1. Bədbəxt hadisə nə deməkdir? Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   2   3   4   5   6   7   8   9   ...   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

 

Cavab:    Qaldırılan  yükün  düşməsi,  qaldırılan  yükün  yerdəyişməsi  zamanı  baş  verə  bilən  zədələnmələr, 



elektrik cərəyanından zədələnmələr. 

73.  Elektrik  telferindən  istifadə  edən  işçilər  üçün  əlavə  olaraq  hansı  xüsusi  geyim,  xüsusi  ayaqqabı  və 

digər fərdi mühafizə vasitələrindən istifadə nəzərdə tutulmuşdur?  



Cavab:  Heç  bir  xüsusi  geyim,  xüsusi  ayaqqabı  və  digər  fərdi  mühafizə  vasitələrindən  istifadə  nəzərdə 

tutulmamışdır.  

74.  Elektrik  açarını  (rubilniki)  işə  salmazdan  əvvəl  işçi  elektrik  telferinin  idarəetmə  pultunda  nələri 

yoxlamalıdır?  



Cavab: Telferinin idarəetmə pultunun düymələrinin  söndürülmüş vəziyyətdə olmasına.  

75. Elektrik telferi ilə işlədikdə yükü qarmağa birləşdirməzdən əvvəl (yüksüz) nələri yoxlamaq lazımdır? 

Cavab:    Elektrik  telferinin  işə  salınması  və  söndürülməsini,  yuxarı,  aşağı,  sola  və  sağa  necə  hərəkət 

etməsini,  telferin  və  qarmağın  son  uc  nöqtələrində  hərəkətləri  məhdudlaşdıran  söndürücülərin  işə 

düşməsini və əyləclərin sazlığını. 

76. Telferin qarmağında kanatlar arasında maksimal bucaq neçə dərəcədən çox olmamalıdır? 

Cavab:   90 dərəcədən.                

77. Qaldırılacaq hər hansı yükün mərkəzi oxu elektrik telferinin qarmağı ilə hansı bucaq təşkil etməlidir?   

Cavab:   90

0

.                 

78.  Qaldırılacaq  yükün  çəkisi  elektrik  telferinin  yükqaldırma  qabiliyyətinə  yaxın  olarsa  nə  etmək 

lazımdır?  



Cavab:    Yük  0,2-0,3  metr  hündürlüyə  qaldırılmalı,  mexanizmlərin  dözümlülüyü  yoxlanılmalı  və  yalnız  

bundan sonra yükü lazım olan hündürlüyə qaldırmaq lazımdır. 

79. Elektrik telferi ilə endirilən yüklə, divar və ya əşyalar arasında kimin olmasna icazə verilir?   

Cavab:  Endirilən yüklə, divar və ya əşyalar arasında heç kim olmamalıdır.  

80. Yükün üfüqi istiqamətdə yerdəyişməsi zamanı, qaldırılan yük, hərəkət istiqamətində olan əşyalardan 

ən azı neçə metr  hündürə qaldırılmalıdır? 



Cavab:   0,5 metr.           

81. Uzun ölçülü və iri qabaritli yüklərin qaldırılması, yerdəyişməsi və döndərilməsi zamanı nədən istifadə 

edilməlidir?  



Cavab:  Xüsusi kəndirdən.               

82.  Qaldırılan  və  yerdəyişmədə  olan  yükü  əvvəlcədən  hazırlanmış  yerə  qoymazdan  əvvəl  nəyə  əmin 

olmaq lazımdır?  



Cavab:  Qoyulacaq yerdə yükün aşmayacağına və sürüşməyəcəyinə. 

83.  İşin  sonunda  və  yaxud  fasilə  zamanı  yükü  elektrik  telferindən  asılı  vəziyyətdə  saxlamaq  olarmı? 

Hansı hallarda buna icazə verilir?  



Cavab:    Yükün  elektrik  telferindən  asılı  vəziyyətdə  saxlanılması  qadağandır.  Heç  bir  halda  icazə 

verilmir. 

84. Elektrik telferi ilə işləyən işçi harada dayanmalı və nəyi daim nəzarətdə saxlamalıdır?  

Cavab:    İşçi,  kanat  yığılan  barabanın  açıq  hissəsi  tərəfində  dayanmalı  və  kanatın  barabana  necə 

yığılmasını və ya barabandan necə açılmasını və yükü daim nəzarətdə saxlamalıdır.   

85. Elektrik telferi ilə nə qədər yük qaldırılmasına icazə verilir? 

Cavab:  Telferin sınağı zamanı müəyyən edilmiş çəki qədər.   

86. Telferin qarmağı son aşağı vəziyyətdə olduqda barabanda ən azı neçə dolaq (vitok) qalmalıdır? 

Cavab:  1,5 dolaq.          

87.  Dəniz  estakadalarında  işçiləri  daşıyan  avtomobillərin  hərəkət  sürəti  neçə  km/saat-dan  artıq 

olmamalıdır? 



Cavab:  25 km/saat.    


 

88.  Estakadada  adamları  daşıyan  nəqliyyat  vasitəsi  digər  nəqliyyat  vasitəsi  və  xüsusi  texnika  ilə  qarşı-

qarşıya gəldikdə yol hansı nəqliyyat vasitəsinə verilməlidir? 

Cavab:  Adamları daşıyan nəqliyyat vasitəsinə. 

89. Dəstə üzvüləri quyuya necə daşınmalıdır?   

Cavab:    Laboratoriyanın,  qaldırıcının  kabinələrində  və  xüsusi  oturacaqlarla  təchiz  edilmiş  nəqliyyat 

vasitələrində. 

90. Dəstə üzvüləri nəqliyyatın hərəkəti zamanı hansı təhlükəsizlik tələblərinə əməl etməlidir? 

Cavab: Siqaret çəkməməli, yatmamalı, nəqliyyat vasitəsi tam dayanmayınca qapını açmamalı və oradan 

çıxmamalıdır. 

91. Yükün xərəklə ən uzağı neçə metr məsafəyə daşınmasına icazə verilir? 

Cavab:  50 metr.           

92. Xərəklə yük daşıdıqda xərəkdən yükün endirilməsi komandasını hansı işçi verməlidir? 

Cavab:  Arxadakı işçi.          

93. Pilləkən və nərdivanlarda xərəklə yükü ən uzağı neçə metr məsafəyə daşımaq olar?   

Cavab:  Daşımaq qadağandır.    

94. Neçə metr hündürlüyə yüklərin əllə daşınmasına icazə verilir? 

Cavab:  3 metr.             

95. Yüklərin əllə daşınmasında hər işçiyə düşən yük neçə kiloqramdan artıq olmamalıdır?  

Cavab:  50 kq.                   

96.  Çəkisindən  asılı  olmayaraq  hansı  uzunluqdan  sonra  geofiziki  cihazlar  dəstənin  ən  azı  iki  üzvünün 

iştirakı ilə daşınmalıdır? 



Cavab:  Cihaz  2 metrdən uzun olduqda. 

97.  İstiqamətləndirici  rolikin  qaldırıcıya  əllə  yüklənməsi,  boşaldılması  dəstənin  neçə  üzvü  tərəfindən  və 

necə yerinə yetirilməlidir?   



Cavab:  Bu əməliyyatı dəstənin iki üzvü yerinə yetirməlidir. Bu zaman işçilərdən biri  carxdan, digəri isə  

həm çarxdan, həm də çarxın oxuna birləşmiş boyunduruğdan tutmalıdır.  

98.  Çəkisi  çox  yüngül  olan  geofiziki  cihazları  geofiziki  kabel  başlığına  bağladıqdan  sonra  cihazı  əllə 

qaldırıb quyuya buraxmaq olarmı?  



Cavab:  Olmaz.               

99. Karotaj işləri zamanı qaldırıcı ilə laboratoriya arasında ən azı neçə metr məsafə olmalıdır? 

Cavab:  3 metr.             

100. Quyu ağzı ilə (rotorun mərkəzi ilə) istiqamətləndirici rolik arasında üfiqi istiqamətdə ən çoxu neçə 

metr məsafə olmalıdır? 



Cavab:   2 metr.           

101. Qaldırıcı quyu ağzından ən azı neçə metr aralı yerləşdirilməlidir? 

Cavab:  30 metr.           

102. Qaldırıcı və laboratoriya quyuda necə torpaqlanmalıdır? 

Cavab:    Qaldırıcı,  və  laboratoriya  buruğun  torpaqlayıcı  konturuna  sıxıcı  vint  vasıtəsi  ilə  bağlanaraq 

torpaqlanmalıdır.  Quyuda  torpaqlayıcı  kontur  yoxdursa  qaldırıcının  və  laboratoriyanın  torpaqlama 

kabeli quyunun başmağına strupsina ilə bağlamaq lazımdır.  

103. Torpaqlama (yerləbirləşdirmə) nə deməkdir? 

Cavab:  Elektrik avadanlıqlarının və xidmətçi heyətin təhlükəsizliyini təmin etmək üçün qurğunun ayrı-

ayrı elementlərinin yerlə etibarlı birləşdirilməsi

104. Yerləbirləşdirici (torpaqlama) sistem  nədən ibarətdir? 

Cavab:  Yerləbirləşdiricidən və birləşdirici naqildən.  

105. Öz vəzifələrinə görə yerləbirləşdirmələr neçə cür olur? 

Cavab:  İşçi və mühafizə yerləbirləşdirmələri. 


Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə