1. Bədbəxt hadisə nə deməkdir? Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   2   3   4   5   6   7   8   9   ...   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

 

Cavab:  Axırıncı cərgənin yarısından çox.           



138.  20

0

C  temperatur  və  80%  rütübətdə  1  km  təzə  geofiziki  kabelin  mərkəzi  damarı  ilə  izolyasiyası 



arasındakı elektrik müqaviməti  ən azı nə qədər olmalıdır?  

Cavab:  15 MOm.          

139.  Polad-mis  qarışıqlı  1  km  geofiziki  kabelin  mərkəzi  damarının  20

0

C  temperatur  şəraitində  elektrik 



müqaviməti neçə Om-dan çox olmamalıdır?  

Cavab:  40 Om.   

140.  Misdən  olan  1  km  geofiziki  kabelin  mərkəzi  damarının  20

0

C  temperatur  şəraitində  elektrik 



müqaviməti neçə Om-dan çox olmamalıdır?  

Cavab:  25 Om.          

141. Geofiziki kabelin zirehinin vəziyyəti necə yoxlanılır? 

Cavab:  Hər  200  km  qaçışdan  1000  km  qaçışa  qədər  geofiziki  kabelə  baxış  keçirməklə,  1000  km-dən 

sonra isə  hər 300 km qaçışdan bir  geofiziki kabelin diametrini ölçməklə. 

142. Yuyucu quyu məhlulun tərkibində aqressiv maddələr (duzlu turşular, kükürdlü hidratlar və s.) olan 

quyularda işlədikdən sonra geofiziki kabelin əlavə olaraq hansı müqaviməti yoxlanılmalıdır?  



Cavab:  Kabelin qırılma müqaviməti.      

143.  Kabel  başlığını  geofiziki  kabelə  bağlayan  zaman,  geofiziki  kabelin  hansı  zirehindən  (alt  və  üst) 

istifadə edilir? 



Cavab:  Üst zirehindən.  

144.  Geofiziki  kabeldə  zəif  qırılma  nöqtəsi  (qüvvəsi)  harada  yaradılır  və  hansı  qüvvəyə  hesablanır?  

Məqsəd nədir? 



Cavab: Kabel başlığının geofiziki kabelə birləşmə yerində kabelin qırılma qüvvəsinin 2/3-i qədər. Zərurət 

yarandıqda kabeli həmin nöqtədən qırmaq üçün. 

145. Geofiziki kabel üzərində kabel başlığından hansı məsafədə xəbərdarlıq edici nişanlar  olmalıdır ? 

Cavab:   5,  50  və 100 metr. 

146.  Kabelin hərəkəti zamanı bucurqadın  əyləc sisteminin lentlərini bərkitmək və  ya boşaltmaq olarmı?  

Nə vaxt olar? 



Cavab:  Qadağandır.  Kabelin hərəkəti dayandıqda.           

147.Hansı  hallarda  qaldırıcının  bucurqadın  zəncir  ötürməsinin  qoruyucu  örtüyü  (qapağı)  olmadan 

bucurqadı işlətmək olar?  



Cavab:  Olmaz.       

148.  Geofiziki  kabelin  quyuya  buraxılması  və  ya  quyudan  qaldırılması  zamanı  qaldırıcının  bucurqad 

şöbəsində hər hansı iş görmək olarmı? 



Cavab:  Olmaz.          

149. Quyuya   buraxılan  və   ya  quyudan qaldırılan geofiziki kabelin bir tərəfindən digər  tərəfinə necə 

keçmək lazımdır? 



Cavab:  Qaldırıcının ön tərəfindən. 

150. Geofiziki kabelin hərəkəti zamanı nələr qdağan edilir?  

Cavab:  Hərəkət edən geofiziki kabelə əl ilə toxunmaq, geofiziki kabelin üstünə əyilmək, geofiziki kabelin 

altından və ya üstündən keçmək, istiqamətləndirici çarxın istiqamətini dəyişmək və ya bərkidici boltunu 

sıxmaq, qaldırıcının bucurqad şöbəsində hər hansı bir iş görmək qadağandır. 

151.  Qoruyucu  kəmər  buraxılmış  quyularda  (su  ilə  doldurulmuş)  cihazı  ən  azı  neçə  dəqiqə  hərəkətsiz 

saxlamaq olar? 



Cavab:  İstənilən qədər.         

152.  Geofiziki  cihaz  quyunun  açıq  lüləsində  olan  zaman  laboratoriyada  baş  verən  nasazlığı  aradan 

qaldırmağa 15 dəqiqə  vaxt tələb olunarsa nə etmək lazımdır? 




10 

 

Cavab:    Cihaz  quyunun  qoruyucu  kəmər  buraxılmış  hissəinə  qaldırılmalı  və  laboratoriyada  olan 



nasazlığı aradan qaldırmaq lazımdır. 

153. Nəyə görə quyuya sürətlə buraxılan geofiziki kabeli birdən saxlamaq olmaz? 

Cavab:  Geofiziki kabel rolikdən çıxar və nəticədə kabel qırıla bilər. 

154.  Quyunun  açıq  lüləsində  iş  prosesi  zamanı  istiqamətləndirici  (vodilnik)  sınarsa,  nasazlığın  aradan 

qaldırılmasına  uzun  vaxt  tələb  olunduqda  geofiziki  kabeli  barabana  cərgə  ilə  yığmaq  üçün  dəmir 

qarmaqdan istifadə etmək olarmı? Bundan sonra işi davam etdirmək olarmı? 

Cavab:    Dəmir  qarmaqdan  istifadə  etməklə  kabeli  barabana  yığmaq  olar.  Geofiziki  kabel  barabana 

yığıldıqdan sonra istiqamətləndirici düzəldilmədən geofiziki kabeli yenidən quyuya buraxmaq olmaz. 

155.  Quyuda  cihaz  tutulduqda  gəzişmə  (qaldırıb-endirmə)  zamanı  bucurqad  ilə  quyu  arasında  yalnız 

kimin olmasına icazə verilir? 



Cavab:  Bucurqad ilə quyu arasında, həmçinin quyu ağzında heç kim olmamalıdır? 

156.  Qoruyucu  kəmər  buraxılmış  quyularda  geofiziki  tədqiqat  işlərindən  əvvəl,  quyuya  buraxılacaq 

qəlibin (şablonun) diametri qoruyucu kəmərin iç diametrindən ən azı nə qədər kiçuk olmalıdır? 



Cavab:  25mm.               

157. Qazma borularının içərisindən buraxılacaq qəlibin xarici diametri, qazma borularının iç diametrindən 

ən azı neçə mm kiçik olmalıdır?  



Cavab:  10mm.   

158. Havanın hərarəti neçə dərəcə selsidən yüksək  olduqda açıq hava şəraitində işlər dayandırılmalıdır? 

Cavab:  41

0

 .                  

159. Küləyin sürəti neçə metr/san-dən çox olduqda geofiziki işlər dayandırılmalıdır?  

Cavab:  15m/san.         

160.Elektrik lehimləyicisi ilə işə başlamazdan əvvəl nələri yoxlamaq lazımdır? 

Cavab:  Lehimləyicinin  işə  yararlı,  lehimləyici  birləşdiriləçək  rozetkanın  saz  vəziyyətdə  olmasına  əmin 

olmalı, lehimləyicinin torpaqlanmasının olmasını, elektrik naqilinin izolyasiyasının və ştepsel çəngəlinin 

yararlı olub-olmamasını yoxlamaq lazımdır. 

161.  Məftillərin  izolyasiyasını  təmizləmək  üçün  hansı  alətdən  istifadə  edilməli  və  bu  zaman  hansı 

təhlükəsizlik tələblərinə əməl edilməlidir? 



Cavab:  Xüsusi  kəsici  kəlbətindən,  belə  kəlbətin  olmadıqda  onda  bu  işi  taxta  və  ya  tekstalit  materialın 

üzərində bıçaq ilə etmək lazımdır. Bu zaman dayaq kimi əlin içindən istifadə etmək qadağandır. 

162. Hansı hallarda kollektorda hər hansı bir iş görmək qadağandır?  

Cavab:    Geofiziki  kabelin  barabandan  açılması  və  ya  barabana  yığılması  zamanı,  kollektora  birləşən 

kabeldə  elektrik  cərəyanının  olub-olmamasına  əmin  olmadıqda,  sutkanın  qaranlıq  vaxtı  işıqlanma 

olmadıqda və ya zəif olduqda, dəstə rəisinin göstərişi olmadıqda. 

163.  Qoruyucu  kəmər  buraxılmış  quyuda  hərəkətdə  olan  geofiziki  kabeldən  qırılıb  sallanmış  məftillərin 

kəsilməsi və təmiri necə yerinə yetirilir? 



Cavab:  Geofiziki  kabeldən  qırılıb  sallanan  məftilləri  kəsmək  üçün  geofiziki  kabelin  hərəkəti 

dayandırılmalı, qırılan məftillər iti kəsici kəlbətinlə kəsilməli, kəsilən yer yumşaq məftillə sonra isə izolent 

ilə sarınmalıdır.  

164.  Havanın  sıfır  dərəcədən  aşağı    temperaturlarında  quyu  ağzı  (istiqamətləndirici  rolik)  nə  ilə  təmin 

edilməlidir? 



Cavab:  İsti su və ya buxarla.          

165. Estakada da xilasetmə dairəsinin ipinin uzunluğu ən azı neçə metr olmalıdır? 

Cavab:  Estakadadan dənizə qədər olan məsafədən ən azı 2 dəfə çox.  

166.  Geofiziki  dəstə  üzvülərinin  gəmiyə  minib  düşməsi  zamanı  dəniz  platformalarının  və  estakadasının 

meydançasında ən çoxu neçə nəfər olmalıdır? 



Cavab:  2 nəfər.                   


Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə