəsində infarktdan sonra həmin ocaqda nə əmələ gəlir?



A. İnfarktdan sonrakı (postinfarkt) iri ocaqlı kardioskleroz.

B. Diffuz xırda ocaqlı serebroskleroz.

C. Baş beyin maddəsinin ağ yumşalması və divarları ağ rəngdə olan kista.

D. Qranulyasiya toxuması.

E. Baş beyin maddəsinin qırımız yumşalması və divarları pas rəngində olan kista.

62

Hansı patoloji proses kəskin serebro- vaskulyar xəstəliklərin (insult) baş verməsinin 



səbəblərinə aiddir?

A. Piylənmə və siqaret çəkmə.

B. Meninqoensefalit.

C. Beyin damarlarının həmçinin daxili yuxu və onurğa arteriyalarının 

trombemboliyası.

D. Hialinozla əlaqədar beyin arteriollarının mənfəzlərinin daralması.

E. İrsi meyillilik.

63

.”Baş beyinin qırımız yumşalması” hansı patologiya ilə əlaqədar meydana çıxır?



A.  Ümumi hemosideroz.

B. İşemik insult.

C. Hemorragik insult.

D. Revmatizmin serebral forması.

E. Beyin damarlarında proliferativ vaskulit.



64

“Baş beyinin ağ yumşalması ” hansı patologiya ilə əlaqədar meydana çıxır?

A. Baş beyinin işemik insultu

B. Baş beyinin hemorragik insultu.

C. İrinli meningit.

D.Kiçik xoreya.

E. Meninqoensefalit.

65

. İşemik insult nə deməkdir?



A. Beyin damarlarında patologiyalarla əlaqədar beyin maddəsində işemiya.

B. Beyin damarlarında patologiyalarla əlaqədar beyin maddəsində nekroz.

C. Beyin maddəsində qansızma.

D. Ürəyin kəskin işemik xəstəliyi.

E. Baş beyinin yumşaq qişasında qanszıma.

66

Aşağıda baş beyinin hemorragik insultlarının hansı növü göstərilmişdir?



A. Qarışıq infarkt

B. Baş beyinin kəskin işemik distrofiyası.

C. Hematoma.

D. Kəskin qanitirmə.

E. Lakunar dəyişikliklər.

67

Aşağıda baş beyinin işemik insultlarının hansı növü göstərilmişdir?



A. İşemik infarkt.

B. Hematoma.

C. Hemorragik infiltrasiya.

D. Subaraxnoidal qansızma.

E. Subkortikal leykoensefalopatiya.

68

Baş beyinin işemik infarktı ən çox hansı zonada baş verir?



A. Ön beyin arteriyası hövzəsində.

B. Orta beyin arteriyası hövzəsində.

C. Arxa beyin arteriyası hövzəsində.

D. Beyin yarımkürələrinin alın payında.

E. Arxa mərkəzi qırış nahiyəsində.

69

Göstərilən hansı patologiya baş beyinin hemorragik insultlarının



ağırlaşması deyildir?

A. Baş beyinin ödemi.

b. Baş beynin yan mədəciklərinə qanın axıb keçməsi.

C. Qanı IV beyin mədəciyinə axıb keçməsi.

D. Orqanizmin ümumi intoksikasiyası.

E. Baş beynin dislokasiyası.




70

Spontan (qeyri-travmatik) subaraxnoidal qansızmaların ən çox rast

gəlinən baş vermə səbəbi hansıdır?

A. Beyin arteriyalarında damar divarının şiş metastazları ilə yeyilib-

dağılması

B. Damar divarında aterosklerotik düyünün olması.

C. İri kalibrli beyin arteriyalarındakı anevrizmanın cırılması.

D. Damar divarında iltihabi dəyişikliklər (vaskulitlər).

E. Damar divarının perifokal hissədən etibarən tədricən nekrozlaşması.

71

Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah



payında ölçüləri təxminən 2,5x 2,0 sm, divarı ağ rəngdə olan kista

aşkar olunmuşdur. Bu nə deməkdir?

A.Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu (infarkt)

olmuşdur.

B. Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult (qansızma)

olmuşdur.

C. Xoşxassəli kistoz meningioma.

D. Anadangəlmə inkişaf anomaliyası.

E. Baş beynin bədxassəli epitelial şişi.

72

Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah



payında ölçüləri təxminən 3,0x 3,0 sm, divarı pas rəngində olan kista

aşkar olunmuşdur. Bu nə deməkdir?

A. Xoşxassəli adenomatoz törəmə.

B. Qlioblastoma.

C. Anadangəlmə inkişaf anomaliyası.

D. Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult (qansızma)

olmuşdur.

E. Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu (infarkt)

olmuşdur.

73

Subaraxnoidal qansızmaların  ən çox rast gəlinən səbəbi hansıdır?



A. Beyin arteriyasının kisəvari anevrizmalarının cırılması.

B. Aterosklerotik dəyişikliklər.

C. sistem vaskulitlər.

D. Leykozlar.

E. Heç biri.



74

Hansı xəstəlik revmatik xəstəliklərdən hesab edilir?

A. Filayaqlılıq

B. Dermatomiozit.

C. Spesifik dermatit.

D. İdiopatik miozit.

E. Endoarteriit.

75

Göstərilən hansı patologiya revmatoidli artritin xüsusi klinik-morfoloji formalarına 



aid deyildir?

A. Stil sindromu.

B. Vissler- Fankoni sindromu və ya allergik subsepsis.

C. Di- Corc sindromu.

D. Felti sindromu.

E. Röyter sindromu.

76

.”Məftiləbənzər ilgəklər sindromu ” hansı patologiya üçün xarakterikdir?



A. Qranulyasiya toxumasının səthindəki kapilyar ilgəklərdir və yaraların ikincili 

sağalmasını göstərir.

B. Böyrək amiloidozunun sonuncu mərhələsində  (uremik mərhələsində) inkişaf 

edir.


C. Qırmızı qurdeşənəyi zamanı “lyupus-nefrit”i göstərir.

D. Mezangial qlomerulonefrit üçün xarakterikdir.

E. Kəskin böyrək çatışmazlıqları üçün xarakterikdir.

77

Hansı dəyişiklik revmatik prosesin avtivliyin göstərir?



A. Üçtaylı qapağın çatışmazlığı.

B. Aortal qapaqların bitişməsi.

C. Mitral qapağın stenozu.

D. Perivaskulyar skleroz.

E. Perivaskulyar fibrinoid şişmə.

78

Revmatizmin klinik-morfoloji forması bu patologiyalardan hansıdır?



A.Böyrək forması.

B. Böyük xolera forması.

C. Diz oynağı forması.

D. Angina forması.

E. Poliartritik forması.

79

Revmatizm xəstəliyin patogenetik əsasını aşağıdakı hansı immun reaksiya təşkil 



edir?

A. I tip yüksək həssaslıq reaksiyası.

B. Birincili immun çatışmazlıq.

C. Antinüklear immun reaksiya.

D. Çarpaz immun reaksiya.

E. Transplantatın qopma reaksiyası.




80

Revmatizm zamanı ürəyin ən çox hansı qapağı zədələnir?

A. Üçtaylı qapaq.

B. İkitaylı və ya mitral qapaq.

C. Aortal aypara qapaqlar.

D. Ağ ciyər arteriyasının aypara qapaqları.

E. Hamsı eyni bərabərdə.

81

Revmatizm zamanı əmələ gələn qranuloma necə adlanır?



A. Popov qranuloması.

B. Aşşov – Talalayev qranuloması.

C. Revmatik endokardit qranulomaları.

D. Aşoff- Tavar qranulomaları.

E. Mitral qranulomalar.

82

Endokardın hansı növ iltihabı revmatik endokarditlər üçün xarakterik deyil?



A.  Kəskin ziyilli endokardit.

B. Qayıdan ziyilli endokardit.

C. Fibroplastik endokardit.

D. Diffuz endokardit (və ya valvulit).

E. Polipoz- xoralı endokardit.

83

Hansı perikardit  revmatizm zamanı imkişaf edə bilir?



A. Seroz ekssudativ perikardit

B. Kataral ekssudativ perikardit.

C. İnterstitsial proliferativ perikardit.

D. Kəskin ocaqlı perikardit.

E. Kəskin ziyilli perikardit.

84

Revmatizm zamanı xaraterik dəyişiklik kimi damarlarda nə baş verə bilər?



A. Vaskulit (iltihabi dəyişikliklər).

B. Arteriyalarda aterosklerotik dəyişikliklər.

C. Arteriollarda sistem şəkildə hialinoz və skleroz.

D. Kapilyarlarda yayılmış hialinoz və skleroz.

E. Popov qranulomaları.

85

Qurdeşənəyi hüceyrəsi nəyə deylilir?



A. Qırmızı qurdeşənəyi xəsəliyinin törədicisinə.

B. Nüvələrində DNT-nin miqdarı çoxalmış hüceyrələrə.

C.Hematoksilin cisimciklərinə

D. Hematoksilin cisimciklərini natamam faqositoza uğratmış makrofaqlara.

E. İçərisində qırmızı qurdeşənəyi virusları olan örtük epiteli hüceyrələrinə.

86

Revmatomidli artritin klinik- morfoloji forması hansıdır?



A. İldırımvari forma.

B. Böyük yaşlı şəxslərin revmatoidli artriti.

C. Septiki forma.

D. Generalizə olunmuş forma.

E. Meninqo – vaskulyar forma.



87

Birləşdirici toxumanın sistem dezorqanizasiyası hansı xəstəlik üçün xarakterikdir?

A. Hipertoniya xəstəliyi.

B. Şəkərli diabet.

C. Qırmızı qurdeşənəyi.

D. Nekrotik vaskulitlər.

E. Səpkili yatalaq.

88

“Nüvə patologiyası” hansı xəstəlik üçün xarakterikdir?



A. İrsi genetik xromosom patologiyaları

B.  Qırmızı qurdeşənəyi xəstəliyi.

C. Şeqrenin quru sindromu.

D. Bədxassəli şişlərdə nüvə dəyişiklikləri.

E. İİV- infeksiya (QİÇS).

89

Hansı qranuloma revmatizm üçün xarakterikdir?



A. Popov qranuloması.

B. Aşoff- Talalayev qranuloması.

C. Xockin qranuloması.

D. Qumma


A. Lanqhans qranuloması.

90

Aşağıda revmatik miokarditlərin hansı forması göstərilmişdir?



A.Ocaqlı kataral miokardit.

B. Diffuz kataral miokardit.

C. Ocaqlı proliferativ və ya qranulomatoz miokardit.

D.Kəskin ziyilli miokardit.

E. Apostematoz miokardit.

91

Kiçik xoreya xəstəliyi nədir?



A. Vəba xəstəliyinin ocaqlı dəyişiklikləri.

B. Revmatizmin serebral forması.

C. Beyin damarlarının aterosklerotik dəyişiklikləri.

D. Uşaq yaşlarda vəba xəstəliyi.

E. Uşaqlarda revmatik mənşəli ürək qüsuru.

92

 Revmatizm zamanı ürəkdən başqa xarakter olaraq daha hansı üzv zədələnə bilər?



A. Ağız suyu vəziləri.

B. Böyrəklər (revmatizmin böyrək forması).

C. Orta qulaq boşluğu.

D. İri oynaqlar.

E.Müsariqə arteriyaları (revmatizmin müsariqə forması).



93

Hansı dəyişiklik revmatik prosesin aktivliyini göstərir?

A. Xordaların kiçilməsi və qalınlaşması.

B. Aşoff- Talalayev qranuloması.

C. Perivaskulyar kardioskleroz.

D. Mitral qapağın stenozu

E. Aortal qapağın çatışmazlığı.

94

Aşağıda göstərilən hansı patoloji proses interstitsial pnevmoniyaların bir 



formasıdır?

A) Pnevmonik forma 

B) Deskvamativ forma

C) Alveollararası interstitsial pnevmoniya 

D) Alveolyar interstitsial pnevmoniya

E) Kataral forma

95

Aşağıda göstərilən hansı patoloji proses krupoz pnevmoniya xəstəliyinin bir 



mərhələsidir?

A) Sorulma mərhələsi (və ya sağalma mərhələsi)

B) Proliferasiya

C) Funksional mərhələ

D) Fibrinoid şişmə

E) Alterasiya mərhələsi (və ya distrofik-nekrotik mərhələsi)

96

“Ağ ciyər ürəyi” (Cor pulmonale) ürəyin hansı hissəsinin böyüməsi hesabına 



formalaşır?

A) Mədəciklərarası arakəsmə

B) Sağ mədəcik 

C) Sağ qulaqcıq

D) Sol mədəcik

E) Sol qulaqcıq

97

Aşağıda ağ ciyər emfizemalarının hansı növü göstərilmişdir?



A) Yarımkəskin emfizema

B) Yuvenil emfizema 

C) Atelektatik emfizema

D) Atrofik emfizema

E) Qocalıq emfizema 



98

Aşağıdakı hansı xəstəlik zamanı “şanabənzər ağ ciyər” inkişaf edir?

A) Bronxopnevmoniya

B) Bronxoektaziya xəstəliyi 

C) Krupoz pnevmoniya

D) Ağ ciyər vərəmi

E) Kəskin bronxit

99

“Boz hepatizasiya”  prosesi hansı xəstəlikdə olur?



A) Qara ciyərin lipofussinozu

B) Xroniki ümumi venoz hiperemiya (“ağ ciyərin boz bərkiməsi”nin sinonimi)

C) Krupoz pnevmoniya 

D) Bronxoektaziya xəstəliyi

E) Orqanizmin ümumi atrofiyası (kaxeksiya) zamanı

100


Bronxopnevmoniya başqa adla necə adlanır?

A) Kəskin bronxit pnevmonit komponenti ilə

B) Ocaqlı pnevmoniya 

C) Qrippoz pnevmoniya

D) Ara pnevmoniya

E) Krupoz pnevmoniya 

101

Ağ ciyər xərçəngi əsasən ağ ciyərdəki hansı hüceyrələrdən inkişaf edir?



A) Bronx epitellərindən

B) Alveolyar makrofaqlardan

C) Alveollararası arakəsmələrdəki interstitsial hüceyrələrdən

D) Alveolyar epitellərdən

E) Bronxların qığırdaq hüceyrələrindən

102


Aşağıda göstərilən hansı patologiya pnevmokoniozlara aid edilmir?

A) Silikatoz

B) Alüminoz

C) Antrakoz

D) Azbestoz 

E) Sarkoidoz 

103

Aşağıda kəskin tonzillitlərin hansı forması göstərilmişdir?



A) Kriptogen tonzillit

B) Kəskin qranulomatoz tonzillit

C) Damaq badamcıqlarının kəskin empieması

D) Septiki tonzillit

E) Fibrinoz tonzillit 



104

Aşağıdakı hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin ağırlaşması ola 

bilər?

A) Böyrəyin ikincili amiloidozu



B) Mədənin vərəmi

C) Penetrasiya

D) Appendisit

E) Sepsis

105

Aşağıda göstərilən hansı patoloji proses mədənin xərçəngönü xəstəliklərinə aiddir?



A) Yarımkəskin qastrit

B) Mədənin xroniki xora xəstəliyi 

C) Mədənin ekzofit adenokarsinoması 

D) Hipertrofik qastropatiya

E) Kəskin fibrinoz qastrit

106


Göstərilən hansı patologiya mədə xərçənginin ağırlaşmalarından hesab edilə bilər?

A) Qara ciyərin absesi 

B) Perforasiya və peritonit

C) Hepato-renal sindrom və kəskin böyrək çatışmazlığı

D) Qanhayxırma və qanitirmə

E) Mədənin selikli qişa epitellərinin metaplaziyası və maliqnizasiya

107

Aşağıda kəskin appendisitin hansı forması göstərilmişdir?



A) Kəskin aktiv appendisit

B) Follikulyar appendisit 

C) Mürəkkəb appendisit

D) Difteritik appendisit

E) Sadə appendisit 

108


  Mədənin xroniki xora xəstəliyinin patogenezində ümumi faktor kimi əsas rolu nə 

oynayır?


A) Mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədar azan sinirin tonusunun artıb 

azalması 

B) Meninqoensefalit 

C) Mədə divarının perforasiyası, peritonit və bununla da əlaqədar orqanizmin 

ümumi intoksikasiyası 

D) Mədədə xroniki qastritin olması

E) Spirtli içkilərin çoxsaylı qəbulu və sistematik olaraq alkoqol sərxoşluqları



109

Göstərilən hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin mərhələlərindən 

biridir?

A) Mədənin selikli qişası epitellərinin deskvamasiya mərhələsi 

B) Xroniki xora mərhələsi

C) Çoxsaylı streslərin keçirilməsi və azan sinirin tonusunun dəyişilməsi mərhələsi

D) Xroniki qastrit mərhələsi

E) Metaplaziya mərhələsi 

110

Makroskopik görünüşünə görə aşağıda mədə xərçənginin hansı forması 



göstərilmişdir?

A) Ekzofit xərçənglər

B) Mərkəzi xərçənglər

C) Perforativ xərçənglər

D) Makrodiferensiasiyalı xərçənglər (və ya polipoz xərçəng)

E) Buynuzlaşan xərçənglər (“mirvari xərçəngi”)

111

Aşağıda xroniki qastritlərin hansı forması göstərilmişdir?



A) Xroniki Vensan qastriti

B) Yarımkəskin qastrit 

C) Hipertrofik qastropatiya 

D) Xroniki irinli qastrit 

E) Xroniki atrofik-hiperplastik qastrit

112


Kəskin destruktiv appendisitin növü hansıdır?

A) Fibrinoz appendisit  (difteritik və ya krupoz)

B) Qanqrenoz appendisit 

C) Səthi appendisit 

D) Aftoz appendisit

E) Sadə appendisit 

113

Aşağıda göstərilən hansı patoloji proses kəskin qastritlərin bir formasıdır?



A) Yarımkəskin qastrit

B) Kəskin qastropatiya 

C) Səthi qastrit

D) Kəskin hipoasid qastrit

E) Kəskin fibrinoz qastrit  

114


Aşağıdakı hansı proses mədənin xroniki xora xəstəliyinin bir mərhələsi hesab 

edilir?


A) Eroziya mərhələsi

B) Deskvamasiya mərhələsi

C) Metaplaziya mərhələsi

D) Xroniki nekrotik qastrit mərhələsi

E) Sağalma mərhələsi 



115

Mədənin xroniki xora xəstəliyinin patogenezində mühüm rol oynayan hansı yerli 

amil göstərilmişdir?

A) Mərkəzi sinir sistemi pozğunluqları

B) Perforasiya

C) Xroniki hipertrofik qastrit

D) Həddən artıq isti, yaxud da həddən artıq soyuq qidaların qəbulu

E) Turşu-peptik faktoru

116

Mədənin xroniki xorasının inkişaf edərək mədəaltı vəz toxumasına da keçməsi necə 



adlanır?

A) Xoranın perforasiyası

B) Xoranın kəskinləşməsi

C) Xoranın maliqnizasiyası 

D) Xoranın penetrasiyası 

E) Xoranın metaplaziyası

117

.  Makroskopik görünüşünə görə aşağıda mədə xərçənglərinin hansı növü 



göstərilmişdir?

A) Diffuz xərçəng 

B) Pilorik xərçəng

C) Diferensiasiya etməmiş xərçəng 

D) Yastıepitelli xərçəng

E) Adenokarsinoma

118

Mədənin xroniki xorasının inkişaf edərək mədəaltı vəz toxumasına da keçməsi necə 



adlanır?

A) Xoranın perforasiyası

B) Xoranın kəskinləşməsi

C) Xoranın maliqnizasiyası 

D) Xoranın penetrasiyası 

E) Xoranın metaplaziyası

119

Mədə xərçəngi ilk hematogen metastazı hansı üzvə verir?



A) Yaxınlıqdakı limfa düyünlərinə

B) Ağ ciyərə

C) Qara ciyərə 

D) Qapı venasının şaxələrinə

E) Mədəaltı vəzə

120


Aşağıda mədə xərçənginin hansı histoloji növü göstərilmişdir?

A) Yastı epitelli xərçəng 

B) Endofit xərçəng 

C) Kolorektal xərçəng

D) Leyomiosarkoma

E) Yastığabənzər xərçəng 




121

 Mədə xərçəngi zamanı Virxov metastazı hara verilir?

A) Sol körpücüküstü limfa düyünlərinə

B) Qara ciyərə

C) Düz bağırsağa 

D) Ağ ciyərə

E) Regionar limfa düyünlərinə 

122


Aşağıda kəskin appendisitin çox rast gəlinən hansı ağırlaşması göstərilmişdir?

A) Maliqnizasiya 

B) Penetrasiya

C) İltihabi ağırlaşma 

D) Perforasiya

E) Distrofik ağırlaşma

123

Hansı patoloji proses xroniki enteritlərin bir növüdür?



A) Fibrinoz enterit

B) Destruktiv enterit

C) Sadə enterit

D) Səthi enterit

E) Atrofik xroniki enterit

124


Qara ciyərin portal sirrozu adətən aşağıda göstərilən hansı xəstəlikdən sonra inkişaf 

edə bilər?

A) Xroniki alkoqolizm 

B) Qara ciyərin massiv nekrozu

C) Qara ciyərin toksiki distrofiyası

D) Göbələklə zəhərlənmə 

E) Viruslu hepatit - A

125


 Etiologiyasından asılı olaraq aşağıda sirrozun hansı növü göstərilmişdir?

A) Qastro-enteral sirroz

B) Kriptogen sirroz 

C) İridüyünlü sirroz

D) Portal sirroz

E) Xırdadüyünlü sirroz

126

 Hansı müddətdən sonra hepatit xroniki hesab edilir?



A) 1 aydan sonra

B) 6 aydan sonra 

C) 3 aydan sonra

D) 1 ildən sonra 

E) 1 həftədən sonra



127

 Hepatoz nədir?

A) Qara ciyərin iltihabı

B) Qara ciyərin şişi

C) Qara ciyərin inkişaf anomaliyası 

D) Qara ciyərin sklerozlaşması (sirrozun sinonimi)

E) Qara ciyərin distrofiyası və (və ya) nekrozu 

128


 Aşağıda kəskin virus hepatitlərinin hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Xroniki aktiv hepatit

B) Sarılıqsız forma

C) Hemorragik hepatit forması

D) Siderofilik forma 

E) Anemik forma 

129

Qara ciyər sirrozunun əsas mikroskopik morfoloji əlaməti hansıdır?



A) Qara ciyərdə massiv nekroz və zülal distrofiyası 

B) Portal traktlarda birləşdirici toxumanın inkişafı 

C) Qara ciyərdə muskat dəyişikliklər və ocaqlı piy distrofiyası 

D) Qara ciyərdə ağır distrofik və kəskin nekrotik dəyişikliklər

E) Qara ciyərin diffuz sklerozu, paycıqlı quruluşun pozulması, yalançı paycıqların 

əmələ gəlməsi

130

 Aşağıda xroniki hepatitlərin hansı növü göstərilmişdir?



A) Xroniki difteritik hepatit

B) Xroniki fibroz hepatit

C) Xroniki xolestatik hepatit 

D)  Xroniki krupoz hepatit

E) İrinli hepatit 

131


Göstərilən hansı patologiya kəskin böyrək çatışmazlığına səbəb ola bilir?

A) İntrakapilyar proliferativ qlomerulonefrit

B) Nekrotik nefroz 

C) Böyrəyin amiloidozu 

D) Mezangial qlomerulonefrit

E) Aterosklerotik nefroskleroz 

132

Xroniki böyrək çatışmazlığının morfoloji ekvivalenti nədir?



A) Nefrotik sindrom 

B) Nekrotik nefroz

C) Ekstrakapilyar qlomerulonefrit

D) Nefroskleroz 

E) Tubulopatiya 



133

Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən kəskin gedişli olur?

A) Berje xəstəliyi 

B) Mezangio-proliferativ qlomerulonefrit

C) Proliferativ intrakapilyar qlomerulonefrit

D) Minimal dəyişikliklər xəstəliyi

E) Ekssudativ intrakapilyar qlomerulonefrit 

134


  Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən xroniki gedişli olur?

A) Ekstrakapilyar qlomerulonefrit 

B) Yarımkəskin qlomerulonefrit

C) Bədxassəli qlomerulonefrit

D) Fibroplastik qlomerulonefrit

E) Ekssudativ intrakapilyar qlomerulonefrit 

135

Aşağıda böyrək amiloidozunun hansı mərhələsi göstərilmişdir?



A) Ekssudativ qlomerulonefrit mərhələsi

B) Difteritik nefrit mərhələsi

C) Aqonal mərhələ

D) Hematuriya mərhələsi

E) Uremiya mərhələsi 

136


  Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən yarımkəskin gedişə malik olur?

A) Fibroplastik qlomerulonefrit

B) Ekstrakapilyar proliferativ qlomerulonefrit 

C) Mezangio-proliferativ qlomerulonefrit

D) Ekssudativ intrakapilyar qlomerulonefrit

E) Mezangial qlomerulonefrit

137

Nefroskleroz klinikada nə ilə təzahür olunur?



A) Hematuriya 

B) Silindruriya

C) Xroniki  böyrək çatışmazlığı (uremiya)

D) Kəskin böyrək çatışmazlığı (anuriya)

E) Massiv proteinuriya

138


 Böyrəyin birincili büzüşməsi nə deməkdir?

A) Keçirilmiş qlomerulonefritlərlə əlaqədar böyrək toxumasının                      

sklerozlaşması və büzüşməsi

B) Böyrəyin anadangəlmə büzüşmüş vəziyyətdə olması 

C) Böyrək damarlarındakı patologiyalarla əlaqədar böyrək toxumasının 

sklerozlaşması və büzüşməsi 

D) Böyrəyin hipoplaziyası

E) Böyrəyin aplaziyası 




139

  Şəkərli diabetin xarakter patomorfoloji əlaməti hansıdır?

A) Qanda qlükozanın miqdarının yüksəlməsi və hiperqlikemiya, qlükozuriya 

B) Arteriolların divarında sadə hialinin meydana çıxması, arterioloskleroz

C) Ağız suyu vəzlərində stromanın dezorqanizasiyası, bununla da əlaqədar 

hiposalivasiya və kserostomiya (ağızda quruluq)

D) Mikrosirkulyator damarların divarında lipohialinin meydana çıxması, hialinoz 

və sklerozun inkişafı 

E) Damarların divarında mürəkkəb hialinin meydana çıxması, qranulomatoz 

vaskulitlərin inkişafı

140

Göstərilən patologiyalardan hansı zobun növü deyildir?



A) Düyünlü zob

B) Parenximatoz  zob

C) Endemik zob

D) Epidemik zob

E) Kolloid zob

141


 Şəkərli diabet zamanı kiçik kalibrli damarlarda baş verən dəyişikliklər necə 

adlanır?


A) Vazopatiya

B) Diabetik makroangiopatiya

C) Vazoparalitik şəkərli diabet

D) Diabetik mikroangiopatiya 

E) Şəkərli kapilyaropatiya 

142


Şəkərli diabet zamanı toxumalarda baş verən ən xarakter morfoloji dəyişiklik 

hansıdır?

A) Arteriolların divarında hialinoz

B) Kapilyarların divarında hialinoz və skleroz 

C) Bütün toxumalarda diapedez qansızma ocaqlarının olması

D) Parenximatoz üzvlərdə piy distrofiyasının inkişafı 

E) Bütün toxumalarda hüceyrələrin sitoplazmalarında qlükozanın toplanması 

143


Şəkərli diabet zamanı iri kalibrli damarlarda – arteriyalarda baş verən dəyişikliklər 

necə adlanır?

A) Şəkərli aortopatiya 

B) Diabetik mikroangiopatiya

C) Diabetik vazopatiya

D) Vazoparalitik şəkərli diabet

E) Diabetik makroangiopatiya 

144


Zob nəyə deyilir?

A) Qalxanabənzər vəzin xoşxassəli şişinə

B) Qalxanabənzər vəzin distrofiya və nekrozuna

C) Qalxanabənzər vəzin həcmcə böyüməsinə

D) Qalxanabənzər vəzin adenomasına

E) Qalxanabənzər vəzin hiperplaziyasına




145

Pecet xəstəliyi nədir?

A) Süd vəzlərində döş giləsindən və areoladan inkişaf edən xərçəng 

B) Süd vəzlərinin dishormonal xəstəliklərinin, mastopatiyaların bir növü

C) Uşaqlıq cisminin bədxassəli mezenximal şişi

D) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən xoşxassəli şiş

E) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən bədxassəli şiş

146


Aşağıdakı hansı patologiya uşaqlığın trofoblast xəstəliklərinə aiddir?

A) Endometrioz

B) Beçəxor

C) Uşaqlığın polipi

D) Uşaqlıq boynunun papilloması

E) Uşaqlıq cisminin xərçəngi

147

Beçəxor hansı toxumadan inkişaf edir?



A) Uşaqlığın selikli qişasını örtən örtük epitelindən

B) Uşaqlığın əzələ qatının saya əzələ hüceyrələrindən 

C) Uşaqlığın mənfəzinə düşmüş yumurta hüceyrədən

D) Uşaqlığın selikli qişasındakı vəz epitellərindən

E) Cift xovlarını örtən kubabənzər epiteldən 

148


Aşağıda endometriozun hansı forması göstərilmişdir?

A) Endometriumun dishormonal hiperplaziyası

B) Antenatal endometrioz (hamiləlik endometriozu)

C) Endoservikoz (uşaqlıq boynu endometriozu)

D) Uşaqlıq cisminin psevdoeroziyası

E) Daxili endometrioz (adenomioz)

149

Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?



A) Bəd xassəli endoservikoz

B) Yastıepitelli xərçəng

C) Yastığabənzər xərçəng

D) Leyomiosarkoma

E) Xorioid papilloma

150


Hamiləlik toksikozu başqa adla necə adlandırılır?

A) Beçəxor (Mola hydatidosa)

B) Hestoz

C) Mastopatiya

D) Hamiləlik neyropatiyası

E) Hamiləlik endometriozu (və ya qravidar hestoz)




151

Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?

A) Bəd xassəli endoservikoz

B) Yastıepitelli xərçəng

C) Yastığabənzər xərçəng

D) Leyomiosarkoma

E) Xorioid papilloma

152


Orqanizmdə infeksiyanın giriş qapısı hara ola bilər?

A) Baş beynin yumşaq qişası 

B) Seroz qişa

C) Limfa düyünləri 

D) Selikli qişa 

E) Qara ciyər





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə