1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 

 

23 



 

 

 



 

11.Azərbaycanın Əhəmənilər imperiyasından asılı vəziyyətə  

düşməsi və nəticələri 

II  Kir  Midiyanı  ələ  keçirdikdən  sonra  Əhəməni  fars  dövlətinin  əsasını 

qoymuşdur. Əhəməni sülaləsinin banisi Əhəmən olmuşdur. Onun ilk vətəni İranın 

cənub-şərqində  yerləşən  Fars  əyaləti  hesab  olunur.  Buradan  farslar  tədricən 

yayılmış və Elamın Anşan vilayətinə yiyələnmişlər. Bəzi mülahizələrə görə farslar 

buraya  e.ə.  VIII  əsrdə  Parsua  vilayətindən,  Diyala  çayının  yuxarı  axarından 

gəlmişlər. Parsua ölkə adı onların etnik (pars, fars) adına çevrilmişdir. E.ə. VI əsrin 

əvvəllərində Anşan və Parsa Midiyanın hakimiyyəti altına keçir. II Kir (e.ə. 558-

530)  fars  tayfalarını  birləşdirib  Midiyaya  qarşı  müharibəyə  başlayır.  E.ə.  550-ci 

ildə  fars  qoşunları  Midiyanın  paytaxtı  Ekbatana  şəhərini  tuturlar.  II  Kir  özünü 

Midiya  şahı  elan  edir.  II  Kir  Midiyada  öz  hakimiyyətini  qanuniləşdirmək  üçün 

Astiaqın qızı ilə evlənir. Farslar Midiya mədəniyyətinin bir çox sahələrini, eləcə də 

dövlət idarə quruluşunu mənimsəyirlər. Qədim yunanlar, misirlilər və başqa xalqlar 

Midiya  taxt-tacının  Kirin  əlinə  keçməsini  miras  kimi  başa  düşür,  çox  hallarda  isə 

əhəməni  sülaləsinin  şahlarını  və  farsları  “midiyalı”  adlandırırdılar.  Bir  neçə  il 

ərzində II Kir Midiya dövlətinin tərkibinə daxil olan ölkələri özünə tabe etdi.  

E.ə.  530-cü  ildə  II  Kir  massaget  tayfalarına  qarşı  yürüş  təçkil  etdi. 

Herodotun  məlumatından  belə  nəticəyə  gəlmək  olur  ki,  II  Kir  Araz  çayından 

şimalda  yaşayan  massaget  tayfalarına  qarşı  çıxış  etmişdi.  Məlumdur  ki,  hələ  e.ə. 

VII  əsrin  birinci  rübündə  Azərbaycan  ərazisində  skit  və  sak  tayfaları  məsgən 

salmışdılar.  Massagetlər  də  skit  tayfa  birliyinə  daxil  idilər.  Dion  Kassi  Arazdan 

şimalda  yaşayan  albanları  massaget  mənşəli  hesab  edirdi.  Erkən  orta  əsrlərdə 

Şimali  Azərbaycan  əhalisinin  bir  hissəsi  massaget  adlandırılırdı.  Strabon  qeyd 

etmişdi ki, skitlərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar. Ehtimala 

görə, II Kir Şimali Azərbaycanın ərazisində yaşayan və massaget adlanan etnoslara 



 

 

24 



 

qarşı yürüş təşkil etmişdi. Bu tayfaların hökmdarı Tomris tərəfindən məğlubiyyətə 

uğradılaraq  həlak  olmuşdu.  Beləliklə,  əhəmənilərin  Araz  çayından  şimalda 

yerləşən torpaqları tutmaq cəhdi boşa çıxmışdı.  

II Kirin oğlu Kambiz (e.ə. 530-522) Misir səfərində olarkən e.ə. 522-ci ildə 

İranda  dövlət  çevrilişi  olur  və  hakimiyyətə  onun  qardaşı  Bardi  gəlir.  Əhəməni 

nəslinin  digər  qoluna  mənsub  olan  Dara  Qaumatanı  yalançı  Bardi  kimi  qələmə 

verərək  sui-qəsd  təşkil  edir  və  Bardi  öldürülür.  I  Dara  (e.ə.  522-486)  sui-qəsd 

nəticəsində hakimiyyətə gəlir. Əslində, I Dara II Kirin oğlu Bardini hakimiyyətdən 

salmış, Bisütun yazılarında onu yalançı Bardi kimi qələm vermiş və onu Qaumata 

adlandırmışdı. Məhz buna görə əhəməni dövlətinin tərkibində olan bir çox ölkələr 

üsyan  qaldırmışdılar.  Üsyan  qaldıran  ölkələr  arasında  Azərbaycanda  yaşayan 

tayfaların  və  əhalinin  adı  çəkilməmişdir.  Yəqin  ki,  Cənubi  Azərbaycan  müstəqil 

daxili  idarə  üsulunu  saxlamış  və  buna  görə  də  üsyan  qaldırmamışdı.  Herodotun 

məlumatına görə, Araz çayından şimalda yaşayan xalqlar könüllü olaraq əhəməni 

dövlətini tanımış və ona xərac verməyə razılaşmışdılar.  

Xarici siyasətində yad ölkələrin işğalı başlıca yer tutan I Dara e.ə. 519-cu 

ildə ilk növbədə skit və sak tayfalarına qarşı yürüşlər təşkil edir. I Dara qələbədən 

sonra sakların ancaq başçısını dəyişmiş və istədiyi adamı hakim qoymuşdu. Yəqin 

ki, sak adı altında Azərbaycanın bir sıra etnoslarının adları cəmləşdirilmişdi, çünki 

bu zaman bütövlükdə Azərbaycanı ifadə edən məfhum hələ işlədilmirdi.  

I  Dara  işğal  olunmuş  ölkələri  20  satraplığa  (canişinliyə)  bölür  və  hər  bir 

canişinlik  müəyyən  vergi  dairəsinə  salınır.  Bu  və  ya  digər  vergi  dairəsinə 

Azərbaycanda  yaşayan  etnoslardan  kaspilər,  saklar,  utilər,  müklər,  matienlər  və 

başqaları daxil edilmişdilər.  

I  Daranın  oğlu  Kserksin  (e.ə.  486-465-ci  illər)  ordusunda  fars-yunan 

müharibələri  zamanı  Azərbaycanda  yaşayan  həmin  tayfaların  iştirakı  qeyd 

edilmişdir.  Azərbaycan  ərazisində  yaşayan  bu  tayfalar  öz  başçıları  ilə  birlikdə 

əhəməni ordusunda vuruşurdular. Onlar Əhəməni sərkərdələrinin tabeliyində idilər. 

Herodotun  məlumatından  belə  nəticə  çıxarmaq  olar  ki,  Azərbaycan  I  Daranın 




 

 

25 



 

dövründən etibarən əhəmənilərdən asılı vəziyyətə düşmüşdür.  

 

 

12. Makedoniyalı İskəndərin Şərqə hərbi yürüşləri. 



 

E.ə.  336-cı  ildə  II  Filippin  ölümündən  sonra  hakimiyyətə  oğlu  İskəndər 

(e.ə.  336-323-cü  illər)  gəldi.  Iskəndər  atasının  siyasətini  davam  etdirərək  şərq 

ölkələrinə  yürüşə  hazırlaşdı.  Bu  zaman  şərq  ölkələri,  o  cümlədən  qərbi  Anadolu 

ərazisindəki yunan şəhərləri əhəmnilərin hakimiyyəti altında idi.  

 E.ə. 334-cü ilin yazında İskəndərin makedoniyalı və yunanlardan ibarət 35 

minlik  ordusu  Şərqə  doğru  hərəkətə  başladı.  Əhəməni  Şahı  III  Dara  40  minlik 

ordusu ilə Qranik çayı yaxınlığında İskəndərlə qarşılaşdı, lakin məğlub oldu.  

E.ə. 333-cü ildə Anadolunun xeyli hissəsi İskəndərin əlinə keçdi. III Dara 

böyük  qüvvə  toplayaraq  Suriyaya  tərəf  irəlilədi  və  İso  şəhəri  yaxınlığında 

Makedoniya ordusu ilə üz-üzə gəldi. Makedoniyalılar bu döyüşdə qələbə çaldılar. 

Əhəməni ordusunun qalığı III Dara başda olmaqla döyüş meydanından qaçdı.  

Bu  qələbədən  sonra  İskəndər  Misirə  yola  düşdü.  Misir  müqavimət 

göstərmədi. 

Iskəndər  Misirdən  çıxaraq  İkiçayarasına  doğru  hərəkət  etdi.  III  Dara 

döyüşə  ciddi  hazırlaşmış,  100  mindən  artıq  hərbi  qüvvə  toplamışdı.  Əhəməni 

dövlətinin  tərkibinə  daxil  olan  və  onu  tanıyan  ölkələr  kömək  məqsədi  ilə  hərbi 

dəstələr  göndərmişdilər.  Əhəməni    ordusunun  tərkibinə  daxil  olan  midiyalılara 

Atropat başçılıq edirdi. 

Qavqamela  (cancal)  döyüşünə  Azərbaycanda  yaşayan  tayfalarda  cəlb 

olunmuşdu.  Kursi  Rufun  məlumatına  görə  kaspilər,  mardlar, skitlər,  kadusilər bu 

döyüşdə iştirak edirdilər. Arrianın məlumatına görə, alanlar, sakesinlər, həmçinin 

midiyalılar,  saklar  və  b.  sağ  cinahda,  kadusilər  sol  cinahda  düzülmüşdülər. 

beləliklə, Cancal döyüşündə Azərbaycanda yaşayan tayfalar alban, sakesin, kaspi, 

kadusi, mard, sak və qafqazlı adı altında III Daranın tərəfində iştirak edirdilər. 



Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə