3
Cavab: Bilavasitə iş rəhbəri.
37. Növbədənkənar təlimat nə vaxt keçirilir?
Cavab: Vaxtdan aslı olmayaraq istehsalat zərurəti yarandıqda.
38. Növbədənkənar təlimatlandırmanın proqramı (sualların siyahısı), ilkin təlimatlandırmanın proqramı
ilə eynidirmi?
Cavab: Növbədənkənar təlimatlandırmanın proqramını tərtib edərkən ilkin təlimatlandırma proqramının
yalnız növbədənkənar təlimatın keçirilməsi səbəbi ilə bağlı hissəsindən istifadə edilməlidir.
39. Növbədənkənar təlimatlandırma müəssisənin yalnız bir ekspedisiyasında keçiriləcəksə, onda
təlimatlandırma proqramı kim tərəfindən hazırlanmalıdır?
Cavab: Təlimatlandırma proqramı həmin ekspedisiyanın rəhbərliyi tərəfindən hazırlanır, əməyin
mühafizəsi xidməti ilə razılaşdırılır.
40. Hansı hallarda fəhlələrə birdəfəlik (cari) təlimat keçirilir?
Cavab: Onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirdikdə.
41. Fəhlələrə birdəfəlik təlimatı kim keçməlidir?
Cavab: İşin məsul rəhbəri.
42.Birdəfəlik təlimatın qeydiyyatı hansı jurnalda aparılır?
Cavab: İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması jurnalında.
43. Əməyin təhlükəsizliyi üzrə təlimatlara ən geci neçə vaxtdan bir yenidən baxılmalıdır?
Cavab: 5 ildən bir.
44. Əməyin mühafizəsi üzrə təlimatların fəaliyyət müddəti nə qədərdir?
Cavab: 5 il.
45. Müəsissələrdə təlimatları kim hazırlamalıdır?
Cavab: Sex, sahə, xidmət, qurğu, şöbə rəisləri, onların müavinləri.
46. Təlimatlarin keçirilməsi proqramına neçə ildən bir baxılmalıdır?
Cavab: 5 ildə bir dəfə.
47. Geofizika və geologiya İdarəsinin
mühəndis-texniki işçilərinə vaxtaşırı təlimat hansı vaxtdan bir
keçirilir?
Cavab: Mühəndis-texniki işçilərə vaxtaşırı təlimat keçirilmir.
48. Hər hansı bir səbəbdən müəyyən (məs: məzuniyyətdə olan) edilmiş gündə təlimat keçilməyən işçiyə
vaxtaşırı təlimat nə vaxt keçirilməlidir?
Cavab: İşə çıxan gün təlimatlandırılmalıdır.
49. Fəhlələrin bədbəxt hadisələr haqqında informasiyalarla tanış edilməsi hansı jurnalda rəsmiləşdirilir?
Cavab: İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması jurnalında.
50. Fəhlələrin əmək mühafizəsi məsələləri üzrə əmrlərlə tanış edilməsi hansı jurnalda rəsmiləşdirilir?
Cavab: İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması jurnalında.
51. Fəhlələrin biliklərinin yoxlanılması xarakterinə və vaxtına görə neçə yerə bölünür?
Cavab: Üç yerə bölünür. İlkin, vaxtaşırı, növədənkənar.
52.Bərk xilasetmə gödəkçələri neçə ən azı neçə ildən bir yoxlanılır?
Cavab: 5 ildən bir.
53. Fəhlələrin biliklərini yoxlamaq üçün suallar kim tərəfindən hazırlanmalıdır?
Cavab: Sualları mütəxəssislər və sex rəhbərliyi birlikdə hazırlayır, əməyin mühafizə xidməti ilə
razılaşdırılır, baş mühəndis tərəfindən təsdiq edilir.
54. Yoxlama zamanı təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi qiymətləndirilmiş işçini sərbəst işə
buraxmaq olarmı?
Cavab: Olmaz.
55. Təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi qiymətləndirilmiş fəhlənin təkrar olaraq biliyi hansı
vaxtdan sonra yenidən yoxlanmalıdır?
4
Cavab: İşçi əlavə təlim keçməli və 2 həftə ərzində biliyi təkrar yoxlanılmalıdır.
56. Təhlükəsizlik texnikası tələbləri üzrə biliyi qeyri-kafi qiymətləndirilmiş fəhlənin, təkrar yoxlama
zamanı da biliyi yenidən qeyri-kafi qiymətləndirildikdə hansı tədbir görülməlidir?
Cavab: Fəhlə işdən kənarlaşdırılmalıdır.
57. Dəstə rəislərinin, dəstənin geofizik və texniklərinin “Təhlükəsizlik texnikası qaydaları üzrə
biliklərinin yoxlanması” ilk dəfə nə vaxt yoxlanılır?
Cavab: Sərbəst işə buraxılmazdan əvvəl.
58. Mədəngeofiziki dəstənin geofizikinin təhlükəsizlik texnikası üzrə biliyi neçə ildən bir yoxlanmalıdır?
Cavab: İldə azı bir dəfə.
59. Mədəngeofiziki dəstələrdə və sahələrdə çalışan MTİ-lərin bilikləri neçə ildən bir yoxlanılmalıdır?
Cavab: Ən azı ildə bir dəfə.
60. İşçi biliyinin yoxlanması gününün tarixi haqqında neçə həftə qabaqcadan xəbərdar
edilməlidir?
Cavab: 2 həftə.
61. Mədəngeofizika İdarəsində işləyən fəhlənin işində neçə ay fasilə olduqda onun təhlükəsizlik qaydaları
üzrə biliyi yenidən yoxlanılmalıdır?
Cavab: 6 ay.
62. Müəssisədə əmək şəraitinin vəziyyətinə nəzarət neçə mərhələdən ibarətdir?
Cavab: 3.
63. Əmək şəraitinin vəziyyətinə nəzarətin birinci mərhələsini kim həyata keçirməlidir?
Cavab: Bilavasitə işin rəhbərləri.
64. Dəstə rəisi əmək şəraitinin vəziyyətinə nəzarətin birinci mərhələsini kimin iştirakı ilə həyata
keçirməlidir?
Cavab: Dəstənin ictimai müfəttişi ilə.
65. İş rəhbəri yoxlama zamanı noqsanlar və çatışmazlıqlar aşkar etdikdə bunu hansı jurnalda qeyd
etməlidir?
Cavab: Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalında.
66. Birinci mərhələnin yoxlamaları zamanı hansı hallarda noqsan və çatışmazlıqlar “Əmək şəraitinin
vəziyyətinin yoxlanması” jurnalında qeyd olunur?
Cavab: Aradan qaldırılması mümkün olmayan nöqsan və çatışmazlıqlar.
67. Mədəngeofiziki dəstədə operativ nəzarətin birinci mərhələsinin vaxtında və düzgün aparılmasına kim
cavabdehlik daşıyır?
Cavab: Dəstə rəisi.
68. Mədəngeofiziki dəstələrdə, sahələrdə əmək şəraitinin vəziyyətinə (əməyin mühafizəsi məsələlərinə)
kimlərin iştirakı ilə və hansı müddətdən bir baxılır?
Cavab: Bilavasitə iş rəhbəri (dəstə rəisi, sahə rəisi) Həmkarlar İttifaqı qrup işçisi ilə birlikdə ayda iki
dəfədən az olmayaraq əmək şəraitinin vəziyyəti ilə bağlı məsələləri fəhlə yığıncaqlarında müzakirə edir.
69. Dəstələrdə və sahələrdə əməyin mühafizəsi üzrə keçirilən fəhlə yığıncaqları hansı jurnalda
rəsmiləşdirilir?
Cavab: Əmək mühafizəsi üzrə körülən işlərin uçotu jurnalında.
70. Dəstə rəisi, sahə rəisi, iş rəhbəri əmək şəraitinin vəziyyəti haqqında kimə və neçə vaxtdan bir
informasiya verməlidir?
Cavab: Ayda iki dəfə. Ekspedisiya rəisinə (ayın 15-də şifahi, növbəti ayın 1-də yazılı).
71. Açıq havada temperat müsbət 40
0
C olduqda hansı təhlükəsizlik tədbirləri görülməlidir?
Cavab: İşçilərə tez-tez fasilə və sərin su verilməlidir.
72. Elektrik telferi ilə işləyən zaman əsas təhlükəli amillər hansılardır?