1. Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq



Yüklə 416,89 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix11.03.2018
ölçüsü416,89 Kb.
#31229
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

 

26 



 

E.ə. 331-ci il oktyabr ayının 1-də Cancal (Qavqamela) düzənliyində qanlı 

döyüş başlandı. Dara döyüşün gedişində qorxuya düşərək Midiyaya qaçdı. Başsız 

qalmış ordu darmadağın edildi. Cancal döyüşü İskəndərin Şərqdə udduğu ən böyük 

döyüş idi. Bu döyüş əhəməni dövlətinin süqutunu başa çatdırdı. Qələbədən sonra 

İskəndər  müqavimətsiz  Babil  və  Elamın  paytaxtı  Suz  şəhərini  zəbt  etdi  və  şah 

xəzinəsini  ələ  keçirdi.  Daha  sonra  İskəndər  Əhəməni  şahlarının  vətəni  Persidiya 

(Parsua) yola düşdü, Persepol şəhərini tutdu və Persepolun 120 min talant (1 talant 

40 kq.-a qədər) qızıl və gümüşdən ibarət xəzinəsinə sahib oldu. Persepol yandırıldı. 

Güman edirlər ki, 12 min dananın gönü üzərində yazılmış müqəddəs Avesta həmin 

yanğın zamanı məhv edilmişdir. 

E.ə.  330-cu  ildə  İsgəndər  Midiyanın  paytaxtı  Ekbatana  şəhərinə  gəldi.  III 

Dara İranın şərqinə qaçdı. Lakin Xəzər dənizinin cənubunda, Orta Asiyaya gedən 

yolda  Dara  (e.ə.  330-cu  ildə)  öldürüldü,  bununla  da  əhəməni  sülaləsinin 

hakimiyyətinə son qoyuldu. İsgəndər özünü əhəməni şahlarının varisi elan etdi.  

Iskəndərin  10  il  davam  edən  (e.ə.  334-324-cü  illər)  hərbi  yürüşü  qərbi 

Hindistanda  sona  yetdi.  Isgəndər  həmişəlik  şərqdə  qalmaq  qərarına  gəlir, 

döyüşçülərin yerli əhali ilə yaxınlaşması üçün xüsusi tədbirlər keçirir, onların yerli 

qızlarla  evlənməsinə  və  şərqdə  məskunlaşmasına  şərait  yaradırdı.  O  köhnə  idarə 

üsulunu  saxlayır,  makedoniyalılarla  və  yunanlarla  yanaşı,  yerli  zadəgan 

nümayəndələrinə, əsasən farslara ali vəzifələr tapşırırdı. Isgəndər yunan alimlərini, 

mədəniyyət sahəsinin nümayəndələrini, bacarıqlı insanlarını şərq ölkələrinə aparır, 

yunan  mədəniyyətinin  şərqə  yol  açmasına  şərait  yaradırdı.  O,  bu  ölkələrdə  ellin 

mədəniyyətini yaymaq məqsədini güdürdü.  

Isgəndər  “Bütün  dünyanı”  zəbt  etmək  arzusunu  həyata  keçirə  bilmədi  və 

e.ə. 323-cü ildə 33 yaşında vəfat etdi.    

 

 

 



 


 

 

27 



 

 

 



 

13. Atropatena dövlətinin yaranması. Əhalisi, ərazisi və təsərrüfatı. 

 

Makedoniyalı İsgəndərin şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə əhəməni 

dövləti süquta uğradı. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e.ə. 

331)  antiq  müəlliflərin  Kiçik  Mada  adlandırdığı  Satraplığın  başçısı  Atropatın 

rəhbərliyi  altında  kadusilərin,  albanların  və  sakasinlərin  İsgəndərə  qarşı 

vuruşmaları  tarixi  mənbələrdə  əksini  tapmışdır.  Strabon  yazırdı  ki,  Midiyadan 

(əhəməni)  fərqli  olaraq  Atropat  öz  ölkəsinin  makedoniyalılara  tabe  olmasına  yol 

vermədi. Isgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan 

Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E.ə. 328-ci ildə o, 

Makedoniyalı  İsgəndər  tərəfindən  Kiçik  Madanın  Satrapı  vəzifəsinə  təyin  edildi. 

Nəticədə  Kiçik  Mada  adlandırılan  gələcək  Atropatena    torpaqları  Makedoniya 

işğalından xilas oldu. E.ə. 324-cü ildə İsgəndərə qarşı Baryaqsın başçılığı ilə baş 

vermiş  üsyanı  öz  gücü  ilə  yatıran  Atropat  qızını  İsgəndərin  ən  yaxın  sərkərdəsi 

olan  Perdikkiyə  ərə  verərək  öz  mövqeyini  daha  da  möhkəmləndirdi.  E.ə.  323-cü 

ildə  Makedoniyalı  İsgəndərin  ölümü  ilə  imperiyası  sərkərdələri  arasında 

bölüşdürüldü. Perdikki dövlət regenti təyin edilərək əslində İsgəndərin yerini tutdu. 

Görünür, 

onun 


səyləri 

nəticəsində 

İsgəndərin 

imperiyasının 

birinci 

bölüşdürülməsində  Atropatın  ölkəsinin  adı  çəkilməmişdir.  E.ə.  321-ci  ildə 

Perdikkinin ölümündən sonra imperiya yenidən bölüşdürülərkən Atropatena yenə 

yada  düşmədi.  Beləliklə,  e.ə.  321-ci  ildə  Küçük  Mada,  yəni  Atropatena  müstəqil 

dövlətə  çevrildi.  Strabona  görə  yeni  dövlət  onun  qurucusu  olan  Atropatın  adı  ilə 

Atropatena  adlandırılmışdır.  Atropat  “Bu  ölkənin  Böyük  Midiya  kimi 

makedoniyalılara tabe olmasına yol vermədi, təntənə ilə çar elan olunan Atropat bu 

ölkəni  müstəqil  etdi”.  Atropatena  Makedoniyalı  İsgəndərin  imperiyasının 

parçalanması şəraitində şərqdə siyasi müstəqillik qazanmış ilk dövlət hesab olunur. 



 

 

28 



 

 Atropatdan  başlayaraq  Atropatena  hökmdarları  dövlətin  siyasi,  hərbi  və 

iqtisadi  qüdrətini  möhkəmləndirməyə  çalışırdılar.  E.ə.  III  əsrin  20-ci  illərində 

Atropatena hökmdarı Artabazan Araz çayından nəinki cənubda, hətta şimala doğru 

çox geniş ərazilərə malik olmuşdur. Dövlətin sarhədlərinin Xəzər dənizindən Rioni 

çayının yuxarı axarlarınadək çatması onu göstərir ki, Ermənistan (Arminiya-indiki 

Türkiyə  ərazisində  yerləşirdi)  və  İberiya  da  onun  tərkibində  idi.  Tarixi  şəraitdən 

asılı  olaraq  dövlətin  ərazisi  müxtəlif  vaxtlarda  müəyyən  dəyişikliyə  uğramış, 

böyümüş və ya keçilmişdir.  

Selevki  hökmdarı  III  Antioxun  (e.ə.  223-187)  şərq  yürüşü  zamanı 

selevkilərlə  savaşda  məğlubiyyətə  uğrayan  Atropatena  hökmdarı  Artabazan  sülh 

bağlayaraq  onlardan  asılılığı  qəbul  etdi.  E.ə.  190-cı  ildə  Maqneziya  döyüşündə 

romalılara  məğlub  olan  selevkilərin  mövqeləri  zəiflədikdə  Atropatena  asılılıqdan 

çıxıb tam müstəqil oldu.  

E.ə.  III  əsrdə  yaranmış  Parfiya  dövləti  şərqdə  işğalçılıq  planlarını  həyata 

keçirməyə çalışan Roma ilə rəqabət aparırdı. E.ə. 53-cü ildə Parfiya  –Atropatena 

müttəfiq  qoşunlarının  Romaya  qarşı  apardıqları  Karr  döyüşündə  romalılar  ağır 

məğlubiyyətə  uğradılar.  E.ə.  36-cı  ildə  Mark  Antoni  Parfiya  və  onun  müttəfiqi 

Atropatena  üzərinə  böyük  yürüşə  başladı.  Bu  dəfə  də  romalılar  məğlubiyyətə 

uğradılar.  Atropatena  hökmdarı  I  Artabazd  (e.ə.  59-20)  bu  qələbəni  təntənə  ilə 

qeyd etdi. Lakin Parfiyanın Atropatenanı özünə tabe etmək cəhdi Artabazdın Roma 

ilə  yaxınlaşmasına  səbəb  oldu.  Antoninin  və  e.ə.  30-cu  ildən  sonra  Oktavian 

Avqustun dövründə Artabazd ölkədə böyük nüfuz sahibinə çevrildi.  

Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşırığı ilə e.ə. 20-ci ilədək 

eyni zamanda Ermənistanı da idarə etmişdir. II Ariobarzanın dövründə (e.ə. 20  – 

b.e.  2-ci  ili)  də  Ermənistan  ərazisi  Atropatenanın  tabeliyində  olmuşdur.  Eramızın 

20-ci illərində Atropatena ərazisi Parfiya tərəfindən ələ keçirilmişdi. Nəticədə 350 

ilə qədər mövcud olan Atropatena dövləti siyasi müstəqilliyini itirərək Parfiyanın 

tərkibinə qatılmışdır.  

Atropatenanın  əhalisi  etnik  baxımdan  yekcins  deyildi.  Burada  matienlər, 




Yüklə 416,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə