1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə1/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
  1   2   3   4   5   6   7   8   9   ...   98


 

 

                 



 

AZƏRBAYCAN MİLLİ ELMLƏR 



AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU 

 

 

 

SƏDNİK PAŞA PİRSULTANLI  

 

 

 

 

AZƏRBAYCAN ŞİFAHİ 

XALQ ŞEİRİ VƏ HECA 

VƏZNİNİN İNKİŞAF 

TARİXİ 

 

 

 

 

 

 

 

 

 

“TƏKNUR”-2013  

 

 



 

 

                 



 

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə 



nəşr olunmuşdur. 

 

Elmi redaktoru: Şakir Albalıyev  

 

Filologiya elmləri namizədi 

 

Rəyçilər: Nizami Cəfərov 

 

AMEA-nın müxbir üzvü, professor   

 

 

       

Məhərrəm Qasımlı  

 

Filologiya elmlər doktoru, professor,  

           Dövlət Mükafatı laureatı  

 

Sədnik  Paşa Pirsultanlı (Paşayev) 

 

 

“Azərbaycan şifahi xalq şeiri və heca vəzninin 

inkişaf tarixi”     482 səh. 

 

“Azərbaycan  şifahi  xalq  şeiri  və  heca 

vəzninin inkişaf tarixi” adlı əsərdə Azərbaycan şifahi 

xalq  şeirinin  mənzum  atalar  sözü,  mənzum 

tapmacalar,  eləcə  də,  bayatı  və  qoşmalar  daxilində 

təkamülü  və  inkişafı  izlənilir.  Konkret  olaraq  aşıq 

şeirinin XVI əsrdən başlayaraq bu günə qədər şifahi 

xalq poeziyasında və yazılı ədəbiyyatda mövcud olan 

növləri və şəkilləri təhlilə cəlb edilir. Bu əsər alimlər 

üçün,  hətta,  tədqiqatçılar,  ali  məktəb  müəllimləri  və 

tələbələr  üçün  əvəzsiz  bir    şeir  yaradıcılığı  abidəsi 

olacaqdır.  

 

    İSBN: 978-9952-445-13-8        @ “Təknur”, 2013 

       

 



 

 

                 



 

Azərbaycan xalq şeirinin inkişaf 



mərhələləri  

 

 

Azərbaycan  yazılı  ədəbiyyatında  heca, 



əruz  şeir  vəznləri  və  sərbəst  şeir  forması 

mövcuddur.  Lakin,  Azərbaycan  xalq  şeirinin 

inkişafı  heca  vəzni  ilə  bağlıdır.  Azərbaycan 

milli  vəzni  olan  heca  vəzninin  bitkin  ölçüsü 

on  bir  hecalı  şeirdir.  Lakin  bu  milli  vəzni 

qazanana  qədər  Azərbaycan  xalq  şeiri  böyük 

təkamül, 

təkmilləşmə 

və  inkişaf  yolu 

keçmişdir.  Azərbaycan  xalq  şeirinin  inkişafı 

haqqında,  qismən  Əmin  Abid,  Araz 

Dadaşzadə, Şəmistan Mikayılov və başqaları 

danışmışlar.  

 

Heca  vəzninin  ilk  tədqiqatçısı  ədəbiy-



yatşünas Əmin Abid heca vəznindən danışar-

kən,  əsasən,  aşıq  şeiri  kontekstində  tədqiqat 

aparmışdır.  

 

Əlbəttə, Əmin Abid o dövrdə mənzum 



atalar sözlərini, mənzum tapmacaları toplayıb 

tədqiqata cəlb edə bilməzdi. Bu, uzun müddət 

və  gərgin  əmək  tələb  edən  ciddi  bir  məsə-

lədir.  Bu  vəzifəni  yerinə  yetirməyi  öz 

öhdəsinə götürən, təvazökarlıqdan kənar olsa 

da  mən  olmuşam.  Doğrudur,  məndən  əvvəl 

bəzi  tədqiqatçılar  mənzum  atalar  sözünün 



 

 

                 



 

şeiriyyətinə  toxunmuşlar.  Lakin,  onun  heca 



vəzninin  öyrənmək  məsələsini    qarşıya 

qoymamışlar. 

 

Bizə  görə,  heca  vəzni  atalar  sözünün 



qoynunda  yetişmiş,  formalaşmışdır.  Atalar 

sözləri  iki  misra-iki  misra,  yəni  beyt-beyt 

qafiyələnir.  Lakin,  Azərbaycan  xalq  şeiri  iki 

misradan  ibarət  deyil,  dörd  misradır.  Ona 

görə  də  biz  mənzum  tapmacalara  müraciət 

etmişik. Məlumdur ki, mənzum tapmacaların 

əksəriyyəti dörd misralıdır. Bu isə heca vəznli 

Azərbaycan 

şeirinin 

tələblərinə 

tam 

uyğundur.  Tapmacaların  qoynunda  bağlama-



bayatıların,    cinaslı  bayatıların  meydana 

gəlməsini 

müəyyənləşdirmişik. 

Lakin, 


Azərbaycan şeiri forma etibarı ilə dörd misra 

olsa  da  onun  əsas  forması  on  bir  hecalıdır. 

Atalar 

sözünü 


kəmiyyət 

etibarı 


ilə 

hesablayarkən beş və yeddi hecalıya nisbətən 

on bir hecalının qat-qat az olduğunu görürük. 

Abdulla  Şaiqin,  Əmin  Abidin,  Hənəfi 

Zeynallının  mülahizələrinə  istinad  edərək  on 

bir hecalı şeirin sazla əlaqədar, yəni telli çalğı 

alətləri ilə bağlı yarandığını müşahidə edirik. 

Bütün  bu  nəzəri  müddəaların  işığında 

araşdırmaları  müəyyən  istiqamətə  yönəlt-

mişik.  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə