1. Bədbəxt hadisə nə deməkdir? Cavab


 Hansı    gərginlikdən    sonra    dəyişən    cərəyanla    işləyən    elektrik    qurğuları    yerlə   birləşdirilməlidir?  Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   2   3   4   5   6   7   8   9   ...   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

 

106. Hansı    gərginlikdən    sonra    dəyişən    cərəyanla    işləyən    elektrik    qurğuları    yerlə  

birləşdirilməlidir? 

Cavab:    36V-dan yuxarı.           

107. Hansı gərginlikdən sonra sabit cərəyanla işləyən elektrik qurğuları yerlə birləşdirilməlidir? 

Cavab:  110V.              

108.  Hansı  gərginliklərdə  işləyən  elektrik  qurğuları  torpaqlayıcısı  (yerlə  birləşdirici)  olmadan  istismar 

edilə bilər? 



Cavab:  Dəyişən gərginliklə nominal qiyməti 36V və aşağı,  sabit gərginlikdə isə 110V və  aşağı. 

109.  36V-dan aşağı gərginliklə işləyən elektrik qurğuları hansı hallarda yerlə birləşdirilməlidir? 

Cavab:  Partlayış təhlükəsi olduqda.    

110. Elektrik qurğusunun  yerlə birləşdiriləcək bir neçə hissəsini, yerləbirləşdirmə naqilinə ardıcıl olaraq 

birləşdirmək olarmı? 



Cavab:  Olmaz.              

111. Yerləbirləşdirici naqillər nədən mühafizə olunmalıdır? 

Cavab:  Paslanmadan.               

112. Açıq uzadılmış çılpaq yerləbirləşdiricilər hansı rənglə rənglənməlidir? 

Cavab:  Qara.                   

113. Daşınan yerləbirləşdiricinin en kəsiyinin sahəsi ən azı necə mm

2

  və hansı materialdan olmalıdır?   



Cavab:  En kəsiyinin sahəsi 25 mm

2

 dən az olmayan çox damarlı, elastiki mis naqildən. 

114. Elektrik qurğularının yerləbirləşdiricilərinin müqavimətləri neçə ildən bir ölçülməlidir? 

Cavab:  Ən azı ildə bir dəfə.                 

115. Laboratoriyanın torpaqlama kabelinin müqaviməti  ən azı neçə om olmalıdır?  

Cavab:  4 om.    

116. Laboratoriya və qaldırıcının torpaqlama kabellərinin quyuda birləşdiriləcəyi yerin müqaviməti neçə 

om-dan çox olmamalıdır? 



Cavab:  10 om.    

117.  Buruğun  pilləkənləri  ilə  quyuağzı  meydançaya  qalxıb-düşən  zaman  hansı  təhlükəsizlik  tələblərinə 

əməl edilməlidir? 



Cavab: Əllər sərbəst olmalı, pilləkənin yanlarındakı tutacaqlardan iki əl ilə tutulmalıdır. Eyni zamanda 

iki nəfərin pilləkənlə yuxarı qalxması və ya aşağı düşməsi zamanı onlar arasında ən azı bir metr məsafə 

olmalıdır. 

118. Qazma quyularında çarxların (roliklərin) quyunun qəbul körpüsündən quyuağzı körpüyə qaldırılması 

və  ya  quyuağzı  meydançadan  quyunun  qəbul  körpüsünə  endirilməsi  necə  yerinə  yetirilir  və  bu  zaman 

hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir? 

Cavab: Çarxların (roliklərin) qazma quyusunun qəbul körpüsündən quyu ağzı meydançaya qaldırılması, 

quyu  ağzı  meydançadan  quyunun  qəbul  körpüsünə  endirilməsi  buruq  bucurqadı  vasitəsi  (qaldırıb-

endirmə əməliyyatını pultla idarə edən sifarişçinin nümayəndəsidir) ilə yerinə yetirilir. İşçilər çarxların 

qaldırma  və ya  endirmə  zamanı    açılmayacağına  əmin  olmalıdır.  Çarxların  qaldırılması  və  endirilməsi 

əməliyyatları zamanı quyunun qəbul körpüsündə dayanmaq qadağandır. 

119. Quyuda istiqamətləndirici çarxı (roliki) bağlayan və yuxarı asqı çarxı asan zaman hansı təhlükəsizlik 

tələblərinə əməl edilməlidir? 



Cavab:  Yuxarı çarx tal blokunun  qarmağından sırğa vasitəsi ilə asılmalı, aşağı istiqamətləndirici çarx 

isə buruğun özülünə bərkidilməlidir.    Aşağı çarxı boltla bağlayan zaman  

iki  qaykadan  istifadə  etmək  lazımdır.  Qaykaları  bağlamaq  üçün  istifadə  olunan  açarlar  qaykanın 

ölçüsünə üyğun olmalıdır.  


 

120.  İstiqamətləndirici  roliki  bağlayan  zaman  boltun  ölçüsü  28  olarsa,  dəstədə  bu ölçüdə açar  yoxdursa 

(olan açarlar 28 ölçüdən böyükdürsə) açarın ağzına əlavə dəmir lövhə qoymaq şərti ilə qaykanı bağlamaq 

olarmı?  



Cavab:  Olmaz.                        

121. Yuxarı asqı çarxı (rolik) əvəzinə buruğun tal blokunun boş çarxlarından istifadə etmək olarmı?   

Cavab:  İstifadə etmək qadağandır. 

122. Geofiziki cihazı kabel başlığına bağlamazdan əvvəl nələr bir daha yoxlanmalıdır? 

Cavab:  Yiv yerlərinin təmizliyini, kipləşdirici rezinlərin sazlığını, yağlanmasını,  kabel və kabel başlığını 

həmçinin quyu ağzı avadanlığın etibarlı bərkidilməsini. 

123. Qazma quyusunda quyuya buraxılacaq geofiziki cihaz, kabel başlığına quyunun qəbul körpüsündə, 

quyu ağzından hansı məsafədə bağlanmalıdır?  



Cavab:  Quyunun qəbul körpüsündə quyu ağzına maksimum yaxın məsafədə. 

124.Quyuda qaldırıcı və laboratoriya elektrik şəbəkəsinə nə vaxt və kim tərəfindən qoşulmalıdır? 

Cavab:    Geofiziki  avadanlıqların  montajı    başa  çatdıqdan,  qaldırıcı  və  laboratoriya  torpaqlandıqdan 

sonra buruğun elektrik montyoru tərəfindən.  

125. Quyuda laboratoriyanın və qaldırıcının elektirik və digər əlaqələndirici kabelləri yer səthindən ən azı 

hansı hündürlükdə olmalıdır? 



Cavab:   0,5 metr. 

126.  İstiqamətləndirici  və  asıqı  roliklərinin  birləşmə  yerlərinin  möhkəmliyi  geofiziki  kabeli  qıran 

qüvvədən ən azı necə dəfə çox olmalıdır? 



Cavab:  İstiqamətləndirici rolik 3dəfə, asqı roliki 4 dəfə.  

127.  İstiqamətləndirici  və  asqı  çaraxlarından  istifdə  edən  zaman  kabel  başlığına  bağlanılmış  geofiziki 

cihazı quyuya quyunun qaldırıcı mexanizmləri ilə vasitəsi qaldırıb buraxmaq olarmı? 



Cavab:  Olmaz.             

128. Quyuda geofiziki cihaza təhlükəli gərginlik nə vaxt verilməlidir? 

Cavab:  Cihazı quyuya buraxdıqdan sonra. 

129. Quyu cihazına quyuya buraxmadan gərginlik vermək zərurəti yaranarsa,   dəstə üzvləri cihazdan ən 

azı hansı təlükəsizlik məsafəsinə çəkilməlidirlər? 



Cavab:  2 metr.           

130.  Quyunun  qəbul  körpüsü  qarşısında  hazırlanmış  meydançada  qaldırıcının  saxlanıldığı  yerdən  (tələb 

olunan məsafədə saxlanılmış) quyu ağzını görmək mümkün olmazsa nə etmək lazımdır? 



Cavab:  Qaldırıcının dayandığı yeri horizontal vəziyyətə gətirmək lazımdır.  

131. Asma roliklərin asıldığı tal-blok fırlanmaya qarşı nə ilə təmin olunmalıdır? 

Cavab:  Fırlanmaya qarşı dəmir pərçim (stopr) ilə. 

132. İstiqamətləndirici roliki quyuda kanatla bağlamaq olarmı? 

Cavab:  Olmaz.           

133. İstiqamətləndirici roliklərin birləşmə yerləri ən azı neçə müddətdən bir sınaqdan keçirilməlidir? 

Cavab:  1 il.               

134. İstiqamətləndirici rolikin bağlanılma yeri ən azı neçə ton yükə davam gətirməlidir? 

Cavab:  18 ton.      

135.  Qazma  quyularında  işləyən  zaman  quyunun  açıq  lüləsində  quyu  cihazını  ən  çoxu  neçə  dəqiqə 

hərəkətsiz saxlamaq olar?  



Cavab:  2 dəqiqə.           

136. Tutulmuş zirehli kabeli azad edən zaman ona maksimum nə qədər yük vermək olar? 

Cavab:  Kabeli qırılmasına lazım olan gücün yarısı qədər. 

137. Quyuya geofiziki cihaz buraxarkən qaldırıcının bucurqadının barabanında ən azı neçə cərgə geofiziki 

kabel qalmalıdır? 




Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə