1. Bədbəxt hadisə nə deməkdir? Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   ...   6   7   8   9   10   11   12   13   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

17 

 

Cavab: Donan hissəsini quru mahlıc, yun əlcəklə qızarana qədər ovxalamaq lazımdır. Donmuş ətrafı ilıq 



suya qoyun.  20-30 dəqiqə ərzində temperaturu 20



S-dən 40



S-yə  qədər qaldırin.  Bundan sonra donan 

hissəni piy (yağ, borlu maz) ilə yağlamaq və isti şal və ya yun şərflə sarımaq lazımdır. 

275.  Mayeləşdirilmiş  karbohidrogen  qazların  təsiri  nəticəsində  donvurma  zamanı (dəridə  qabarcıqlar  və 

qaralma olmadıqda) ilk tibbi yardım göstərmək qaydası necədir? 



Cavab: Donan hissəni güclü su axını ilə yumalı və yanığa qarşı maz sürtməli. 

276. Qabırğa sınığı zamanı ilk tibbi yardım göstərmək qaydası necədir? 

Cavab:  Zərərçəkən  nəfəsini  buraxan  anda  onun  sinəsini  bint  və  ya  dəsmalla  möhkəm  sıxıb  bağlamaq 

lazımdır.  Ağrıları  azaltmaq  və  öskürəyi  kəsmək  üçün  zərəçəkənə  analgin,  amidopirin  həbləri  verin. 

Oturaq vəziyyətdə zərəçəkəni həkimə çatdırın. 

277. Dəriyə daxil olan hər hansı bir yad əşyanı çıxaran zaman ilk tibbi yardım necə göstərilir? 

Cavab:  Əşyanı  dərhal  çıxarmağa  səy  göstərməyin.  Tam  əmin  olduqda  ki  siz    həmin  əşyanı  ağrısız  tam 

çıxara biləcəksiz ancaq onda bunu etməyə çalışın. Əşyanı çıxartdıqdan  sonra həmin yerə  yod sürtüb, 

üstünə steril  sarğı qoyun. 

278. Gözə düşən hər hansı bir əşyanı (əşya gözün almasına keçməyibsə) çıxaran zaman ilk tibbi yardım 

necə göstərilir? 



Cavab:  Əşyanı  çıxartmaq  üçün  gözü  bor  turşusu  və  ya  təmiz  su  ilə  yumaq  lazımdır.  Yuyulma,  gözün 

gicgaha tərəf olan hissəsindən buruna tərəf olmalıdır.  

279. Gözə düşən hər hansı bir əşya gözün almasına keçibsə ilk tibbi yardım necə göstərilir? 

Cavab: Əşya gözün almasına keçibsə təcili həkimə müraciət etmək lazımdır.  

280. Gözə kimyəvi maddə düşdükdə ilk tibbi yardım necə göstərilir? 

Cavab: Zərərçəkənin gözlərini ən azı 15-30 dəqiqə təmiz su ilə yumaq lazımdır. Bunun üçün zərəçəkən 

başını  içərisində  su  olan  qaba  tərəf  əyməli  gözlərini  yumalıdır.  O,  gözlərini  qabda  olan  suda  açıb-

bağlamalı və göz almalarını müxtəlif istiqamətlərdə hərəkət etdirməlidir.   

281. Yuxarı göz qapağına düşən yad cismi gözdən kənar etmək necə həyata keçirilir? 

Cavab: Göz qapağını çevirmək lazımdır. Bunun üçün zərərçəkəndən aşağı baxmağı xahiş edin, sağ əlin 

iki  barmağı  ilə  yuxarı  göz  qapağını  tutub  onu  qabağa  və  aşağı  çəkməklə  sol  əlin  baş  barmağı  ilə  göz 

qapağının üst hissəsindən onu (yad cismi) aşağıdan yuxarı qaldırın. 

282. Yanıq nədir? 

Cavab:  Kimyəvi, termiki, elektrik və radiyasiyanın təsiri nəticəsində toxumaların zədələnməsi. 

283. Hansı yanıqlara termiki yanıqlar deyilir?  

Cavab:  Bədənə  yüksək  temperaturun  (alov,  qaynar  su,  yanan  və  isti  maddə)  bilavasitə  təsir  etməsi 

nəticəsində yaranan yanıqlara - termiki yanıqlar deyilir. 

284. Termiki yanıqlar neçə qrupa bölünür? 

Cavab:   4.                    

285. Əgər işçinin barmaqları yanmışsa zərərçəkənə ilk tibbi yardım necə göstərilməlidir? 

Cavab: Bu zaman zərərçəkənin barmaqları arasına tənzif qoyulmalıdır. 

286. Əl yanığı zamanı saat və bəzək əşyaları çıxarılmalıdırmı?  

Cavab:  Çıxarılmalıdır.  

287. Yanıq zamanı immobilizasiya tədbirləri vaxtı bədənin vəziyyəti necə olmalıdır? 

Cavab:  İmmobilizasiya vaxtı dəri maksimum dartılmış vəziyyətdə olmalıdır. 

288. Əgər dirsək nahiyəsinin iç səthi yanımışsa qol necə fiksasiya olunmalıdır? 

Cavab:  Bu zaman qol bükülmədən fiksasiya olunmalıdır. 

289. Əgər dirsək nahiyəsinin arxa səthi yanmşsa qol necə fiksasiya olunmalıdır? 

Cavab:  Bu zaman qol bükülüb fiksasiya olunmalıdır. 

290. Əgər əlin arxa hissəsi yanmışsa əl necə fiksasiya olunmalıdır? 


18 

 

Cavab:    Bu  zaman  bilək  və  barmaqlar  maksimum  dərəcədə  içəriyə  doğru  əyilmiş  halda  fiksasiya 



edilməlidir.  

291. Əgər əlin iç hissəsi yanmışsa əl necə fiksasiya olunmalıdır? 

Cavab:    Bu  zaman  bilək  və  barmaqlar  maksimum  dərəcədə  xaricə  (açılmış)  doğru  əyilmiş  vəziyyətdə 

fiksasiya edilməlidir.  

292. Geniş (dərin) yanıqlar zamanı hərarəti aşağı salmaq üçün dərini yumaq olarmı? 

Cavab:  Olmaz. 

293. Gözün elektrik qövsü ilə yanması zamanı necə ilk tibbi yardım göstərilir? 

 

Cavab:  Gözü bor tutşusu ilə kompres edib təcili həkimə çatdırmaq lazımdır. 



294.  Buxardan,  elektrik  qövsündən,  isti  qətrandan,  konifoldan  dəridə  əmələ  gələn  yanıqlara  ilk  tibbi 

yardım eyni, yoxsa  müxtəlif cür göstərilir? 



Cavab:  Eyni qaydada.         

295.  Cərəyan    vurmuş    adamın    əlindən    gərginlik    altında    olan    cərəyan    naqilini    ayırmaq  üçün  ilk 

növbədə nə etmək lazımdır?   



Cavab: Elektrik  dövrəsini açmaq  və  ya  naqili  kəsmək  lazımdır. 

296. Elektrik cərəyanı vuran insanın həyatını xilas etməyin əsas effekti nədən asılıdır?   

Cavab:  Zərərçəkəni  vaxtında  elektrik  cərəyandan  azad  etməkdən  və  ilk  tibbi  yardımın  düzgün 

göstərilməsindən asılıdır. 

297.  Gərginlik altında olan adamı (elektrik cərəyanını söndürmək və  ya kəsmək mümkün olmadıqda və 

gərginlik altında olan naqili zərərçəkəndən aralamaq üçün hər hansı vasitə olmadıqda) gərginlik altından 

necə azad etmək olar?  

Cavab:  Zərərçəkənin paltarının quru (bədənindən aralı) yerindən bir əllə tutub dartmaqla.   

298.  Əgər  gərginlik  altında  olan  zərərçəkən  hündürlükdədirsə  onu  elektrik cərəyanından  azad  etməzdən 

əvvəl hansı tədbiri görmək lazımdır? 



Cavab:  Onun təhlükəsiz yerə düşməsini. 

299.  Elektrik  cərəyanından  azad  edilmiş  adam  huşunu  itirməyibsə  ona  necə  ilk  tibbi  yardım 

göstərilməlidir? 



Cavab:    Zərərçəkəni  rahat  yerə  uzatmalı,  üstünü  örtməli,  həkim  gələnə  qədər  sakit  şərait  yaratmalı, 

nəbzinə və nəfəs almasına nəzarət edilməlidir.  

300.  Elektrik  cərəyanından  azad  edilmiş  zərərçəkən  huşunu  itiribsə,  ona  necə  ilk  tibbi  yardım 

göstərilməlidir? 



Cavab:  Zərərçəkəni düz və rahat yerə uzatmalı, yaxasını açmalı, onu təmiz hava axını ilə təmin etməli, 

naşatır spirti iylətməli, üzünə su səpməli və tam sakitlik yaradılmalıdır. 

301. Elektrik cərəyanından azad edilmiş zərərçəkənin nəbzi vurmursa, nəfəs almırsa və ya o çox çətin və 

gec-gec nəfəs alırsa, iflic vəziyyətindədirsə ona necə ilk tibbi yardım göstərmək lazımdır?  



Cavab:  Zərərçəkəni düz və rahat yerə uzatmalı, dəqiqədə 16-20 dəfə süni nəfəs verməli və ürəyini masaj 

etmək lazımdır. 

302. Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk tibbi yardım göstərmək ardıcıllığı doğrudurmu? 

Cavab:  Cərəyanı  söndürməli,  zərərçəkənin  ürək  döyünmələrini  çox  diqqətlə  dinləməli,  təcili  yardım 

çağırmalı, zərərçəkəni xəstəxananın kardioloji şobəsinə yerləşdirməli. 

303. Süni nəfəs vermənin hansı üsulları var? 

Cavab:  Ağızdan-ağıza və  ağızdan-buruna.           

304. Zərərçəkənə süni nəfəs vermək necə həyata keçirilir?  

Cavab:  Zərərçəkən bərk yerə elə uzadılır ki, nəfəs yolları açıq olsun. Zərəçəkənin ağızdan yad cisimləri 

çıxarın.  Aşağı  çənəni  qabağa  çəkin.  Zərərçəkənin  burnunu  iki  barmaqla  tutun  və  dərindən  nəfəs  alın. 

Zərərçəkənin dodaqlarını ağzınıza alın və 2 dəfə dərindən nəfəs verin. Sonra 2 əllə 10 dəfə zərərçəkənin 

döş qəfəsini basın. 


Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə