1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə1/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
  1   2   3   4   5   6   7   8   9   ...   128


 

 



AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ 

AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBĠYƏSĠ VƏ  

ĠDMAN AKADEMĠYASI 

 

 

 

Süleyman Hüseynov, Elvira Qaracayeva 

 

 

 

 

 

 

AZƏRBAYCAN DĠLĠ 

VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ

 

(Dərslik) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Elm və Təhsil” 

Bakı-2016  


 

 



 

Redaktor:  

A.M.BABAYEV 

filologiya elmləri doktoru, professor 

 

Rəyçilər:  

N.Ə.ABDULLAYEV 

APU-nun “Azərbaycan dili və onun tədrisi 

metodikası” kafedrasının professoru, 

filologiya elmləri doktoru 

  

C.Ə.CƏFƏROV 

APU-nun “Müasir Azərbaycan dili” 

kafedrasının professoru, 

filologiya elmləri doktoru  

 

 

Süleyman Səfər oğlu Hüseynov, Elvira Muxtar qızı Qaracayeva.  

Azərbaycan dili və nitq mədəniyyəti (dərslik).  

Bakı, “Elm və təhsil”, 2016, 408  səh. 

 

Ali  məktəblərin  bakalavr  təhsil  pilləsi  üçün  nəzərdə  tutulmuş  “Azər-

baycan  dili  və  nitq  mədəniyyəti”  adlı  bu  dərslik  dövlətçiliyimizin  aparıcı 

atributlarından  olan  Azərbaycan  dili  və  nitq  mədəniyyətinin  qovuşuğu 

şəklində işlənmişdir, bütün qrammatik qaydalar praktik Azərbaycan dilinə, 

düzgün,  dəqiq,  yığcam  və  gözəl  nitqə  yiyələnməyi  qarşıya  məqsəd  qoyur. 

Müasir  Azərbaycan  dilinin  fonetik,  leksik,  qrammatik  və  üslubi  normaları 

nitq mədəniyyətinin problemləri ilə əlaqələndilimiş, hər mövzuya aid verilən 

suallar,  linqvistik  təhlilə  cəlb  olunmuş  çalışma  və  tapşırıqlar  bölmələrin 

mənimsənilməsinə  xidmət  etməklə  tələbələrin  praktik  nitq  fəaliyyəti  üçün 

nümunə  rolu  oynayır.  Dərslikdə  dil  normalarının  məcmusu  kimi  işlənmiş 

mövzular interaktiv metodun tələblərinə uyğun ardıcıllıqla tələbə gənclərin 

ünsiyyət zamanı öz düşüncələrini, gördüklərini, eşitdiklərini və oxuduqlarını 

səlis və rəvan dillə həmsöhbətinə çatdıra bilmək bacarığının formalaşması-

na kömək göstərəcəyi nəzərdə tutulur. 

 

ISBN 978-9952-8142-1-7   

 

 © «Elm və təhsil», 2016

 


 

 



 

 

ÖN SÖZ 

 

Xalqımız öz dövlət müstəqilliyinə qovuşduqdan sonra res-

publikamız  siyasi,  iqtisadi  və  ictimai  həyatında  olduğu  kimi 

mədəniyyət,  elm  və  təhsil  sahələrində  də  dünya  standartlarına 

inteqrasiya etməyə başlamışdır. Dövlətimiz təhsilin inkişafı üz-

rə öz strategiyası üçün müasir dövrün tələblərinə uyğun yeni is-

tiqamətlər  müəyyənləşdirmişdir.  Dünya  birliyinin  iqtisadi  ma-

raq mərkəzinə çevrilməkdə olan ölkəmiz inkişaf cəhətdən lider 

kimi  özünün  təhsil  problemlərini  uğurla  yeniləşdirməkdədir. 

Təhsildə  yeniləşmə  kompüterlə,  internet,  elektron  maşınlar  və 

müasir  informasiya-kommunikasiya  texnologiyalarından  isti-

fadə  etməklə  Boloniya təhsil sisteminə, tədrisin kredit üsuluna 

keçməsini sürətləndirmişdir.  

Respublikamızda  böyük  müvəffəqiyyətlə  həyata  keçirilən 

təhsil  islahatı  ali  məktəblərin  qarşısında  geniş  perspektivlər  aç-

mışdır  və  müəllimlərdən  tədris  proqramlarına,  dərsliklərə,  dərs 

vəsaitlərinə, tədris olunan fənlərin bilik istiqaməti və xarakterinə 

yenidən baxmağı tələb edir. Bu tələb eyni dərəcədə tədris olunan 

“Azərbaycan dili və nitq mədəniyyəti” fənninə də aiddir. Xatır-

ladaq ki, bu fənn “Nitq mədəniyyətinin əsasları” adı ilə 1986-cı 

ildən bəzi ali məktəblərimizdə tədris planına salınmışdı. Respub-

likamız  müstəqillik  qazanandan  sonra,  xüsusən  1995-ci  ildə 

ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respub-

likası Konstitusiyası Azərbaycan dilini rəsmi dövlət dili kimi qə-

bul etdikdən, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci 

ildə  “Azərbaycan  Respublikasının  Dövlət  dili  haqqında  Azər-

baycan  Respublikasının  qanunu”  haqqında  fərmanından  sonra 

milli qürur mənbəyimiz və dövlət atributlarından olan dilimizin, 

onunla  birlikdə  nitq  mədəniyyətinin  tədrisinə  də  qayğı  diqqət 

mərkəzində öz yerini möhkəmləndirdi. Azərbaycan Respublika-

sının prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə “Azərbay-

can  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun 




 

 



istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” sərəncamı, 9 av-

qust 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı 

üzrə  Dövlət  proqramı”nı  imzalaması  fənnin  tədrisində  yeni 

mərhələ oldu. Bu proqramda ilk dəfə olaraq nitq mədəniyyətinə 

xüsusi yer ayrılmış, “Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi 

ölkə prezidenti tərəfindən tövsiyə  edilmişdi.  H.Əliyev və  İ.Əli-

yev tərəfindən imzalanmış fərman və sərəncamlara uyğun olaraq 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  2014-cü  il  tarixli 

913  saylı  əmri  ilə  təsdiq  olunmuş  ali  təhsil  pilləsində  dövlət 

standartının  bakalavriat  səviyyəsinin  ixtisas  üzrə  təhsil  proqra-

mına  uyğun  olaraq  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İd-

man  Akademiyasında  tədris  planına  “Azərbaycan  dili  və  nitq 

mədəniyyəti” fənni daxil edildi. Bu ali məktəbdə “Nitq mədəniy-

yəti”  fənni  2005-ci  ildən  tədris  olunur  və  onun  tədrisinə  o  vaxt 

34 saat, 2008/2009-cu ildən isə 45 saat ayrılırdı. Nitq mədəniy-

yətinin  Azərbaycan  dilçiliyində  hələ  lazımınca  öyrənilmədiyini 

nəzərə  alsaq,  verilən  saatlar  tədrisə  qatılacaq  bütün  məsələləri 

əhatə  etmək  imkanını  azaldırdı.  İndi  fənnin  adı  tədris  planında 

haqlı olaraq dəyişdirilmiş, “Azərbaycan dili və nitq mədəniyyə-

ti” adlandırılmaqla tədrisinə də 60 saat verilir. Fənnin “Azərbay-

can dili və nitq mədəniyyəti” adlandırılması müəllimin qarşısın-

da daha geniş perspektivlər açır, istər fənn proqramına, istərsə də 

dərsliyə,  onun  istiqamət  və  xarakterinə  yenidən  baxmağı  zəruri 

edir.  Tələbələrimiz  orta  məktəb  illərində  Azərbaycan  dilinin 

fonetikasını,  leksikologiya,  frazeologiya  və  qrammatikasını  öy-

rənməklə, ana dilimiz haqqında elmi bilik almış, dilçilik materia-

lını “Azərbaycan dili” dərslikləri ilə yanaşı rus və digər xarici dil 

fənlərində  təkrar-təkrar  möhkəmləndirmişlər.  Buna  görə  də  ali 

məktəbdə  yenidən  Azərbaycan  dilinin  fonetika,  leksikologiya, 

morfologiya və sintaksisini –  yəni Azərbaycan dilçiliyini öyrət-

mək  yox,  gündəlik  həyatda  dil  qaydalarına  uyğun  danışmaq  və 

yazmaq,  müxtəlif  situasiyalarda  informasiya  vermək,  sorğunu 

çevik, aydın, doğru və düzgün cavablandırmaq, izahın bütün for-

ma  və  elementlərindən  istifadə  etmək  bacarığı  formalaşdırmaq-

dır.  İkincisi,  fənn  indi  Azərbaycan  dili  ilə  nitq  mədəniyyətinin 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə