1. Bazar münasibətlərinə keçidin formalaşdığı, cəmiyyətin maddi və mənəvi tələbatının hərtərəfli ödənilməsinin olduqca zəruri olduğu indiki şəraitdə hansı məsələlərin öyrənilməsinin, tədris olunmasının əhəmiyyəti daha da artır?


Hansı qiymətləndirmə üsulu əsas fondların hələ məhsulun üzərinə keçirilməyən dəyərini ifadə edir?



Yüklə 257,65 Kb.
səhifə2/3
tarix11.04.2018
ölçüsü257,65 Kb.
#37066
1   2   3

61. Hansı qiymətləndirmə üsulu əsas fondların hələ məhsulun üzərinə keçirilməyən dəyərini ifadə edir?

A) köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirmə

B) ilkin dəyər üzrə qiymətləndirmə

C) bərpa dəyəri üzrə qiymətləndirmə

D) ilkin dəyər üzrə və bərpa dəyəri üzrə qiymətləndirmə

E) ilkin, bərpa və köhnəlmə nəzərə alınmaqla qiymətləndirmə



62. Əsas fondların köhnəlməsinin iqtisadi mahiyyəti nədən ibarətdir?

A) onlar öz dəyərini tədricən itirərək müvafiq surətdə dəyəri yeni yaradılan məhsulun üzərinə

keçirirlər

B) onlar öz dəyərini itirməklə dəyəri yeni yaradılan məhsulun üzərinə keçirmirlər

C) onlar öz dəyərini birdəfəlik itirirlər

D) onlar öz dəyərini itirmirlər

E) onlar öz dəyərini itirməklə istismardan çıxarılır

63. Əsas fondların köhnəlməsi hansı formada baş verir?

A) fiziki və mənəvi formada

B) fiziki formada

C) mənəvi formada

D) tədricən sıradan çıxmaqla

E) birdəfəlik istismara yararsız olmaqla



64. Əsas fondların fiziki köhnəlməsi baş verir:

A) istifadənin müddətindən, intensivliyi dərəcəsindən, texnoloci proseslərin xüsusiyyətindən və onlara qulluq göstərilməsindən asılı olaraq

B) istifadənin müddətindən və intensivliyi dərəcəsindən asılı olaraq, elmi-texniki tərəqqinin nailliyyətlərinə cavab vermədiyinə görə

C) texnoloci proseslərin xüsusiyyətindən asılı olaraq və iqtisadi səmərəliliyin tələblərinə cavab vermədiyinə görə

D) onların texniki cəhətdən geri qalması ilə və texnoloci proseslərin xüsusiyyətlərindən asılı olaraq

E) iqtisadi səmərəliliyə görə geri qalması ılə və texnoloci proseslərin xüsusiyyətlərindən asılı olaraq



65. İş maşınlarına hansı aid edilir?

A) Məhsul istehsal edən

B) Enerci istehsal edən

C) Məhsulu nəql edən

D) Tənzimləyici cihazlar

E) Hesablayıcı maşınlar



66. Əsas fondların köhnəlməsinin iqtisadi cəhətdən əvəz olunması nə yol ilə baş verir?

A) amortizasiya yolu ilə

B) əsas fondların bərpası ilə

C) əsaslı təmir vasitəsilə

D) istismar müddəti başa çatmış əsas fondları istismardan çıxarmaqla

E) köhnəlmiş əsas fondların yenisi ilə əvəz edilməsilə



67. Əsas fondların amortizasiyasının mahiyyəti:

A) əsas fondların tədricən köhnəlməsi, onların dəyərinin istehsal olunan məhsula hissə-hissə

keçirilməklə ödənməsidir

B) əsas fondların dəyərinin hazır məhsula keçirilməklə ödənməsi əsas fondların bərpası ilə və əsaslı təmir vasitəsilə

C) əsas fondların əsaslı təmir olunmaqla dəyərinin ödənilməsi istismar müddəti başa çatmış əsas fondları istismardan çıxarmaqla

D) əsas fondların əsaslı təmiri və modernləşdirmə məsrəflərinin ödənilməsi, köhnəlmiş əsas fondların yenisi ilə əvəz edilməsilə

E) amortizasiya müddəti qurtardıqdan sonra sıradan çıxmış əsas fondların tam bərpası, köhnəlmiş əsas fondların yenisi ilə əvəz edilməsilə

68. Amortizasiya ayırmalarının kəmiyyəti nəyin əsasında müəyyən edilir?

A) amortizasiya normaları əsasında

B) amortizasiya fondu əsasında

C) amortizasiya hesablaması əsasında

D) əsaslı təmiri və modernləşdirmə məsrəfləri əsasında

E) geniş təkrar istehsal üçün vəsaitin yığılması əsasında



69. Əsas istehsal fondlarından istifadənin səmərəlilik göstəriciləri:

A) fond verimi, fond tutmu, istehsalın rentabellik səviyyəsi

B) fond verimi, fond tutmu, əmək məhsuldarlığı

C) fond verimi, fond tutmu, əməyin səmərəli təşkili

D) istehsalın və əməyin səmərəli təşkili

E) əməyin mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi və əməyin fondla silahlanması



70. Əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının dəyərinə nisbəti nəyi ifadə edir?

A) fond verimini

B) fond tutumunu

C) əməyin fondla silahlanmasını

D) əmək məhsuldarlığını

E) əsas fondlardan istifadəni



71. Fond verimi göstəricisinin əks kəmiyyəti ilə hansı səmərəlilik göstəricisi təmsil olunur?

A) fond tutumu

B) əməyin fondla silahlanması

C) istehsalın rentabelliyi

D) əmək məhsuldarlığı

E) əsas fondlardan istifadə



72. Mənfəətin əsas fondlarla dövriyyə vəsaitlərinin cəminə faizlə olan nisbəti əks etdirən səmərəlilik göstəricisi:

A) istehsalın rentabelliyi

B) fond verimi

C) fond tutumu

D) əməyin fondla silahlanması

E) əmək məhsuldarlığı



73. Dövriyyə istehsal fondları nəyin tərkib hissəsini təşkil edir?

A) istehsal vasitələrinin

B) əsas fondların

C) istehsal prosesinin

D) yığım fondunun

E) əsas istehsalın



74. İstehsal prosesinin həyata keçirilməsi üçün əsas istehsal fondlarından başqa istehsal vasitələrinin daha hansıları gərəkdir?

A) dövriyyə istehsal fondları

B) maşın və avadanlıqlar

C) alətlər və nəqliyyat vasitələri

D) əmək cisimləri

E) əmək alətləri



75. İstehsal gücünü hesablayarkən hansı göstəricidən istifadə edilmir?

A) Məhsulun material tutumu

B) Avadanlığın miqdarı

C) Avadanlığın tərkibi

D) Avadanlığın iş vaxtı fondu

E) Avadanlığın qruplar üzrə sayı



76. Dövriyyə istehsal fondları neçə hissəyə bölünür və hansılardır?

A) iki hissədən ibarətdir - istehsal ehtiyatları, istehsalda olan əmək cisimləri

B) bir hissədən ibarət olub, istehsal ehtiyatlarını təşkil edir

C) üç hissədən ibarətdir - istehsal ehtiyatları, istehsalda olan əmək cisimləri və əmək alətləri

D) dörd hissədən ibarətdir - istehsal ehtiyatları, istehsalda olan əmək cisimləri, əmək alətləri və

ehtiyat fondu

E) beş hissədən ibarətdir - istehsal ehtiyatları, istehsalda olan əmək cisimləri, əmək alətləri,

ehtiyat fondu və sosial fondu



77. Dövriyyə istehsal fondlarının birinci hissəsi olan istehsal ehtiyatlarına daxildir:

A) xammal, materiallar, kənardan alınan yarımfabrikatlar, yanacaq, enerci, az qiymətli və tez

korlanan alət və invertarlar

B) xammal, materiallar, yanacaq, enerci və məhsul istehsalı

C) xammal, materiallar, yanacaq, enerci, məhsul istehsalı və kənardan alınan yarımfabrikatlar

D) xammal, materiallar, yanacaq, enerci və müəssisənin özünün istehsal etdiyi yarımfabrikatlar

E) xammal, materiallar, müəssisənin özünün istehsal etdiyi yarımfabrikatlar, az qiymətli və tez

korlanan alət və invertarlar



78. Dövriyyə istehsal fondlarının ikinci hissəsi - istehsal prosesində olan əmək cisimlərinə daxildir:

A) bitməmiş istehsal, müəssisənin özünün istehsal etdiyi yarımfabrikatlar və gələcək dövrün

xərcləri

B) bitməmiş istehsal, kənardan alınan yarımfabrikatlar və gələcək dövrün xərcləri

C) bitməmiş istehsal, müəssisənin özünün istehsal etdiyi yarımfabrikatlar və əmək alətləri

D) başa çatmış istehsal, kənardan alınan yarımfabrikatlar və gələcək dövrün xərcləri

E) əmək alətləri, kənardan alınan yarımfabrikatlar və gələcək dövrün xərcləri

79. Müəssisə daxilində bir sexdə hazırlanmış və başqa sexə əlavə emal üçün verilən məmulatlar nə adlanır?

A) müəssisənin özünün istehsal etdiyi yarımfabrikatlar

B) bitməmiş istehsal

C) kənardan alınan yarımfabrikatlar

D) başa çatmış istehsal

E) alət və invertarlar



80. Dövriyyə istehsal fondlarının ikinci hissəsinə daxil olan gələcək dövrün xərclərinə aiddir:

A) yeni məhsul növlərinin layihələndirilməsi, onun hazırlanması və mənimsənilməsi xərcləri

B) istehsal xərcləri və kənardan alınan yarımfabrikatlar

C) xammal-materiallar və yarımfabrikatlara çəkilən xərclər, maddi və qeyri-maddi aktivlər və müəssisənin pul vəsaitləri

D) amortizasiya xərcləri, müəssisənin istehsal etdiyi məhsullar, maddi aktivlər və müəssisənin pul vəsaitləri

E) əməyin ödənilməsi xərcləri, müəssisənin istehsal etdiyi məhsullar, qeyri-maddi aktivlər və müəssisənin pul vəsaitləri



81. Müəssisənin tədavül fondlarına daxildir:

A) müəssisənin anbarında satışını gözləyən məhsul, göndərilən lakin pulu ödənilməyən məhsul

və müəssisənin malik olduğu pul vəsaitləri

B) müəssisənin anbarında satışını gözləyən məhsullar, material qiymətliləri və müəssisənin pul

vəsaitləri

C) müəssisənin istehsal etdiyi məhsullar, maddi aktivlər və müəssisənin pul vəsaitləri

D) müəssisənin istehsal etdiyi məhsullar, qeyri-maddi aktivlər və müəssisənin pul vəsaitləri

E) müəssisənin istehsal etdiyi məhsullar, maddi və qeyri-maddi aktivlər və müəssisənin pul

vəsaitləri

82. Dövriyyə istehsal fondları və tədavül fondlarının pul formasında ifadə olunmuş cəmi nəyi təşkil edir?

A) dövriyyə vəsaitini

B) ehtiyat fondunu

C) müəssisə fondunu

D) müəssisənin pul vəsaitlərini

E) maddi və qeyri-maddi aktivlər



83. Dövriyyə vəsaitlərindən səmərəli istifadə olunmasının ən mühüm göstəriciləri:

A) dövr surəti və dövr müddəti

B) dövr surəti və dövr əmsalı

C) dövr müddəti və dövr sürətinin orta qalığı

D) istehsal olunmuş məhsulların surətlə reallaşdırılması

E) xammal-materiallardan səmərəli istifadə



84. İstehsal gücünün hesablanmasının ardıcıllığında hansı tədbir birinci olmalıdır?

A) Bir – birini əvəz edən avadanlıq qrupu üzrə iş növü optimal bölüşdürülür

B) Istehsal proqramını yerinə yetirmək üçün avadanlığın iş vaxtı müəyyən edilir

C) Istehsal sahəsindən istifadə hesablanır

D) Avadanlığın iş vaxtı balansı tərtib edilir

E) Avadanlığın və istehsal sahəsinin işinin dəzgah – saatla tələbatı müəyyən edilir



85. Hesabat dövründə olan günlərin sayının dövriyyə vəsaitinin dövr surətinə olan nisbəti nəyi ifadə edir?

A) dövriyyə vəsaitinin dövr müddətini

B) dövriyyə vəsaitinin dövr surətini

C) dövrlərin sayını

D) dövr əmsalını

E) dövr vahidini



86. Dövriyyə vəsaitlərindən istifadə edilməsinin təşkilinin başlıca vəzifəsi:

A) ən az dövriyyə vəsaitləri ilə məhsulun istehsalı və reallaşdırılması prosesinin fasiləsizliyini təmin etmək

B) daha çox dövriyyə vəsaitləri ilə məhsulun istehsalı və reallaşdırılması prosesinin fasiləsizliyini təmin etmək

C) mal-material qiymətlilərindən istifadə dərəcəsini yüksəltmək

D) istehsal olunan məhsulların reallaşdırılması səviyyəsini yüksəltmək

E) müəssisənin malik olduğu pul vəsaitlərindən səmərəli istifadə etmək



87. Dövriyyə vəsaitlərinin ayrı-ayrı ünsürlərinin ümumi həcmindəki kəmiyyət nisbəti nəyi ifadə edir?

A) dövriyyə vəsaitlərinin quruluşunu

B) dövriyyə vəsaitlərindən istifadənin ümumi vəziyyətini

C) dövriyyə vəsaitlərinin məzmununu

D) dövriyyə vəsaitlərinin həcmini

E) dövriyyə vəsaitlərinin tərkibini



88. İqtisadi və sosial sahədə görülən işlər, əldə edilən nailiyyətlər bağlıdır:

A) tikinti işlərinin miqyası və sürəti ilə

B) tikintidə yerinə yetirilən işlərlə

C) tikinti işlərinin miqyası ilə

D) tikinti işlərinin sürəti ilə

E) tikinti təşkilatlarının fəaliyyəti ilə



89. Sosial-iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadiyyatın bütün sahələrində əsaslı dəyişiklik edilməsi vəzifəsinin yerinə yetirilməsi asılıdır:

A) tikinti-investisiya kompleksinin fəaliyyətinin səmərəliliyindən

B) tikinti-investisiya fəaliyyətindən

C) investisiya qoyuluşlarının həcmindən

D) tikinti təşkilatlarının fəaliyyətindən

E) tikinti-investisiya fəaliyyətinin təşkilindən



90. Tikintidə istehsal güclərinin istifadəyə verilməsi həyata keçirilə bilər:

A) müəssisələrin yenidən qurulması, genişləndirilməsi və yeni müəssisələrin tikilməsi hesabına

B) müəssisələrin yenidən qurulması və genişləndirilməsi hesabına

C) müəssisələrin yenidən qurulması hesabına

D) müəssisələrin genişləndirilməsi hesabına

E) yeni müəssisələrin yaradılması hesabına



91. “İnvestisiya” anlayışının mahiyyəti:

A) əsaslı vəsait qoyuluşu ilə innovasiyanı özündə təmsil edir

B) əsaslı vəsait qoyuluşunu təmsil edir

C) innovasiyanı (yeniliketməni) təmsil edir

D) əsaslı vəsait qoyuluşunun tərkib hissəsidir

E) maliyyə-pul vəsaitlərinin sərfini xarakterizə edir



92. İnvestisiyanın tərkib hissəsi olan innovasiya - yeniliketmə necə reallaşır?

A) intellektual sərvətlər və əsas istehsal fondları vasitəsilə

B) intellektual sərvətlər vasitəsilə

C) əsas istehsal fondları vasitəsilə

D) elmi və təcrübi tədqiqat işləmələri vasitəsilə

E) maliyyə vəsaitləri vasitəsilə



93. İstehsal prosesinin əsas hissəsinə nə aid edilir?

A) Bilavasitə hazır məhsulun yaradılması

B) Alətlər, ştamplar, ləvazimatlar istehsalı

C) Avadanlığın təmiri

D) Avadanlığın modernləşdirilməsi

E) Yüklərin nəqledilməsi



94. Əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarət olur?

A) tikinti-quraşdırma işlərinə və əsas fondlara aid olunan avadanlıqların, alət və invertarların

alınmasına çəkilən xərclər, layihələndirmə, geoloci-kəşfiyyat, tikinti üçün torpaq sahəsinin

ayrılması və s. işlər üçün çəkilən xərclər

B) tikinti-quraşdırma işlərinə çəkilən xərclər, müxtəlif avadanlıqların və habelə əsas fondlara aid

olunan alət və invertarların alınmasına çəkilən xərclər

C) tikinti-quraşdırma işlərinə çəkilən xərclər, tikinti obyektinin layihələndirilməsi ilə əlaqədar

olan və geoloci-kəşfiyyat işləri ilə əlaqədar çəkilən xərclər

D) tikinti-quraşdırma işlərinə çəkilən xərclər, geoloci-kəşfiyyat, axtarış və gələcək tikintinin

əsaslandırılmasına çəkilən xərclər

E) tikinti-quraşdırma işlərinə çəkilən xərclər, tikinti üçün torpaq sahəsinin ayrılması, tikilən

müəssisəyə kadr hazırlanması və tikilən müəssisənin idarə heyətinin saxlanmasına çəkilən

xərclər

95. Əsaslı vəsait qoyuluşuna daxil olan xərclərin hər birinin onun ümumi məbləğindəki xüsusi çəkisi nəyi ifadə edir?

A) əsaslı vəsait qoyuluşunun texnoloci quruluşunu

B) əsaslı vəsait qoyuluşunun texniki quruluşunu

C) əsaslı vəsait qoyuluşunun istehsal quruluşunu

D) əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşunu

E) əsaslı vəsait qoyuluşundan istifadənin səmərəlilik dərəcəsini



96. Yeni tikintiyə, mövcud güclərin genişləndirilməsinə, müəssisələrin yenidən qurulmasına və texnika cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğindəki xüsusi çəkiləri nəyi ifadə edir?

A) əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşunu

B) əsaslı vəsait qoyuluşunun texnoloci quruluşunu

C) əsas fondların təkrar istehsal formalarını

D) əsaslı vəsait qoyuluşundan istifadənin səmərəliliyini

E) mövcud istehsal güclərindən istifadə səviyyəsini



97. Sənayedə əsaslı tikinti hansı üsullarla həyata keçirilir?

A) təsərrüfat və podrat üsulları ilə

B) təsərrüfat üsulu ilə

C) podrat üsulu ilə

D) sənayeləşdirmə üsulu ilə

E) sifarişçilərlə podratçılar arasında bağlanmış müqavilə üsulu ilə



98. Hansı prinsip istehsalın idarə edilməsinin iqtisadi üsulunu ifadə edir?

A) Istehsalın və əməyin maddi həvəsləndirilməsi

B) Təkbaşçılıq

C) Əmrlərin verilməsi

D) Cəzalandırma

E) Göstərişlərin verilməsi



99. Lazımi maddi-texniki bazaya və xüsusi kadrlara malik ixtisaslaşdırılmış tikinti-quraşdırma təşkilatları və firmalarının həyata keçirdikləri tikinti işləri hansı üsulla aparılan tikintini təmsil edir?

A) podrat üsulu ilə

B) təsərrüfat üsulu ilə

C) təsərrüfat və podrat üsulları ilə

D) sifarişçi ilə podratçı arasında bağlanmış müqavilə üsulu ilə

E) daha mütərəqqi üsulla



100. Hazırda ölkədə ümumi daxili məhsulun həcminə aşağıdakı göstəricilərin hansı daha yaxındır?

A) 40 milyard manat

B) 30 milyard manat

C) 45 milyard manat

D) 25 milyard manat

E) 20 milyard manat



101. Hazırda ümumi daxili məhsulun nə qədər hissəsi istehsal sahələrinin payına düşür?

A) 60 faizə qədəri

B) 50 faizə qədəri

C) 60 faizdən çoxu

D) 70 faizə qədəri

E) 70 faizdən çoxu



102. Müəssisədə plan işinin əsas məzmununa nə daxil edilmir?

A) Alış və satış qiymətlərinin planlaşdırılması

B) Yeni məhsul istehsalının planlaşdırılması

C) Istehsalı mənimsənilmiş məhsulların hazırlanması planlarının tərtib edilməsi

D) Istehsala zəruri olan istehsal vasitələrin müəyyən edilməsi

E) Müəssisənin istehsal fəaliyyətinin göstəricilərinin əsaslandırılması



103. İqtisadi və sosial sahədə görülən işlər, əldə edilən irəliləyişlər bilavasitə əlaqədardır:

A) tikinti-investisiya kompleksinin inkişafı ilə

B) təsərrüfat sahələrinin inkişafı ilə

C) istehsal sahələrinin inkişafı ilə

D) qeyri-istehsal sahələrinin inkişafı ilə

E) infrastrukturun və nəqliyyatın inkişafı ilə



104. Hazırda bütün maliyyə mənbələrindən ölkə iqtisadiyyatının inkişafına yönəldilən investisiyanın həcminə aşağıdakı göstəricilərin hansı daha uyğundur?

A) 5-10 milyard manat

B) 1-5 milyard manat

C) 10-15 milyard manat

D) 15-20 milyard manat

E) 20 milyard manatdan çox



105. Hazırda qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların sərmayə qoyuluşunun ümumi investisiyadakı xüsusi çəkisi aşağıdakı göstəricilərin hansına daha yaxındır?

A) 40-45 faiz

B) 30-35 faiz

C) 50-55 faiz

D) 60-65 faiz

E) 70-75 faiz



106. Hansı prinsip istehsalın idarə edilməsinin iqtisadi üsulunu ifadə edir?

A) Istehsalın və əməyin maddi həvəsləndirilməsi

B) Təkbaşçılıq

C) Əmrlərin verilməsi

D) Cəzalandırma

E) Göstərişlərin verilməsi



107. Hazırda əsas kapitala yönəldilmiş ümumi investisiyada xarici investisiyanın xüsusi çəkisi aşağıdakı göstəricilərin hansına daha yaxındır?

A) 25-35 %

B) 35-40 %

C) 45-50 %

D) 55-60 %

E) 65-70 %



108. Hazırda əsas kapitala yönəldilmiş ümumi investisiyada daxili investisiyanın xüsusi çəkisi aşağıdakı göstəricilərin hansına daha yaxındır?

A) 75-85 %

B) 60-70 %

C) 50-55 %

D) 45-50 %

E) 40-30 %



109. Son illərdə ölkədə aparılan tikinti-quraşdırma işlərinin həcmini aşağıdakı göstəricilərin hansı daha yaxşı təmsil edir?

A) 3,5-4 milyard manat

B) 1-1,5 milyard manat

C) 2,5-3 milyard manat

D) 4,5-5 milyard manat

E) 5 milyard manatdan çox



110. Son illərdə ölkədə sement istehsalının həcmini aşağıdakı göstəricilərin hansı daha yaxşı təmsil edir?

A) 1,5 milyon ton

B) 1,0 milyon ton

C) 2,0 milyon ton

D) 2,5 milyon ton

E) 3,0 milyon ton



111. İşçilərin gəlirləri ibarətdir:

A) əmək haqqından, mükafatlandırmadan və ictimai istehsal fondlarından ödənclərdən

B) əmək haqqından, əmək məhsuldarlığından və transfet ödəmələrdən

C) əmək haqqından, əmək məhsuldarlığından və humanitar yardımlardan

D) əmək haqqından, əmək məhsuldarlığından və sosila ödəmələrdən

E) əmək haqqından, əmək məhsuldarlığından və əməyin təşkili ilə əlaqədar mükafatlardan



112. İqtisadiyyatda əmək haqqına verilən tərif:

A) işçiyə maddi və mənəvi ehtiyaclarını ödəmək üçün əməyinin kəmiyyət və keyfiyyəti

müqabilində ictimai məhsuldan ayrılan və pul ifadəsində verilən hissədir

B) işçiyə mənəvi ehtiyaclarını ödəmək məqsədilə onun əməyinin kəmiyyəti və keyfiyyəti

müqabilində ictimai məhsuldan pul ifadəsində verilən hissədir

C) işçiyə maddi ehtiyaclarını ödəmək məqsədilə onun əməyinin keyfiyyəti müqabilində ictimai

məhsuldan pul ifadəsində verilən hissədir

D) işçiyə maddi və mənəvi ehtiyaclarını ödəmək məqsədilə ictimai məhsuldan ayrılan və pul

ifadəsində verilən hissədir

E) işçiyə maddi ehtiyaclarını ödəmək məqsədilə onun əməyinin kəmiyyəti müqabilində ictimai

məhsuldan pul formasında verilən hissədir

113. Əmək haqqının səviyyəsi aşağıdakı prinsiplər əsasında formalaşır:

A) iş qüvvəsinə olan tələblər, dövlətin sosial siyasəti, işin mürəkkəbliyi, əmək şəraiti, fəhlələrin

ixtisas səviyyəsi və müəssisələrin gəlirliliyi

B) dövlətin sosial siyasəti, ölkədə işsizliyin səviyyəsi, fəhlələrin ixtisas səviyyəsi, iş şəraiti və

fərdi əmək müqaviləsinin şərtləri

C) işin mürəkkəbliyi, əmək şəraiti, əməyin təhlükəsizlik dərəcəsi, iş qüvvəsinə olan tələblər və

müəssisənin gəlirliliyi

D) dövlətin sosial siyasəti, ölkədə işsizliyin səviyyəsi, işin mürəkkəbliyi, işçilərin ixtisas

səviyyəsi və fərdi əmək müqaviləsinin şərtləri

E) əmək bazarında mövcud olan konyuktura, iş qüvvəsinə olan tələblər;işin mürəkkəbliyi, əmək

şəraiti və əmək məhsuldarlığının səviyyəsi

114. Sahədə əmək haqqının düzgün tənzimlənməsi və təşkili üçün ödənişinin neçə forması tətbiq olunur?

A) 2


B) 1

C) 3


D) 4

E) 5


115. Məhsul istehsalının artımının fəhlədən deyil, avadanlıqdan asılı olduğu, habelə əməyin normalaşdırılmasının mümkün olmadığı iş yerləri və sahələrində tətbiq edilən əməyin ödənişinin hansı formasıdır?

A) əməyin vaxtamuzd ödəniş forması

B) əməyin günəmuzd ödəniş forması

C) əməyin işə və vaxta görə ödəniş forması

D) əməyin işəmuzd ödəniş forması

E) əməyin saat hesabı ödəniş forması



116. Texnoloci proseslərin daimi təkrar olunduğu, əməliyyatların texniki normalaşdırılması mümükün olan və məhsul buraxılışının artırılması başlıca olaraq fəhlənin özündən asılı olan müəssisə və sahələrdə tətbiq edilən əməyin ödənişinin hansı formasıdır?

A) əməyin işəmuzd ödəniş forması

B) əməyin günəmuzd ödəniş forması

C) əməyin işə və vaxta görə ödəniş forması

D) əməyin vaxtamuzd ödəniş forması

E) əməyin saat hesabı ödəniş forması



117. Sahədə əmək haqqını tənzimləmək, ixtisaslı və ixtisassız, ağır və yüngül əmək arasında nisbətlərin düzgün müəyyən olunması məqsədilə istifadə edilən üsul nə adlanır?

A) tarif sistemi

B) əməyin elmi təşkili sistemi

C) əmək haqqı sistemi

D) əməyin ödənilməsi sistemi

E) əməyin təşkili sistemi



Yüklə 257,65 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə