1. Bakteroloji silahlar


Sülh dövründə əhalinin FH-dan mühafizəsi tədbirləri və təhlükə barədə xəbərdarlıq zamanı fəaliyyəti



Yüklə 103,72 Kb.
səhifə5/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   2   3   4   5   6   7   8   9   ...   52
Mulki Mudafi Final docx

5. Sülh dövründə əhalinin FH-dan mühafizəsi tədbirləri və təhlükə barədə xəbərdarlıq zamanı fəaliyyəti
Sülh dövründə əhalinin fövqəladə hadisələrdən mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir. -etibarlı xəbərdarlıq sisteminin yaradılması; -mühafizə qurğuları ehtiyatlarının yaradılması; -kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdənkənar təhlükəsiz zonanın hazırlanması; -əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi; -mühafizə üsullarınn əhaliyə ümumi və icbari surətdə öyrədilməsi; -ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi; -radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili; -rejimi tədbirlərin, sanitariya- gigiyena tdbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi. Daimi radiasiya və kimya müşahidəsi, kəşfiyyat və laboratoriya müşahidəsinin təşkili – təhlükə barədə əhalini vaxtında xəbərdar etmək üçün vacib şərtlərdən biridir. Fövqəladə hadisə təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali təhlükənin xarakterindən asılı olaraq aşağıdakı tərzdə fəaliyyət göstərməlidirlər: -kütləvi məlumat vasitələrini (radioreproduktoru, qəbuledicini) daimi şəbəkədə qoşulu saxlamalı; -şəhərdənkənar zonaya köçürülməyə hazırlaşmalı;
-fövqəladə hadisə ehtimalına görə daldalanacağın (sığınacağın) yerini dəqiqləşdirməli, kənd yerlərinə radiasiya əleyhinə daldalanacaq düzəltməyə başlamalı; -fərdi mühafizə vasitələrini, o cümlədən tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçün hazırlamalı.


6. X


7. Tənəffüs üzvlərini mühafizə edən FMV
Fərdi Mühafizə Vasitələri (FMV) İnsanların fərdi surətdə tənəffus üzvlərini, hissəsini müxtəlif zəhərləyici maddələrdən, bakteriyalardan, radioaktiv maddələrdən həmçinin güclü təsirə malik olan ZM-dan mühafizə olunmaq üçün təyin edilmişdir.
Fərdi Mühafizə Vasitələri 3 əsas hissəyə ayrılır:
-Tənəffüs üzvlərinin mühafizə vasitələri
-Dəri səthinin mühafizə vasitələri
-Tibbi fərdi mühafizə vasitələri
Tənəffüs üzvlərinin mühafizə vasitələri özüdə bir neçə yerə bölünür:
-Süzücü əleyhqazlar
-Respiratorlar
-Sadə vasitələr
-Təcridedici əleyhqazlar
-Süzücü sənaye əleyhqazları.
Respiratorlar nəfəs orqanlarını yalnız havada zərərli maddələr yolverilən yüksək konsentrasiyadan 10-15 dəfəyədək artıq olmayan hallarda mühafizə edir. Xlordan, ammonyakdan, sianid turşusundan və başqa güclü zəhərli maddələrdən mühafizə məqsədilə respiratorlardan istifadə etmək qadağandır.
Sadə vasitələr-Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən hazırlanan kütləvi mühafizə vasitəsi olaraq işlədilməsi tövsiyyə edilir. Bunlara tozdan qoruyan PTM-1 parça maskası və pambıqlı tənzif sarğı misal ola bilər.
Süzücü əleyhqazlar QP-5; QP-7 əleyhqazları ,QP-5M, QP-7V, QP-7VM əleyhqazları və Uşaq əleyhqazlarına bölünür.

Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə