1. Bədbəxt hadisə nə deməkdir? Cavab


Cavab:  1metr/san.       442



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   ...   6   7   8   9   10   11   12   13   14

27 

 

Cavab:  1metr/san.      



442. Gövdəli perfaratorun quyuya maksimal buraxılma sürəti nə qədərdir? 

Cavab:  2 metr/san.    

443. Gövdəsiz perfaratorun quyuya maksimal buraxılma sürəti nə qədərdir? 

Cavab:  1 metr/san.     

444.  Perforatorun  reperdən  perforasiya  intervalına  qədər  maksimal  buraxılma  sürəti  ən  çoxu  neçə 

metr/saat olmalıdır? 



Cavab:  500 metr/saat.         

445. ПР-43, ПР-54 tipli perforatorların maksimal buraxılma sürətləri nə qədərdir?   

Cavab:  4000 metr/saat.                  

446. Atılmamış ПКС-80 tipli perforatorun quyudan maksimal qaldırılma sürəti nə qədərdir?   

Cavab:  1500 metr/saat.                

447. Atılmayan gövdəli partlayış-deşmə aparatının quyudan maksimal qaldırılma sürəti nə nədərdir? 

Cavab:  3600 metr/saat. 

448. Atılmayan  torpedin quyudan qaldırılma sürəti nə qədərdir?  

Cavab:  1000 metr/saat.              

449.  Sutkanın      qaranlıq      vaxtı      təhlükəli      zonanın    közərmə    lampaları    ilə    işıqlanması    neçə    lk 

olmalıdır? 



Cavab:    5 lk.                

450. Sutkanın qaranlıq vaxtı istiqamətləndirici rolikin bağlanma yerinin közərmə lampaları ilə işıqlanması 

neçə lk olmalıdır? 



Cavab:    50 lk. 

451. Sutkanın qaranlıq vaxtı asma rolikin közərmə lampaları ilə işıqlanması neçə lk olmalıdır? 

Cavab:    20 lk.              

452.  Sutkanın  qaranlıq  vaxtı  cərəyan  və  birləşdirici  kabellərin  keçdiyi  yerlərin  közərmə  lampaları  ilə 

işıqlanması neçə lk olmalıdır? 



Cavab:    20 lk. 

453.  Partlayış-atma  işləri  zamanı  sutkanın  qaranlıq  vaxtı  iş  yerlərini  təhlükəli  zonanın  daxilindən 

işıqlandırmaq olarmı?     



Cavab:    Olar.  Amma  bir  şərtlə  ki,  bu  zaman  işıqlanma  36V-dan  artıq  olmamalı,  lampalar  plafonun 

içərisində olmalıdır. 

454. Partlayış-atma işləri zamanı sutkanın qaranlıq vaxtı iş yerlərini (təhlükəli zonanı) 220V-projektorla 

işıqlandırmaq olarmı?    Olarsa necə?  



Cavab:  220V-projektorla  işıqlandırmaq  olar.  Amma  bir  şərtlə  ki,  bu  zaman  işıqlandırma  təhlükəli 

zonanın kənarından aparılsın və işıq şüaları birbaşa işçilərin gözlərinə düşməsin.  

455. Partladıcı maşının açarı kimdə olmalıdır? 

Cavab:  Partladıcının vahid kitabçasına malik karotajçıda.          

456. Əgər dəstədə iki partladıcı (karotajçı) olarsa partlayıcı materiallara cavabdehlik kim daşımalıdır? 

Cavab:  PM anbarından partlayıcı materialları alan partladıcı (karotayçı). 

457. Perforasiya işləri zamanı quyuda mayenin səviyyəsi necə olmalıdır?   

Cavab:  Quyu ağzına qədər maye ilə dolu olmalıdır. 

458. Partlayış-atma aparatları yığılmış yerdə hansı təhlükəsizlik nişanı asılmalıdır? 

Cavab:  “Təhlükəlidir”.      

459. Perforatoru quyuya buraxdıqdan sonra ildırım çaxarsa nə etmək lazımdır? 

Cavab: Perforatoru lazımı intervala buraxıb (əgər mümkündürsə) atmaq lazımdır

460.  Perforasiya  zamanı  fontan  olduqda siyirtməni  uzaqdan  bağlamaq  üçün  nəzərdə  tutulmuş  idarəetmə 

qolunun uzunluğu quyu ağzından ən azı neçə metr məsafədə olmalıdır?  




28 

 

Cavab:  6 metr.           



461. ПР tipli perforatorla nasos kompressor borularından buraxılmaqla perforasiya  etdikdə kabel başlığı 

və sonluğu ilə birlikdə perforatorun maksimum uzunluğu ən çoxu nə qədər olmalıdır?   Mərmilərin sayı 

nə qədər olmalıdır?  

Cavab:  Maksimal uzunluq 5,5 metr, mərmilərin sayı isə 50 ədəd olmalıdır. 

462.  ПР  tipli  perforatorla  istismar  kəmərində  perforasiya  etdikdə  kabel  başlığı  və  sonluğu  ilə  birlikdə 

perforatorun maksimum uzunluğu ən çoxu nə qədər olmalıdır? Mərmilərin sayı nə qədər olmalıdır?  



Cavab:  Maksimal uzunluq 30 metr, mərmilərin sayı isə 300 ədəd. 

463.  Özü  hərəkət  edən  “Azenmaş”  tipli  aqreqatlardan  istifadə  etməklə  quyuya  buraxılan  ПКС-80  tipli 

perforatorun maksimal uzunluğu (kabel başlığı, yük ilə birlikdə) nə qədər olmalıdır?  



Cavab:  8 metr. 

464.  Özü    hərəkət  edən  “Azenmaş”  tipli  aqreqatlardan  istifadə  etməklə  quyuya  buraxılan  ПК-105  tipli 

perforatorun maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?  



Cavab:   2,5 metr.         

465. Özü hərəkət edə “Azenmaş” tipli aqreqatlardan istifadə etməklə quyuya buraxılan ПР-43 və ПР-54 

tipli perforatolarrun maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?  



Cavab:   5,5 metr.         

466. Özü hərəkət edə “Azenmaş” tipli aqreqatlardan istifadə etməklə quyuya buraxılan ПКО-89С, ПКО-

73С tipli perforatoların maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?  



Cavab:  6,5 metr. 

467.  ПКС-80  tipli  perforatora  elektrik  detonatoru  perforatorun  yuxarı  hissəsində  bağlamağa  icazə 

verilirmi?  Bu necə edilir?     



Cavab:    İcazə  verilir.  Bunun  üçün  yığılmış  perforator  quyuya  buraxılır,  perforator  üzərində  olan  ən 

yuxarıdakı mərmi,  siyirtmədən bir az aşağı buraxılıb saxlanılır və detanator perforatora bağlanılır. 

468. ПР-43, ПР-54 tipli perforatorlar hansı təzyiq və temperatura hesablanıb?   

Cavab:  80 MПa təzyiqə və 150 dərəcə temperatura. 

469. ПКС-80 tipli perforatorlar hansı təzyiq və temperatura hesablanıb?   

Cavab: 80 MПa təzyiqə və 150 dərəcə temperatura. 

470.  Fontan  olduqda  siyirtməni  uzaqdan  bağlamaq  üçün  nəzərdə  tutulmuş  qol  hansı  təhlükəsizlik 

tələblərinə cavab verməlidir?   



Cavab:    İdarəetmə  qolunun  uzunluğu    6  metrdən  çox  olmalı,  həmin  yer  qoruyucu  lövhə,  həmçinin 

“açıqdır” və “bağlıdır” göstəriciləri ilə təchiz edilməlidir. 

471. Qazlı  quyularda partlayış-atma işləri aparmaq olarmı? 

Cavab:  Yalnız lübrikatorla olar. 

472. Partlayış-atma işləri zamanı sifarişçinin nümayəndəsi (geoloq) təhlükəli zonaya kimin müşayiəti ilə 

daxil ola bilər. Onun təhlükəli zonaya sərbəst daxil olmaq hüququ varmı?    



Cavab: Partlayış İşləri Rəhbərinin müşayiəti ilə daxil ola biər.  Yoxdur.   

473. Partlayış-atma işləri zamanı sifarişçinin nümayəndəsi (geoloq) hansı hallarda təhlükəli zonaya daxil 

ola bilər? 



Cavab:  Perforasiya  intervalınının  dərinliyini  dəqiqləşdirdikdə,  quyu  lüləsini  qəliblədikdə,  geofiziki 

kabelə nəzarət nişanlarını bağladıqda, perforator yığılb qurtardıqdan (detanator qoyulana qədər) sonra 

onu quyuya buraxmazdan əvvəl, perforatoru intervalda atıb quyudan çıxardıqdan sonra. 

474. Partlayış işləri rəhbəri yuxarı nəzarət orqanlarının nümayəndələrini hansı hallarda təhlükəli zonaya 

buraxmamalıdır? 



Cavab: Vəsiqələrini təqdim etmədikdə, elektrik detonatoru perforatora bağlanıldıqda, quyuda atılmayan 

perforatoru quyu ağzına qaldırdıqda. 


29 

 

475. Daşınma zamanı avtomobilin banının istənilən nöqtəsində ekvivalent dozanın gücü neçə mZv/saat-

dan çox olmamalıdır? 

Cavab:  2 mZv/saat.             

476.  Hansı  hallarda  radioaktiv  mənbəni  (ampulanı)  konteynerdən  əllə  götürüb  quyu  cihazına  qoymaq 

olar? 


Cavab:  Heç bir halda. 

477.  Hansı  hallarda  radioaktiv  mənbəni  (ampulanı)  konteynerdən  əllə  götürüb  quyu  cihazına  qoymaq 

olar? 


Cavab:  Heç bir halda.     

478. Radioaktiv mənbə RM anbarından hansı sənəd əsasında alınır? 

Cavab:  Tələbnamə.         

479.  Dəstə  bazaya  qayıtdıqda  radioaktiv  mənbəni  RM  anbarına  təhfil  vermək  mümkün  olmazsa  mənbə 

harada saxlanılmalıdır? 



Cavab:  Mühafizə olunan qaldırıcının banında.        

480.  Mənbələrin  müvəqqəti  saxlandığı    mühafizə    zonasının  xaricində  ekvivalent  dozanın  gücü  hansı 

həddən çox olmamalıdır? 



Cavab:   1mkZ/saat.    

481. RM-lərin xüsusiyyətlərindən asılı olaraq onlar neçə qrupa bölünür? 

Cavab:   3.                       

482. Nəqliyyat indeksi nə deməkdir? 

Cavab:  Konteynerdən 1metr məsafədə ekvivalent dozanın gücü.               

483. Radiasiya qablaşdırılmasının nəqliyyat indeksinin vahidi hansıdır?   

Cavab:   mR/saat.       

484. Radiaoktiv bağlamalar neçə nəql dərəcəsinə bölünür? 

Cavab:   4.                     

485.  Radioaktiv  maddələri,  yanacaq,  qida  məhsulları  və  ya  partlayıcı  maddələr  ilə  bir  yerdə  saxlamaq 

olarmı? 


Cavab:  Qadağandır.                 

486. Neytron-qamma üsulu ilə geofiziki tədqiqat işləri aparan zaman hansı mənbələrdən istifadə olunur? 

Cavab:  Neytron mənbələrdən.       

487.  Karotaj  qaldırıcısının  sürücü  kabinəsində,  bucurqad  kabinəsində  şüalanma  dozasının  gücü  ən  çoxu 

nə qədər olmalıdır? 



Cavab:  2,5mkZ/saat.        

488. Qamma şüa verən mənbələrin konteynerinin içərisi  hansı materialdan olmalıdır? 

Cavab:  Qurğuşun.        

489. Neytron şüa verən mənbələrin konteynerinin içərisi hansı  materiallardan olmalıdır? 

Cavab:  Ağır metallarla qarışıq parafin.   

490. Mənbə olan quyu cihazını quyudan çıxaran zaman ilk növbədə hansı əməliyyatı aparmaq lazımdır? 

Cavab:  Cihazdan mənbəni ayırib daşınma konteynerinə qoymaq. 

491. Müəssisəyə daxil olan radioaktiv mənbələr hansı sənəddə qeyd olunur? 

Cavab:  Mədaxil-məxaric jurnalında.        

492. Nəql zamanı neçə saatdan bir radioaktiv məbənin vəziyyətini yoxlamalıdır? 

Cavab:  2saat. 

493.  Radioaktiv  mənbəni  (RM)  qaldırıcıda  daşıyan  zaman  hansı  təhlükəsizlik  tələblərinə  əməl 

edilməlidir? 




30 

 

Cavab:  RM  qaldırıcıda  daşınarkən  nəqliyyat  konteynerində  olmalıdır.  Konteynerin  qapağı  və 



qaldırıcının  qapısı  qıfılla  bağlanmalıdır.  Daşınma  zamanı  hər  2  saatdan  bir  qaldırıcı  saxlanılmalı  və 

konteynerin vəziyyəti yoxlanılmalıdır.  

494. Quyuya getməyə hazırlaşan dəstə radioaktiv mənbəni RM anbarından hazırlıq işlərinin əvvəlində və 

ya sonunda almalıdır? Alınmış radioaktiv mənbə qaldırıcının hansı hissəsinə qoyulmalıdır? 



Cavab:  Hazırlıq  işlərinin  sonunda  alınmalı,  qaldırıcının  bucurqad  şöbəsinə  qoyulmalı  və  qaldırıcı 

yubanmadan bazadan quyuya yola düşməlidir. 

495. Radioaktiv mənbə quyu cihazına nə vaxt qoyulmalıdır? 

Cavab:  Quyu cihazını quyuya buraxma anında. 

496.  İçərisində  Radioaktiv  mənbə  olan  daşınma  konteynerini  əl  ilə  daşıyan  zaman  hansı  köməkçi 

vasitədən istifadə edilməlidir?  



Cavab:  Uzunluğu 1 metrdən az olmayan dəmir lingdən.              

497. Radioaktiv mənbə (RM) quyuda iş yerindən ən azı hansı məsafədə saxlanılmalı və bu zaman hansı 

təhlükəsizlik tələblərinə əməl edilməlidir? 



Cavab:  RM  iş  yerindən  ən  azı  10  metr  aralı  nəzarət  oluna  bilinən  yerdə  saxlanmalı,  yanına  3  metr 

məsafədən oxuna bilən xəbərdaredici nişan qoyulmalıdır. 

498.  Əgər  quyuda  radioaktiv  mənbədən  istifadə  ediləcəksə  quyunun  qəbul  körpüsü  qarşısında  hansı 

ölçüdə meydança yaradılmalıdır?   



Cavab:   20 X 10 metr.                       

499.  İmpuls-neytron  neytron  karotaj  cihazını  quru  quyularında,  quyunun  qəbul  körpüsündə  və  ya    quyu 

ağzında işə salmaq olarmı?     



Cavab:  Olmaz.            

500. İmpuls-neytron neytron karotaj cihazını quru quyularında nə vaxt işə salmaq olar?  

Cavab:  Quyuya yer səthindən ən azı 5 metr buraxandan  sonra işə salmaq olar. 

501. İmpuls-neytron neytron karotaj cihazını dəniz quyularında, quyunun qəbul körpüsündə və ya  quyu 

ağzında işə salmaq olarmı?     



Cavab:  Olmaz.              

502. İmpuls-neytron neytron karotaj cihazını dəniz quyularında, nə vaxt işə salmaq olar?      

Cavab:  Dəniz dibindən ən azı 5 metr aşağı buraxdıqdan sonra. 

503.  Quru  quyularında  İmpuls-neytron  neytron  karotaj  cihazını  quyu  ağzına  qaldırmazdan  əvvəl  hansı 

təhlükəsizlik tələblərinə əməl edilməlidir?   



Cavab:  Cihaz  yer  səthinə  ən  azı  5  metr  qalmış  söndürülməli  30  dəqiqə  saxlanılmalı  və  yalnız  bundan 

sonra  quyu ağzına qaldırılmalıdır.   

504.  Dəniz  quyularında  İmpuls  neytron  neytron  karotaj  cihazını  quyu  ağzına  qaldırmazdan  əvvəl  hansı 

təhlükəsizlik tələblərinə əməl edilməlidir?   



Cavab:  Dəniz  dibinə  ən  azı  5  metr  qalmış  quyu  cihazı  söndürülməli  30  dəqiqə  sönmüş  vəziyyətdə 

saxlanılmalı, yalnız bundan sonra quyu ağzına  qaldırılmalıdır.  

505. Quyuda radioaktiv mənbə ilə işə başladıqda hansı ardıcıllıq döğrudur?    

Quyu cihazı qaldırıcıdan quyunun qəbul körpüsünə gətirilir, quyu cihazı kabel başlığına bağlanılır, quyu 

cihazının  işləyib-işləməməsi  yoxlanılır,  radioaktiv  mənbə  cihazının  yanına  gətirilir,  radioaktiv  mənbə 

cihazına qoyulur və cihaz dərhal quyuya buraxılır. 

506. Quyuda radioaktiv mənbə ilə işləyib qurtardıqdan sonra işlər hansı ardıcıllıqla aparılmalıdır?   

Cavab:  Quyu  cihazı  quyudan  çıxarılır,  radioaktiv  mənbə  cihazdan  çıxarılıb  konteynerə  qoyulur, 

konteyner aparılıb saxlanılma yerinə qoyulur, kabel başlığı quyu cihazından açılır, quyu cihazı nəzərdə 

tutulmuş yerə qoyulur.  

507. Radioaktiv mənbəni daşınma konteynerində əllə maksimum hansı məsafəyə daşımaq olar?   

Cavab:  100 metr.  


31 

 

508.  Radioaktiv  mənbəni  (RM)  gəmiyə  yükləməzdən  əvvəl  dəstə  rəisi  sifarışçinin  nümayəndəsindən  

hansı sənədi tələb etməlidir? 

Cavab:  Gəminin RM daşımağa hazır olması aktını. 

509. Quyuda Radioaktiv mənbə saxlanılan yerdə hansı təhlükəsizlik nişanı asılmalıdır? 

Cavab:  “Təhlükəlidir”.     

510. Radioaktiv mənbə quyuda qaldıqda (çıxarmaq mümkün olmadıqda)  quyuda neçə metr hündürlükdə 

sement körpüsü qoyulur? 



Cavab:   20 metr.        

511. Quyu lüləsini qəlibləmədən (şablon etmədən) radioaktiv quyu cihazını quyuya buraxmaq olarmı? 

Cavab:  Olmaz.     

512.  Radioaktiv  mənbələr  daşıyan  furqon  tipli  avtomobillərin  banı  kabinədən  ən  azı  neçə  sm  aralı 

olmalıdır?  



Cavab:  15sm.  

513.Radioaktiv  mənbənin  nəql  konteynerindən  çıxarılması  və  iş  yerindən  uzaqlaşdırılması  hansı 

müddətdən çox olmamalıdır?    



Cavab:   2 dəqiqədən. 

514.Radioaktiv mənbənin daşınma konteynerində quyu cihazının yanına gətirilməsi hansı müddətdən çox 

olmamalıdır?    



Cavab:   1 dəqiqədən. 

515.  Radioaktiv  mənbənin  daşınma  konteynerindən  çıxarılması  və  quyu  cihazının  zond  hissəsinə 

yerləşdirilməsi hansı müddətdən çox olmamalıdır?    



Cavab:   0,5 dəqiqədən. 

516.  Radioaktiv  mənbəni  quyu  cihazına  qoyduqdan  sonra  cihaz  ən  geci  hansı  müddətə  quyuya 

buraxılmalıdır?  



Cavab:   1 dəqiqəyə. 

517.Cihazı quyudan çıxardıqdan sonra radioaktiv mənbə ən geci hansı müddətə quyu cihazından çıxarılıb 

daşınma konteynerinə qoyulmalıdır? 



Cavab:   1 dəqiqəyə. 

518.Daşınma konteynerinin qaldırıcıya aparılması və nəqil konteynerinə yerləşdirilməsi hansı müddətdən 

gec olmamalıdır?    



Cavab:   2 dəqiqədən. 

519. Daşınma zamanı avtomobilin banından 1 metr məsafədə ekvivalent dozanın gücü neçə mZv/saat-dan 

çox olmamalıdır? 



Cavab:  0,1mZv/saat.   

520.Radioaktiv mənbəni quyuya buraxılacaq cihazın qurğusuna kim yerləşdirməlidir? 

Cavab: Dəstənin mühəndis texniki işçiləri. 

521. TS18001 OHSAS  “əməyin mühafizəsi və təhlükəsizliyi” standartının hansı məqsədi vardır? 

Cavab:  İşçiləri  qorumaq,  istehsalın  təhlükəsizliyini  təmin  etmək,  müəssisənin  təhlükəsizliyini  təmin 

etmək.  

522.  TS18001  OHSAS    “əməyin  mühafizəsi  və  təhlükəsizliyi”  üzrə  standartda  rəhbərliyin  təhlili  nədən 

ibarətdir? 



Cavab:   TS18001 OHSAS  “əməyin mühafizəsi və təhlükəsizliyi” üzrə standartda rəhbərliyin təhlilinin 

nəticələri təşkilatın davamlı yaxşılaşdırma öhdəliyinə uyğun olmalı və aşağıdakılara uyğun qərarları və 

əməliyyatları əhatə etməlidir: 

a). ƏMT fəaliyyəti;    b). ƏMT siyasəti və hədəfləri;    c). Resurslar;    d). ƏMT idarəetmə sisteminin digər 

elementləri. Rəhbərliyin təhlilinin nəticələri, xəbərləşmə və müzakirə üçün hazır vəziyyətə gətirilməlidir. 

Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə