1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

51 



 

etdi.  Şəddadilərin  bütün  ərazisi  ələ  keçirildi.  Sultan  Məlikşah  Gəncə  əmirinin 

ixtiyarına  48  min  nəfərlik  qoşun  verdi.  Şəddadilər  dövləti  feodal  monarxiya  tipli 

dövlət  idi.  Burada  dövlətin  başçısı  mülki  və  hərbi  hakim  idi.  Məmurlardan  biri 

sarayı  idarə  edən  hacib  idi.  Vilayətləri  isə  əmirin  təyin  etdiyi  naiblər  idarə 

edirdilər.  bir  qayda  olaraq  naiblər  şahzadələrdən  və  ya  sülalə  üzvlərindən  ibarət 

olurdu. Mənbələrin məlumatında bildirilir ki, Şəddadilərin daimi nizami ordusunun 

sayı 150 min nəfərə çatırdı.   

X  əsrin  ortalarında və  ikinci  yarısında  Əhər  (Qaradağ) hakimi  Əbülheyca 

Rəvvadi  Salarilər  dövlətinin  tərkibində  ona  xərac  verən  feodallardan  idi.  981-ci 

ildə  Salari  İbrahimə  tabe  olmayıb  onunla  mübarizə  apararaq  hakimiyyəti  ələ 

kecirmiş  və  Rəvvadilər  dövlətinin  əsasını  qoymuşdur.  Dövlətin  paytaxtı 

Ərdəbildən Təbrizə köcürüldü. Dövlətin ərazisi əsasən indiki İran Azərbaycanının 

ərazisini əhatə edirdi. Rəvvadilər 987-ci ildə Ərmənyyəni özünə tabe etdi. Xoy və 

Urmu  feodalları  da  onun  hakimiyyəti  altına  kecdi.  Əbu  Mənsur  Vəhsudanın 

dövründə  (1020-1059)  mərkəzi  hakimiyyət  daha  da  möhkəmləndi.  1042-ci  ildə 

Təbrizdə  güclü  zəlzələ  şəhəri  dağıtdı.  Mənbələrin  məlumatına  görə,  zəlzələ 

nəticəsində  bir  çox  binalar  və  qalalar  dağıldı,  40  mindən  artıq  adam  tələf  oldu, 

şəhərin  müdafiə  qabiliyyəti  zəiflədi.  Şəhərin  ətrafındakı  qala  hasarları 

dağıldığından  Rəvvadi  Vəhsudan  Təbrizi  tərk  edib  başqa  qalaya  köçdü.  Şəhərin 

bərpa işləri başa çatdırılmamış Toğrul bəyin başçılıq etdiyi səlcuq türkləri Təbrizə 

hücum etdilər. hücuma hazır olmayan Vəhsudan müqavimət  göstərə bilmədi. Ibn 

Əl Əsrinin yazdığına görə “Səlcuq hakimi Toğrul bəy bir sıra  qələbələrdən sonra 

1054-cü ildə Təbrizə gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti 

əlində saxlamaq məqsədilə səlcuqların vasallığını qəbul etməyə məcbur oldu.  

Səlcuq  Sultanı  Alp  Arslanın  dövründə(1063-1072)  Rəvvadilərin  daxili 

müstəqilliyi  ləğv  edildi  və  1065-ci  ildə  Təbrizə  Səlcuq  əmiri  təyin  edildi.  Süqut 

etməsinə  baxmayaraq  bir  əsrə  qədər  mövcud  olmuş  Rəvvadilər  dövləti  ölkənin 

iqtisadi,  ictimai,  siyasi  və  mədəni  həyatında  mühüm  rol  oynamışdı.  Bununla  da 

Rəvvadilər döləti süqut etdi. 




 

 

52 



 

Rəvvadilər  və  Saddadilər  dövləti  Səlcuq  hücumları  nəticəsində  ləğv 

edildilər. 

23. Azərbaycan Səlcuqilər imperiyasının tərkibində 

 Azərbaycanın  ərazisində  XI  əsrin  ortalarında  eyni  vaxtda  üç  müstəqil 

dövlətin - Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövlətinin olması ölkənin iqtisadi 

inkişafını  ləngitməklə  yanaşı,  onun  müdafiə  qüvvəsini  də  zəiflədirdi.  Belə  bir 

vaxtda  Orta  Asiya,  İran,  İraq,  Suriya,  Misir,  Kicik  Asiya,  Ön  Qafqaz xalqları  ilə 

birlikdə Azərbaycan da Səlcuqların hakimiyyəti altına kecdi. 

XI  əsrin  əvvəllərində  oğuzların  bir  hissəsi  Xorasan  tərəfdən  yaxın  Şərq 

ölkələrinə,  digər  hissəsi  Xəzərin  şimalından  keçərək  Avropaya  və  Balkan 

yarımadasına  yayıldı.  Səlcuqlar  IX  əsrdə  Xəzər  dənizi  ilə  Aral  gölü  arasındakı 

ərazıdə  yaşayırdılar.  Qəznəvilər  dövlətinin  başçısı  Sultan  I  Mahmud  (988-1030) 

Səlcuq  tayfalarını  1009-cu  ildə  Xorasan  əyalətində  yerləşdirdi.  Səlcuqlar  1038-ci 

ildə  Nişapuru    ələ  kecirdi  və  Toğrul  bəy  özünü  Sultan  elan  edərək  Səlcuqlar 

imperiyasının (1038-1157) əsasını qoydu. 

Sultan  Toğrul  bəy  (1038-1063)  XI  əsrin  50-ci  illərinin  ortalarında 

Azərbaycana  daxil  oldu.  Rəvvadi  hakimi  Vəhsudan  və  Şəddadi  hakimi  Şavur 

müqavimət  göstərmədən  tabe  oldular.  Toğrul  1055-ci  ildə  xilafətin  paytaxtı 

Bağdadı tutdu və siyasi hakimiyyəti ələ kecirdi.  

Sultan  Alp  Arslan  (1063-1072)  Naxçıvanı  ələ  kecirdi,  1067-ci  ildə  Arrana 

səfər  etdi.  1069-cu  ilin  yayında  Gəncəyə  gəldi.  Şaddadi  hakimi  Fəzl  qala 

qapılarının  və  xəzınənin  açarını  ona  təqdim  etdi.  Şirvanşah  Fəriburz  da  Gəncəyə 

gələrək  ona  itaət  etdi.  Alp  Arslan  1070-ci  ildə  Gəncədən  Şəkiyə,  oradan 

Gürcüstana  yürüş  etdi.  Şirvanşahlar  bu  dəfə  də  daxili  müstəqilliyi  saxlaya  bildi. 

Səlcuqların  uğurlu  xarici  siyasətindən  vahiməyə  düşən  Bizans  imperiyası  onların 

qərb istiqamətində yürüşünü dayandırmaq məqsədilə böyük hərbi hazırlıqdan sonra 

1071-ci ildə Malazgird şəhəri yaxınlığında müharibəyə başladı.  

1071-ci  ildə  Malazgird  şəhəri  yaxınlığında  Səlcuqlar  Bizans  imperiyasının 

ordusunu  darmadağın  etdi  və  Kicik  Asiyanın  xeyli  hissəsini  ələ  kecirdi.  Alp 



 

 

53 



 

Arslanın  Azərbaycandan  uzaqda  olmasından  istifadə  edən  Şəddadi  hakimi  III 

Fəzlun  Səlcuqlara  xərac  vermədi.  Məlikşahın  dövründə  (1072-1092)  Səlcuqlar 

imperiyası  daha  da  qüdrətləndi.  O,  1088-ci  ildə  Azərbaycana  qoşun  göndərib 

Gəncəni ələ kecirdi və Şəddadilərin sonuncu hakimi Fəzlunu hakimiyyətdən saldı, 

oğlu  Məhəmmədi  Gəncəyə  hakim  təyin  etdi.  Bundan  sonra  sultan  Məlikşah 

Şirvanşah I Fəriburzu Gəncəyə - öz iqamətgahına dəvət etdi. Burada onu birdəfəlik 

70  min  dinar  bac  və  hər  il  40  min  dinar  xərac  verməyə  məcbur  etdi.  Səlcuqilər 

dövləti  ön  Qafqazda  çiçəkləndiyi  zaman  türk  tayfalarının  Azərbaycana  yeni  axını 

gücləndi.  Onlar  burada  tezliklə  oturaq  həyat  tərzinə  keçdilər  və  maskunlaşdılar. 

Səlcuqilər dövlətinin ilk sultanlarının (Toğrul bəy, Alp Arslan və Məlikşah) həyata 

keçirdiyi  sosial-iqtisadi  və  hərbi  tədbirlər  feodal  münasibətlərini  daha  da 

möhkəmləndirdi,  sənətkarlığın,  ticarətin  inkişafına  zəmin  yaratdı.  Lakin  səlcuq 

dövləti  hərbi-feodal  xüsusiyyətli  dövlət  olduğundan  hərbi-siyasi  birlik  iqtisadi 

birlikdən  güclü  idi.  Məlikşahın  hakimiyyəti  imperiyanın  çiçəklənməsinin  son 

mərhələsi  oldu.  Məlikşahın  ölümündən  sonra  hakimiyyət  uğrunda  oğlanları 

arasında  mübarizə  başlandı.  Börgüyarığın  və  Məhəmmədin  dövründə  dövlətin 

ərazisi  iki  yerə  parçalandı.  Sultan  Səncərin  dövründə  də  (1118-1157)  dövlət 

tənəzzül  etdi  və  bir  necə  yerə  bölündü.  O  sıradan  Girman,  Konya,  Suriya,  İraq 

səlcuq  sultanlığı  və  Kiçik  Asiyada  bir  sıra  əmirliklər  yarandı.  Azərbaycan  İraq 

sultanlığına daxil idi. Səlcuq sultanları formal şəkildə hökmdar sayılırdılar. Əslində 

dövləti  onların  atabəyləri  idarə  edirdi.  Məsələn,  İraq  sultanlığını  1136-cı  ildən 

Azərbaycan Atabəyləri Şəmsəddin Eldəniz və onun varisləri idarə edirdi.  

Səlcuqilər  dövləti  türkdilli  xalqların  hərbi-siyasi,  sosial-iqtisadi  və  mədəni 

inkişafında  əhəmiyyətli  rol  oynadı.  Orta  əsrlərdəki  digər  imperiyalar  kimi  səlcuq 

imperiyası  da  əbədi  olmadı.  Sultan  Məlikşahın  ölümündən  sonra  sülalə  üzvləri 

arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi dövləti taqətdən saldı.  

Azərbaycanda “iqta” sistemi Sasanilərin və ərəblərin hakimiyyəti dövründən 

mövcud olsa da, sultan Məlikşahın dövründə daha da genişləndi. Hakim sülalənin 

üzvlərinə  və  iri  feodallara  “iqta”  adı  ilə  şəhərlər  və  əyalətlər  bağışlanırdı.  “İqta” 




 

 

54 



 

torpağında çalışan kəndlilər vergini “iqta”-nın sahibinə verir və onun tələb etdiyi 

əlavə mükəlləfiyyətləri yerinə yetirirdilər. 

24. Azərbaycan Atabəylər (Eldəgizlər) dövləti 

 

XII əsrin 20-ci illərində Şirvanşahlar dövləti  bərpa olundu. Lakin Arran və 



Azərbaycanın Kürdən cənubdakı ərazisi İraqdakı Səlcuq Sultanlarının hakimiyyəti 

altında idi. XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər dövləti meydana gəldi. 

Bu dövlətin yaradıcısı Şəmsəddin Eldəniz idi. O, Sultan II Toğrulun oğlu Arslan 

Şahin Atabəyi idi. Toğrulun ölümündən sonra Sultan Məsud Şəmsəddin Eldənizi 

Möminə  xatunla  evləndirib  1136-cı  ildə  Arranı  iqta  şəklində  Eldənizə  bağışladı. 

Eldəniz tədricən bütün Azərbaycana sahib oldu.  

Eldənizlər  dövlətinin  tarixi  üç  dövrə  bölünür:  təşəkkül  (1136-1160); 

çiçəklənmə  (1161-1191)  və  tənəzzül  (1191-1225)  dövrləri.  Eldəniz  1160-cı  ildə 

Həmədanı ələ kecirdi, Arslan Şahı Sultan taxtında əyləşdirdi, özü isə İraq Səlcuq 

dövlətinin  böyük  atabəyi  oldu.  Əslində  dövləti  o  idarə  edirdi.  Oğlanları  Cahan 

Pəhləvanı  Hacib,  Qızıl  Arslanı  baş  sərkərdə  təyin  etdi.  Təbriz  və  Naxçıvan 

Azərbaycan  Atabəyləri  dövlətinin  paytaxtı  oldu.  Tədricən  Rey,  Qum,  Qəzvin, 

Ərdəbil, Marağa, Girman Azərbaycan Atabəylərindən asılı oldu. 

Eldənizin  dövründə  gürcü  hakimi  ilə  düşməncilik  münasibətləri  hökm 

sürmüşdür. Hər iki ölkənin hakimi 60-70-ci illərdə bir-birinin ərazisinə hücumlar 

etmişlər. Mənbələrdə qeyd edilir ki, gürcü çarı III Georgi 1161-ci ilin yayında 30 

min nəfərlik qoşunla Gəncəyə və Dəbil şəhərinə soxulub oranı qarət etdi. əhalidən 

on  min  nəfər  öldürdü  və  bir  o  qədər  də  əsir  götürdü.  Gürcü  hakiminin  bu  vəhşi 

hərəkətinə  cavab  olaraq  Atabəy  Eldəniz  1163-cü  ilin  yanvarında  öz  vasalları  ilə 

birlikdə  500  min  nəfərlik  qoşunla  Gürcüstana  hücum  edərək  bir  aydan  artıq 

vuruşdu. Xeyli adam öldürdü və hərbi qənimət ələ keçirdi. 

Buna baxmayaraq gürcü çarı 1164 və 1166-cı illərdə Azərbaycana yenidən 

hücumlar  etmiş,  Gəncəyə  gəlmiş,  qətlə  və  talana  başlamışdı.  Eldənizlər  hər  dəfə 

gürcülərin hücumlarını daha ağır zərbələrlə dəf etmişlər. 




 

 

55 



 

Edənizin ölümündən sonra Sultan III Toğrulun Atabəyi Məhəmməd Cahan 

Pəhləvan  oldu.  O,  Azərbaycanın  idarə  olunmasını  qardaşı  Qızıl  Arslana  tapşırdı. 

Dövlətin paytaxtı Həmədana köcürüldüyünə görə Təbriz Azərbaycan hakimi Qızıl 

Arslanın iqamətgahına çevrildi. 

Atabəy  Cahan  Pəhləvanın  hakimiyyəti  (1175-1186)  illərində  Eldənizlərin 

ərazisi daha da genişləndi. 

Dövlət iqtisadi və siyasi cəhətdən gücləndi. Gürcü çarı onunla sülh bağladı, 

Xarəzmşah  dostluq  münasibəti  saxladı,  Misirin  və  Suriyanın  hakimi  ilə 

mübahisələr sülh yolu ilə həll olundu. 

Cahan  Pəhləvanın  ölümündən  sonra  hakimiyyətə  Qızıl  Arslan  kecdi. 

Hakimiyyət uğrunda daxili çəkişmələr olsa da qələbə caldı. O, Şirvana hücüm etdi, 

Şirvanşah  Axistanı  Şamaxıdan  Bakıya  köçməyə  məcbur  etdi.  Gürcüstana  yürüş 

edib qənimətlə qayıtdı. 

Qızıl  Arslanın  ölümündən  sonra  hakimiyyət  uğrunda  daxili  çəkişmələr 

yenidən  başlandı.  Atabəy  Əbu  Bəkrin  hakimiyyəti  (1191-1210)  illərində  ölkənin 

daxilində  feodal  ara  münasibətləri  genişləndi.  O,  sələflərinin  ənənələrini  yaşada 

bilmədi.  Cahan  Pəhləvanın  qadınları  və  oğlanları  arasında  hakimiyyət  uğrunda 

mübarizə  yenidən  kəskinləşdi.  Eldənizlərin  yaratdığı  mərkəzi  hakimiyyət 

parçalandı. Iraq, Rey, Mosul, İsfahan onların asılılığından xilas oldu. Eldənizlərin 

əlində ancaq Azərbaycan torpaqları qaldı.  

Zəif iradəli Əbu Bəkr 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin 

nüfuzunu  zəiflətdi.  Mənbələrdə  deyildiyi  kimi,  onu  dövlət  işlərindən  çox  şəxsi 

istirahəti  maraqlandırırdı.  Onun  dövründə  xəzinəyə  gələn  ümumi  gəlir  xeyli 

azalmış  və  dövlətin  iqtisadiyyatı  sarsılmışdı.  Əbu  Bəkrin  ölümündən  sonra 

hakimiyyətə qardaşı Atabəy Özbək keçdi. Atabəy Özbəyin dövründə (1210-1225) 

Azərbaycan  Atabəylər  dövləti  daha  da  zəiflədi.  Ölkə  gürcü  və  Xarəzmşahların 

hücumuna  məruz  qaldı.  Xarəzmşahdan  aslılığı  qəbul  etdi.  Atabəylərin  bütün 

xəzinəsi  xarəzmşahların  əlinə  keçdi.  Monqolların  birinci  yürüşündən  sonra 

xarəzmşahın  oğlanları  Qiyasəddin  və  Cəlaləddin  Azərbaycana  soxuldu.  Atabəy 




 

 

56 



 

Özbək müqavimət göstərə bilmədi. 

1225-ci  ildə  Cəlaləddin  Təbrizi  tutanda  Atabəy  Özbək  əvvəl  Gəncəyə, 

oradan  Əlincə  qalasına  qaçdı  və  həmin  il  orada  öldü.  Bununla  da  Eldənizlər 

sülaləsinin  tarixi  sona  çatdı.  Şirvanşahlarda  olduğu  kimi  Azərbaycan  Atabəylər 

dövlətində də hakimiyyət irsi xarakter daşıyırdı. Dövləti Eldənizlər nəslindən olan 

hökmdarlar idarə edirdilər. onlar atabəyləri olduqları Səlcuq sultanlarının əvəzində 

bütövlükdə İranın, İraqın, Yaxın Şərqin xeyli ərazisini əhatə edən Səlcuq dövlətini 

idarə edirdilər. sultanların hakimiyyəti formal xarakter daşıyırdı. Ordunu, xəzinəni 

və  əsas  dövlət  aparatını  əllərinə  alan  Eldənizlər  sultanlarla  hesablaşmır,  müstəqil 

xarici  siyasət  yeridir,  fərmanlar  verir,  iqtalar  bağışlayır,  öz  yaxın  adamlarını 

mühüm dövlət vəzifələrində yerləşdirirdilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

57 



 

 

 



25.IX-XII əsrlərdə Azərbaycan mədəniyyəti 

 

IX-XI  əsrlərdə  yaranan  müstəqil  feodal  dövlətlərin,  daha  sonra  bərpa 

olunan Şirvanşahlar və Azərbaycan Atabəylər dövlətlərinin yaranması nəticəsində 

ölkənin  siyasi  və  iqtisadi  həyatında  baş  verən  dəyişikliklər  ölkə  mədəniyyətinin 

inkişafına da müsbət təsir göstərmişdir. IX-XII əsrlərdə müsəlman Şərqində elm və 

mədəniyyət yüksək səviyyədə idi. Həmin xalqların mədəniyyəti bir-birinə qarşılıqlı 

təsir  etməklə  tərəqqi  edirdi.  12-ci  yüzillik  əbəs  yerə  Azərbaycan  mədəniyyətinin 

“qızıl dövrü” adlandırılmır. Bu intibah dövrü xalqımız üçün ona görə qiymətlidir 

ki,  dünya  poeziyasının  günəşi  Nizami  Gəncəvi  və  onun  müasirlərinin, 

ədəbiyyatımızın,  incəsənətimizin  və  elmimizin  böyük  dühalarının  yaşadığı 

dövrdür.  

Şəhərlərdə  məscidlər  yanında  mədrəsələr  və  məhəlli  məktəblər  –  molla 

xanalar vardı. Bu mədrəsələr və məktəblərdə dini elmlərlə bərabər təbabət, nücum, 

şərq  dilləri,  ədəbiyyat,  məntiq  və  başqa  fənlər  tədris  olunurdu.  Məktəblərdə 

oxuyanlar  feodalların,  tacirlərin  və  ruhanilərin  övladları  idi.  Geniş  xalq  kütləsi 

elmdən və təhsildən məhrum edilmişdi.  

Fazil Fəridəddin Şirvani astronomiya elmi ilə məşğul olmuş, bir sıra ulduz 

cədvəli  tərtib  etmiş,  görkəmli  filosof  Bəhmənyar,  Xətib  Təbrizli  də  bu  dövrdə 

yaşayıb-yaratmışdır.Təbrizli  alimlərdən  Əbu  Zəkəriyyə  Yəhya  ibn  Əli  və  Əbu 

Mənsur ibn Əhməd də bir sıra görkəmli əsərlərin müəllifi olmuşlar. 

Hüquqşünaslıq  sahəsində  Şamaxılı  Əbubəkr  Məhəmməd  Şirvani,  Bərdəi 

Məhəmməd ibn Abdulla məşhur idilər. 

Dünyəvi  elmlərlə  yanaşı,  nəqqaşlıq  və  xəttatlıq  da  inkişaf    etmişdi. 

Azərbaycan memarlığının özünəməxsus xüsusiyyəti var idi. Araz çayı üzərindəki 

Xudafərin körpüsü, Şamaxıda Gülüstan qalası, Naxçıvanda Əlincə qalası, Lerikdə 

Oğlanqala, Bakida Qız qalası belə möhtəşəm abidələrdəndir. Bu dövrün görkəmli 




 

 

58 



 

sənətkarlarından  biri  naxçıvanlı  Əcəmi  Əbubəkr  idi.  Onun  Naxçıvanda  tikdiyi 

Yusif  ibn  Qasirin  və  Atabəy  Məhəmməd  Cahan  Pəhləvanın  arvadı  Möminə 

xatunun  türbələri  başdan-başa  həndəsi  nəqşlər  və  kitabələrlə  bəzədilmişdir. 

Naxçıvan memarlıq məktəbinin təsiri ilə Əlincə çayı sahilindəki Xanəgah kəndində 

sərdabə,  Urmiyada  Üç  günbəz,  Marağada  Göy  günbəz  və  başqa  abidələr 

yaradılmışdır.  

Şifahi və yazılı ədəbiyyat inkişaf edirdi. Aşıq, xalq yaradıcılığı ilə bərabər 

ədəbiyyatın klassik formaları inkişaf edirdi. 

 X-XI  əsrlərin  yadigarı  olan  “Dədə  Qorqud”  dastanları  şifahi  xalq 

yaradıcılığının ana dilində ən böyük abidəsidir. 

X-XII  əsrlərdə  yazılı  ədəbiyyatın  geniş  yayılmış  formalarından  biri  saray 

ədəbiyyatı  idi.  XI  əsr  Saray  şerinin  ən  görkəmli  nümayəndəsi  Qətran  Təbrizidir. 

Saray  şairləri    içərisində  Əbülüla  Gəncəvini,  Fələki  Şirvanini  xüsusi  qeyd  etmək 

olar. 

XII  əsrdə  saraydan  kənarda  inkişaf  edən  ədəbiyyatın  görkəmli 



nümayəndəsi Məhsəti Gəncəvidir. Onun rübailəri xalq içərisində geniş yayılmışdır. 

XII  əsr  Azərbaycan  ədəbiyyatının  görkəmli  simalarından  biri  Əfzələddin 

Xaqanidir.  O,  ərəb  və  fars  dillərində  sərbəst  danışır,  dilçiliyi,  fəlsəfəni,  məntiqi, 

nücumu,  riyaziyyatı, qanunşünaslığı və şəriəti gözəl bilirdi. “Mədain xərabələri” 

adlı fəlsəfi şerini, “Həbsiyyə” adlı şerlərini yazmışdır. Xaqani 1156-cı ildə Yaxın 

Şərqdə  səyahətə  çıxır.  O,  1160–cı  ildə  səyahətini  başa  çatdırıb,  yenidən  saray 

məngənəsinə  düşür.  O,  Şirvanşah  Axsitanın  təhqirlərinə  dözməyərək,  1170-ci 

Beyləqana  qaçarkən  şahın  adamları  tərəfindən  tutulub,  geri  qaytarılır  və  Şabran 

qalasına salınır. Həbsxanada olduğu 7 ay müddətində o, “Həbsiyyə” adlı şerlərini 

yazır.  Xaqani  1173-cü  ildə  ailəsi  ilə  birlikdə  Təbrizə  köçür  və  ömrünün  sonuna 

qədər orada yaşayır.  

Milli mədəniyyətimizin “qızıl əsrini” yaradanlardan ən görkəmlisi Nizami 

Gəncəvidir.  Onun  yaradıcılığı  ilə  orta  əsr  Azərbaycan  ədəbiyyatında  və  ictimai 

fikir tarixində yeni bir dövr başlanmışdır. 




 

 

59 



 

Nizami Gəncəvinin ölməz poemaları “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, 

“Leyli  və  Məcnun”,  “Yeddi  gözəl”  və  “İskəndərnamə”dir.  Bu  incilər  şairin 

“Xəmsə”  adlanan  divanını  təşkil  edir.  Nizaminin  irsi  mənəvi  mədəniyyətimizin 

yaradıcıları  üçün  gözəl  sənətkarlıq  məktəbidir.  Nizami  Gəncəvi  öz  əsərlərində 

zalımları  pisləməklə,  məzlumları haqsızlığa qarşı,  mübarizəyə  çağırmaqla  yanaşı, 

gah  etiraz,  bəzən  də  nəsihət  yolu  ilə  hakimləri  zülmdən  və  cəzadan  əl  çəkməyə, 

ədalətə və nəcibliyə çağırmışdı. 

Nizami  Gəncəvi  “Yeddi  Gözəl”  poemasında  insan  ləyaqətini  yüksəldən, 

onun  mənəvi  aləmini  zənginləşdirən  problemlərə  toxunmuşdu.  Şair  ömrünün  son 

illərini şah əsəri olan “İsgəndərnamə”ni yazmağa sərf etmişdi. Bu əsər ona əbədi 

dünya şöhrəti qazandırdı.  

IX-XII  əsrlərdə  sənət  ustaları  oyma,  həkketmə,  zərbetmə,  kaşıçılıq, 

xalçaçılıq,  tətbiqi  incəsənətin  başqa  sahələrində  gözəl  sənət  nümunələri 

göstərirdilər. 

 

 



Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə