1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   2   3   4   5   6   7   8   9   ...   57

18
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Azərbaycanın dəyərini qaldırır. 
Türkiyənin qlobal siyasətdə gücü və dəyəri yaxın çevrəsindəki gücünə 
bağlıdır. Yaxın çevrəsi Cənubi Qafqazda güclü olmayan Türkiyə Orta Asiya 
və Xəzər hövzəsində güclü ola bilməz. Nəticədə, Rusiya və İran qarşısında 
dar  sahədə  rəqs  edən  bir  “rəqqas”  kimi  Avropa  İttifaqı  və  ABŞ  üçün 
geosiyasi dəyəri azalar.
3
 
Əhməd  Davudoğlu  Türkiyənin  Müstəqil  Dövlətlər  Birliyinə 
(Azərbaycanın da üzv olduğu) yönəlik siyasətini çaşqınlıq, xəyalpərəstlik, 
gözləmə  mövqeyi  və  strateji  axtarış  şəklində  dörd  dövrə  ayırır
4
.  Sovet 
İttifaqının  dağılmasından  sonra  Türkiyə  Cənubi  Qafqaz  siyasətində  üç 
böyük problem ilə qarşı-qarşıya qaldı: 1.Türkiyə 70 ildir sovet idarəsində 
olan regionu yaxşı tanımırdı; 2.Türkiyənin qarşısında Rusiya və İran kimi 
iki böyük rəqib var idi; 3.Regional etnik münaqişələr Türkiyə üçün təhlükə 
yaradırdı.
5
 
Ɔ
Dağlıq Qarabağ və Türkiyə-Azərbaycan 
Dağlıq  Qarabağ  sadəcə  separatçılıq,  işğal  faktı  və  ya  Azərbaycanla 
Ermənistan  arasında  müharibə  məsələsi  deyil,  eyni  zamanda  regional 
və  qlobal  güclərin  Cənubi  Qafqazda  apardığı  geosiyasi  hakimiyyət 
mübarizəsinin  bir  parçasıdır.  Qarabağ  müharibəsi  nəticəsində  Rusiya 
və  İranın  müttəfiqi  (eyni  zamanda  Türkiyənin  rəqibi)  olan  Ermənistan 
Türkiyənin  strateji  müttəfiqi  olan  Azərbaycanın  torpaqlarını  işğal  edib. 
Azərbaycan torpaqlarının işğalı Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə 
ciddi zərbə olub. Bu mənada, Əhməd Davudoğlunun Qarabağın Ermənistan 
tərəfindən  işğalını  soyuq  müharibədən  sonra  Türkiyənin  ən  əhəmiyyətli 
strateji itkisi
6
 kimi qiymətləndirməsi bu işğalın Türkiyənin region siyasətinə 
ciddi mənfi təsir göstərməsindən xəbər verir. 
XIX  əsrin  əvvəllərində  Rusiya  Azərbaycanı  işğal  etdikdən  sonra 
Azərbaycanın qərbində erməniləri yerləşdirib. Mərhələli şəkildə Qarabağda 
sayı  artan  ermənilər  1918-ci  ildə  Qarabağın  Ermənistana  verilməsi  üçün 
tələblər  irəli  sürüblər.  Azərbaycan  və  Ermənistan  bolşeviklər  tərəfindən 
işğal  olunduqdan  sonra  1923-cü  ildə  Dağlıq  Qarabağa  Azərbaycanın 
tərkibində  muxtar  status  verilib.  Ötən  əsrin  80-ci  illərinin  sonunda 
3   Ahmet Davudoğlu, göstərilən əsəri, s.125. 
4   Ahmet Davudoğlu, göstərilən əsəri, s. 221. 
5   Kamer Kasım, “Büyük Güçlerin Kafkasya Politikaları”, der. Cavid Veliev ve Araz Aslanlı, Güney 
Kafkasya: Toprak Bütünlüğü, Jeopolitik Mücadeleler ve Enerji, Ankara, Berikan, 2011, s. 331. 
6   Ahmet Davutoğlu, göstərilən əsəri, s. 127.


19
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Qorbaçovun “qlasnost” və “perestroyka” siyasətini elan etməsi ilə ermənilər 
Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsini  gündəmə  gətirərək  yerli 
azərbaycanlı  əhaliyə  hücum  ediblər.  Nəticədə,  Dağlıq  Qarabağ  Muxtar 
Vilayəti və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunub. 
O zaman bu məsələni Türkiyə dövləti ilk olaraq Sovet İttifaqının daxili 
problemi kimi qiymətləndirsə də, Türkiyə ictimaiyyəti daha sərt reaksiyalar 
verib. Türkiyədəki hakimiyyətlər Qarabağ məsələsindəki ehtiyatlılığı hətta 
Sovet İttifaqı dağıldıqdan sonrakı illərdə də göstərib. 
Sovet  İttifaqının  süqutundan  sonra  Türkiyə  qısa  bir  müddət  tərəfsiz 
mövqe tutaraq, tərəflər arasında vasitəçi olmağa çalışıb. Lakin Türkiyədə 
ictimai  təşkilatlar  Azərbaycana  hərbi  sahədə  dəstək  verməkdən 
çəkinməyiblər. Ermənilərin Qarabağda işğalı davam etdirmələri nəticəsində 
ictimaiyyətin və mətbuatın təzyiqləri ilə Türkiyə hakim dairələri vaxtaşırı 
Azərbaycanı  dəstəkləyən  mövqe  sərgiləməyə  məcbur  olub.  Qarabağ 
döyüşlərində  iştirak  edən  Türkiyədən  gələn  qruplar  bəzən Azərbaycanın 
daxili siyasi mübarizələrinə aktiv müdaxilə etsə də, Azərbaycanda sistemli 
ordu quruculuğu işlərinin başlaması ilə onlar Azərbaycanı tərk ediblər.
Ermənistanın  strateji  müttəfiqi  olan  Rusiya  istər  sovetlər  dönəmində, 
istərsə  də  Sovet  İttifaqı  dağıldıqdan  sonra  Qarabağ  müharibəsinin  kritik 
vaxtlarında erməniləri hərbi cəhətdən dəstəkləsə də, Türkiyə Azərbaycana 
dövlət səviyyəsində bu dəstəyi verməyib. Yalnız 1992-ci ilin mart ayından 
etibarən Türkiyə  silah  embarqosu  həyata  keçirmək  məqsədi  ilə  ərazisinə 
enən  Ermənistan  təyyarələrinin  yoxlanılacağını  bildirib.  Bundan  başqa, 
Türkiyə Ermənistana gedən yardımların Türkiyə üzərindən getməsinə qarşı 
çıxaraq,  Azərbaycanın  Ermənistana  qarşı  iqtisadi  embarqosuna  dəstək 
verib.  1992-ci  ilin  mart  ayında  “Washington  Post”  qəzetinə  müsahibə 
verən Süleyman Dəmirəl türk hökumətinin ciddi təzyiq altında olduğunu 
və daha ciddi addımlar atmaq və ya hərbi müdaxilə etmək məcburiyyətində 
olacağını bildirib.
7
Digər  tərəfdən,  1992-cı  ilin  noyabrında  Türkiyənin  Ermənistana  300 
milyon kv elektrik enerjisi satmaq üçün müqavilə imzalaması Azərbaycanda 
ciddi  narazılıq  yaratmışdı.  Azərbaycanın  ciddi  etirazları  nəticəsində 
müqavilə tətbiq olunmayıb. 
8
Qarabağ  problemindən  fərqli  olaraq,  Naxçıvan  məsələsində  Türkiyə 
aktiv  və  nəticəyə  təsir  edən  bir  mövqedən  çıxış  edib.  Qars  və  Moskva 
7   Svante E. Cornell, Turkey and The Conflict in Nagorno Karabakh, Middle Eastern Studies, Vol.34, 
No.l, January 1998, pp.51-72,  p. 61.
8   Svante E. Cornell, göstərilən əsəri, s. 62, 67. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə