1 aprel 2018-ci IL, bazar 10 “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” mmc-nin 2017-ci IL dekabrın 31-nə mühasibat balansı



Yüklə 198,51 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü198,51 Kb.
#57794


1 aprel 2018-ci il, bazar

10

“Marş Sığorta və Təkrarsığorta üzrə Broker” MMC-nin 2017-ci il dekabrın 31-nə mühasibat balansı

manatla

A K T İ V L Ə R

İlin əvvəlinə

Hesabat dövrü-

nün sonuna

I .UZUNMÜDDƏTLİ AKTİVLƏR

 

Torpaq, tikili və avadanlıqlar



38 000,00

34 000,00

Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin 

kapitallaşdırılması

 

 

Daşınmaz əmlaka investisiyalar



 

 

Qeyri-maddi aktivlər



 

 

Təxirə salınmış vergi aktivləri



 

 

Uzunmüddətli debitor borcları



 

 

Uzunmüddətli maliyyə aktivləri:



0,00

0,00


dövlət qiymətli kağızları

 

 



qeyri-dövlət qiymətli kağızları

 

 



 sair maliyyə aktivləri

 

 



 depozit hesablar 

 

 



İştirak payı metodu ilə uçota alınmış investisiyalar

 

 



Təsisçi və ya səhmdarlarla hesablaşmalar

 

 



Sair aktivlər

 

 



Cəmi uzunmüddətli aktivlər

38 000,00

34 000,00

II. QISAMÜDDƏTLİ AKTİVLƏR

 

Ehtiyatlar



 

 

Debitor borcları:



4 199 000,00

4 695 000,00

 birbaşa sığorta üzrə

 

 



 təkrarsığorta əməliyyatları üzrə:

4 174 000,00

4 695 000,00

 - təkrarsığortaçı üzrə

4 174 000,00

4 695 000,00

 - təkrarsığortalı üzrə 

 

 



 asılı təşkilatlar üzrə

 

 



 büdcə üzrə 

25 000,00

 

 iddia tələbləri üzrə 



 

 

 işçi heyəti üzrə 



 

 

 sair debitorlar



 

 

Pul vəsaitləri və onların ekvivalentləri:



2 466 000,00

2 927 000,00

 kassa 

 

 



 hesablaşma hesabı 

2 466 000,00

2 927 000,00

 valyuta hesabı 

 

 

 depozit hesablar 



 

 

öncədən alınmış sığorta haqları



 

 

 sair pul vəsaitləri 



 

 

Qısamüddətli maliyyə aktivləri:



0,00

0,00


 dövlət qiymətli kağızları

 

 



 qeyri-dövlət qiymətli kağızları

 

 



 sair maliyyə aktivləri

 

 



Sair qısamüddətli aktivlər:

9 000,00


41 000,00

 gələcək hesabat dövrlərinin xərcləri

 

41 000,00



 verilmiş avanslar

9 000,00


 

təhtəl hesablar

 

 

Sair aktivlər



 

 

Cəmi qısamüddətli aktivlər



6 674 000,00

7 663 000,00

CƏMİ AKTİVLƏR

6 712 000,00

7 697 000,00

K A P İ TA L VƏ Ö H D Ə L İ K L Ə R

İlin əvvəlinə

Hesabat dövrü-

nün sonuna

I. KAPİTAL

 

Ödənilmiş nominal (nizamnamə) kapitalı 



10 000,00

10 000,00

Emissiya gəliri

 

 



Geri alınmış kapital (səhmlər)

 

 



Kapital ehtiyatları:

0,00


0,00

yenidən qiymətləndirilmə üzrə ehtiyat

 

 

 digər kapital ehtiyatları



 

 

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)



1 247 000,00

1 518 000,00

 Hesabat dövründə xalis mənfəət (zərər)

330 000,00

526 000,00

 Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı 

mənfəət (zərər) üzrə düzəlişlər

 

 



Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət 

(ödənilməmiş zərər)

917 000,00

1 247 000,00

Elan edilmiş dividendlər

 

-255 000,00



Ödənilmiş dividendlər

 

 



Cəmi kapital

1 257 000,00

1 528 000,00

II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

 

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər



 

 

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər



 

 

Təxirəsalınmış vergi öhdəlikləri



 

 

Kreditor borcları:



0,00

0,00


əməyin ödənilməsi üzrə 

 

 



büdcə üzrə

 

 



sosial sığorta və təminat üzrə 

 

 



digər məcburi ödənişlər üzrə 

 

 



asılı təşkilatlar üzrə

 

 



sair kreditorlar

 

 



Sair uzunmüddətli öhdəliklər:

0,00


0,00

gələcək hesabat dövrünün gəlirləri

 

 

alınmış avanslar



 

 

Sığorta və təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:



5 441 000,00

5 637 000,00

sığorta fəaliyyəti üzrə kreditor borclar

 

 



təkrarsığorta fəaliyyəti üzrə kreditor borclar

5 441 000,00

5 637 000,00

Təsisçi və ya səhmdarlarla hesablaşmalar

 

 

Sair öhdəliklər



 

 

Cəmi uzunmüddətli öhdəliklər



5 441 000,00

5 637 000,00

III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

 

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər



 

 

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər



 

 

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər



 

 

Kreditor borcları:



14 000,00

532 000,00

əməyin ödənilməsi üzrə 

 

 



büdcə üzrə

14 000,00

87 000,00

sosial sığorta və təminat üzrə 

 

 

digər məcburi ödənişlər üzrə 



 

 

asılı təşkilatlar üzrə



 

 

sair kreditorlar



 

445 000,00

Sair qısamüddətli öhdəliklər:

0,00


0,00

gələcək hesabat dövrünün gəlirləri

 

 

alınmış avanslar



 

 

Təsisçi və ya səhmdarlarla hesablaşmalar



 

 

Sair öhdəliklər



 

  

Cəmi qısamüddətli öhdəliklər



14 000,00

532 000,00

CƏMİ ÖHDƏLİKLƏR

5 455 000,00

6 169 000,00

CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR

6 712 000,00

7 697 000,00



Mənfəət və zərər haqqında hesabat (rüblük və illik)

ilin əvvəlindən artan yekunla

Gəlirlər


Məbləğ

Əsas əməliyyat gəliri:

 1 600 000,00

 birbaşa sığorta üzrə komissiyon muzd

455 000,00

 təkrarsığorta üzrə komissiyon muzd

1 043 000,00

 təlim xidmətləri üzrə gəlirlər

102 000,00

 xüsusi ədəbiyyat satışından gəlirlər

 

 xüsusi proqram təminatının satışından gəlirlər



 

 hüquqi ekspertiza xidmətindən gəlirlər

 

İnvestisiya gəlirləri üzrə 



 

Məzənnə dəyişməsindən yaranan gəlir

 

Sair gəlirlər 



CƏMİ GƏLİRLƏR

1 600 000,00

Xərclər

 

Əsas əməliyyat xərcləri:



  

İşlərin aparılması xərcləri 

 890 000,00

Məzənnə dəyişməsindən yaranan xərclər

51 000,00

Sair xərclər 

 

CƏMİ XƏRCLƏR



941 000,00

Maliyyə mənfəəti (zərəri)

 659 000,00

Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi

 

Vergiqoyulmadan əvvəl mənfəət (zərər)



659 000,00

Mənfəət vergisi

 133 000,00

Hesabat dövründə xalis mənfəət (zərər)

526 000,00

Qusar Suvarma Sistemləri İdarəsi 2018-ci il üçün

AÇIQ   TENDER   ELAN   EDİR

Tender 1 lot üzrə keçirilir:



Lot-1. Cari təmir işləri üçün tikinti  

materiallarının və maşın-mexanizmlərə 

ehtiyat hissələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz 

tender təkliflərini möhürlənmiş, imzalanmış, 

ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıda-

kı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, 

müqavilənin vaxtında yerinə yetirilməsi, ana-

loji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender 

iştirakçıları lazımi texniki və maliyyə imkanla-

rına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 

60 manat məbləğdə iştirak haqqını göstərilən 

hesaba köçürdükdən sonra Azərbaycan 

dilində tərtib olunmuş əsas şərtlər toplusu-

nu Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 

21a nömrəli ünvanda yerləşən Suvarma 

Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: 

M.Əzizovdan, telefon: 0138-5-54-08) ala 

bilərlər.

Təşkilat: Qusar SSİ

H\h: 32051019444800201148

VÖEN: 4700132701

Bank: “Kapital Bank”ın Qusar filialı

Kod: 200840

VÖEN: 9900003611

M\h: 4828010000

S.W.İ.F.T.BİK -AIIBAZ2x

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 

aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı 

müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi 

barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən 

ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin dəyərinin 1 %-i 

həcmində bank təminatı (zərflərin açıldığı 

tarixdən ən azı 60 bank günü qüvvədə olma-

lıdır);


- Azərbaycan Respublikasında vergilərə 

və digər icbari ödənişlərə dair yerinə 

yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması 

haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti 

haqqında vergi orqanları tərəfindən təsdiq 

olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə 

vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, 

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 

rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq 

sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə 

(əsli və surəti) tərtib olunmalıdır (xarici 

dildə olan tender təklifləri Azərbaycan dilinə 

tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları 

haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün 

yuxarıda göstərilən sənədləri (tender təklifi 

və bank zəmanəti istisna olmaqla) 3 may 

2018-ci il saat 18.00-a qədər, tender təklifi 

və bank zəmanətini isə möhürlənmiş ikiqat 

zərfdə 14 may 2018-ci il saat 18.00-a qədər, 

Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 21a 

nömrəli ünvanda yerləşən Suvarma Sistemləri 

İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş 

zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 may 2018-ci il 

saat 11.00-da yuxarıda göstərilən ünvanda 

açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri 

iştirak edə bilərlər.



Tender komissiyası

 

ˆ

Son zamanlar saytlarda və dövri mətbuatda “Azərbaycan 



dilinin orfoqrafiya” lüğəti ilə bağlı məqalələr səngimək bilmir. 

Bu, Tərcümə Mərkəzinin “araşdırmaları”ndan başlayaraq, son 

iki ayda yeni qaydaların müzakirəyə verilməsi ilə daha aktual 

xarakter almışdır. Həmin müzakirələr iki istiqamətdə aparılır: 

lüğətə daxil edilən sözlər və orfoqrafiya qaydalarında təklif olunan 

dəyişikliklər.

Mən birinci məsələ ilə bağlı 

öz fikirlərimi bölüşmək istərdim. 

Nəzərdən keçirilən materiallarda 

irəli sürülən iddiaların 90 fai-

zi, belə məlum olur ki, lüğətçilik 

nəzəriyyəsinin müddəalarına uyğun 

deyildir. Hər bir elmi sahədə müəyyən 

qayda-qanunlar gözlənildiyi kimi, lek-

sikoqrafiyanın da öz qanunları vardır. 

Azərbaycan leksikoqrafiyasının nəzəri 

cəhətdən işlənməsi ilk dəfə professor 

Əliheydər Orucov tərəfindən 1965-

ci ildə “Azərbaycan dilinin filoloji 

izahlı lüğətinin nəzəri əsasları” 

əsərində işlənmiş və burada izahlı 

lüğətə sözlərin daxiledilmə prinsipləri 

müəyyənləşdirilmişdir. Sonralar çox 

təəssüf ki, nəyə görəsə, Azərbaycanda 

leksikoqrafiya nəzəriyyəsi kifayət 

qədər inkişaf etməmiş, digər 

dünya universitetlərindən fərqli 

olaraq bizim ali məktəblərdə 

lüğətçiliyə aid maarifləndirici bir 

fənn tədris edilməmişdir. Bəlkə də 

bu səbəbdəndir ki, sözlərin lüğətə 

daxil edilməsi ilə bağlı lüğətçilikdən 

bixəbər bu qədər yazılarla üzləşirik. 

Saytlarda bu mövzuda gedən 

yazılardan biri olan akademik Kamal 

Abdullayevin müsahibəsi hörmətli 

akademikin həqiqətən lüğətçilik 

işini gözəl bilməsindən xəbər verir. 

Şəxsən öz adımdan və şöbəmizdəki 

bütün lüğətçilər adından Kamal 

müəllimə həqiqəti söylədiyinə görə 

təşəkkürümüzü bildirmək istəyirəm.

Keçək əsas mətləbə: orfoqrafiya 

lüğətinə hansı sözlər daxil edilə bilər? 

Əvvəlcə aydınlaşdırmalıyıq:



Lüğətə sözlərin daxil 

edilməsində hansı prinsiplər 

gözlənilməlidir?

Bu barədə kiçik bir araşdırma 

aparmaq qərarına gəldim. Məqsəd in-

kişaf etmiş dünya leksikoqrafiyası ilə 

Azərbaycan leksikoqrafiyasının nəzəri 

və tətbiqi iş prinsiplərini müqayisə 

etmək idi. Müasir dövrdə qabaqcıl 

lüğətlər olan “Kollins lüğəti” (Collins 

Dictionary), “Meriam Vebster” 

(Merriam Webster), “İngilis dilinin 

Oksford lüğəti”nin (Oxford English 

Dictionary) saytlarına müraciət etdim. 

Azərbaycan lüğətçiliyi rus leksikoqra-

fiyasının təsiri altında formalaşdığın-

dan həm nəzəri, həm tətbiqi cəhətdən 

iş prinsiplərini də əxz etmişdir. Bu 

baxımdan Ə.Orucovun adıçəkilən 

kitabında ümumişlək olmayan leksi-

kanın izahlı lüğətdə əks olunmasına 

geniş yer verilməsinə baxmaya-

raq, burada diferensiallığın tətbiqi 

nəzərdə tutulur. Lakin bu diferensi-

allığı leksikoqraf hansı kriteriyalara 

əsasən müəyyənləşdirməlidir, dəqiq 

göstərilmir. Qərb leksikoqraflarının iş 

prinsiplərini araşdırmağım, əslində, 

“hər şeyin dahiyanə sadə” olması fak-

tı ilə məni heyran qoydu. Beləliklə, 

Qərb leksikoqrafiyası lüğətə sözlərin 

daxil edilməsi üçün üç xüsusiyyəti 

əsas götürür: a) lüğətin həcmi; b) top-

lanmış sözlərin sitatlarının işləndiyi 

sahələrinin sayı;c) lüğətin auditori-

yası.


İndi isə bu bəndlərin təhlilini 

verək: 

a) Lüğətin həcmi bilavasitə onun 

sözlüyünə və illüstrativ materialların 

lüğətdə yerləşdirilmə dərəcəsinə təsir 

göstərir. Kiçik həcmli lüğət məhdud 

tutuma malik olduğuna görə daha 

çox işlək sözləri əhatə edə bilər. Bu 

tip sözlər kartotekada çoxlu və fərqli 

mənbələrdən sitatlara malik olmalıdır. 

Lakin böyük həcmli lüğətlərə geniş 

tutuma malik olduğuna görə az sitata 

malik sözlər də daxil edilə bilər. 

Hazırda dünya lüğətçiliyi bir-biri 

ilə daha böyük sözlüyə malik lüğət 

tərtib etmək uğrunda yarışır. Hələ 

1961-ci ildə “İngilis dilinin Vebster 

lüğəti” (“Webster’s Third New In-

ternational Dictionary of the English 

Language”) 476 000 sözü əhatə edir-

di. “İngilis dilinin Oksford lüğəti”ndə 

hal-hazırda 600 000 söz var. “Kol-

lins” izahlı lüğəti həcm etibarilə bir 

cild olmasına baxmayaraq, 2014-cü 

il nəşrində 722 min sözü əhatə edir. 

2340 səhifəlik, 260 х190 formatında 

nəşr olunan bu lüğətin çəkisi 2 kq 610 

q təşkil edir. Alman dilinin “Duden” 

izahlı lüğətində isə 400 000 leksik 

vahid verilmişdir. Rusiya Elmlər 

Akademiyasının Fundamental lüğətlər 

seriyasından 2013-cü ildə çapdan çıx-

mış “Rus dilinin orfoqrafiya lüğəti” 

akademik lüğətində 200 minə yaxın 

söz yer almışdır. Üç milyonluq Litva 

xalqının 20 cildlik izahlı lüğəti çap 

olunmuşdur. 

Bizdə isə vəziyyətin acınacaqlı 

olan tərəfi ondadır ki, yerbəyerdən 

kiçik həcmli, yalnız ümumişlək 

sözlərdən və kök sözlərdən ibarət 

bir lüğət tərtib etmək tələbləri irəli 

sürülür. Bunu etmək olar, lakin o 

zaman adı “Azərbaycan dilində 

ümumişlək kök sözlərin orfoqrafiya 

lüğəti” olacaqdır. Bizim lüğətin adı 

isə – “Azərbaycan dilinin orfoqrafiya 

lüğəti”dir.

“Azərbaycan dilinin orfoqrafi-

ya lüğəti” fundamental akademik 

lüğət statusuna malikdir. Adından 

göründüyü kimi, burada müasir 

sözü işlənmir. Yəni ümumi dilimizin 

orfoqrafiya lüğəti nəzərdə tutulur. 

Bu, nə deməkdir? Yəni tək “müasir” 

dilimizdə deyil, ümumiyyətlə danı-

şıqda, ədəbiyyatımızda, dərsliklərdə, 

dövri mətbuatda, saytlarda, rəsmi 

dildə, elmi ədəbiyyatda rastımıza 

çıxan bütün leksik vahidlər buraya 

daxil edilə bilər, çünki akademik və 

fundamental lüğətin sözlüyü müvafiq 

möhtəşəm həcmə malik olmalıdır. 

Yuxarıdakı müqayisələr göstərir 

ki, statusu akademik olan bir lüğəti 

cılız, yalnız ümumişlək və kök 

sözlərdən ibarət sözlüklə çap edib 

dünyanı özümüzə güldürə bilmərik. 

Ümumiyyətlə, leksik təbəqələrə 

diferensiallığın tətbiqini yalnız 

ötən əsrin 70-ci illərinin sovet 

lüğətçiliyində görmək mümkündür. 

Qərb lüğətçiliyində sözlərin lüğətə 

daxil edilməsində yalnız sitat faktoru 

rol oynayır. Müqayisə üçün qeyd 

edə bilərik ki, “Oksford” və “Kol-

lins” lüğətlərinin sözlüklərinə qatı 

vulqarizmləri olmayan qeyri-normativ 

leksika da salınır. 

b) Lüğətçiliyin əsasını onun 

toplanmış sitatlardan ibarət karto-

tekası təşkil edir. Leksik vahidlərin 

lüğətə daxil edilməsinin əsas 

prinsipi ondan ibarətdir ki, sözün 

bir neçə sahədə işlənməsini sübuta 

yetirən sitatları olmalıdır. Əgər bü-

tün sitatlar eyni bir mənbədəndirsə, 

sözün və ya söz birləşməsinin dəqiq 

izahını tapmaq mümkün deyilsə, 

onu lüğətə salmaq olmaz. Beləliklə, 

hər bir sitatın aşağıdakı elementləri 

vardır: söz; sözün işləndiyi cümlə; 

söz və cümlənin götürüldüyü mənbə 

haqqında biblioqrafik informasiya: 

adı və səhifəsi. 

c) Lüğətin sözlük tərkibi 

onun auditoriyasına görə 

müəyyənləşdirilir. Məsələn, 

məktəbli lüğəti (təbii ki, bu tip 

lüğətin həcmi kiçik olmalı, söz-

lüyü isə yalnız dərsliklərdəki 

sözlər əsasında tərtib olunmalı-

dır); terminoloji lüğətlər (ayrı-ayrı 

sahələr üzrə termin sistemlərini əks 

etdirməlidir; həcmi həm böyük, həm 

də kiçik ola bilər, məs., biologiya 

terminləri lüğəti, fizika terminləri 

lüğəti və s.), akademik izahlı lüğət 

(maksimal həcmdə olmalı, dilin 

bütün leksik təbəqələrini əhatə 

etməli, yuxarıda qeyd edildiyi 

kimi, danışıqda, ədəbiyyatımızda, 

dərsliklərdə, dövri mətbuatda, 

saytlarda, rəsmi dildə, elmi 

ədəbiyyatda rastımıza çıxan bütün 

leksik vahidlər – ümumişlək leksi-

ka, məhəlli sözlər, etnoqrafizmlər, 

mifonimlər, terminlər, köhnəlmiş 

sözlər, qədim sözlər, tarixizmlər, 

neologizmlər və s. buraya daxil 

edilməlidir) və s. 



Ümumişlək olmayan sözlərin 

orfoqrafiya lüğətinə salınması

SSRİ Elmlər Akademiyasının 

1978-ci ildə çap olunmuş “Rus 

dilinin orfoqrafiya lüğəti”nin “Ön 

söz”ündə deyilir: “Lüğət orfoqrafik 

sorğu kitabı olduğuna görə, buraya 

təkcə ümumişlək sözlər deyil, ədəbi 

dildə geniş işlənməyən, lakin bədii 

və xüsusi ədəbiyyatlarda olan elmi 

və elmi-texniki terminlər, danışıq 

leksikası, dialektizmlər, köhnəlmiş 

sözlər, tarixizmlər və s. orfoqrafik 

normaya salınma ehtiyacı olan sözlər 

daxil edilir”. Daha sonra texniki 

terminlərin nəinki işlək olanlarının, 

hətta istifadədən çıxanlarının da 

orfoqrafik maraq kəsb etdiyinə görə 

lüğətə salındığı qeyd edilir. 

Çox inkişaf etmiş Qərb leksikoq-

rafiyasında leksik təbəqə məsələsi 

heç bir vəchlə qabardılmır, sözün 

işləkliyini müəyyənləşdirən göstərici 

yalnız və yalnız kartotekada olan 

hər bir sözün sitatlarının aid olduğu 

sahələr üzrə say çoxluğudur.

Oksford lüğətinin tarixçisi və 

baş redaktoru olmuş Piter Qilliver 

göstərir ki, söz 1130-cu ildən əvvələ 

aid sitatlara malikdirsə, onu xüsusən 

böyük lüğətlərdən silib çıxartmırıq, 

sadəcə, köhnəlmiş və ya tarixizm 

üslubi işarəsi ilə işarələyirik. Ana-

loqu olmayan “Kollins” lüğətinin 

aparıcı redaktoru Meri Onil də eyni 

fikirlər söyləyir, bu tip sözlərin yalnız 

üslubiyyatında dəyişikliklər həyata 

keçirildiyini göstərir. 

Elektron lüğətlərdən fərqli 

olaraq, çap lüğətlərində yeni 

sözlərin daxil edilməsinə bir qədər 

ehtiyatla yanaşılır, çünki o, dildə 

vətəndaşlıq hüququ qazanmayaraq 

yenidən istifadədən çıxa bilər, lakin 

“arxaikləşmiş, işlənmə zamanı qeydə 

alınmış söz və ifadələr insanların 

ən çox axtarmağa həvəsli olduğu 

sözlərdir” – Oksford lüğətinin sözlük 

şöbəsinin müdiri Anqus Stivenson 

belə deyir. – “Bundan başqa, tarixi 

roman yazan yazıçılar çox zaman 

bu cür qeyri-adi söz ehtiyatından 

istifadə etməyə çalışırlar”. 

Rus-sovet yazıçısı A.N.Tolstoy 

“Yeni başlayan müəllifə məktub”unda 

yazır: “Tarixi qəhrəman öz dövrünə 

uyğun və dövrünün hadisələrinin 

tələb etdiyi şəkildə düşünməli və 

danışmalıdır”.

Klassik ədəbiyyata aid sözlərin 

izahlı lüğətdə verilməsini Ə.Orucov 

“Nəsimidən bu yana bütün leksik 

vahidlərin lüğətdə verilmə vacibliyi” 

ilə müəyyənləşdirmişdir. Lakin o, 

burada müəyyən məhdudiyyəti tətbiq 

etmək lazım olduğunu da qeyd edir. 

Klassik sözlər ədəbiyyatşünasların, əruz 

vəznində yazan şairlərin, məktəblilərin 

istifadə etdiyi leksik vahidlərdir. 

Onların düzgün yazılışını göstərmək 

akademik lüğətin vəzifəsidir. 



Leksikoqrafiyada dialektizmlərin 

lüğətə salınmasında 3 prinsip 

gözlənilir: 

1) Bədii ədəbiyyatda persona-

jın dilində onun xarakterini açmaq 

məqsədilə işlənən dialektizmlər. Bu 

tip leksik vahidlər leksikoqrafiya 

nəzəriyyəsinə görə, birbaşa lüğət 

obyekti hesab olunur. 

2) Bir neçə dialektdə işlənən 

dialektizmlər. Bu zaman o, 

ümumişləklik qazanmış olur.

3) Termin şəklində qəbul olunan 

dialektizmlər. Dilimizdə, əsasən, bo-

tanika və zoologiya terminləri məhz 

dialekt və şivələrdən götürülmədir.

Lüğətlərdə dialektizmlərlə 

yanaşı, xalqın maddi və mənəvi 

mədəniyyətini əks etdirən leksik 

vahidlər – etnoqrafizmlər, mifonimlər, 

yemək adları, dini sözlər də verilir.

Terminlərin izahlı və orfoq-

rafiya lüğətlərində verilməsində, 

digər leksik vahidlərdə olduğu kimi, 

kartotekaya əsaslanmalıdır. Bunun 

üçün terminin bir neçə elmi sahədə 

işləndiyini sübuta yetirən sitatları 

olmalıdır. Yalnız bir sahədə işlənən 

terminlər orfoqrafiya lüğətinə salına 

bilməz.


Təqlidi sözlər orfoqrafiya 

lüğətində verilməlidirmi?

Təqlidi sözlər köməkçi nitq 

hissələrinin yanında söz qrupların-

dan biridir. Bu sözlərin dildə heç bir 

qrammatik mənası yoxdur və fikrin 

ekspressiv ifadə olunmasına xidmət 

edir, əşyanın hərəkəti haqqında obraz-

lı təsəvvür yaradır. İmperativ sözlər, 

uşaq sözləri də bu qəbildəndir: 

Şırıldayır novalçalar şırıl-şırıl, 

Quşlar uçur yuvasına pırıl-pırıl.

(M.Müşfiq) 

[Tapdıq:] “Dovşanın başını xıx 

elə” – deyib atanın üzünə baxdı.

(Ə.Vəliyev.) 

Təqlidi və uşaq sözlərinin 

lüğətlərdə verilməsində orfoqrafik 

maraq məsələsi vardır. Yəni bu tip 

sözlər yazıçı əsərlərində, şeirlərdə, 

nağıllarda necə yazılmalıdır? 

Leksikoqrafiya təcrübəsində bu cür 

leksemlər orfoqrafiya lüğətlərində hər 

zaman yer almışdır. Məsələn, “Rus 

dilinin orfoqrafiya lüğəti”nin 1974, 

1987-ci il nəşrlərində чик-чирик, 

мяу-мяу, кукареку və s. sözlərini 

görmək mümkündür. “Azərbaycan di-

linin orfoqrafiya lüğəti”nin “Lüğətin 

quruluşu” hissəsinda təqlidi sözlərlə 

bağlı məlumat əks olunmuşdur. 



Saytlarda gedən “Orfoqrafiya 

lüğətində qondarma və mənası 

anlaşılmayan sözlər” ifadəsi nə 

qədər özünü doğruldur?

Hər bir sözün daşıdığı məna yükü 

və işlənmə sahəsi vardır. Məsələn, 

saytlarda lazımsız və mənası anlaşıl-

mayan söz kimi təqdim edilən “ta-

raşsız” sözü “taraşsız üz” mənasında 

işlənməkdən başqa, terminoloji 

anlam ifadə edir. Taraşsız neft termini 

gəmidə nefti qəbuletmə, çəlləklərin 

tərpənməməsi üçün onların bağlan-

ması, çəlləyin üstünə etiket yapışdırıl-

ması, üstünün rənglənməsi, çəlləyin 

doldurulması və bağlanması üçün 

komission haqqı, nağd ödəmə zamanı 

güzəşt, kapitala görə faizə deyilir. Ya-

xud qondarma hesab edilən sözlərdən 

“almaçı” kəlməsi “Koroğlu” dasta-

nında işlənir: “Koroğlu dedi: - Al-

maçı, əvvəl mənim ruzum qılıncımın 

ağzındadı, sonra da şeşpərin başın-

dadı.” İlk baxışda mənasız görünə 

bilən “meşəlilik” sözü meşəçilik 

sahəsində işlənən termindir: “Bura-

da elə rayonlar vardır ki, tamamilə 

meşəsizdirlər və yaxud meşəlilik 

ümumi ərazinin 0,5-2 faizdən artıq 

deyildir”. (F.Ə.Əmirov. “Məhsuldar 

meşələrin yetişdirilməsi”).

Beləliklə, ümumişlək olmayan 

sözlərin “Azərbaycan dilinin or-

foqrafiya lüğəti”nə daxil edilməsi 

olduqca vacibdir. Hazırda Azərbaycan 

lüğətçiliyi sahəsində kartoteka 

məsələsi problem olduğuna görə biz 

lüğətçilər Qərb leksikoqrafiyasındakı 

kimi sözlərin lüğətə daxil edilməsini 

zərgər dəqiqliyi ilə həyata keçirə 

bilmirik. Lakin tezliklə bu proble-

min aradan qalxacağına, gələcəkdə 

daha mükəmməl lüğətlər yarada 



biləcəyimizə ümidvarıq.

Xədicə HEYDƏROVA, 

AMEA Nəsimi adına Dilçilik 

İnstitutunun tətbiqi dilçilik 

şöbəsinin elmi işçisi, filologiya 

üzrə fəlsəfə doktoru 

“Azərbaycan dilinin orfoqrafiya” 

lüğətinə hansı sözlər daxil edilməlidir?

Yüklə 198,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə