1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

13 



 

əlaqələri aparılırdı. Su yolları ilə ticarət əlaqələri çay (Kür-Araz) və dəniz (Xəzər) 

vasitəsilə yaradılırdı. Qobustan qayaları üzərində həkk edilmiş müxtəlif tipli gəmi 

təsvirləri bunu əyani sübut edir. 



7. Azərbaycan ərazisində qədim  tayfa ittifaqları və ilk sinifli cəmiyyətlər. 

 

    



E. ə . III minillikdə Azərbaycan ərazisində qədim  tayfa ittifaqları və erkən 

dövlət  qurumları  yaranmağa  başladı.Qədim  tayfa  ittifaqları  və  dövlət  qurumları 

haqqında  ilk  məlumatlar  Şumer  -  Akkad  mixi  yazılarında  əks  olunmuşdur.    Bu 

məlumatlara əsəsən Cənubi Azərbaycan ərazisində yaşayan tayfalar İkiçayarasında 

mövcud  olmuş  şəhər  dövlətləri  ilə  iqtisadi  və  erkən  siyasi  münasibətlər 

saxlamışlar. 

   

İlk dövlət qurumu  e.ə.III minilliyin I  yarısında Urmiya gölünün cənub və 



cənub  –  şərq  hissəsini  əhatə  edən  Arrata    olmuşdur.  Şumer  qaynaqlarında  “saf 

ənənələr ölkəsi” adlandırılan Arrata e. ə. XXVIII – XXVII  əsrlərdə mövcud olmuş 

Uruk şəhər dövləti ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdir. Aratta hökmarı 

En - Sukuşsiranın Uruk dövlətinin başçısı En – Merkar arasında baş vermiş siyasi 

rəqabət  və  qismən  də  dostluq  münasibətləri  Şumer  –  Arrata  əlaqələri    haqqında 

geniş  məlumatlar  verir.  E.  ə.  XXVII  əsrdə    Arattada  hökmdara  məxsus  vahid 

hakimiyyət  və  dövlət  idarələri  mövcud  olmuşdur.  Dini  görüşləri  çoxallahlıq  olan 

Arattada bərəkət və məhəbbət allahı olan İnnanaya ibadət geniş yayılmışdı. 

      

Arattanın    siyasi  səhnədən    çıxmasından  sonra  Azərbaycanda  yaranmış 



ikinci  dövlət  qurumu  Lullubi  olmuşdur.  E.ə.  XXIII  əsrdə  Urmiya  gölünün 

cənubunda  yaranmış  Lullubi  dövlət  qurumu  e.ə.  XXIV  –  XXII  əsrlərdə 

İkiçayarasında hakimiyyəti  ələ keçirmiş  Akkad  dövləti ilə    mübarizə apararaq öz 

mövcudluğunu  təsdiq  etməyə  çalışmışdır.  Lullubi  hökmdarı  Satuni  (e.ə.  2230  – 

2200) və İmmaşqun (e.ə.2200-2170) mərkəzi Lullubi dövlətini möhkəmləndirməyə 

çalışmış  və  buna  nail  olmuşlar.  Lullubi  hökmdarı  Annubaninin  (e.ə.2170-2150)  

dövründə  artıq  lulubilərin  ölkəsi  cənubda  Diyala  çayına,  şimalda  Urmiya  gölünə 

qədər uzanırdı. 




 

 

14 



 

  E.  ə.  III  minillikdə    Urmiya  gölünün  qərb  və  cənub  qərb  torpaqlarında 

yaranmış kuti tayfalarının dövləti formalaşmağa  başladı. Kutilər Akkad dövlətinin 

işğalçılıq   siyasətinə qarşı çıxaraq hətta  İkiçayarası  ərazisinə  müdaxilə    edirdilər. 

Kuti  hökmdarları  İmta  (e.ə.2204-2197),  İnqeşauş  (e.ə  2198-2192),  Sarlaq 

(e.ə.2191-  2185),  Yarlaqaş  (e.ə.2184-2178)  akkadlarla  mübarizədə  məglub 

olsalarda, onların sələfi Elulumeş (e.ə.2177-2171) bu vəzifənin öhdəsindən gəlmiş 

və e.ə. 2175–ci ildə Kutilər İkiçayarasına sahib olmuşlar. Lakin sonradan zəifləyən 

kuti  etnik  birliyi  e.ə.  2104–cü  ildə    hökmdar  Tirikanın  dövründə  onların 

İkiçayarasındakı  hakimiyyəti  ləğv  edilmişdir.  Kutilərin  hakimiyyətinə  asanlıqla 

son  qoyulması  onunla  bağlı  idi  ki,  onlar  İkiçayarasında  böyük  hərbi  qüvvə 

saxlamırdılar.  Ikiçayarasında  kutilərin  ağalığına  son  qoyulduqdan  sonra  kuti 

dövləti də süquta uğrayır, xırda hakimiyyətlər yaranır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

15 



 

 

 



 

8.  Manna dövləti. Yaranması, dövlət quruluşu 

və təsərrüfat həyatı 

 

Azərbaycan dünyada qədim dövlətçilik ənənələrinə malik olan bir ölkə kimi 



tanınır.  E.ə.  III  minillikdə  erkən  dövlət  yaratmaqla  tarixin  səhnəsinə  çıxan 

Azərbaycan türkləri e.ə. I minilliyin əvvəllərində Azərbaycanın cənubunda Manna 

adlı yeni bir dövlətin əsasını qoymuşdular. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə 

Assur mixi kitabəsində “Munna” kimi çəkilmişdir. Urartu yazılarında bu dövlətin 

adı  Mana,  Tövratda  isə  Minni  kimi  verilmişdir.  Urmiya  gölündən  cənubda  İç 

Zamuada  yaşayan  mannalılar  bu  bölgədə  mövcud  olan  siyasi  qurumları  – 

“ölkələri” öz dövlətlərinin tərkibində birləşdirmişdilər. Nəticədə Mannanın coğrafi 

hüdudları  xeyli  genişlənmişdi.  Urmiya  gölu  hövzəsində  yerləşən  bu  vilayətlərin 

(Zamua, Mazamua Gilzan,Gizil- bunda, Meişta - Mesi  və s.) vahid dövlət şəklində 

birləşməsi e.ə .IX- VIII əsrlərin hüdudunda baş vermişdir. Manna hökmdarı qeyri – 

məhdud hakimiyyətə malik idi. Xarici siyasəti  müstəqil şəkildə müəyyənləşdirmək 

səlahiyyətinə  malik  olan  Manna  hökmdarının  idarəetmə  sisteminə  məşvərətçi 

orqan  olan  ağsaqqallar  şurası  da  daxil  idi.  Hökmdardan  asılı  şəkildə  fəaliiyət 

göstərən  əyanlar  və  dövlət  məmurları  ölkənin  idarəçilik  sistemində  mühüm  rol 

oynayırdılar. Bütövlükdə Mannada canişinlik sistemi yaradılmışdı. 

      Mannanın  yüksəlişi  isə  İranzunun(e.ə.  740  -719)  hakimiyyətə  gəldiyi  dövrə  

təsadüf edir. İranzu müstəqil hakimləri mərkəzi hakimiyyətə tabe etdi və canişinlik 

sistemi  yaratdı.  Onun  dövründə  Cənubi  Azərbaycanın  demək  olar  ki,  bütün 

torpaqları Manna dövlətinin tərkibində idi və dövlətin Şimal hüdudları Araz çayına 

çatmışdı.  Nəticədə  Manna  qədim  Şərqin  dörd  qüdrətli  dövlətindən  biri  olmuşdu. 

Iranzu  mərkəzləşmə  siyasəti  yeridərək  bütün  vilayətlərin  hakimlərini  özünə  tabe 

edə  bilmişdi.  Təxmini  məlumatlara  əsasən,  Manna    dövləti  şimalda  Araz 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə