126
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Xüsusi Maşınqayırma və Konversiya Komitəsi artıq təkmilləşdirilmiş
ordunun tələblərinə cavab vermirdi. Komitənin fəaliyyətini gücləndirmək
məqsədilə 2000-ci il sentyabrın 20-də Xüsusi Maşınqayırma və Konversiya
Komitəsi (XMKK) ilə Türkiyənin hərbi təyinatlı məmulatlar istehsal edən
Makina və Kimya Endüstrisi Kurumu (MKEK) arasında “Müdafiə sənayesi
sahəsində əməkdaşlıq haqqında” Müqavilə imzalanıb. Müqavilədə MKEK-in
Azərbaycan hərbi sənaye kompleksinin inkişafına hərtərəfli yardım etməsi
nəzərdə tutulurdu. Tərəflər arasında imzalanan bu müqavilə XMKK-nin işinə
müəyyən qədər müsbət təsir göstərsə də, qurum dövrün tələblərinə cavab
vermirdi. 2005-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Fərmanı əsasında ölkənin müdafiə qüdrətini möhkəmləndirmək
və xaricdən asılılığı azaltmaq məqsədi ilə hərbi sənaye kompleksini özündə
birləşdirən Müdafiə Sənayesi Nazirliyi (MSN) yaradıldı. MSN köhnəlmiş
sovet stereotiplərini dağıdaraq, tabeliyində olan bütün müəssisələrin ən yeni
texnologiya ilə işləyən müasir avadanlıqlara malik olması üçün yenidənqurma
işləri həyata keçirdi. Müəssisələrin müasir texnologiya və avadanlıqla təchiz
edilməsi üçün beynəlxalq sahədə fəaliyyət göstərmək tələb olunurdu. Bu
məqsədlə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər
Camalov xarici dövlətlərə ilk rəsmi səfərini məhz 2006-cı il sentyabrın 11-
15-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Vecdi Gönülün
dəvəti ilə qardaş ölkəyə edib. Hər iki ölkənin nazirləri arasında hərbi-texniki
sahədə əməkdaşlığın genişləndirilməsi haqqında müzakirələr aparılıb. Səfər
zamanı nümayəndə heyəti Türkiyənin hərbi sənaye kompleksinə daxil olan
bir sıra müəssisələri ziyarət edərək, onların işləri ilə yaxından tanış olub.
NATO standartları və qabaqcıl texnologiya əsasında işləyən Türkiyənin
müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.
2007-ci ilin mart ayında Türkiyənin MKEK-in Baş direktorunun rəhbərlik
etdiyi nümayəndə heyəti işgüzar səfərlə Azərbaycan Respublikasının
Müdafiə Sənayesi Nazirliyini ziyarət edib. Ziyarət əsnasında MKEK-in Baş
direktoru Ünal Önsipahioğlu Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti
ilə görüşərək əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi
aparıb və müəssisələrimizlə tanış olub. Ziyarət nəticəsində tərəflər arasında
bir neçə müqavilə imzalanıb. MKEK müəssisələrimizdən birinə təmənnasız
olaraq ov patronları istehsal xəttinin verilməsi haqqında qərar qəbul edib
və 2008-ci ilin iyulunda bu xətt gətirilərək montaj olunub. Hazırda bu
xətt məmulat istehsal etməkdə davam edir. Bununla yanaşı, Türkiyənin
127
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
“ROKETSAN” şirkətinin nümayəndələri Azərbaycana işgüzar səfərdə
olublar və görüşlər zamanı əməkdaşlıq sahələri müəyyən edilib.
Əməkdaşlıq sahələri genişləndiyindən tərəflər bu prosesin
əlaqələndirilməsi və səmərəliliyinin artırılması məqsədilə 2007-ci ildə
Yüksək Səviyyəli Hərbi Dialoq İclasını (YSHDİ) təsis ediblər. YSHDİ
ildə iki dəfə toplanaraq meydana çıxmış problemlərin həlli və əməkdaşığın
genişləndirilməsi istiqamətində hərtərəfli fəaliyyət göstərir.
2008-ci il ərzində Türkiyə Mülli Müdafiə Nazirliyi Müdafiə Sənayesi
Müstərşarlığının rəhbərliyi və nümayəndə heyəti müxtəlif vaxtlarda
Azərbaycana işgüzar səfərlər ediblər. 2008-ci ilin iyulunda Türkiyənin
müdafiə sənayesi müstəşarı Murat Bayarın başçılıq etdiyi nümayəndə heyəti,
həmin ilin sentyabrında isə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Lütfi Varoğlu
işgüzar səfərlə Müdafiə Sənayesi Nazirliyini ziyarət ediblər. Qonaqlar, eyni
zamanda, müəssisələrimizi ziyarət edərək aparılan yenidənqurma işlərini
dəyərləndiriblər. Bu görüşlər nəticəsində yeni əməkdaşlıq sahələri müəyyən
olunub. Hər iki səfərin sonunda bir neçə müqavilə imzalanıb. Müqavilələrə
əsasən müəssisələrimizin Türkiyə müəssisələrindən xammal və dəstləşdirici
hissələr əldə etmək imkanı yaranıb. Digər bir müqavilə ilə Türkiyə Müdafiə
Sənayesi Müstəşarlığı Azərbaycan Respublikasının Müdafiə Sənayesi
Nazirliyini 2008-ci ilin noyabrında Pakistanda keçirilən Beynəlxalq
Müdafiə Məmulatları Sərgisində iştirak etməyə dəvət edib. Bu dəvətə görə
Türkiyə icarəyə götürdüyü stenddə Azərbaycan Respublikasının Müdafiə
Sənayesi Nazirliyi üçün təmannasız guşə ayırıb. Bununla da tarixdə ilk dəfə
olaraq Azərbaycan istehsal etdiyi milli silahlarını beynəlxalq səviyyəyə
çıxarmaq imkanı əldə edib. Uğurla keçən bu sərgi iki ölkə arasında qardaşlıq
əlaqlərinin inkişafının bir nümunəsidir.
Digər bir müqavilə ilə mütəxəssislərimizin Türkiyədə ixtisasartırma
kurslarında iştirak etməsi haqqında razılıq əldə olunub. Bu razılığa əsasən,
2009-cu il ərzində bir neçə müəssisəmizin mütəxəssisləri Türkiyədə
ixtisasartırma kursları keçiblər.
Bundan başqa, Türkiyənin “TİSAŞ” şirkəti Müdafiə Sənayesi Nazirliyi
ilə kiçik çaplı atıcı silahların birgə istehsalı layihəsini həyata keçırib.
Hazırda layihə bütünlüklə icra edilib və müəssisələrimizdə bu məmulat
istehsal olunur.
Müəssisələrimizdə aparılan yenidənqurma işləri və müasir
texnologiyanın gətirilməsi nəticəsində Müdafiə Sənayesi Nazirliyinin
128
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
müəssisələri rəqabətədavamlı məmulatlar istehsal edir. Məhz bunun
nəticəsidir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Respublikasının
Müdafiə Sənayesi Nazirliyini istehsal etdiyi məmulatları beynəlxalq
sərgidə nümayiş etdirmək məqsədilə İstanbulda keçirilən IX Beynəlxalq
Müdafiə Sənayesi Sərgisinə (IDEF-2009) dəvət edib. MSN sərgidə 27
adda məmulatı uğurla nümayiş etdirib. Sərginin açılışında Türkiyənin Baş
naziri cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan stendini ziyarət edib və
məmulatlarla, xüsusilə də “İstiqlal” adlı snayper tüfəngi ilə yaxından tanış
olub. Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurlara sevindiyini
gizlətməyən cənab Baş nazir Müdafiə Sənayesi Nazirliyinə fəaliyyətində
daha böyük uğurlar qazanmasını arzulayıb. Sərgi zamanı Müdafiə Sənayesi
Nazirliyi bir neçə müqavilə imzalamağa da müvəffəq olub. Türkiyənin
“ASELSAN” şirkəti optik sahədə müəssisələrimizlə əməkdaşlıq etmək
hüququnu əldə edib. Bunun nəticəsində müəssisələrimizdə müasir
texnologiya ilə istehsal edilən optik cihazlar istehsal olunacaq. Hazırda
istehsal xəttinin yaradılması prosesi başa çatmaq üzrədir. Bununla
əlaqədar bir sıra mütəxəssislərimiz “ASELSAN” şirkətində ixtisasartıma
kursları keçirlər.
2010-cu ildə Türkiyənin “ROKETSAN” şirkəti ilə müzakirələr
davam etdirilib və əməkdaşlıq haqqında razılıq əldə olunub. Həmin ildə
mütəxəssislərimiz Türkiyənin tank zavodunu ziyarət edərək təcrübə
mübadiləsi keçiblər. Bundan başqa, Türkiyənin bir neçə müəssisəsi ilə
əməkdaşlıq müqavilələri imzalanaraq həyata keçirilib. 2010-cu il avqustun
16-18-də Azərbaycana rəsmi səfər edən Türkiyə Prezidenti Abdullah Gülün
başçılıq etdiyi rəsmi heyətin tərkibində olan bu ölkənin müdafiə sənayesi
müstəşarı Murat Bayar azərbaycanlı həmkarı Yavər Camalovla görüşərək
əməkdaşlıqdan məmnunluğunu bildirib və gələcək inkişaf planları haqqında
fikir mübadiləsi aparılıb.
Bu məqsədlə 2011-ci ilin aprelinda MKEK-in Baş direktoru Ünal
Önsipahioğlu Müdafiə Sənayesi Nazirliyinə işgüzar səfər edərək, gələcək
planlar haqqında fikir mübadiləsi aparıb.
MSN 2011-ci ilin mayında İstanbulda keçirilən “IDEF-2011” X
Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 89 adda məmulatla iştirak edib.
Sərginin açılış günü Türkiyə Prezidenti Abdullah Gül stendimizi ziyarət
edib və uğurlar arzulayıb. Bu ziyarət Azərbaycana verilən dəyərin və
əhəmiyyətin təcəssümi idi.
Dostları ilə paylaş: |