1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə1/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
  1   2   3   4   5   6   7   8   9   ...   128


 

 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ  

İDMAN AKADEMİYASI 

 

 

 

Süleyman Hüseynov, Elvira Qaracayeva 

 

 

 

 

 

 

AZƏRBAYCAN DİLİ 

VƏ NİTQ MƏDƏNİYYƏTİ

 

(Dərslik) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Elm və Təhsil” 

Bakı-2016  


 

 



 

Redaktor:  

A.M.BABAYEV 

filologiya elmləri doktoru, professor 

 

Rəyçilər:  

N.Ə.ABDULLAYEV 

APU-nun “Azərbaycan dili və onun tədrisi 

metodikası” kafedrasının professoru

filologiya elmləri doktoru 

  

C.Ə.CƏFƏROV 

APU-nun “Müasir Azərbaycan dili” 

kafedrasının professoru, 

filologiya elmləri doktoru  

 

 

Süleyman Səfər oğlu Hüseynov, Elvira Muxtar qızı Qaracayeva.  

Azərbaycan dili və nitq mədəniyyəti (dərslik).  

Bakı, “Elm və təhsil”, 2016, 408  səh. 

 

Ali  məktəblərin  bakalavr  təhsil  pilləsi  üçün  nəzərdə  tutulmuş 

“Azərbaycan  dili  və  nitq  mədəniyyəti”  adlı  bu  dərslik  dövlətçiliyimizin 

aparıcı  atributlarından  olan  Azərbaycan  dili  və  nitq  mədəniyyətinin 

qovuşuğu  şəklində  işlənmişdir,  bütün  qrammatik  qaydalar  praktik 

Azərbaycan  dilinə,  düzgün,  dəqiq,  yığcam  və  gözəl  nitqə  yiyələnməyi 

qarşıya  məqsəd  qoyur.  Müasir  Azərbaycan  dilinin  fonetik,  leksik, 

qrammatik  və  üslubi  normaları  nitq  mədəniyyətinin  problemləri  ilə 

əlaqələndilimiş,  hər  mövzuya  aid  verilən  suallar,  linqvistik  təhlilə  cəlb 

olunmuş  çalışma  və  tapşırıqlar  bölmələrin  mənimsənilməsinə  xidmət 

etməklə  tələbələrin  praktik  nitq  fəaliyyəti  üçün  nümunə  rolu  oynayır. 

Dərslikdə  dil  normalarının  məcmusu  kimi  işlənmiş  mövzular  interaktiv 

metodun  tələblərinə  uyğun ardıcıllıqla  tələbə  gənclərin  ünsiyyət  zamanı  öz 

düşüncələrini, gördüklərini, eşitdiklərini və oxuduqlarını səlis və rəvan dillə 

həmsöhbətinə 

çatdıra  bilmək  bacarığının  formalaşmasına  kömək 

göstərəcəyi nəzərdə tutulur. 

 

ISBN 978-9952-8142-1-7   

 

 © «Elm və təhsil», 2016

 


 

 



 

 

ÖN SÖZ 

 

Xalqımız öz dövlət müstəqilliyinə qovuşduqdan sonra res-

publikamız  siyasi,  iqtisadi  və  ictimai  həyatında  olduğu  kimi 

mədəniyyət,  elm  və  təhsil  sahələrində  də  dünya  standartlarına 

inteqrasiya etməyə başlamışdır. Dövlətimiz təhsilin inkişafı üz-

rə öz strategiyası üçün müasir dövrün tələblərinə uyğun yeni is-

tiqamətlər  müəyyənləşdirmişdir.  Dünya  birliyinin  iqtisadi  ma-

raq mərkəzinə çevrilməkdə olan ölkəmiz inkişaf cəhətdən lider 

kimi  özünün  təhsil  problemlərini  uğurla  yeniləşdirməkdədir. 

Təhsildə  yeniləşmə  kompüterlə,  internet,  elektron  maşınlar  və 

müasir  informasiya-kommunikasiya  texnologiyalarından  isti-

fadə  etməklə  Boloniya təhsil sisteminə, tədrisin kredit üsuluna 

keçməsini sürətləndirmişdir.  

Respublikamızda  böyük  müvəffəqiyyətlə  həyata  keçirilən 

təhsil  islahatı  ali  məktəblərin  qarşısında  geniş  perspektivlər  aç-

mışdır  və  müəllimlərdən  tədris  proqramlarına,  dərsliklərə,  dərs 

vəsaitlərinə, tədris olunan fənlərin bilik istiqaməti və xarakterinə 

yenidən baxmağı tələb edir. Bu tələb eyni dərəcədə tədris olunan 

“Azərbaycan dili və nitq mədəniyyəti” fənninə də aiddir. Xatır-

ladaq ki, bu fənn “Nitq mədəniyyətinin əsasları” adı ilə 1986-cı 

ildən bəzi ali məktəblərimizdə tədris planına salınmışdı. Respub-

likamız  müstəqillik  qazanandan  sonra,  xüsusən  1995-ci  ildə 

ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respub-

likası Konstitusiyası Azərbaycan dilini rəsmi dövlət dili kimi qə-

bul etdikdən, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci 

ildə  “Azərbaycan  Respublikasının  Dövlət  dili  haqqında  Azər-

baycan  Respublikasının  qanunu”  haqqında  fərmanından  sonra 

milli qürur mənbəyimiz və dövlət atributlarından olan dilimizin, 

onunla  birlikdə  nitq  mədəniyyətinin  tədrisinə  də  qayğı  diqqət 

mərkəzində öz yerini möhkəmləndirdi. Azərbaycan Respublika-

sının prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə “Azərbay-

can  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun 




 

 



istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” sərəncamı, 9 av-

qust 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı 

üzrə  Dövlət  proqramı”nı  imzalaması  fənnin  tədrisində  yeni 

mərhələ oldu. Bu proqramda ilk dəfə olaraq nitq mədəniyyətinə 

xüsusi yer ayrılmış, “Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi 

ölkə prezidenti tərəfindən tövsiyə  edilmişdi.  H.Əliyev və  İ.Əli-

yev tərəfindən imzalanmış fərman və sərəncamlara uyğun olaraq 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  2014-cü  il  tarixli 

913  saylı  əmri  ilə  təsdiq  olunmuş  ali  təhsil  pilləsində  dövlət 

standartının  bakalavriat  səviyyəsinin  ixtisas  üzrə  təhsil  proqra-

mına  uyğun  olaraq  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İd-

man  Akademiyasında  tədris  planına  “Azərbaycan  dili  və  nitq 

mədəniyyəti” fənni daxil edildi. Bu ali məktəbdə “Nitq mədəniy-

yəti”  fənni  2005-ci  ildən  tədris  olunur  və  onun  tədrisinə  o  vaxt 

34 saat, 2008/2009-cu ildən isə 45 saat ayrılırdı. Nitq mədəniy-

yətinin  Azərbaycan  dilçiliyində  hələ  lazımınca  öyrənilmədiyini 

nəzərə  alsaq,  verilən  saatlar  tədrisə  qatılacaq  bütün  məsələləri 

əhatə  etmək  imkanını  azaldırdı.  İndi  fənnin  adı  tədris  planında 

haqlı olaraq dəyişdirilmiş, “Azərbaycan dili və nitq mədəniyyə-

ti” adlandırılmaqla tədrisinə də 60 saat verilir. Fənnin “Azərbay-

can dili və nitq mədəniyyəti” adlandırılması müəllimin qarşısın-

da daha geniş perspektivlər açır, istər fənn proqramına, istərsə də 

dərsliyə,  onun  istiqamət  və  xarakterinə  yenidən  baxmağı  zəruri 

edir.  Tələbələrimiz  orta  məktəb  illərində  Azərbaycan  dilinin 

fonetikasını,  leksikologiya,  frazeologiya  və  qrammatikasını  öy-

rənməklə, ana dilimiz haqqında elmi bilik almış, dilçilik materia-

lını “Azərbaycan dili” dərslikləri ilə yanaşı rus və digər xarici dil 

fənlərində  təkrar-təkrar  möhkəmləndirmişlər.  Buna  görə  də  ali 

məktəbdə  yenidən  Azərbaycan  dilinin  fonetika,  leksikologiya, 

morfologiya və sintaksisini –  yəni Azərbaycan dilçiliyini öyrət-

mək  yox,  gündəlik  həyatda  dil  qaydalarına  uyğun  danışmaq  və 

yazmaq,  müxtəlif  situasiyalarda  informasiya  vermək,  sorğunu 

çevik, aydın, doğru və düzgün cavablandırmaq, izahın bütün for-

ma  və  elementlərindən  istifadə  etmək  bacarığı  formalaşdırmaq-

dır.  İkincisi,  fənn  indi  Azərbaycan  dili  ilə  nitq  mədəniyyətinin 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə