1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

25
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
yönəlik enerji, təhlükəsizlik və iqtisadi siyasəti Qərb müttəfiqlərinin planları 
ilə üst-üstə düşüb. Lakin Türkiyə Qərblə ortaq hərəkət edərkən Rusiyanı 
küsdürməməyə də çalışıb 
Rusiyanın regionda mövqeyini zəiflətmə siyasətini Azərbaycan Əbülfəz 
Elçibəy  vaxtında  başlayıb,  Heydər  Əliyev  və  İlham  Əliyevin  vaxtında 
davam etdirib. Bu mənada Rusiyanın regiondakı təsir gücünü Azərbaycan 
qədər zəiflədən ikinci region dövləti olmayıb və Türkiyə ilə Azərbaycanın 
Rusiya siyasəti sanki bir-biri ilə yarışırdı. Azərbaycanın ilk prezidenti Ayaz 
Müttəlibovun vaxtında Azərbaycan  daha  çox  Rusiya  yönlü  xarici siyasət 
həyata keçirib və 1991-ci il dekabrın 21-də Azərbaycan Müstəqil Dövlətlər 
Birliyinə  (MDB)  daxil  olub.
22
  Mütəllibovun  xarici  siyasətdə  Rusiyaya 
yönəlməsi Azərbaycanın üzləşdiyi daxili və xarici siyasət problemlərinin 
həllinə kömək göstərmədi, çünki Rusiya Azərbaycanla müstəqil dövlət kimi 
deyil, hələ də bir vilayəti kimi əlaqə qurmağa çalışırdı. 
Mütəllibov  dövründən  fərqli  olaraq  Azərbaycan  Xalq  Cəbhəsinin 
hakimiyyəti  illərində  xarici  siyasətdə  Türkiyə  birinci  plana  keçir.  Özünü 
“Atatürkün  əsgəri”  adlandıran  Əbülfəz  Elçibəyin  prezidentlik  dövründə 
Azərbaycan  rus  qoşunlarını  ölkə  ərazisindən  çıxaran  ilk  postsovet 
ölkələrindən  oldu.  Ticarət-iqtisadiyyat  əlaqələri  bir  anda  aşağı  düşdü  və 
Bakı MDB-yə üzvlük müqaviləsini təsdiq etmədi.
23
 Azərbaycan bu dövrdə 
Rusiya ilə bərabərhüquqlu dövlət kimi əlaqə qurmağa, Rusiyanın regionda 
təsirini azaltmaq və bu istiqamətdə Türkiyə və Qərb dövlətləri ilə əlaqələrini 
genişləndirməyə  çalışırdı.  Azərbaycan  Türkiyə  ilə  strateji  əməkdaşlığa 
dair  və  təhlükəsizlik  sahəsində  müqavilələr  imzalamaq  istəyirdi.  Digər 
ölkələrdən  fərqli  olaraq  Türkiyə  ilə  imzalanan  dostluq  və  əməkdaşlıq 
müqaviləsinin müddəti 5 il deyil, on il oldu və  Türkiyə ilə iqtisadi, hərbi və 
təhsil sahələrində əməkdaşlıq genişləndi.
24
 
Həmin illərdə Rusiya Azərbaycanın üzləşdiyi bir çox problemin yalnız 
əsas mənbəyi deyil, həm də həll ünvanı kimi göstərilirdi. Elçibəy vaxtında 
Rusiyaya  qarşı  və  Türkiyə  meyilli  siyasət Azərbaycanın  daxili  və  xarici 
siyasətində Rusiyadan qaynaqlanan bir çox problemə səbəb oldu. Bu reallığı 
anlayan Heydər Əliyev enerji və Qarabağ görüşmələrində rəsmi Moskvanın 
mövqeyini  yumşaltmaq  üçün  Rusiya  ilə  münasibətlərə  əhəmiyyət 
verdi.  1993-cü  ilin  yay  aylarında  Rusiyaya  səfərə  edən  Heydər  Əliyev 
22   Eldar İsmayılov və başqaları, Azərbaycan tarixi, Bakı, 1995, s. 341. 
23   Расим Мусабеков, “На стыке полей притяжения”, http://www.globalaffairs.ru/print/number/Na-
styke-polei-prityazheniya-15230, 11 июня 2011 
24   Nazim Cefersoy, “Bağımsızlığının Yirminci Yılında Azerbaycan”, der. Cavid Veliev ve Araz Aslanlı, 
Güney Kafkasya: Torpak Bütünlüğü, Jeopolitik Mücadeleler ve Enerji, Ankara, Berikan, 2011, s. 41. 


26
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Azərbaycanın  xarici  siyasətində  Rusiya  ilə  əlaqələrə  üstünlük  verəcəyini 
və MDB-yə üzv olacağını bildirdi. 1993-cü il sentyabrın 20-də Azərbaycan 
parlamenti uzun müzakirələrdən sonra ölkənin MDB-yə üzvlüyünü təsdiq 
etdi və  sentyabrın 24-də Heydər Əliyev Moskvaya gedərək MDB-yə üzvlük 
müqaviləsini  imzaladı.  Lakin  Heydər  Əliyev  hakimiyyətinin  ilk  illərində 
xarici  siyasətdə  Rusiyaya  üstünlük  verməsi  Azərbaycan  üçün  nəticəni 
dəyişdirmədi.  Rusiyanın  dəyişməz  mövqeyi Azərbaycanı  Qərb  dövlətləri 
ilə daha sıx əməkdaşlıq apararaq, balanslaşdırma siyasəti yeritməyə vadar 
etdi.
25
Xüsusən,  1994-cü  il  sentyabrın  20-də  imzalanan  “Əsrin  müqaviləsi” 
Rusiyanın  regiondakı  gələcək  mövqeyinin  zəiflədilməsi  baxımından 
əhəmiyyətli  rol  oynadı.  Bakı-Tbilisi-Ceyhan  (BTC)  neft  və  Bakı-Tbilisi-
Ərzurum  (BTƏ)  qaz  xətləri  regiondakı  balansı  son  20  ildə  ciddi  şəkildə 
dəyişib.  Heydər  Əliyevin Türkiyə  Respublikasının  o  dövrdəki  Prezidenti 
Süleyman Dəmirəl ilə şəxsi münasibətləri həm ölkə daxilində, həm də Qərb 
dövlətləri  ilə  münasibətlərində  Azərbaycana  üstünlüklər  verdi.  Türkiyə-
Azərbaycan münasibətləri bu dövrdə “bir millət iki dövlət” şüarı əsasında 
inkişaf etməyə başladı.
1993-cü  ildə  qəbul  etdiyi  “Yaxın  çevrə”  doktrinası  ilə  Rusiyanın 
Azərbaycan siyasəti daha da sərtləşdi. Türkiyə ilə Rusiya arasında rəqabətin 
davam etdiyi bu dövrdə Rusiya Azərbaycandan daha çox güzəşt əldə etmək 
üçün həm daxildən, həm də Ermənistan vasitəsilə təzyiq göstərirdi. Rusiya-
Ermənistan-İran üçlüyünün əhatəsinə düşən Azərbaycan yalnız Gürcüstan-
Türkiyə  vasitəsilə  mühasirəni  yarmağı  bacardı.  Azərbaycan-Gürcüstan-
Türkiyə  üçlüyü  BTC,  BTƏ  kimi  enerji  xətlərini  dəstəklədi,  Qarabağ, 
Cənubi Osetya və Abxaziya kimi məsələlərin dövlətlərin ərazi bütövlüyü 
çərçivəsində həllinə dəstək verdi, Rusiya-Ermənistan-İran üçlüyü isə BTC, 
BTƏ və Qərb dövlətlərinin regionda enerji layihələrinə qarşı çıxdı, Xəzərin 
sektorlara bölünməsi problemini yaratdı, regionda Ermənistan kimi işğalçı 
dövləti,  Abxaziya  və  Cənubi  Osetiyada  separatçı  qüvvələri  dəstəklədi.
26
 
Ötən  əsrin  90-cı  illərində  belə  mürəkkəb  vəziyyətdə  enerji  layihələrini 
həyata  keçirməyi  bacaran  Azərbaycan-Gürcüstan-Türkiyə  üçlüyü  üstün 
çıxdı  və  regionda  rəqib  üçlüyün  mövqeyini  zəiflətməyi  bacardı.  Lakin 
rəqibin əlində həll olunmamış Qarabağ, Cənubi Osetya və Abxaziya kimi 
münaqişələr vasitə kimi qalır. 
25   Araz Aslanlı ve İlham Hesenov, “Haydar Aliyev Dönemi Azerbaycan Dış Politikası”, Ankara, Platin, 
2005. 
26   Hatem Cabbarlı, “Bağımsızlık Sonrası Ermənistan-Rusya İlişkileri”, Ankara Çalışması, ASAM, 
Ankara, 2004.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə