1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   2   3   4   5   6   7   8   9   ...   57

15
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Bugünkü Azərbaycan Respublikasının varisi olduğu Azərbaycan Xalq 
Cümhuriyyəti  (AXC)  1923-cü  ildə  Mustafa  Kamal  Atatürkün  qurduğu 
Türkiyə  Cümhuriyyətindən  əvvəl,  28  may  1918-ci  ildə  müstəqillik 
qazanaraq Şərqin ilk demokratik dövləti statusunu əldə edib. Lakin 1920-ci 
ildə bolşeviklərin işğalı və 1922-ci ildə Azərbaycanda sovet hakimiyyətinin 
qurulması  ilə  müstəqillik  itirilib.  Türkiyə  isə  1923-cü  ildə  Türkiyə 
Respublikasının  qurucu  anlaşması  olan  Lozan  müqaviləsi  ilə  beynəlxalq 
münasibətlər  sistemində  suveren  dövlət  olaraq  yerini  alıb.  1991-ci  ilə 
qədər Azərbaycan müstəqil bir aktor olmadığı üçün müstəqil xarici siyasət 
yeritməyib və bu mənada ona təsir edən xarici (regional və qlobal) hadisələrə 
üzv olduğu İttifaqın mərkəzindən - Moskvadan cavab verilirdi. Ötən əsrin 
20-ci  illərində  müttəfiq  olmasına  baxmayaraq,  II  Dünya  müharibəsindən 
sonra Türkiyə və Sovet İttifaqı, eyni zamanda Azərbaycan rəqib qütblərdə 
yer alıblar. Bu səbəbdən formal şəkildə Türkiyə ilə Azərbaycan beynəlxalq 
aləmdə və regionda bir-birinə rəqib olub. 
Beynəlxalq  münasibətlər  sistemində  ikiqütblülüyün  təcəssümü  olan 
soyuq müharibəni Türkiyənin üzvü olduğu Qərb İttifaqı udub və nəticədə 
Sovet İttifaqı dağılıb. Bu ittifaqın dağılması nəticəsində Azərbaycan 1918-ci 
ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini 
Cavid VƏLİYEV 
Strateji Araşdırmalar Mərkəzinin 
Türkiyə koordinatoru
Regional hadisələrin Türkiyə-Azərbaycan 
münasibətlərinə təsiri


16
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
elan edib və təkrar suveren aktor olaraq beynəlxalq münasibətlər sistemində 
yer alıb. 
Müstəqilliyini  bərpa  etdikdən  sonra  Azərbaycana  regionda  cərəyan 
edən hadisələr birbaşa təsir göstərdiyi kimi ölkənin özü də regionda marağı 
olan dövlətlərin təsir dairəsinə girib. Suveren dövlət olaraq ölkənin milli 
maraqlarının qorunması məsələsi ortaya çıxdı və bu maraqlara təsir edən 
amillərə  qarşı  siyasi  və  müttəfiq  münasibətlər  qurma  ehtiyacı  yarandı. 
Regionda  cərəyan  edən  hadisələr  Türkiyə  və  Azərbaycanın  müttəfiq 
münasibətlər qurmasına səbəb oldu. Regional hadisələr baxımından Türkiyə 
və Azərbaycanın müttəfiq münasibətləri hər zaman eyni səviyyədə olmayıb. 
Hər iki dövlətin digər regionlarda maraqlandığı başqa məsələlər olub. Lakin 
eyni zamanda hər iki dövlət çox vaxt arzuları ilə real siyasət arasında seçim 
etmək məcburiyyətində qalıb. 
Bu  məqalə  Azərbaycanın  müstəqilliyini  əldə  etməsindən  sonra 
Azərbaycan  və  Türkiyənin  regionda  maraqlarına  təsir  edən  müştərək 
hadisələrin  təhlili  əsasında  qurulub.  Qarabağın  işğalı,  Rusiya,  İran  və 
Gürcüstanın  regiondakı  mövqeyi,  Şimali  Kipr  Türk  Respublikasının 
tanınması və iqtisadi izolədən azad olunması və İsrail məsələsi kimi hadisələr 
iki  dövlət  arasında  münasibətlərə  təsir  edən  amillər  olub.  İki  dövlətin 
münasibətlərinə təsir edən amillərin başında, bəlkə də, enerji layihələri gəlir, 
lakin enerji mövzusuna SAM-ın enerji üzrə mütəxəssisi Gülmira Rzayeva, 
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndələri Rəşad Rəsullu 
və Kənan Aslanlı məqalələrində yer verdikləri üçün buna toxunmamışıq. 
 
Ɔ
Cənubi Qafqazda Türkiyə-Azərbaycan İttifaqı 
İttifaqın süqutu ilə birlikdə bir tərəfdən Türkiyəyə qarşı böyük bir təhlükə 
ortadan qalxdı, digər tərəfdən həm Sovet İttifaqının, həm də kommunizmin 
məğlubiyyəti ilə Türkiyənin Avropa İttifaqı (Aİ) üçün əhəmiyyəti azaldı.  
Müstəqilliyini yenidən qazanan ölkələr Avropa ilə Rusiya arasında tampon 
bölgəni qalınlaşdırdı. İttifaqdan sonra regionda yeni, zəif dövlətlərin ortaya 
çıxması Türkiyə üçün yeni fürsətlər yaratdı. Lakin eyni zamanda meydana 
gəlmiş etnik münaqişələr Türkiyə üçün ciddi təhlükə doğurdu, Rusiya və 
İran kimi tarixi rəqiblərlə mübarizə aparmaq məcburiyyəti yaratdı.  
Soyuq müharibə dövründə Sovet İttifaqı və İran birbaşa Mərkəzi Asiyaya  
aparan  yollara  hakim  idilər.  Türkiyə  ilə  Asiya  ölkələri  arasında  fiziki 
bağlantı yalnız dolayı yollarla təmin olunurdu. Cənub Qafqaz beynəlxalq 
diplomatiyanın bir parçası olandan sonra Türkiyə üçün Mərkəzi Asiya və 


17
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Xəzər hövzəsinə aparan ticarət və enerji yolları açıldı. Nəticədə, Mərkəzi 
Asiya  və  Xəzər  hövzəsi  ölkələri  ilə Türkiyə  arasında  daha  yaxın  coğrafi 
əlaqələr  meydana  çıxdı.  Bu  imkan  regionda  yaranmış  güc  boşluğundan 
qaynaqlanan geosiyasi hakimiyyət uğrunda mübarizəyə daxil olma fürsəti 
verdi.  Türkiyə  həm  tarixi,  mədəni  və  sosial  yaxınlığı,  həm  də  siyasi  və 
enerji  maraqları  səbəbi  ilə  region  dövlətlərindən  Azərbaycan  ilə  strateji 
əlaqələr  qurmağa  başladı.  Gürcüstanın  coğrafi  mövqeyi  və Azərbaycanla 
olan əlaqələri nəticəsində regionda Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü 
meydana gəldi. 
Azərbaycan-Türkiyə əlaqələri iki sütun üzərində qurulan münasibətlərdir. 
Birinci  sütun  mənəvi  yaxınlıq,  digəri  isə  maraqların  üst-üstə  düşdüyü 
nöqtələrdir.  Ümumilikdə,  “Güclü  Azərbaycan  Güclü  Türkiyə!”  və  ya 
“Güclü  Türkiyə  Güclü  Azərbaycan!”  şüarları  hər  iki  dövlətin  elitası 
tərəfindən qəbul olunsa da, tərəflərin milli maraqlarına təsir edən regional 
hadisələr mövcuddur. Lakin eyni zamanda bəzi regional hadisələr Türkiyə 
və  Azərbaycanın  birlikdə  hərəkət  etmə  zərurətini  ortaya  çıxarır  və  bu, 
bir ittifaqın yaranmasına səbəb olur. Lakin regional məsələlərlə bağlı iki 
dövlətin milli maraqlarına fərqli şəkildə təsir edən hadisələr də yaşanıb. 
Türkiyənin  xarici  işlər  naziri  Əhməd  Davudoğlu Azərbaycanı  ümumi 
olaraq  Qafqazda,  xüsusi  olaraq  isə  Cənubi  Qafqazda  ən  vacib  strateji 
müttəfiq  kimi  görür.  Davudoğluna  görə,  Qafqazda  Azərbaycan,  Balkan 
yarımadasında isə Albaniya güclü və sabit bir regional mövqe əldə etmədiyi 
müddətcə  Türkiyənin  hər  iki  regionda  ağırlığını  artırması,  yaxın  dəniz 
hövzəsi  olmaqla  birlikdə  Xəzərə  doğru  siyasi  genişləmə  yaşaya  bilməsi 
imkansızdır.
1
 
Türkiyə  regionda  güclü  olmaq  üçün  Azərbaycanla  tarixi  və  mədəni 
yaxınlığından  faydalanaraq  Azərbaycan  üzərindən  bölgədə  var  olmağa 
çalışır. Hər iki dövlətin region dövlətləri olan Rusiya, İran, Gürcüstan və 
Ermənistanla  sərhədləri  var.  Hər  iki  dövlət Aralıq  dənizi  və  Qara  dəniz 
hövzəsində cərəyan edən hadisələrlə qarşılıqlı təsir
2
 içindədir. 
Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında boğaz rolunu 
oynayır. Rusiya və İran Türkiyənin müttəfiqi olan Qərb dövlətləri tərəfindən 
təcrid olunduğu üçün Mərkəzi Asiya neft və qaz yataqlarının Türkiyəyə və 
Qərbə  çatdrılmasında Azərbaycanın  rolu  artır.  Türkiyənin  enerji  körpüsü 
rolu oynayaraq, geosiyasi dəyərini artırma strategiyası rəsmi Ankara üçün 
1   Ahmet  Davutoğlu, “ Stratejik Derinlik: Türkiye`nin Uluslararası Konumu”, İstanbul, Küre, 2009, 34. 
Baskı,  s. 127-128. 
2   Qarşılıqlı təsir tərəflərin biri-birinə təsir etmə imkanının olmasıdır. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə