1. Bakteroloji silahlar


Deqazasiya üsulları və onların xarakteristikası



Yüklə 103,72 Kb.
səhifə52/52
tarix22.05.2023
ölçüsü103,72 Kb.
#112003
1   ...   44   45   46   47   48   49   50   51   52
Mulki Mudafi Final docx

75. Deqazasiya üsulları və onların xarakteristikası
Deqazasiya əsasən mexaniki, fiziki və kimyəvi üsullarla yerinə yetirilir.
Mexaniki üsulla deqazasiya-zəhərləyici, yaxud qəza təhlükəli kimyəvi maddələrin hər hansı bir səthdən, texnikanın, nəqliyyatın, digər əşyaların üzərindən kənar edilməsindən ibarətdir. Mexaniki üsulla torpağın və digər müvafiq maddələrin zəhərlənmiş üst qatını kəsib (qazıb) atır, yaxud zəhərli sahələri torpaqla, qumla, çınqılla örtürlər, zəhərli maddə torpağın altında qalır.
Fiziki üsulla deqazasiya zamanı əşyanın səthindəki zəhərləyici maddələri lehim maddəsi ilə yandırırlar, yaxud buxarlandırmaqla, digər maddələrlə durultmaqla, əridici məhlullarla yumaqla, suda qaynatmaqla kənar edirlər və ya məhv edirlər.
Kimyəvi üsulla deqazasiya edərkən zəhərli maddələr xüsusi deqazasiyaedici maddələr ilə kimyəvi reaksiyaya girərək qismən neytrallaşır və zərərsiz maddəyə çevrilir. Bu, ən etibarlı deqazasiya üsuludur.
Deqazasiya maddələri oksidləşdirici və xlorlaşdırıcı təsirə (kaustik soda, natrium - sulfid, ammonyak məhlulu və s.) malikdir.
Oksidləşdirici və xlorlaşdırıcı maddələr dəridə yara əmələ gətirən və sinir sistemini iflic edən zəhərləyici maddələri neytrallaşdırmaq üçün nəzərdə tutulur.
Qələvi xassəli deqazasiya maddələri zarin, həm də iprit növlü zəhərli maddələri neytrallaşdırmaq üçün istifadə edilir.
Deqazasiya məhlulları olmadıqda bu məqsədlə (benzin, ağ neft, dizel yanacağı və s.) kimi maddələrdən istifadə etmək mümkündür. Lakin belə maddələr zəhərləyici maddələri neytrallaşdıra bilmir, ancaq yuyub kənarlaşdıra bilir.
Onu da nəzərə almaq vacibdir ki, zəhərli maddə materialların qalın qatlarına hopduqda onu təmizləmək daha çətin olur. Buna görə də paltarların, ayaqqabıların, digər əşyaların hansı materialdan hazırlandığı onların deqazasiyası işlərinə xeyli təsir göstərir. Məsələn, pambıq, yun parçalar cox məsaməli olduğu üçün zəhərlənməyə tez məruz qalır, metalın, şüşənin, bir sıra plastik kütlədən hazırlanmış materialların içəri qatlarına zəhərləyici
maddələr keçə bilmir, onların ancaq səthləri çirklənir. Deqazasiya vaxtı bütün bu amillər nəzərə alınmalıdır.
Paltarlar adətən suda qaynadılmaqla deqazasiya edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, qaynadılarkən zəhərləyici və qəza təhlükəli kimyəvi maddələr tədricən parçalanaraq və hidroliz olunaraq zərərsiz maddəyə çevrilir. Lakin dəri, xəz və s. kimi bir sıra materialları qaynatmaq olmaz, onlar adətən ammonyak məhlulu buxarları vasitəsilə xüsusi kameralarda zərərsizləşdirilir.
Deqazasiya üsulu ilə əşyalar təbii yolla havada günəş şüaları altında zərərsizləşdirilir.
Bütün əşyalar açıq havada günəş şüaları altında təbii üsulla deqazasiya edilə bilər. Bu zaman zəhərləyici və güclü təsiredici kimyəvi maddələr qismən buxarlanaraq neytrallaşır.
Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə