1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə69/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   65   66   67   68   69   70   71   72   ...   98

 

    


333

 

 



şəklə  gətirən  sazın  kök  və  pərdələri,  onun 

özünəməxsus ahəng qanunudur.  

Tarixən  muğam  öz  yolu,  aşıq  sənəti  isə 

öz  yolu  ilə  inkişaflarını  davam  etdirirlər. 

Muğamın  7  əsas  ladı  (kökü)  olduğu  kimi, 

sazın  da  6  musiqi  kökü  vardır.  Muğamın 

“Rast”,  “Şur”,  “Segah”,  “Şüştər”,  “Cahar-

gah”,  “Bayatı-Şiraz”,  “Humayun”  ladları 

vardır.

1

  



Aşıq  musiqisinin  də  6  musiqi  kökü 

vardır.  1.  Şah  pərdə  kökü,  2.  Şah  pərdənin 

Misri  kökü,  3.  Çoban  bayatısı  kökü,  4.  Ayaq 

divani kökü, 5. Urfani kökü, 6.Dilqəmi kökü.  

Ü.Hacıbəyov  muğam  ladlarının  və  saz 

musiqi 


köklərinin 

melodik 


məzmununu 

açmaq  üçün  gərəkli  açar  vermişdir.  O  yazır: 

“Rast”  dinləyicidə  mərdlik  və  gümrahlıq 

hissi,  “Şur”  şən,  lirik  əhvali-ruhiyyə,  “Se-

gah”  məhəbbət  hissi,  “Şüştər”  dərin  kədər, 

“Cahargah”  həyəcan  və  ehtiras,  “Humayun” 

isə  “Şüştər”ə  nisbətən  daha  dərin  kədər  hissi 

oyadır.


2

 

Muğam adları ilə saz köklərini müqayisə 



etdikdə  bir  çox  məsələlər  aydınlaşacaq,  ona 

                                                           

1

 Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. AEA  



Nəşriyyatı, Bakı, 1950, səh 10 

2

 Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. AEA  



Nəşriyyatı, Bakı, 1950, səh 13 


 

    


334

 

 



görə  ki,  bunların  hər  ikisi  eyni  qaynağa 

bağlıdır.  Muğam  da,  aşıq  musiqisi  də  bir 

xalqın  –  Azərbaycan  xalqının  varlığından 

doğmuşdur.  

“Şəhriyar”  (XVII-XVIII  əsrlər)  dasta-

nında  deyilir:  “Şəhriyar  Bağban  küçələrinə 

daxil  olanda  sazı  qoburundan  çıxarıb  kök 

edib,  sinəsinə  basıb,  gah  “Şahnaz”,  gah 

“Rast”,  gah  “Novruzi-Ərəbi”  və  sair  nəğmə-

lərdən  oxuya-oxuya  gəlib  Ozan  küçələrindən 

şəhərə girib”.

1

  



Bu  qeyddə  iki  maraqlı  fakt  diqqəti  cəlb 

edir.  Birincisi,  saz  havalarının  XVII-XVIII 

əsrlərdə  muğam  adları  ilə  təqdim  olunması, 

ikincisi, 

“Qayideyi-təsnif”

2

 



ifadəsinin 

işlədilməsidir.  Şəhriyarın  adını  çəkdiyi 

muğamların    arasında    aşıq  qoşmalarının 

oxunması da nəzərdən qaçmamalıdır.  

Məhz  saz  havasının  bir  qayda  olaraq 

yazılan  “Şəhriyar”  dastanı  Borçalı,  Gəncə, 

Girdiman arasında cərəyan edir.  

Aşıq  Əsədin  tərcümeyi-halını  qələmə 

alan  Vəli  Xuluflu  orada  maraqlı  və  elmi 

əhəmiyyəti  olan  bir  məlumat  verir:  “Aşıq 

Əsəd  saz  çalmaqda  birinci  ustadır.  Sazda 

                                                           

1

 “Şəhriyar” dastanı. Məhəmməd. Bakı, Yazıçı, 1989, səh 89 



2

  Yenə orada, səh 89 




 

    


335

 

 



çalınan  24  havanın  (muğamatın)  hamısından 

xəbərdardır.

3

  

Qazaxlar,  türkmənlər,  özbəklər  dombra 



və  dütar  havalarına  məqam  deyirlər.

4

  İndi 



Güney  Azərbaycanda  saz  havasına  ahəng, 

Borçalıda isə qayda deyilir.  

Musiqiçilər  deyirlər  ki,  “Cahargah”  

muğamın  anasıdır.  “Bayatı-Şiraz”    toyu  olan 

bəzəkli  gəlindir.  Bunlar  da  səsin  yaratdığı 

möcüzələridir.  Biz  bununla  onu  demək 

istəyirik  ki,  hər  musiqi,  muğam,  aşıq  havası, 

rənglər,  səs  melodiyaları  xalqın  səsidir. 

Xalqın qəlbindən qopan nidalardır.  

Biz bu tarixi səs yadigarlarını göz bəbəyi 

kimi  qorumalı  və  çalışmalıyıq  ki,  bu  nadir 

xalq  incilərinə  kimsə  sahib  çıxmasın.  “Sarı 

gəlin”  bizimdir, onu bizim xalqımız yaratmış, 

bizim  olaraq  da  qalmalıdır.  Bu  nadir  inciləri 

babalarımız,  nənələrimiz  bizə  yadigar  qoyub 

getmişlər.  Onları  göz  bəbəyi  kimi  qorumaq, 

yaşatmaq  bizim  övladlıq  borcumuz,  hər 

şeydən əvvəl, vətəndaşlıq borcumuzdur.  

Bunları sevməyən, sevə-sevə yaşatmayan 

həqiqi 


vətəndaş, 

vətən 


qoruyucusu, 

                                                           

3

 Koroğlu. V.Xuluflu. Bakı, 1999, səh 176 



4

 Sədnik Paşayev. “Türk ozan-aşıq sənətinin əski və çağdaş 

durumu, ipək yolu uluslararasl xalq ədəbiyyatı simpozium 

materialları”, Temmuz, 1993, Ankara, səh 1-7 




 

    


336

 

 



vətənpərvər ola bilməz. Hər səsdə, hər musiqi 

havasında  bir  sənətkarın  həyatı,  bir  zamanın 

tarixi yaşayır.  

Eləcə də, “Baş divani” və “Ayaq divani”   

kimi  saz  havalarında  böyük  bir  tarixi 

keçmişimizi  özündə  təcəssüm  etdirir.  Bunlar 

Çaldıran müharibəsi günlərində yaranmışdır.  

“Ayaq divani”yə “Osmanlı divanisi”  ona 

görə  deyilir  ki,  hava  Osmanlı  torpağında 

Qurbani  tərəfindən  yaradılmışdır.  “Meydan 

divanisi”    ona  görə  adlanır  ki,  bu  hava  qalib 

gəlmiş  Osmanlı  dövləti  qarşısında  məğlub 

olmuş  Səfəvilərə  meydan  oxuyur,    “Cəngi”  

havası  çalır.  “Gövhəri”dir  ona  görə  ki, 

sonralar 

həmin 


havanı  türk  aşıq-şairi 

Gövhərin  sözləri  ilə  oxumuşlar.  “Şər  Xətai”  

pərdəsi  şah  adı  daşıdığı  üçün,  o  günlərin 

vəziyyətinə  uyğun  olaraq  qəmli  səslənir. 

Sultanı  şahdan  ayaqda  tutulsa  da,  onun 

pərdəsi  ayaqda  bağlansa  da,  onun  qalib 

vəziyyətinə  uyğun  olaraq  özündə  mübarizlik, 

qəhrəmanlıq ruhu yaşadır.  

Görürsünüzmü,  hər  bir  muğam  və  saz 

havasının özünəməxsus tərcümeyi-halı vardır. 

Hər bir saz havasında müəyyən bir sənətkarın, 

tarixi  hadisənin  ömrünün  bir  parçası,  tarixi 

yaşayır.  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə