1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 



 

köçmüşlər.  Bu  qədim  insanların  yaratdığı  mədəniyyət  «Quruçay»  mədəniyyəti 

adlanır. Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların işlətdikləri 

kobud  daş  alətlər  tapılmışdır.  Azıx  mağarasında  aşkar  olunmuş  ən  qədim  ocaq 

qalığının 700 min ilə yaxın yaşı var.Azıx mağarasında 1968-ci ildə 350-400 min il 

bundan  əvvəl  yaşamış  ibtidai  insanın  alt  çənə  sümüyünün  qalığı  tapılmışdır.  Alt 

paleolit  dövrünün  insan  tipləri:  Avstralopitek,  Pitekantrop,  Sinantroplar.  Yaxud 

Homo Abilis (bacaran insan), Homo Erektus (düz gəzən insan). 

Orta  Paleolit  təxminən  e.ə.  100-cü  minillikdən  başlanmış,  e.ə.  40-cı 

minilliyə  qədər  davam  etmişdir.  Bu  dövr  Mustye  mədəniyyəti  də  adlanır.  Bu 

dövrdə insanların fiziki və zehni inkişafı səviyyəsi artmış, əmək alətləri və əmək 

vərdişləri  təkmilləşdirilmişdi.  Orta  Paleolit  dövründə  yeni  insan  tipi  (Neandertal) 

yaranmışdır. Orta Paleolit dövründə qədim insanların ətraf mühitə münasibətində, 

dini  görüşlərində  dəyişikliklər  yaranmışdır.  Axirət  dünyasına  inam  ilk  dəfə  bu 

dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı 

dini təsəvvür formaları meydana gəlmişdir.  

Üst  paleolit  təxminən  e.ə.  40-cı  minillikdən  başlanmış,  e.ə.  12-ci  minilliyə 

qədər  davam  etmişdir.  Bu  dövrdə  iqlim  mülayimləşmiş,  bitki  və  heyvanat 

aləmində,  habelə  ictimai  həyatda  çoxsaylı  dəyişikliklər  baş  vermişdir.İnsanların 

istifadə  etdikləri  uclu  qaşovlar,  biz,  dairəvi,  yarımdairəvi və  uzun qaşovlar,  gəzli 

(yəni  kənara  dişəkli)  və  üçbucaq  əmək  alətləri  geniş  yayılmışdır.  Üst  Paleolit 

dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın («Homo 

Sapiyens,  Sapiyens»)  yaranması  başa  çatır.  İnsan  fiziki  və  əqli  inkişafın  yüksək 

mərhələsinə  qədəm  qoyur.  Təfəkkür  və  nitq  inkişaf  tapır.  Bu  dövrdə  ibtidai  sürü 

icması aradan çıxır. Onun yerinə qan qohumluğu ilə bir-birinə yaxın olan insanlar 

qrupu  Qəbilə  icması  formalaşır.  Üst  paleolit  dövründə  həmçinin  irqlər 

formalaşmışdır: Neqroidlər, Monqoloidlər, Avropoidlər. 

 

 



 


 

 



 

 

 



 

3.Ən qədim Daş dövrünün (paleolit) xarakterik əlamətləri. 

 

Azərbaycan  ərazisində  ibtidai  icma  quruluşunun  təşəkkülü  daş  dövrünün 

(paleolit) ən qədim mərhələlərindən başlamış və üst paleolitə (son paleolit) keçid 

dövründə başa çatmışdır. 

Azərbaycan  yer  kürəsində  ibtidai  insanın  formalaşdığı  ərazilər  sırasına 

daxildir.  Hələ  12  mln.  il  əvvəl  Azərbaycan  ərazisində  meymunabənzər  insanlar 

yaşamışlar.  1939-cü  ildə  Qərbi  Azərbaycanla  Şərqi  Gürcüstanın  sərhəddində, 

Udabno


 

adlanan  yerdə  meymunabənzər  insanın  qalıqlarının  tapılması  buna 

sübutdur.  Azərbaycanda  qədim  daş  dövrü  Azıx,  Tağlar,  Zar,  Qazma,  Daşsalahlı, 

Aveydağ  mağara  düşərgələri  və  Qədir  dərə,  Çaxmaqlı,  Kəkilli  kimi  açıq 

düşərgələrin arxeoloji materialları əsasında öyrənilmişdir. Azərbaycanda ən qədim 

insan  mədəniyyəti  olan  Quruçay  mədəniyyəti  üç  mərhələyə  bölünür.  Birinci 

mərhələ  paleolitin  ilk  təşəkkülü  (Aşelə  qədərki  dövrü)  əhatə  edir.  Ikinci  mərhələ 

erkən və orta aşel dövrünü, üçüncü mərhələ isə son aşel və müstye dövrünü əhatə 

edir. Bu mədəniyyətin 1,5 mln. ildən artıq yaşı var. Quruçay mədəniyyətinin ilkin 

dövrü Afrikada öyrənilmiş Olduvay paleolit mədəniyyəti ilə eyni tarixə malikdir. 

Aşelə qədərki dövrün əmək alətləri adi çay daşlarından çox kobud hazırlanmışdır. 

Bu  mərhələnin  insanları  təbii  daşlardan  qəlpələr  qoparmağı  və  onlardan  kəsmək, 

doğramaq aləti kimi istifadə etməyi bacarırdı. Bu dövrdə ovçuluq bəsit idi. Ibtidai 

ovçuluqla yanaşı giləmeyvə yığmaq vərdişi də təşəkkül tapmağa başlamışdı.  

Quruçay  mədəniyyətinin  2-ci  inkişaf  mərhələsi  700-150  min  il  arasındakı 

dövrü  əhatə  edir.  Bu  dövrdə  əmək  alətləri  xeyli  təkmilləşmişdi.  Erkən  daş 

dövründə insanlar süni yolla od əldə etmişlər. ən qədim ocaq qalığının 700 minə 

yaxın yaşı var. Azıx mağarasında təxminən 400 min il əvvəl yaşamış Azıxantrop 

insan  tipi  Pitekantropdan  sonrakı  və  Neandertaldan  əvvəlki  dövrə  aiddir.  Azıx 



 

 



 

mağarasının Aşel təbəqəsində qədim tikinti qalığı tapılmışdır. Ocaqdan istifadə və 

yaşayış binasının tikintisi bəşər tarixinin ən qədim nailiyyəti sırasına daxildir. Aşel 

dövründə insanlar tədricən ətraf aləmi dərk edir, ibtidai dini təsəvvürlər yaradır və 

sadə incəsənətlə məşğul olurdular.  

Quruçay  mədəniyyətinin  üçüncü  mərhələsinin  tarixi  150-120  min  il 

arasındadır.  Bu  dövr  insanları  ətraf  aləmə  yaxşı  bələd  olmuş,  təbii  sərvətlərdən 

xammal  kimi  istifadə  etmişlər.  Əmək  alətlərinin  hazırlanmasında  dəvəgözü 

daşından  geniş  istifadə  edilirdi.  Bu  dövrdə  insanlar  Azərbaycan  ərazisində  daha 

geniş  yayılmış,  Kiçik  Qafqazın  cənub  yamacında,  Qarabağdan  Ceyrançölə  qədər 

məskən  salmışdılar.  Bu  dövrdə  həmçinin  ilk  bəsit  dəfn  mərasimi  meydana 

gəlmişdi.  Orta  paleolit  dövründə  totem,  ovsun,  heyvanlara  sitayiş  kimi  dini 

təsəvvür formaları da təşəkkül tapmışdı.  

Paleolitin son mərhələsi təxminən 40-30 min il əvvəl başlamış və e.ə. 12-ci 

minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat 

aləmində yaşayış üçün əlverişli dəyişikliklər baş vermişdir. 

Son  paleolit  dövrünün  əmək  alətləri  içərisində  uclu  qaşovlar,  biz,  kəsici, 

dairəvi,  yarımdairəvi  və  uzun  qaşovlar,  gəzli  və  üçbucaq  alətlər,  prizmatik 

nukleuslar, habelə istehsal tullantıları əsas yer tuturdu.  

Üst  paleolit  dövründə  Azərbaycan  ərazisində  müasir  insan  tipinin 

formalaşması başa çatmış və ibtidai icma quruluşunun ilkin pilləsi yaranmışdır. Bu 

dövrdə əqli və fiziki cəhətdən daha da inkişaf etmiş insan kollektivi birgə fəaliyyət 

göstərə biləcək daimi qruplarda birləşmiş, ibtidai sürü icması nəsli qəbilə quruluşu 

ilə  əvəz  olunmuşdu.  Nəsli  qəbilə  quruluşunun  əsasını  qan  qohumluğuna  malik 

insanların  qəbilə  birliyi  təşkil  edirdi. Nəsli  qəbilə  quruluşu dövründə insanlar  ana 

xətti üzrə qohumluq əlaqələri əsasında birləşmişdi. 

 

 

 



 


Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə