1. Bədbəxt hadisə nə deməkdir? Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

15 

 

Cavab:  Daşınan çıraqlar qoruyucu şüşə kalpaq və metal torla təchiz edilməlidir. Çırağın qidalandırıcısı 



elastik və izolyasiyası olan mis kabeldən olmalıdır.   

241. Əllə daşınan odsöndürənlər obyektlərdə necə quraşdırılmalıdır? 

Cavab:  Döşəmədən 1,5 metr hündürlükdə, istilik mənbəyindən 1,5 metr və açıq qapının kənarından 1,2 

metr aralı. 

242. Əllə daşınan köpüklü və toz halında olan odsöndürənlər hansı müddətdən bir doldurulnmalıdır? 

Cavab:  İldə 1 dəfə.               

243. Odsöndürənlərdə karbon qazının varlığını  necə yoxlayırlar?  

Cavab:  Hər üç aydan bir çəkmə yolu ilə.  

244.  Odsöndürəndə  odsöndürücü  maddənin  çəkisi  normadan  neçə  faiz  az  olduqda  onu  istismar  etmək 

qadağandır? 



Cavab:   10% .               

245. Odsöndürəndən istifadə zamanı onu alovdan neçə metr aralı tutmaq lazımdır? 

Cavab:   4 metr.  

246. Yanğını tez söndürmək məqsədi ilə odsöndürəni alovun içərisinə atmaq olarmı? 

Cavab:  Olmaz.       

247. Hansı hallarda odsöndürəni alovun içərisinə atmaq olar? 

Cavab:  Heç bir halda. 

248. Qış fəslində (havanın mənfi temperaturlarında) odsöndürənlər harada saxlanılmalıdır? 

Cavab:  İsidilən otaqda. 

249. Stasionar avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmış yerlər ilkin yanğınsöndürmə vasitələri 

ilə necə təchiz olunmalıdır? 



Cavab:  50 % .          

250. Yanğınsöndürmə alətlərinin yararlı olması hansı müddətdən bir və necə yoxlanılır? 

Cavab:  Üç ayda bir dəfə alətlərin xarici görünüşünə baxış keçirməklə. 

251. Yanğından sonra yanğınsöndürmə alətlərinin yararlı olması hansı müddətdən bir və necə yoxlanılır? 

Cavab:  Yanğından sonra dərhal yanğınsöndürmə alətlərinin xarici görünüşünə baxış keçirməklə. 

252.  Bağlı  otaqlarda,  yanğın  karbon  qazılı  odsöndürənlə  söndürüldükdən  sonra  orada  olan  adamların 

səhhətində  hansı hallar baş verə bilər?  



Cavab:  Boğulma və zəhərlənmə.               

253. Yanğna qarşı qum yeşikləri hansı boya ilə rənglənməli, üzərində hansı sözlər yazılmalıdır

Cavab: Qırmızı boya ilə rənglənməli, üzərində ağ boya ilə “Yanğın söndürmək üçün”. 

254. Yanğın söndürmək üçün istifadə olunan su çəlləyinin həcmi ən azı nə qədər olmalıdır? 

Cavab:   0,2 m

3



255. Elektrik avadanlıqlarının söndürülməsində hansı odsöndürən vasitələrdən istifadə olunur? 

Cavab:  Karbonlu odsöndürən, qum və azbest örtükdən. 

256. Könüllü yanğından mühafizə dəstələrinin vəzifələri nədən ibarətdir?   

Cavab:    Obyektdə  (ekspedisiyada)  yanğına  qarşı  rejimə  riayət  olunmasına  və  yerinə  yetirilməsinə  

nəzarət,    yanğın    rejiminə    əməl    olunmasının    vacibliyi    haqqında    işçilər  arasında  izahat  işlərinin 

aparılması,  ilkin  yanğınsöndürmə  vastələrinin  sazlığına  və  istifadəyə  hazırlığına  nəzarət,  yanğın  baş 

verdikdə  yanğın  dəstələrinin  çağırılması  və  obyektdəki  (ekspedisiyadakı)  yanğından  mühafizə  vasitələri 

ilə baş verən yanğının söndürülməsi üçün təxirə salınmaz tədbirlərin görülməsi. 

257. Könüllü yanğından mühafizə dəstəsinin məşğələləri ayda ən çoxu neçə saat keçirilir?  

Cavab:   4saat.               

258. Yanğın və fövqəladə hallar zamanı hansı nömrəyə zəng vurulur? 

Cavab:    101;   112.                

259. Köpük yanğınsöndürənlərdən nə zaman istifadə olunur?  


16 

 

Cavab:  Qələvi metallar və gərginlik altında olan elektrik qurğuları istisna olmaqla müxtəlif maddələri 



və materialları söndürmək üçün. 

260. Toz halında olan yanğınsöndürənlərdən nə zaman istifadə edilir?  

Cavab:  Neft  məhsullarında,  1000V  qədər  gərginlik  altında  olan  elektrik  qurğularında,  metallarda  və 

nəqliyyatda baş verən yanğınları söndürmək üçün. 

261. Daxili yanğın kranlarından necə istifadə edilir?  

Cavab:  Daxili  yanğın  kranı  iki  nəfər  işçi  tərəfindən  işə  salınır.  İşçilərdən  biri  elastiki  borunu  (yanğın 

şlankını) açıb yerə uzadır və  yanan yerə su vermək üçün yanğın dayağını əlində hazır saxlayır. İkinci işçi 

borunun  daxili  kranın  atqı  lüləsinə  birləşməsini  yoxlayır  və  suyun  elastik  boruya  daxil  olması  üçün 

siyirtməni açır. 

262. Keçə-Kaşma yanğınsöndürənlərindən nə zaman istifadə edilir? 

Cavab: Kiçik yanğın ocaqlarını söndürmək üçün.  

263. Yanğın zamanı qumdan nə zaman istifadə olunur?  

Cavab:  Alovu  mexaniki  surətdə  qapamaq,  yanan  və  ya  közərən  materialları  ətrafdakı  havadan  təcrid 

etmək üçün.   

264. Güclü arterial qanaxma zamanı qanaxma necə saxlanılmalıdır? 

Cavab:  Damarın yuxarı hissəsindən barmaqla, yumruqla sıxmaq,  jqut bağlamaq yolu ilə. 

265.  Qanaxmanı  saxlamaq  üçün  neçə  saatdan  bir  ətrafa  bağlanmış  jqutu  (neçə  dəqiqəlik)  açıb  qan 

dövranını bərpa etmək lazımdır?  



Cavab:  Hər saatdan bir 5-10 dəqiqə.    

266. Estakada da xilasetmə dairəsinin ipinin uzunluğu ən azı neçə metr olmalıdır? 

Cavab:  Estakadadan dənizə qədər olan məsafədən ən azı 2 dəfə çox.  

267. Üfürülən xilasetmə gödəkçələri hansı müddətdən bir yoxlanılmalıdır? 

Cavab: Hər il.    

268. Huşun itirilməsi zamanı ilk tibbi yardım göstərmək qaydası necədir? 

Cavab:  Zərərçəkəni  təmiz  hava  axını  ilə  təmin  etməli,  rahat  nəfəs  almasını  çətinləşdirən  geyimlərdən 

azad etməli, üzünə su çiləməli, naşatır spirti iylətmək lazımdır. Nəfəsalma kəsilibsə zərərçəkənə təcili süni 

nəfəs vermək lazımdır. 

269.  Dəm  qazından,  benzin  buxarından  və  təbii  qazdan  zəhərlənmə  zamanı  ilk  tibbi  yardım  göstərmək 

qaydası necədir? 



Cavab:    Zərərçəkəni  təcili  təmiz  havaya  çıxarıb  yerə  uzadmalı  (başı  aşağı,  ayaqları  bir  qədər  yuxarı) 

içməyə süd vermək lazımdır. 

270. Gün vurması zamanı ilk tibbi yardım göstərmək qaydası necədir?  

Cavab:  Zərərçəkəni  təmiz  havaya  çıxartmalı,  əgər  huşu  özündədirsə  onu  arxası  üstə  uzadıb  ayaqlarını  

20-30 sm  yuxarı  qaldırmalı, yaş döşək ağına bükməli,  ürək və baş nahiyəsinə soyuq kompres qoymalı, 

hər on dəqiqədən bir ona  yarım stəkan duzlaşdırılmış su verilməlidir. 

271. Baş gicəllənməsi zamanı ilk tibbi yardım necə göstərilir? 

Cavab:  Zərərçəkəni  başı  aşağı,  ayaqları  bir  balaca  yuxarı  qaldırılmış  vəziyyətdə  uzatmaq,  içməyə  su 

vermək və naşatır spirti iylətmək lazımdır.  

272. Ürək bulanması zamanı ilk tibbi yardım necə göstərilir? 

Cavab:  Zərərçəkəni  başı  aşağı,  ayaqları  bir  balaca  yuxarı  qaldırılmış  vəziyyətdə  uzatmalı,  içməyə  su 

vermək və naşatır spirti iylətmək lazımdır.  

273. Göz qabağının qaralması zamanı ilk tibbi yardım necə göstərilir? 

Cavab:  Zərərçəkəni  başı  aşağı,  ayaqları  bir  balaca  yuxarı  qaldırılmış  vəziyyətdə  uzatmalı,  içməyə  su 

vermək və naşatır spirti iylətmək lazımdır.  

274.  Ətraf  mühitin  temperaturunun  aşağı  olması  nəticəsində  donvurma  zamanı  (dəridə  qabarcıqlar  və 

qaralma olmadıqda) zamanı ilk tibbi yardım göstərmək qaydası necədir? 




Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə