1. Bədbəxt hadisə nə deməkdir? Cavab


 Kompüterlə işləyən işçiyə təsir edən zərərli və təhlükəli istehsalat amilləri hansılardır?  Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   2   3   4   5   6   7   8   9   10   ...   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

13 

 

202. Kompüterlə işləyən işçiyə təsir edən zərərli və təhlükəli istehsalat amilləri hansılardır? 



Cavab:  İnsan  bədənindən  keçən  elektrik  cərəyanı,    yüksək  elektromaqnit  şüalanması,  infraqırmızı 

şüalanma,  iş  sahəsinin  normalara  uyğun  işıqlandırılmaması,  iş  zonasında  rütubətin    normadan  çox 

olması,  səs-küyün normadan artıq olması, zehni gərginlik, iş zonasında hava hərəkətinin normadan az və 

ya çox olması. 

203. Manitor, gözdən aşağı və ya yuxarı səviyyədə yerləşməlidir?  Operator ekrana necə baxmalıdır? 

Cavab:    Monitorun  ekranının  üst  hissəsi  operatopun  gözünün  səviyyəsində  və  ya  bir  az  aşağıda 

yerləşməli, (ekran şaquli oxdan 10-15 dərəcə əyilməlidir.) operator ekrana yuxarıdan aşağı baxmalıdır.  

204. Kompüter avadanlıqlarını nəm əsgi ilə təmizləmək olarmı? Olarsa nə vaxt? 

Cavab:  Bütün sistemini elektrik mənbəyindən açdıqdan sonra.  

205. İşçi uzun müddətə kompüter qarşısındakı iş yerini tərk etdikdə nə etməlidir? 

Cavab:  Kompüter sistemini söndürməlidir.     

206. Kompüter qarşısında işləyən işçi özündə yorğunluq və gərginlik hiss etdikdə nə etməlidir? 

Cavab: İş rəhbərinə bu barədə xəbər verib kömpüterdən müvəqqəti aralanmalıdır. 

207. Kompüterlə fasiləsiz ən çoxu neçə saat işləmək olar? 

Cavab:  2saat.          

208.  İş  şəraiti  sanitar  norma  və  qaydalarına  uyğun  olmadıqda  əlavə  fasilənin  müddəti  neçə  faiz 

artırılmalıdır? 



Cavab:  30%.                  

209. Kompüterlə 8 saatlıq iş növbəsi ərzində I-ci iş kateqoriyası üçün hər 2saatdan bir neçə dəqiqə fasilə 

verilir? 



Cavab:  15 dəqiqə.        

210.  Kompüterlə  işləyənlərə  iş  saatının  səkkizinci  saatından  sonra,  hər  saatdan  bir  neçə  dəqiqə  fasilə 

verilməlidir? 



Cavab:  15 dəqiqə.     

211. Təbii və süni işıqlandırma kompüterə hansı istiqamətdən yönəlməlidir? 

Cavab:  Soldan.        

212. Kompüterdə işləyən adamın gözləri monitordan nə qədər aralı olmalıdır? 

Cavab:   60-70sm.        

213. Kompüterin klaviaturası masada istifadəçidən hansı məsafədə olmalıdır? 

Cavab:  10-30sm.           

214. Kompüter texnikası olan iş yerində tozun səviyyəsi bir kubmetr havada makismum neçə milliqram 

olmalıdır? 



Cavab:  0,5mq.             

215. Kompüterdə işləyən zaman gözlərinizi yormamaq üçün nə etməlisiniz? 

Cavab:  Hərdən bir manitordan kənarda uzaq bir nöqtəyə baxmalı. 

216. Kompüterin təsirindən yaranan lokal əzələ gərginliyini necə aradan qaldırmaq olar? 

Cavab:  Özünü masaj və istehsalat gimnastikası ilə. 

217. Kompüter masasının hündürlüyü nə qədər olmalıdır?  

Cavab: 60-80 sm.       

218. Kompüter istifadəçisi hansı növ stuldan istifadə etməlidir? 

Cavab:  Kürsülü fırlanan.       

219. Komrütür kürsüsünün oturacağı hansı materialdan olmalıdır? 

Cavab: Sürüşməyən, elektriklənməyən, havakeçirən, tez təmizlənən materialdan. 

220. İşçi stol  (kompüter) üzərində işıqlanma ən azı neçə lk olmalıdır? 

Cavab: Lüminses lampa ilə - 300lk,   közərmə lampa ilə - 150 lk. 

221. Kompüter kürsüsünün ən azı neçə (fırlanan hərəkət edən) ayağı olmalıdır? 


14 

 

Cavab:  5.       



222. Kompüter kürsüsündə oturan işçinin diz və ombaları hansı səviyyədə  olmalıdır? 

Cavab:  Eyni səviyyədə olmalıdır.              

223.  Manitorun düzgün yerləşdirilməməsi işçinin səhhətində hansı fəsadlar yarada bilər? 

Cavab:  Göz, bel, çiyin ağrıları.  

224. Yanğının baş verməsi üçün hansı şərait olmalıdır?  

Cavab: Yanan maddələr,  yanma mühiti,  yandırma mənbəyi. 

225. Yanğın törədə bilən mənbələr hansılardır? 

Cavab:    Açıq  alov,  elektrik  enerjisindən  qısa  qapanma,  qızdırıcı  cihazlardan  ayrılan  istilik,  mexaniki 

yolla əmələ gələn qığılcım, şimşək, öz-özünə alışan maddələr. 

226. Yanğın əleyhinə tədbirlərin əsasını nə təşkil edir? 

Cavab: Yanğın törədə biləcək mənbənin aşkar edilməsi və onun vaxtında zərərsizləşdirilməsi. 

227.  Yanğının  hansı  fazasında  ilkin  yanğınsöndürmə  vasitələri  ilə  yanğının  böyük  əraziyə  yayılmasının 

qarşısını almaq və ya söndürmək olar? 



Cavab: Yanğının ilkin başlanma anında. 

228. Qaldırıcının və ya laboratoriyanın döşəmələrini tezalışan mayelərlə silmək olarmı? 

Cavab:  Olmaz.  

229. Yanğına həssas olan yerlərə daxil olan avtonəqliyyat vasitələrinə əlavə hansı tələb olmalıdır?  

Cavab:  Nəqliyyat vasitəsinin tüstü borusuna qığılcım söndürən bağlanmalıdır. 

230. Sürtkü materialları istehsalat sahələrində necə günlük təlabat miqdarında və harada saxlanılmalıdır? 

 

Cavab:  Bir  günlük  təlabat  qədər    qapağı  olan  və  kip  bağlanan  dəmir  qutularda  dəmir  şkafda 



saxlanılmalıdır. 

231.  Ehtiyat  sürtkü-yanacaq  materialları,  daxili  yanacaq  mühərrikləri  işləyən  qurğulardan  ən  azı  neçə 

metr  məsafədə yerləşdirilməlidir. 



Cavab:  20 metr.           

232. İşçilərin iş paltarları (xüsusi paltarlar) iş yerlərində necə saxlanılmalıdır?  

Cavab:  İş paltarları xüsusi otaqlarda fərdi şkaflarda saxlanılmalıdır. Paltarların cibində yağlı əsgilər, 

silgi materialları saxlamaq qadağandır. 

233.  Yanğın  söndürən  vasitələrdən  olan  keçə  və  azbest  parçası  necə  saxlanmalı,  hansı  vaxtdan  bir 

təmizlənməlidir? 



Cavab: Qapalı dəmir futlyarlarda saxlanılmalı və hər üç aydan bir, günə verilib tozdan təmizlənməlidir. 

234. Yanğın baş verən zaman hər bir işçi hansı tədbirləri görməlidir? 

Cavab:    Təcili  telefonla  yanğın  baş  verməsi  barədə  yanğından  mühafizə  xidmətinə  xəbər  verməli, 

insanları evakuasiya etmək, yanğını söndürmək, qiymətli malları xilas etmək üçün tədbirlər görməli, öz 

həyatı üçün təhlükə hiss etdikdə ərazini tərk etməlidir.    

235. Hansı yanğın təhlükəsizlik nişanlarından istifadə edilir? 

Cavab: Qadağanedici, xəbərdaredici, göstərişverici, göstərici. 

236. Elektrik enerjisi ilə işləyən peçlərin yanında hansı yanğınsöndürmə vasitələri olmalıdır? 

Cavab: Qum yeşiyi, bel, karbonlu odsöndürən. 

237.Yanğın inventarlarından hansı hallarda istifadə etmək olar?                   

Cavab:  Fövqəladə hallar zamanı.   

238. Hansı gərginlikdən yuxarı elektrik alətlərinin gövdəsi torpaqlanmalıdır? 

Cavab:  36V.            

239.  Elektrik  işıqlandırma  zamanı  lampalar  tikinti  konstruksiyasının  səthindən  ən  azı  neçə  metr  aralı 

olmalıdır?  



Cavab:  0,2 metr.         

240. Daşınan çıraqlar hansı təhlükəsizlik tələblərinə cavab verməlidir? 


Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə