1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

42 



 

 

 



19. Azərbaycanda Ərəb Xilafəti dövründə mülkiyyəti formaları, vergilər. 

 

Ərəblərin hakimiyyəti dövründə Azərbaycanda  torpaq üzərində mülkiyyətin  

beş forması mövcud idi.  Feodal torpaq mülkiyyətinin əsas növlərindən biri dövlət 

torpaqları  idi.  Belə  torpaqlar  divan  və  ya  xəlifə  torpağı  adlanırdı.  Varisi  ölən 

şəxslərin,  əməllərinə  görə  vəzifəsindən  qovulan  məmurların  torpağı  divan 

torpağına qatılırdı. Geniş  yayılmış  torpaq  mülkiyyəti  formalarından  biri  iqta  idi.  

İqtanın  iki  forması  mövcud  idi.  Onlardan  biri  bağışlanan  iqta  idi  ki,  o,  sahibinin 

şəxsi mülkiyyətinə çevrilə bilir və nəsildən-nəslə keçirdi. Bağışlanan (xüsusi) iqta 

şairlərə  və  xüsusi  istedadlı  şəxlərə  və  dövlət  qarşısında  böyük  xidməti  olan 

adamlara  verilirdi.  İqtanın  formalarından  biri  də  icarə  edilən  iqta  idi  ki,  onu 

hərbiçilərə  verirdilər. Bu cür torpaqlar irsən keçə bilməz, lazım gəldikdə isə geri 

alına  bilərdı.  Azərbaycanda  yerli  feodalların  irsi  mülkiyyətində  olan  torpaq 

mülkləri  qalmaqda  idi.  Ərəb  mənbələrində  belə  torpaqlar  mülk,  onun  sahibi  isə 

malik  adlanırdı.  Torpaq  üzərindəki  mülkiyyət  formalarından  biri  vəqf  torpaqları 

idi.  Bu  torpaqlar  Məkkə  və  Mədinə  kimi  müqəddəs  şəhərlər  üçün,  din  uğrunda 

mübarizlər  və  şəhidlər  üçün  nəzərdə  tutulurdu.  Həmin  torpaqlarda  məscidlər  və 

müqəddəslərin şərəfinə türbələr tikilirdi.Vəqf torpaqları müsəlman dini idarələrinin 

ixtiyarında idi. “Allahın mülkiyyəti” hesab edilən vəqf torpağı icarəyə verilsə də, 

onu  nə  satmaq,  nə  almaq,  nə  də  xüsusi  mülkiyyətə  keçirmək  olmazdı.  İcarəyə 

verilmiş vəqf torpağı üç il əkilməyib istifadəsiz qalsa torpaq həmin adamın əlindən 

geri  alınırdı.  Torpaq  mülkiyyəti  formalarından  biri  də  icma  torpaqları  idi. 

Kəndlərdə əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbistanlıqlar 

və s. icma torpaqlarına daxil idi. 

 

 



 

 

 



 

 

Ərəblər  başqa  məsələlərdə  olduğu  kimi,  Sasanilərin  vergi  qaydasını  bəzi 



dəyişikliklər  etməklə  qüvvədə  saxladılar.  Əməvilər  sülaləsinə  qədər  birinci  dörd 

xəlifəinin  dövründə  vergilər  xeyli  yüngül  idi.  Həmdə  Sasanilərdən  fərqli  olaraq 




 

 

43 



 

vergini tək-tək şəxslərdən deyil, bütün ölkədən alırdılar. Azərbaycanda əhalinin bir 

qismi  xristian  olduğundan  xəlifənin  xəzinəsinə  iki  adda  vergi:  xərac  və  cizyə 

verilirdi.  Müsəlmanlar  cizyə  vergisindən  azad  idilər.  Xristianları  itaətdə 

saxlamaqda xilafətə kömək etdiklərinə görə keşişlər və kilsə vergidən azad edilir 

və  dövlət  tərəfindən  himayə  olunurdu.  Dördüncü  xəlifə  Əli  ibn  Əbu  Talib 

vergilərin tonlanmasına dair ədalətli göstəriş verərək, əsas diqqəti xəracı yığmağa 

deyil,  torpağı  səmərəli  şəkildə  əkib-becərməyə  yönəldirdi.  Əməvilər  sülaləsindən 

xəlifə  Hişamın  dövründə  vergilərin  alınması  qaydasında  dəyişiklik  edildi.  Onun 

göstərişi  ilə  725-ci  ildə  Azərbaycanda  əhali,  mal-qara,  torpaq  siyahıya  alındı, 

vaxtilə  ləğv  edilmiş  bəzi  vergilər  bərpa  edildi.  Bir  sıra  yeni  -    sənət  məmulatı, 

kəbin  kağızı  və  s.  adda  vergilər  tətbiq  olundu.  Hətta  rahiblərdən  cizyə  vergisi 

alındı,  onun  məbləği  artırıldı.  Abbasilərin  dövründə  (750-1258)  vergi qaydasında 

yeni  dəyişiklik  edildi.  Torpağın  əkilib-əkilməməsindən  asılı  olmayaraq  vergi 

alınmağa  başlandı.  Xəlifə  Mehdi  vergiləri  bir  qədər  yüngülləşdirdi.  Verginin 

miqdarı  suvarma  texnikasından  asılı  olaraq  məhsulun  dörddə  birindən  yarısına 

qədər müəyyən edildi. Qəddarlığı ilə bütün xəlifələrdən seçilən Harun-ər-Rəşidin 

dövründə (786-809) vergilər yenidən artırıldı. Azərbaycanın cənub hissəindən ildə 

4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi alınırdı. Zimmilər (xristianlar) 

daha  çox  vergi  verirdilər.  Vergilər  təkcə  xəracdan  və  cizyədən  ibarət  deyildi. 

İnsanın  mənfəətləndiyi  bütün  sahələrdən,  müharibə  zamanı  əldə  edilən  hərbi 

qənimətlərdən,  əsirlərdən,  daşına  bilən  əmlakdan  xüms  (beşdə  bir)  deyilən  vergi 

alınırdı. Bundan başqa, mal-qaradan, əkin və meyvədən, qızıl və gümüşdən zəkat 

(sədəqə)  vergisi  alınırdı.  Zəkat  ruhanilərin,  yetimlərin,  şikəstlərin  və  əlacsızların 

ehtiyacına sərf olunurdu.  

 

 



 

 

 




 

 

44 



 

 

 



20. Azərbaycanda Ərəb xilafətinə qarşı milli-azadlıq mübarizəsi.  

Xürrəmilər hərəkatı 

Xilafətin  soyğunçu  vergi  siyasəti  və  məmurların  özbaşınalığı,  dəhşətli 

istismar  və  hüquqsuzluq,  yerli  feodalların  mülklərinin  və  imtiyazlarının 

məhdudlaşdırılması,  güclü  ərəbləşdirmə  siyasəti  və  başqa  səbəblər  əhalinin 

vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdurdu. 

 

 



 

748-ci  ildə  Beyləqanda  başlanmış  üsyan  tezliklə  digər  vilayətləri,  xüsusilə 

Bərdəni və Ərdəbili əhatə etdi. Beyləqandakı üsyana yerli hökmdar Var ibn Səfvan 

başçılıq edirdi.  Üsyançılar ərəblərin burada olan hərbi dəstələrini qılıncdan keçirib 

əmiri əsir aldılar və bütün məhbusları azad etdilər. Bu qələbədən sonra onlar Bərdə 

üsyançılarının  köməyinə  getdilər.  Bərdədəki  ərəb  əmiri  Asim  ibn  Yezidin 

qoşunlarını məğlub edib, özünü də öldürdülər. Əsarətə alınmış xalqların təzyiqi  və 

ərəb  cəmiyyəti  daxilində  mübarizənin  kəskinlənməsi  nəticəsində  Əməvilər 

sülaləsinin 89 illik hakimyyətinə 750-ci ildə son qoyuldu. Hakimiyyətə Abbasilər 

keçdi.  


 

 

 



 

 

 



 

 

 



 

Azərbaycanda  azadlıq  mübarizəsinin  parlaq  səhifələrindən  biri  ərəb 

Xilafətinə  qarşı  60  ildən  artıq  davam  etmiş  xürrəmilər  hərəkatıdır.  Onların  şüarı 

torpağı  və  digər    istehsal  vasitələrini  xalqın  ixtiyarına  verməkdən,  kəndliləri  və 

sənətkarları  feodalların  və  digər  hakim  təbəqənin  asılılığından  azad  etməkdən 

ibarət idi. Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin tapdağından 

qurtarmaq  xürrəmilərin  əsas  idealı  idi.  Xürrəmilər  hərəkatı  erkən  orta  əsrlər 

dövründə  Şərqdə  islam  dini,  feodal  zülmü  və  ən  başlıcası  ərəb  əsarətinə  qarşı 

çevrilmiş  güclü xalq  hərəkatı  idi.  Məzdəkilərin və  xürrəmilərin  atəşpərəst  olması 

haqqında  orta  əsr  müəlliflərinin  əksəriyyətinin  fikri  yekdildir.  Ona  görə  də 

akademik Z.Bünyadov “xürrəm” sözünü pəhləvi dilində “xür”-od və “xvar”-Günəş 

anlamında mənalandırmışdır. Xürrəmilərin ərəblərə qarşı azadlıq mübarizəsi  61 il 

davam etmişdir. Onun üçdə iki hissəsini Babəkə qədərki dövr təşkil edir ki, onun 



Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə