1. Avropada ən qədim dövlət nə vaxt və harada yaranmışdır?



Yüklə 25,24 Kb.
tarix10.05.2018
ölçüsü25,24 Kb.
#43425

KSQ-Ümumi tarix

VI sinif A VARİANTI


1.Avropada ən qədim dövlət nə vaxt və harada yaranmışdır?

A) e.ə III-II minilllikdə Mikenada

B) e.ə III-II əsrlərdə Kritdə

C) E.ə IV minillikdə Attikada

D) E.ə III-II minillikdə Kritdə
2. Mikena mədəniyyətinin məhv olmasının səbəbi:

A)Yunan-dori tayfalarının Mikena şəhərini tutması

B)Vulkan püskürməsi

C)Axeylərin yürüşü

D)Demosla aristokratlar arasında mübarizə
3.Aqora adlanırdı:

A)2 qulplu dar boğazlı qab

B)Yuxarı şəhər

C)Bazar meydanı

D)Olimpia oyunları keçirildiyi yer
4.Fermopil döyüşündən neçə il sonra Plateya döyüşü oldu?

A)1 B)11 C)27 D)23


5.Yunanıstan Aralıq dənizində hakim dövlətə çevrildi:

A)Pirey limanının inşasından sonra

B)Əhəməni dövləti üzərində qələbədən sonra

C)Aralıq dənizi sahillərində Yunan koloniyalarının salınması ilə

D)Marafon döyüşündən sonra
6.Qədim Yunanıstanda “Drakon Qanun”larının mahiyyəti:

A)Ən kiçik səhvə ən ağır cəza verilməsi

B)Kəndlilərə torpaq sahəsinin verilməsi

C)Borca görə qula çevrilmənin ləğvi

D)Borca görə kəndlinin qula çevrilməsi.
7.E,Ə VII əsrə aiddir:

A) “Drakon qanunları”

B)Afinada borc köləliyinin ləğvi

C)Kritdə dövlətin yaranması

D)Krit mədəniyyətinin məhvi

8.Qədim Yunan mədəniyyətinə aiddir;

1.Komediya və tragediya

2.Zəfər tağları

3.Parfenon məbədi

4.Portik tikintisi
9.Xronoloji ardıcıllığı müəyyən edin.

1.Salamin

2.Plateya

3.Xeroneya

4.Qavqamel
10.Uyğunluğu müəyyən edin:

1.E.ə IV əsr

2.E.ə V əsr

a)İSs döyüşü

b)Xeroneya döyüşü

C)Yunan-iran müharibələri

d)Xan sülaləsinin devrilməsi

E)Qırmızı qaşlılar üsyanı



Kiçik Summativ Qiymətləndirmə VI sinif B variantı


1.Krit mədəniyyətinin məhvinə səbəb oldu:

A)Kritə yaxın adada vulkan püskürməsi.

B) Ari tayfalarının yürüşü

C)Krit adasında baş vermiş qul üsyanı

D)Yunan-dori tayfalarının Krit adasını ələ keçirməsi

2.Afinada strateq adlanırdı:

A)Xalq hakimiyyəti

B)ağsaqqallar şurasının sədri

C)hərbi başcı

D)yaxşıların hakimiyyəti
3.Fermopil və Xeroneya döyüşlərinin oxşar cəhəti:

A)Eyni ildəbaş vermələri

B)Yunanların qələbə qazanmaları

C)Yunanların məğlub olması

D)Yunanlar və iranlılar arasında baş verməsi
4.Periklin ilk dəfə strateq seçilməsindən neçə il sonra Makedoniyalı İsgəndər hakimiyyətə gəldi?

A)107 B)779 C)207 D)113


5.Uyğunluq pozulub:

A)Poseydon- Qədim Yunanıstanda dəniz tanrısıdır

B)Aid-Qədim Yunanıstanda yeraltı ölülər səltənətinin allahıdır

C)Dionis-Qədim Yunanıstanda şərabçılıq tanrısıdır

D)Hermes-Qədim Yunanıstanda dəmirçilik allahıdır.
6.Qədim Hindistan və Qədim Yunanıstan tarixlərinin ümumi cəhəti:

1.İnsanların kastalara bölünməsi

2.Drakon qanunlarından istifadə edilməsi

3.Quldar dövlətlər olması.

4.Yarımadada yerləşməsi

5.Ərazilərində ari tayfalarının yerləşməsi.

A)1,2 B)4,5 C)3,4 D)1,3
7.Uyğunluq pozulub:

A)Aqora-bazar meydanı

B)Akropol-yuxarı şəhər

C)Dekorasiya-səhnə bəzəyi

D)Amfora-divarda xam mala üzərində çəkilmiş şəkil.
8.Xronoloji ardıcıllığı müəyyənləşdirin:

1.Əhəməni ordusunun Yunanıstana hücum etməsi

2.Solon islahatlarının keçirilməsi

3.Periklin starteq seçilməsi

4.İLk Olimpia oyunlarının keçirilməsi
9.Solon islahatına əsasən:

1.Köləlik ləğv edildi.

2.Kəndlilərin borcları ləğv edildi.

3.Strateq vəzifəsi yarandı.

4.Borca görə qul edilən afinalılar azad edildilər.

5.Afinalıların borca görə qul edilməsi qadağan edildi.


10.Uyğunluğu müəyyən edin.

1.Qədim Çin

2.Qədim Yunanıstan

a.Spartak üsyanı

b. “Sarısarıqlılar” üsyanı

e. Marafon döyüşü

d. Qladiator döyüşləri

e. Solon islahatları





Yüklə 25,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə