1 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin 2017-ci ilin yekunlarına dair



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü0,85 Mb.
#58324


 



Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin   

Kitabxana-İnformasiya Mərkəzinin 2017-ci ilin yekunlarına dair  

 

H E S A B A T I 

 

        Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin  Kitabxana-informa-

siya Mərkəzinin fəaliyyəti öz əsasnaməsinə uyğun olaraq  tələbə, magistrant, doktorant 

və  dissertantlara,  professor-müəllim  heyətinə,  alim  və  mütəxəssislərə  göstərilən  kitab-

xana-biblioqrafiya  və  informasiya  xidmətinin  modernləşdirilməsinə,  kulturologiya  və 

sənətşünaslıq  elmlərinin  informasiya  təminatının  optimallaşdırılmasına  və  işlərin 

beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına yönəlmişdir. 

   

2017-ci  ildə  Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin  Kitab-

xana-informasiya  Mərkəzinin  (bundan  sonra  –  Mərkəz)  kitabxana-biblioqrafiya  və 

informasiya  fəaliyyəti  Azərbaycan  Respublikasının  Prezidenti,  cənab  İlham  Əliyevin 

imzaladığı  fərman  və  sərəncamların,  Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət 

Universitetinin rəhbərliyinin qərarlarının və Mərkəzin kitabxana-biblioqrafiya və infor-

masiya fəaliyyəti üzrə cari il üçün iş planının icrasına istiqamətləndirilib. 

Hesabat  ilində  kitabxana-biblioqrafiya  və  informasiya  fəaliyyəti  üzrə  iş  planına 

əsasən Mərkəzdə aşağıdakı istiqamətlərdə işlər həyata keçirilib: 

1.  Sahəvi  sənəd-informasiya  fondunun  ADMİU-nun  fakültələrində  təşkil  edilən 

tədris  proqramlarına,  elmi  tədqiqatların  istiqamətlərinə  uyğun  yerli  və  xarici  çap  və 

elektron nəşrlərlə komplektləşdirilməsi.  

2. Sənədlərin elmi sistemləşdirilməsi. 

3. Kitabxana-biblioqrafiya və informasiya proseslərinin avtomatlaşdırılması. 

4. Sənəd-informasiya fondunun istifadəsinin, təbliğinin, mühafizəsinin təşkili, təh-

silin və elmin analitik-informasiya təminatı. 

5. Kitabxanaşünaslıq istiqamətində elmi tədqiqatların təşkili. 

1.  “Sahəvi  sənəd-informasiya  fondunun  ADMİU-nun  fakültələrində  təşkil  edilən 



tədris  proqramlarına,  elmi  tədqiqatların  istiqamətlərinə  uyğun  yerli  və  xarici  çap  və 

elektron nəşrlərlə cari komplektləşdirilməsi işinə müvafiq olaraq Kitabxananın sənəd-

informasiya  fondlarının  müntəzəm  və  planlı  şəkildə  zənginləşdirilməsi,  oxucuların 

informasiya  tələbatlarına  uyğun  formalaşdırılması  və  inkişafı  məqsədilə  ADMİU-nun 

fakültələrində  təşkil  olunan  tədris  proqramlarına  uyğun  olaraq  mövzular  təhlil  olunub, 

komplektləşdirilmənin  profili  müəyyənləşdirilib.  Nəticədə  fondun  sənəd-informasiya 

resursları

 

ilə  əhatəli  olaraq  komplektləşdirilməsi  təmin  edilib.  Belə  ki,  fondun 



ədəbiyyatla  cari  komplektləşdirilməsi  Heydər  Əliyev  Fondu,  ADMİU-nun  nəşriyyatı, 

Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  “Kitabxana  Kollektoru”, 




 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  (AMEA)  İşlər  İdarəsi,  Azərbaycan  Milli 

Kitabxanası,  AMEA  Memarlıq  və  İncəsənət  İnstitutu,  AMEA  Mərkəzi  Elmi  Kitab-

xanası,  Azərbaycan  Respublikasının  “Ombudsman”  aparatı,  Azərbaycan  Milli  Arxiv 

İdarəsi, Azərbaycan Dövlət Statistika Komitəsi, ayrı-ayrı alim və mütəxəssislər, müəl-

liflər, kitab mağazaları və digər mənbələr hesabına həyata keçirilib. 

İl  ərzində  rəsmi  qaydada  Azərbaycan  Milli  Kitabxanası  ilə  qarşılıqlı  ədəbiyyat 

mübadiləsi aparılıb. 

Mərkəzin sənəd-informasiya fonduna il ərzində ümumilikdə 2119 nüsxə ədəbiyyat 

daxil  olub:  47  nüsxə  sənəd  xarici  dillərdə,  2109  nüsxə  kitab,  albom  və  not,  32  nüsxə 

avtoreferat,  3  nüsxə  dissertasiya  və  28  nüsxə  elektron  nəşr  qəbul  edilib.  Mərkəzin 

sənəd-informasiya  fondunun  ümumi  həcmi  43437  nüsxə  kitab,  kitabça,  avtoreferat, 

dissertasiya və elektron nəşr təşkil edir. 

2. “Sənədlərin elmi sistemləşdirilməsi” işinə əsasən Azərbaycan və xarici dillərdə 

ədəbiyyat “Universal Onluq Təsnifat (UOT)” cədvəllərinə uyğun olaraq sistemləşdirilib. 

Sistemləşdirilmənin əsas prosesləri – ədəbiyyatın öyrənilməsi, təhlili, təsnifat qərarının 

qəbul  edilməsi,  aid  olduğu  bölmənin  təyin  edilməsi,  təsnifat  indekslərinin  dəqiqləş-

dirilməsi  və  profilə  uyğun  yerləşdirilməsi.  Universitetin  əsas  binasında  Mərkəzin 

fonduna “Kino və televiziya”, “Teatr sənəti” və “Rəssamlıq” ixtisaslarına, 2-ci korpusda 

yerləşən fonduna isə “Kulturologiya” və “Musiqi sənəti” ixtisaslarına uyğun  ədəbiyyat 

sistemli formada komplektləşdirilib.  

3.“Kitabxana-biblioqrafiya  və  informasiya  proseslərinin  avtomatlaşdırılması  işi-

nə  uyğun  olaraq  Azərbaycan  və  xarici  dillərdə  19549  nüsxə  ədəbiyyat  texniki  və  elmi 

işlənib, “ИРБИС-64” Avtomatlaşdırılmış Kitabxana-informasiya Sistemi (AKİS) vasi-

təsilə Mərkəzin elektron kataloquna daxil edilib. Cari ildə elektron kataloqda yaradılan 

Azərbaycan  və  rus  dillərində  olan  bazalar  mütəmadi  olaraq  yenilənib,  oxucu  tələbatı 

olmayan, aktuallığını itirmiş ədəbiyyat elektron kataloqdan çıxarılıb.  

Mərkəzin  2017-ci  ildə  tətbiq  etdiyi  innovativ  işlərdən  biri  də,  ADMİU-nun 



www.admiu.edu.az  rəsmi  saytında  xüsusi  http://www.admiu.edu.az/az?go=kitabxana 

linkində  verilənlər  bazasının  hazırlanması  və  istifadəyə  verilməsi  olub.  Verilənlər 

bazasında aşağıdakı 6 bölmə yerləşdirilib: 

1.

 



Mərkəzin tarixi və bu günü. 

2.

 



Elektron kataloq. 

3.

 



Elektron kitabxana. 

4.

 



Xəbərlər. 

5.

 



Yeni daxil olan kitablar. 

6.

 



Virtual sərgi. 

Bu bölmələrdə:  

“Mərkəzin tarixi və bu günü” bölməsində 94 illik fəaliyyət dövrü ərzində univer-

sitetdə  kitabxananın  yaranması,  inkişafı  və  müasir  fəaliyyəti  haqqında  ətraflı  məlumat 




 

verilib;   

“Elektron kataloq” bölməsində geniş oxucu auditoriyası üçün hazırlanmış 19549 

nüsxə ədəbiyyatın annotasiyalı biblioqrafik təsvirindən lokal şəbəkədə universitet daxi-

lində istifadəsi təmin olunub;  

“Elektron kitabxana” bölməsində 273 adda ədəbiyyat: Tarix, Dilçilik, Ədəbiyyat 

nəzəriyyəti,  Bədii  ədəbiyyat,  Kulturologiya,  Musiqi,  Kino  və  televiziya,  Teatr  sənəti, 

Rəssamlıq, Dizayn və tətbiqi-dekorativ sənət, İqtisadiyyat və informatika, Sosial-siyasi 

ədəbiyyat elm sistemləri üzrə qruplaşdırılıb.   

-  “Xəbərlər”  bölməsində cari  ildə görülən  işlərdən:  “ADMİU-nun tələbələri  Milli 

Kitabxanada”,  “Noyabr  ayında  ADMİU  Kitabxanasına  daxil  olan  yeni  kitablar”,  “Ali 

Məktəb  Kitabxanalarının  hesabatı”,  “Kitabxana-informasiya  Mərkəzinə  hüquqa  dair 

yeni  ədəbiyyat  hədiyyə  olunmuşdur”,  “Müstəqillik  illərində  Azərbaycanda  kitabxana 

işinin  inkişafinda  Heydər  Əliyev  mərhələsi”,  “Mərkəzin  əməkdaşı  beynəlxalq  elmi 

konfransda  məruzə  ilə  çıxış  etmişdir”,  “Tələbələr  kitabxana  işi  ilə  bağlı  təcrübədə”, 

“Mərkəzin  sənəd-informasiya  resursları  fonduna  yeni  ədəbiyyat  daxil  edilmişdir”, 

“Kitabxana-informasiya  Mərkəzi  Əməkdar  incəsənət  xadimi”,  “Professor  Aydın 

Dadaşovun  xatirəsinə  həsr  olunmuş  ədəbiyyat  sərgisi  təşkil  etmişdir”,  “Kitabxana-

informasiya  Mərkəzinin  fonduna  yeni  bədii  ədəbiyyat  alınmışdır”,  “Mərkəzdə  fondun 

yeni ədəbiyyatla kompletləşdirilməsi davam etdirilir”, “ADMİU beynəlxalq kitab sərgi-

yarmarkasında”, “ADMİU-nun Kitabxana-informasiya Mərkəzi diploma layiq görülüb”, 

““Hüseyn  Cavid-135”  mövzusunda  ədəbiyyat  sərgisi  təşkil  olunub”  mövzusunda 

xəbərlər yerləşdirilib. 

“Yeni daxil olan kitablar” bölməsində 2017-ci ildə Mərkəzin fonduna daxil olan 

ədəbiyyatın biblioqrafik siyahısı verilib. 

“Virtual sərgi” bölməsində 327 nüsxə ədəbiyyat annotasiyası ilə birlikdə yerləş-

dirilərək oxuculara təqdim olunub. 

“Sənəd-informasiya fondunun istifadəsinin, təbliğinin, mühafizəsinin təşkili, təhsi-

lin və elmin analitik-informasiya təminatı” işinə əsasən ADMİU-nun təmiri yekunlaşan 

əsas  binasında  universitetin  rektoru,  Əməkdar  incəsənət  xadimi,  professor  Fərəh 

Əliyevanın  xüsusi  diqqət  və  qayğısı  ilə  Mərkəzin  müasir  yeni  infrastrukturu  qurulub, 

mart-aprel  aylarında  20000  nüsxədən  çox  ədəbiyyat  fonda  yerləşdirilib,  14  yeni 

kompüter  dəsti  oxucuların  istifadəsi  üçün  quraşdırılıb.  Azərbaycanın  birinci  vitse-

prezidenti Mehriban Əliyeva 04 may 2017-ci ildə ADMİU-nun əsas korpusunun açılışı 

zamanı Mərkəzlə tanış olub, burada yaradılan şəraitlə yaxından maraqlanıb.  

Hesabat  ilində  Mərkəzin  2187  oxucusu  olub,  onlardan  423-ü  yeni  üzvdür. 

Davamiyyət  9638  olub.  1934  oxucu  tərəfindən  verilmiş  sifariş  yerinə  yetirilib,  kitab 

verilişi 16376 nüsxə olub. Fərdi abonement vasitəsilə Mərkəzin ümumi oxu zallarında 

istifadəçilərə  ənənəvi  və  elektron  informasiya  xidmət  göstərilib.  Mərkəzdə  aparılan 

yenidənqurma  işlərindən  biri  də,  oxucuların  abonementdən  istifadə  zamanı  indiyədək 




 

tətbiq olunan sənədsaxlama sistemindən tamamilə imtina edilməsi olub. Nəticədə kitab 

verilişində  oxucular  üçün  yaranan  maneələr  aradan  qaldırılıb.  Həmçinin  universitetin 

“İnsan resursları” və  “Tədrisin təşkili və keyiyyətin təminatı” şöbələri ilə birlikdə sis-

temli qaydada dövriyyə arayışı mexanizmi tətbiq olunub. 

İnternet  vasitəsilə  479  elektron  nəşr,  elmi  jurnal  və  qəzet  materialı  385  oxucuya 

elektron poçt və  ya  xarici  yaddaş qurğusu  vasitəsilə təqdim  edilib. İnternetdən  istifadə 

edərək, müvafiq mövzular üzrə axtarış aparmaqda, elmi mənbələri araşdırmaqda, dünya 

kitabxanaları  ilə  elmi  kommunikasiyalar  yaratmaqda  164  oxucuya  metodik  köməklik 

göstərilib. 

İstifadəçilərin sorğusuna əsasən fondda olan az nüsxəli ədəbiyyat və profilə uyğun 

9  dərslik  və  dərs  vəsaiti  kitabxanalararası  abonement  vasitəsilə  əldə  olunaraq  surəti 

çıxarılıb, internet vasitəsilə elektron kitab çap variantına çevrilərək oxucuların istifa-

dəsinə  verilib.  18  nüsxə  bərpaya  ehtiyacı  olan  ədəbiyyat  yenidən  cildlənib.  Mərkəzin 

sənəd-informasiya fondunda hər ayın sonunda müntəzəm olaraq gigiyenik işlər aparılıb. 

ADMİU-da təşkil olunan “Seç.Oxu.Qaytar” layihəsinə əsasən tələbələrin daha çox 

maariflənməsi, mütaliəyə cəlb olunması, ümumi dünyagörüşünün genişlənməsi və nitq 

mədəniyyətinin formalaşması məqsədilə kitab vitrinlərində cari ildə 597 nüsxə kitab və 

jurnal  oxucuların  istifadəsinə  verilib.  Burada  istifadəyə  verilən  ədəbiyyat  fonddan  akt-

laşdırılaraq  çıxarılan  kitablar,  müəllim,  tələbə  və  ayrı-ayrı  şəxslər  tərəfindən  hədiyyə 

olunan qeyri-profilli ədəbiyyatlardır. 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Bilik  Fondunun  təşkilatçılığı  ilə 

ADMİU-nun tələbələri və alimlərinin Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq 

Mərcanlı  kəndinə  səfər  çərçivəsində  Novruz  Aslanov  adına  kənd  tam  orta  məktəbinin 

kitabxanasına  Mərkəzin  göndərdiyi  200-dən  artıq  kitab  bağışlanıb.  Hədiyyə  olunan 

ədəbiyyat  Azərbaycan  tarixinə,  dövlətçiliyinə,  xalqımızın qəhramanlıq  salnaməsinə  və 

yeniyetmələrin  bədii  zövqünün  formalaşmasına  müsbət  təsir  göstərən  kitab  və  ensik-

lopediyalardan ibarətdir. 

Mərkəzdə  müxtəlif  mövzulara,  görkəmli  dövlət,  elm,  mədəniyyət  və  incəsənət 

xadimlərinin, yazıçıların, şairlərin yubileylərinə həsr olunmuş 24  sərgi  təşkil edilib.  

       


İl ərzində aşağıdakı mövzu və yubiley sərgiləri təşkil edilib: 

            

mövzu sərgiləri – “Azərbaycan teatrının dünəni və bügünü”; “Azərbaycan kinosu 

inkişaf  yollarında”;  “Müasir  Azərbaycan  incəsənəti”;  “Azərbaycanda  xalçaçılıq 

sənəti” və s.

 

       -  yubiley  sərgiləri  –“Bəhruz  Kəngərli-125”;  “Eldəniz  Zeynalov-80”;  “Məmməd 



Səid  Ordubadi-145”;  “Ağasadıq  Gəraybəyli-120”;  “Aydın  Dadaşov-65”;  “Mirzə 

Ələkbər  Sabir-155”;  “Səid  Rüstəmov-110”;  “Rauf  Hacıyev-95”;  “Ələddin  Abbasov-

95”;  “Mirzə  Fətəli  Axunzadə-205”;  “Zəfər  Nemətov-100”;  “Hacıbaba  Bağırov-85”; 

“Tokay Məmmədov-90”; “Hüseyn Cavid-135” və s.  

 

Kitabxanaya  yeni  daxil olan ədəbiyyat haqqında sərgilər vasitəsilə oxuculara ope-




 

rativ  olaraq  informasiya  çatdırılıb.  6



 

yeni  daxil  olan  ədəbiyyat  sərgisi  təşkil  edilib, 

burada 472 nüsxə ədəbiyyat nümayiş olunub.    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi 

Molla  Pənah  Vaqifin  300  illik  yubileyinin  keçirilməsi  haqqında”  12  yanvar  2017-ci  il 

tarixli sərəncamına əsasən : 

       -  sentyabr  ayı  ərzində  görkəmli  şair  Molla  Pənah  Vaqif  və  həmdövr  olan  digər 

Azərbaycan  mütəfəkkirlərinin  həyat  və  yaradıcılıqlarına  həsr  olunmuş  fundamental 

ənənəvi  və  virtual  sərgi  təşkil  edilib;  şairin  və  digər  həmdövr  ədiblərin  şeirlərindən 

ibarət və onların həyat və yaradıcılıqlarından bəhs edən 53 kitab nümayiş etdirilib; 

   

- Molla Pənah Vaqif irsini əks etdirən elektron məlumat bazası hazırlanıb. 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi 

və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” 24 oktyabr 

2017-ci il tarixli sərəncamına əsasən: 

-  Hüseyn  Cavidin  zəngin  ədəbi  yaradıcılığına  həsr  olunmuş  fundamental  ənənəvi 

və  virtual  sərgi  təşkil  edilib,  Mərkəzin  sənəd-informasiya  fondunda  saxlanılan  və  dahi 

Cavidin  həyat  və  yaradıcılığını  əks  etdirən  45  nüsxə ədəbiyyat  universitetin  professor-

müəllim və tələbə heyətinin istifadəsinə təqdim olunub.  

-  Hüseyn Cavid irsini əks etdirən elektron məlumat bazası hazırlanıb. 

 

Sentyabr  ayının  28-30  tarixlərində  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən 



Bakıda təşkil olunmuş V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mərkəz ADMİU-nun 

müəllimlərinin  son  5  ildə  nəşr  olunmuş  kitabları,  universitetin  elmi  əsərləri  və  burada 

təşkil olunmuş konfrans materialları  ilə fəal iştirak edib. Tədbirdə Mərkəz ilə Türkiyə, 

Böyük Britaniya, Misir, Rusiya, Moldova, Belarus, Özbəkistan Milli Kitabxanası, ABŞ-

ın  Los  Anceles  universitetinin  kitabxanasının  əməkdaşları  arasında  kitab  mübadiləsi 

həyata  keçirilib  və  qarşılıqlı  əməkdaşlıq  perspektivləri  üzərində  fikir  mübadiləsi 

aparılıb.  Sərgi-Yarmarka  zamanı  Mərkəz  Böyük  Britaniyanın  “The  British  Library” 

kitabxanasının  Türk  ədəbiyyatı  kolleksiyasının  müdiri  Mixail  Erdmana  (Michael  Erd-

man)  ADMİU-da  hər  il  ənənəvi  keçirilən  “Türksoylu  xalqların  musiqi  mədəniyyətinin 

tədqiqi  problemləri”  mövzusunda  beynəlxalq  elmi  konfrans  materiallarından  4  nüsxə 

hədiyyə  olunub.  Türkiyənin  tanınmış  yazarı,  Nazim  Hikmət  tədqiqatçısı  Orxan  Qara-

vəlli ilə xüsusi görüş təşkil olunub, onunla qarşılıqlı ədəbiyyat mübadiləsi aparılıb. Belə 

ki,  müəllif  özünün  “Nazim  Hikmətin  xatirələri”  adlı  kitabını  hədiyyə  edib,  Mərkəz  də 

nazimşünas  alimə  universitetin  “Kitabşünaslıq  və  kitabxanaçılıq”  kafedrasının  müdiri, 

professor  Aqşin  Babayevin  “Nazim  Hikmət”  və  “Aqşin  Babayev  -  75.  Biblioqrafiya” 

adlı kitablarını bağışlayıb.  

 

Mərkəzin əməkdaşları Sərgi-yarmarkanın işi ilə yaxından tanış olmaları məqsədilə 



ADMİU-nun  “Kulturologiya” fakültəsinin  “Kitabxanaçılıq və informasiya” və  “Kitab-

şünaslıq”  ixtisasının  2  və  3-cü  kurs  tələbələrini  tədbirə  cəlb  ediblər.  Tələbələr  tədbir 

zamanı müxtəlif tanınmış yazarların təşkil olunan imza günlərində müəlliflərlə görüşüb 



 

onların kitablarını əldə ediblər. 

 

Mərkəz  V  Bakı  Beynəlxalq  Kitab  Sərgi-Yarmarkasında  fəal  iştirakına  görə  Azər-



baycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif olunub. 

      “Kitabxanaşünaslıq istiqamətində elmi tədqiqatların təşkili” işinə əsasən Mərkəzin 

əməkdaşları  kitabxanaşünaslığın  müxtəlif  aktual  məsələlərinə  dair  elmi-tədqiqat  işləri 

həyata keçirirərək ölkəmizdə keçirilən yerli və beynəlxalq elmi-nəzəri və elmi-praktiki 

konfranslarda  məruzələrlə  çıxış  ediblər,  tezisləri  həmin  konfransların  materiallarında 

çap olunub və elmi jurnallarda məqalələri dərc edilib.  

1.  Tamilla  Əsgərova.  Hüseyn  Cavid  yaradıcılığının  kitabxanalarda  təbliği 



metodikası//  “Hüseyn  Cavidin  sənət  fəlsəfəsi”  mövzusunda  beynəlxalq  elmi-praktik 

konfransın  materiallarında.-  Bakı:  ADMİU,  Ədəbiyyat  və  dillər  kafedrası,  2017.-  S. 

201-204.  

2.  Tamilla  Əsgərova.  Orta  əsrlərdə  İslam  ölkələrində  kitabxanaların  meydana 



gəlməsi  və  inkişaf  tarixi//  “Kitabxanalar  üçün  yeni  çağırışlar,  yeni  ideyalar,  yeni 

tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfransın 

materialları.- Bakı: Azərbaycan Milli Kitabxanası, 2017.- S. 158-163. 

3.  Tamilla  Əsgərova.  Müstəqillik  illərində  Azərbaycanda  kitabxana  işinin 



inkişafinda Heydər Əliyev mərhələsi// http://www.admiu.edu.az/lib?go=x2. 

4.  Günay  Baxşəliyeva.  Elektron  kitabxanalar  informasiya  cəmiyyətinin  mühüm 



infrastruktur  elementi  kimi//  “Gənc  tədqiqatçıların  I  beynəlxalq  elmi  konfransı”nın 

materialları.- Bakı: Bakı Mühəndislik Universiteti, 2017.- S. 624-625. 

5.  Günay  Baxşəliyeva.  Azərbaycanda  mədəniyyət  və  incəsənət  sahələrində  İslam 

dəyərlərinin  tədrisi,  tədqiqi  və  təbliğinin  kitabxana-informasiya  təminatı  müasir 

mərhələdə//  “Kitabxanalar  üçün  yeni  çağırışlar,  yeni  ideyalar,  yeni  tələblər:  kitab, 

mütaliə,  innovasiyalar”  mövzusunda  beynəlxalq  elmi-praktik  konfransın  materialları.- 

Bakı: Azərbaycan Milli Kitabxanası, 2017.- S. 164-165. 

6.  Natiq  Mürsəlov.  Müstəqillik  dövründə  Azərbaycanda  kitabxana  işi:  monoq-



rafiya.- Bakı: Elm və təhsil, 2017.- 152 s. 

7.  Aybəniz  Əliyeva-Kəngərli,  Natiq  Mürsəlov.  AMEA  Məhəmməd  Füzuli  adına 



Əlyazmalara İnstitutunda kitabxana və elmi informasiya fəaliyyəti müasir mərhələdə// 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi əsərləri, №1.- Bakı, 2017.- S. 37-

44. 

8.  Natiq  Mürsəlov.  Müqayisəli  ədəbiyyatşünaslığın  elmi  informasiya  təminatı 



problemi kitabxanaşünaslıq kontekstində// Müqayisəli ədəbiyyatşünaslığın aktual prob-

lemləri” mövzusunda elmi-nəzəri konfransın materialları.- Bakı: ADMİU, Ədəbiyyat və 

dillər kafedrası, 2017.- S. 165-167.  

9.  Natiq  Mürsəlov.  Azərbaycan-türk  etnosunun  yazılı  abidələri  görkəmli 



kitabşünas-alim Aybəniz Əliyeva-Kəngərlinin elmi-nəzəri irsində// “Türksoylu xalqların 

musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVI Beynəlxalq elmi-praktiki 




 

konfransın materialları.- Bakı: ADMİU, 2017.- S. 284-286. 

10. Natiq Mürsəlov. Hüseyn Cavid irsinin tədqiqi və təbliğinin kitabxanaşü-naslıq 

aspektləri//  “Hüseyn  Cavidin  sənət  fəlsəfəsi”  mövzusunda  beynəlxalq  elmi-praktik 

konfransın  materialları.-  Bakı:  ADMİU,  Ədəbiyyat  və  dillər  kafedrası,  2017.-  S.  235-

238. 

 

Azərbaycan  Milli  Kitabxanasında  V  Bakı  Beynəlxalq  Kitab  Sərgi-Yarmarkası 



çərçivəsində  Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşkilatçılığı  ilə  keçirilən  ölkə  kitab-

xanaçılarının VI respublika müşavirəsində Mərkəzin müdiri Tamilla Əsgərova məruzə 

ilə çıxış edib. 

2017-ci  ilin  may  ayından  universitetin  əsas  binada  fəaliyyət  göstərən  Mərkəzdə 

Kulturologiya  fakültəsinin  “Kitabşünaslıq”  və  “Kitabxanaçılıq  və  informasiya”  ixtisası 

üzrə təhsil alan tələbələri üçün təcrübi məşğələlər təşkil edilib. 

Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq-informasiya” fakültəsinin 2 tələbəsinə 

mədəniyyət və incəsənət sahələrinin kitabxana-informasiya təminatı istiqamətində kurs 

işlərinin yazılmasında metodiki köməklik göstərilib. 

Mərkəzdə  4  əməkdaş  çalışır:  1  nəfəri  doktorant,  2  nəfəri  -  magistr,  1  bakalavr 

təhsilli. 

       ADMİU-nun  Kitabxana-informaiya  Mərkəzinin  perspektiv  inkişaf  üzrə  fəaliyyət 

planına əsasən gələcəkdə aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: 

- Elektron kitabxana vasitəsilə oxuculara virtual xidmətin göstərilməsi; 

- Beynəlxalq kitab mübadiləsini həyata keçirmək; 

- İxtisasçı tələbələr üçün mütəmadi fəal təcrübi məşğələlər təşkil etmək; 

- Mərkəzi ölkənin aparıcı ali məktəb kitabxanalarının səviyyəsinə qaldırmaq;  

-  Fondda  mövcud  olan  sahəvi  ədəbiyyata  dair  müvafiq  annotasiyalı  elmi-bibloq-

rafik göstəriciləri tərtib etmək və istifadəsini təşkil etmək. 

 

1764



269

78

1638



15

4

29



ümumi say

yeni yazılan üzvlər

professor-müəllim …

tələbə


magistrant

dissertant və …

digər əməkdaşlar

Mərkəz üzrə oxucu sayı  

2016

2187


423

95

1853



26

8

35



ümumi say

yeni yazılan üzvlər

professor-müəllim …

tələbə


magistrant

dissertant və …

digər əməkdaşlar

Mərkəz üzrə oxucu sayı  

2017



 



 

 

 

 

 

9638; 50%

319; 2%

521; 3%


203; 1%

1004; 5%


7591; 39%

Mərkəz üzrə oxucu davamiyyəti - 2017

Ümumi sayı

Professor-müəllim heyəti

Magistrant

Dissertant və doktorant

Digər əməkdaşlar

Tələbə

8727; 50%



294; 2%

483; 3%


186; 1%

952; 


5%

6812; 39%



Mərkəz üzrə oxucu davamiyyəti - 2016

Ümumi sayı

Professor-müəllim heyəti

Magistrant

Dissertant və doktorant

Digər əməkdaşlar



Tələbə


 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hesabata  əlavə 

 

№ 

Göstəricinin adı 

 

2016 

2017 

1.

 

  Mərkəz üzrə oxucu sayı (ümumi say) 

o cümlədən:  

yeni yazılan üzvlər 

professor-müəllim heyəti 

tələbə 

magistrant 

dissertant və doktorant 

digər əməkdaşlar 

1764 

 

269 

78 

1638 

15 



29 

2187 

 

423 

95 

1853 

26 



35 


 

10 

2.

 

  Mərkəz üzrə oxucu davamiyyəti  

o cümlədən:  

professor-müəllim heyəti 

magistrant 

dissertant və doktorant 

digər əməkdaşlar 

tələbə 

o cümlədən fakültələr üzrə: 

Kulturologiya 

Musiqi sənəti 

Kino və televiziya 

Teatr sənəti 

Rəssamlıq 

8727 

 

294 

483 

186 

952 

6812 

 

1176 

1095 

1649 

1972 

920 

9638 

 

319 

521 

203 

1004 

7591 

 

1259 

1174 

1783 

2192 

1183 

3.

 

  Mərkəz üzrə kitab verilişi 

o cümlədən:   

Azərbaycan dilində 

digər dillərdə 

kitab, albom və not 

avtoreferat 

dissertasiya 

elektron nəşr        

10472 

 

8727 

1745 

10287 

35 

11 

149 

16376 

 

14439 

1937 

16010 

53 

25 

288 

4.

 

  Mərkəzin sənəd-informasiya fondunun ümumi həcmi 

o cümlədən:   

Azərbaycan dilində 

digər dillərdə 

avtoreferat 

dissertasiya 

elektron nəşr 

kitab, albom və not 

o cümlədən: 

dərslik və dərs vəsaiti 

bədii ədəbiyyat 

monoqrafiya        

41318 

 

29933 

11348 

377 

38 

295 

40608 

 

20938 

11749 

3921 

43437 

 

32042 

11395 

409 

41 

323 

42664 

 

21862 

13684 

7891 


 

11 

5.

 

  Fonda daxili olan yeni ədəbiyyatın ümumi sayı 

o cümlədən: 

Azərbaycan dilində 

digər dillərdə 

kitab, albom və not 

avtoreferat 

dissertasiya 

elektron nəşr                           

627 

 

587 

41 

594 





19 

2119 

 

2109 

47 

2056 

32 



28 

6.

 

  Elektron kataloqa daxil olan biblioqrafik yazılar  

o cümlədən:  

Azərbaycan dilində 

digər dillərdə 

5072 

 

5001 

71 

19549 

 

16119 

3430 

7.

 

  Elektron məlumat bazasına (elektron kitabxana) 

daxil olan elektron resurslar 

o cümlədən: 

Azərbaycan dilində 

digər dillərdə 

49 

 

 

44 



273 

 

   

194 

79 

8.

 

  Ədəbiyyatın təbliği və sərgilər 

o cümlədən:   

mövzu sərgisi 

yubiley sərgisi 

yeni daxil olan ədəbiyyatın sərgisi 

17 

 



12 



24 

 



14 

 

 



 

 

 



        Azərbaycan Dövlət Mədəniyyət və  

İncəsənət Universitetinin  



Kitabxana-İnformasiya Mərkəzinin müdiri:                             Tamilla ƏSGƏROVA                                                        

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə