1. Bədbəxt hadisə nə deməkdir? Cavab


Cavab:  Bilavasitə iş rəhbəri.       37



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Cavab:  Bilavasitə iş rəhbəri.      



37. Növbədənkənar təlimat nə vaxt keçirilir? 

Cavab: Vaxtdan aslı olmayaraq istehsalat zərurəti yarandıqda.                        

38.  Növbədənkənar  təlimatlandırmanın  proqramı  (sualların  siyahısı),  ilkin  təlimatlandırmanın  proqramı  

ilə eynidirmi?  



Cavab: Növbədənkənar təlimatlandırmanın proqramını tərtib edərkən ilkin təlimatlandırma proqramının 

yalnız növbədənkənar təlimatın keçirilməsi səbəbi ilə bağlı hissəsindən istifadə edilməlidir. 

39.  Növbədənkənar  təlimatlandırma  müəssisənin  yalnız  bir  ekspedisiyasında  keçiriləcəksə,  onda 

təlimatlandırma proqramı kim tərəfindən hazırlanmalıdır? 



Cavab:    Təlimatlandırma  proqramı  həmin  ekspedisiyanın  rəhbərliyi  tərəfindən  hazırlanır,  əməyin 

mühafizəsi xidməti ilə razılaşdırılır. 

40. Hansı hallarda fəhlələrə birdəfəlik (cari) təlimat keçirilir? 

Cavab: Onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə  yetirdikdə.    

41. Fəhlələrə birdəfəlik təlimatı kim keçməlidir? 

Cavab: İşin məsul rəhbəri. 

42.Birdəfəlik  təlimatın qeydiyyatı hansı jurnalda aparılır?  

Cavab: İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması jurnalında. 

43. Əməyin təhlükəsizliyi üzrə təlimatlara ən geci neçə vaxtdan bir yenidən baxılmalıdır? 

Cavab:   5 ildən bir.    

44. Əməyin mühafizəsi üzrə təlimatların fəaliyyət müddəti nə qədərdir? 

Cavab:   5 il.                    

45. Müəsissələrdə təlimatları kim hazırlamalıdır? 

Cavab: Sex, sahə, xidmət, qurğu, şöbə rəisləri, onların müavinləri. 

46. Təlimatlarin keçirilməsi proqramına neçə ildən bir baxılmalıdır?   

Cavab:  5 ildə bir dəfə.             

47.  Geofizika  və  geologiya  İdarəsinin  mühəndis-texniki  işçilərinə  vaxtaşırı  təlimat  hansı  vaxtdan  bir 

keçirilir? 



Cavab:  Mühəndis-texniki işçilərə vaxtaşırı təlimat keçirilmir.     

48. Hər hansı bir səbəbdən müəyyən (məs: məzuniyyətdə olan) edilmiş gündə təlimat keçilməyən işçiyə 

vaxtaşırı təlimat nə vaxt keçirilməlidir? 



Cavab: İşə çıxan gün təlimatlandırılmalıdır.             

49. Fəhlələrin bədbəxt hadisələr haqqında informasiyalarla tanış edilməsi hansı jurnalda  rəsmiləşdirilir? 

Cavab: İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması jurnalında. 

50. Fəhlələrin əmək mühafizəsi məsələləri üzrə əmrlərlə tanış edilməsi hansı jurnalda  rəsmiləşdirilir? 

Cavab: İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması jurnalında. 

51. Fəhlələrin biliklərinin yoxlanılması xarakterinə və vaxtına görə neçə yerə bölünür? 

Cavab: Üç yerə bölünür. İlkin, vaxtaşırı, növədənkənar. 

52.Bərk xilasetmə gödəkçələri neçə ən azı neçə ildən bir yoxlanılır? 

Cavab:  5 ildən bir.  

53. Fəhlələrin biliklərini yoxlamaq üçün suallar kim tərəfindən hazırlanmalıdır? 

Cavab:  Sualları  mütəxəssislər  və  sex  rəhbərliyi  birlikdə  hazırlayır,    əməyin  mühafizə  xidməti  ilə 

razılaşdırılır, baş mühəndis tərəfindən təsdiq edilir. 

54.  Yoxlama  zamanı  təhlükəsizlik  tələbləri  üzrə  biliyi  qeyri-kafi  qiymətləndirilmiş  işçini  sərbəst  işə 

buraxmaq olarmı?  



Cavab:  Olmaz.    

55.  Təhlükəsizlik  tələbləri  üzrə  biliyi  qeyri-kafi  qiymətləndirilmiş  fəhlənin  təkrar  olaraq  biliyi  hansı 

vaxtdan sonra yenidən yoxlanmalıdır? 




 

Cavab:  İşçi əlavə təlim keçməli və 2 həftə ərzində biliyi təkrar yoxlanılmalıdır.  



56.  Təhlükəsizlik  texnikası  tələbləri  üzrə  biliyi  qeyri-kafi  qiymətləndirilmiş  fəhlənin,  təkrar  yoxlama 

zamanı  da biliyi yenidən qeyri-kafi qiymətləndirildikdə hansı tədbir görülməlidir? 



Cavab:  Fəhlə işdən kənarlaşdırılmalıdır.          

57.  Dəstə  rəislərinin,  dəstənin  geofizik  və  texniklərinin  “Təhlükəsizlik  texnikası  qaydaları  üzrə 

biliklərinin yoxlanması”  ilk dəfə nə vaxt yoxlanılır? 



Cavab:  Sərbəst işə buraxılmazdan əvvəl.          

58. Mədəngeofiziki dəstənin geofizikinin təhlükəsizlik texnikası üzrə biliyi neçə ildən bir yoxlanmalıdır?   

Cavab:  İldə azı bir dəfə.           

59. Mədəngeofiziki dəstələrdə və sahələrdə çalışan MTİ-lərin bilikləri neçə ildən bir yoxlanılmalıdır? 

Cavab:  Ən azı ildə bir dəfə.   

60. İşçi   biliyinin  yoxlanması   gününün   tarixi   haqqında   neçə   həftə   qabaqcadan   xəbərdar  

edilməlidir? 



Cavab:  2 həftə.           

61. Mədəngeofizika İdarəsində işləyən fəhlənin işində neçə ay fasilə olduqda onun təhlükəsizlik qaydaları 

üzrə  biliyi yenidən yoxlanılmalıdır? 



Cavab:   6 ay.                             

62. Müəssisədə  əmək şəraitinin vəziyyətinə nəzarət neçə mərhələdən ibarətdir? 

Cavab:   3.                          

63. Əmək şəraitinin vəziyyətinə nəzarətin birinci mərhələsini kim həyata keçirməlidir? 

Cavab:  Bilavasitə işin rəhbərləri.    

64.  Dəstə  rəisi  əmək  şəraitinin  vəziyyətinə  nəzarətin  birinci  mərhələsini  kimin  iştirakı  ilə  həyata 

keçirməlidir? 



Cavab:  Dəstənin ictimai müfəttişi ilə.        

65.  İş  rəhbəri  yoxlama  zamanı  noqsanlar  və  çatışmazlıqlar  aşkar  etdikdə  bunu  hansı  jurnalda    qeyd 

etməlidir? 



Cavab:  Əmək şəraitinin vəziyyətinin yoxlanılması  jurnalında. 

66.  Birinci  mərhələnin  yoxlamaları  zamanı  hansı  hallarda  noqsan  və  çatışmazlıqlar  “Əmək  şəraitinin 

vəziyyətinin yoxlanması” jurnalında qeyd olunur? 



Cavab:  Aradan qaldırılması mümkün olmayan nöqsan və çatışmazlıqlar.   

67. Mədəngeofiziki dəstədə operativ nəzarətin birinci mərhələsinin vaxtında və düzgün aparılmasına kim 

cavabdehlik daşıyır? 



Cavab: Dəstə rəisi.          

68.  Mədəngeofiziki  dəstələrdə,  sahələrdə  əmək  şəraitinin  vəziyyətinə  (əməyin  mühafizəsi  məsələlərinə) 

kimlərin iştirakı ilə və hansı müddətdən bir baxılır? 



Cavab:  Bilavasitə iş rəhbəri (dəstə rəisi, sahə rəisi) Həmkarlar İttifaqı qrup işçisi ilə birlikdə ayda iki 

dəfədən az olmayaraq  əmək şəraitinin vəziyyəti ilə bağlı məsələləri fəhlə yığıncaqlarında müzakirə edir.  

69.  Dəstələrdə  və  sahələrdə  əməyin  mühafizəsi  üzrə  keçirilən  fəhlə  yığıncaqları  hansı  jurnalda 

rəsmiləşdirilir? 



Cavab:  Əmək mühafizəsi üzrə körülən işlərin uçotu jurnalında. 

70.    Dəstə  rəisi,  sahə  rəisi,  iş  rəhbəri    əmək  şəraitinin  vəziyyəti  haqqında  kimə  və  neçə  vaxtdan  bir 

informasiya verməlidir? 



Cavab:  Ayda iki dəfə. Ekspedisiya  rəisinə (ayın 15-də şifahi, növbəti ayın 1-də yazılı). 

71. Açıq havada temperat  müsbət  40

0

C   olduqda hansı təhlükəsizlik tədbirləri görülməlidir? 



Cavab:  İşçilərə tez-tez fasilə və sərin su verilməlidir.   

72. Elektrik telferi ilə işləyən zaman əsas təhlükəli amillər hansılardır? 


Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə