1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə91/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   87   88   89   90   91   92   93   94   ...   98

 

    


435

 

 



deyərdim  ki,  Aşıq  Şenlik  qədər  divani  şeiri 

yazan,  yaradan  sənətkar  az-az  olmuşdur. 

“Olmamışam,  olmaram”  divanisindən  bir 

bənd nümunə veririk: 

 

Əzəl başdan fəna uşaq, 



Olmamışam, olmaram.  

Çəp həris, divanə, sarsaq, 

Olmamışam, olmaram.  

Mən sevirəm həmdəmimi, 

Mən sevirəm dostumu,  

Məni sevməzlərə qonaq,  

Olmamışam, olmaram.

1

  



 

Suyun  içməli  olub-olmadığını  bilmək 

üçün  çeşməni  və  hər  hansı  nəhri  bütöv 

içməzlər.  Suyun  içməli  olduğunu  bir  parç 

sudan da bilmək olar.  

Borçalı  və  Şirvan  aşıq  məktəblərində 

qoşma  və  gəraylı  qədər  təcnis  şeir 

yaradıcılığına 

meyl  güclü  olmamışdır. 

Borçalıda  aşıq  sənətinin  inkişafına  istiqamət 

verən  Dərəçiçəkli  Alı  da,  Aşıq  Sadıq  da  öz 

yaradıcılıqlarında  və  repertuarlarında  qoşma 

və  qıfılbəndlərə nisbətən  təcnis  yaradıcılığına 

                                                           

1

 Aşıq Şenliyin Azərbaycanda yayılmış ədəbi irsi toplanılıb, 



arxivdədir.  


 

    


436

 

 



az 

meyl 


göstərmişlər. 

Müasir  Borçalı 

aşıqlarından  Aşıq  Əmrahın,  Aşıq  Hüseyn 

Saraclının,  Faxralı  Nəbinin  və  Aşıq 

Kamandarın  şeir  kitabları  nəşr  olunmuşdur. 

Onların  şeirləri  içərisində  təcnisə  geniş  yer 

verilməmişdir. 

Təkcə 


Aşıq 

Kamandar 

Tufarqanlı  Abbasın  “Gözlər”  təcnisini  “Aşıq 

Qərib”  dastanını  söyləyərkən  Aşıq  Qəribin 

adına oxuyardı.  

Bircə  faktı  qeyd  etmək  yerinə  düşər  ki, 

professor 

Seyfəddin 

Qəniyevin 

“Şirvan 


aşıqları”  kitabında  yüz  əllidən  artıq  aşığın 

tərcümeyi-halı  və  şeirləri  verilmişdir.  Həmin 

kitabda  da  təcnis  az  boy  verir.    Borçalıda 

“Təcnis”  havası  çalınır,  həmin  havaya  təcnis 

şeiri 

oxunmasa 



da, 

başqa 


qoşma 

uyğunlaşdırılıb  ifa  edilir.  Şirvanda  isə 

“Təcnis” havasının özü qoşmalarla ifa olunur.  

“Təcnis”  havası  üstündə  təcnis  şeirini 

oxumaq  təcnisin  özünü  yaratmaq  qədər 

çətindir.  Ona  görə  ki,  “Təcnis”  ifa  edən  aşıq 

təcnisin  evini,  təcnisin  misralarında  işlədilən 

cinaslarının 

məddi-mənasını 

dərindən 

bilməlidir.  Çox  zaman  aşıqlar  deyişmə 

zamanı  bir-birinə  qıfılbənd  əvəzinə  təcnis 

deyirlər.  Təcnisin  təhlili,  onun  məddi-

mənasını incələmək daha çətindir. Bu işə çox 

aşıq  meyl  etmir.  Aşığın  sənətkarlığını 



 

    


437

 

 



müəyyənləşdirən  birinci  növbədə  təcnis 

ifaçılığıdır. 

Gəncəbasarda 

təcnisləri 

incələmək,  cinasları  açmaq  cəhətdən  əslən 

Göyçəli 


olan, 

Goranboyun 

Qızılhacılı 

kəndində  Aşıq  Saleh,  Şəkili  Aşıq  Sirac, 

İnəkdağlı  Aşıq  Mahir  İsmayıl,  Aşıq  Mayıs 

Gəncəli,  Aşıq  Fətulla,  gənclərdən  Aşıq  Afiq 

təcnisi təhlil etməyə çalışan və bu işi bacaran 

sənətkarlardandır.  

“Təcnis  yaratmaqda  məsuliyyət  hissini 

gözləyən aşıq və şairlər elə buna görə də belə 

şeirləri yaradarkən axtarışlar aparır, düşünüb-

daşınır, dilin dərin qatlarına baş vurur və daha 

tutarlı cinaslar tapırlar”.

1

  



Aşıq  Dirili  Qurbani  dövründə  qoşmanın 

bir  növü  kimi  meydana  çıxan  təcnis,  dörd 

əsrlik  inkişafı  boyu  təkamül  yolu  keçərək 

şeirimizdə müstəqil janra çevrilmişdir.  

Qoşmanın 

güllüqafiyə, 

əliflam, 

qoşayarpaq,  zəncirləmə,  müstəzad  qoşma, 

ustadnamə  qoşma,  qıfılbənd  qoşma  və  başqa 

növləri  olduğu  kimi,  təcnisin  də  qara  təcnis, 

sadə və ya saya cığalı təcnis, müləmmə təcnis, 

təkrar  gəraylı  təcnis,  müstəzad  təcnis, 

dodaqdəyməz  təcnis,  dodaqdəyməz  cığalı 

                                                           

1

 Cinaslar, (tərtibçilər Məmməd Aslan, Elxan Məmmədov), 



Bakı, Yazıçı, 1985,  Elxan Məmmədov, müqəddimə,  səh 5 


 

    


438

 

 



təcnis,  gedər-gəlməz  təcnis  (buna  nəfəs 

çəkmə təcnisi də deyilir), diltərpənməz təcnis 

(dildönməz  də  deyilir),  yazılmaz  təcnis, 

üçbaşlı təcnis, hərfi təcnis, hərfi qapalı təcnis 

və başqa növləri vardır.  

 

 



c)Müasirlərimizin yaradıcılığında 

təcnis 

 

Müasirlərimiz  Şah  İsmayıl  Xətayidən 



bəri  başlayan  və  inkişafda  olan  təcnis 

yaradıcılığını  təqdir  etmiş,  bəyənmiş  və  onu 

daha  yüksək  zirvələrə  qaldırmışlar.  Bu  təcnis 

yaradıcıları 

içərisində 

Kəlbəcərli 

Aşıq 

Allahverdi Qəmkeş özünəməxsus yer tutur. O, 



“Yatıbdı”  adlı  çox  bəndli  qoşması  ilə  şöhrət 

tapmışdır.  Onun  şeirləri  xalq  arasında  geniş 

yayılmışdır.  Arazın  o  tayında  və  bu  tayında 

aşıqların  dilinin  əzbəridir.  Gəncədə  Qəmkeş 

adına  aşıq  muzeyi  vardır.  Qəmkeşin  zəngin 

poeziyası  içərisində  təcnis    nümunələri  də 

vardır.  Onlardan  birini  seçib  oxuculara 

ərməğan edirik: 

 

Çox Sənəmə tərif deyib aşıqlar, 



Hamısından adı bəlli Sənəmsən. 

Sən sözü bir gözəllik rəmzidir, 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə