9
Cavab: Axırıncı cərgənin yarısından çox.
138. 20
0
C temperatur və 80% rütübətdə 1 km təzə geofiziki kabelin mərkəzi damarı ilə izolyasiyası
arasındakı elektrik müqaviməti ən azı nə qədər olmalıdır?
Cavab: 15 MOm.
139. Polad-mis qarışıqlı 1 km geofiziki kabelin mərkəzi damarının 20
0
C temperatur şəraitində elektrik
müqaviməti neçə Om-dan çox olmamalıdır?
Cavab: 40 Om.
140. Misdən olan 1 km geofiziki kabelin mərkəzi damarının 20
0
C temperatur şəraitində elektrik
müqaviməti neçə Om-dan çox olmamalıdır?
Cavab: 25 Om.
141. Geofiziki kabelin zirehinin vəziyyəti necə yoxlanılır?
Cavab: Hər 200 km qaçışdan 1000 km qaçışa qədər geofiziki kabelə baxış keçirməklə, 1000 km-dən
sonra isə hər 300 km qaçışdan bir geofiziki kabelin diametrini ölçməklə.
142. Yuyucu quyu məhlulun tərkibində aqressiv maddələr (duzlu turşular, kükürdlü hidratlar və s.) olan
quyularda işlədikdən sonra geofiziki kabelin əlavə olaraq hansı müqaviməti yoxlanılmalıdır?
Cavab: Kabelin qırılma müqaviməti.
143. Kabel başlığını geofiziki kabelə bağlayan zaman, geofiziki kabelin hansı zirehindən (alt və üst)
istifadə edilir?
Cavab: Üst zirehindən.
144. Geofiziki kabeldə zəif qırılma nöqtəsi (qüvvəsi) harada yaradılır və hansı qüvvəyə hesablanır?
Məqsəd nədir?
Cavab: Kabel başlığının geofiziki kabelə birləşmə yerində kabelin qırılma qüvvəsinin 2/3-i qədər. Zərurət
yarandıqda kabeli həmin nöqtədən qırmaq üçün.
145. Geofiziki kabel üzərində kabel başlığından hansı məsafədə xəbərdarlıq edici nişanlar olmalıdır ?
Cavab: 5, 50 və 100 metr.
146. Kabelin hərəkəti zamanı bucurqadın əyləc sisteminin lentlərini bərkitmək və ya boşaltmaq olarmı?
Nə vaxt olar?
Cavab: Qadağandır. Kabelin hərəkəti dayandıqda.
147.Hansı hallarda qaldırıcının
bucurqadın zəncir ötürməsinin qoruyucu örtüyü (qapağı) olmadan
bucurqadı işlətmək olar?
Cavab: Olmaz.
148. Geofiziki kabelin quyuya buraxılması və ya quyudan qaldırılması zamanı qaldırıcının bucurqad
şöbəsində hər hansı iş görmək olarmı?
Cavab: Olmaz.
149. Quyuya buraxılan və ya quyudan qaldırılan geofiziki kabelin bir tərəfindən digər tərəfinə necə
keçmək lazımdır?
Cavab: Qaldırıcının ön tərəfindən.
150. Geofiziki kabelin hərəkəti zamanı nələr qdağan edilir?
Cavab: Hərəkət edən geofiziki kabelə əl ilə toxunmaq, geofiziki kabelin üstünə əyilmək, geofiziki kabelin
altından və ya üstündən keçmək, istiqamətləndirici çarxın istiqamətini dəyişmək və ya bərkidici boltunu
sıxmaq, qaldırıcının bucurqad şöbəsində hər hansı bir iş görmək qadağandır.
151. Qoruyucu kəmər buraxılmış quyularda (su ilə doldurulmuş) cihazı ən azı neçə dəqiqə hərəkətsiz
saxlamaq olar?
Cavab: İstənilən qədər.
152. Geofiziki cihaz quyunun açıq lüləsində olan zaman laboratoriyada baş verən nasazlığı aradan
qaldırmağa 15 dəqiqə vaxt tələb olunarsa nə etmək lazımdır?
10
Cavab: Cihaz quyunun qoruyucu kəmər buraxılmış hissəinə qaldırılmalı və laboratoriyada olan
nasazlığı aradan qaldırmaq lazımdır.
153. Nəyə görə quyuya sürətlə buraxılan geofiziki kabeli birdən saxlamaq olmaz?
Cavab: Geofiziki kabel rolikdən çıxar və nəticədə kabel qırıla bilər.
154. Quyunun açıq lüləsində iş prosesi zamanı istiqamətləndirici (vodilnik) sınarsa, nasazlığın aradan
qaldırılmasına uzun vaxt tələb olunduqda geofiziki kabeli barabana cərgə ilə yığmaq üçün dəmir
qarmaqdan istifadə etmək olarmı? Bundan sonra işi davam etdirmək olarmı?
Cavab: Dəmir qarmaqdan istifadə etməklə kabeli barabana yığmaq olar. Geofiziki kabel barabana
yığıldıqdan sonra istiqamətləndirici düzəldilmədən geofiziki kabeli yenidən quyuya buraxmaq olmaz.
155. Quyuda cihaz tutulduqda gəzişmə (qaldırıb-endirmə) zamanı bucurqad ilə quyu arasında yalnız
kimin olmasına icazə verilir?
Cavab: Bucurqad ilə quyu arasında, həmçinin quyu ağzında heç kim olmamalıdır?
156. Qoruyucu kəmər buraxılmış quyularda geofiziki tədqiqat işlərindən əvvəl, quyuya buraxılacaq
qəlibin (şablonun) diametri qoruyucu kəmərin iç diametrindən ən azı nə qədər kiçuk olmalıdır?
Cavab: 25mm.
157. Qazma borularının içərisindən buraxılacaq qəlibin xarici diametri, qazma borularının iç diametrindən
ən azı neçə mm kiçik olmalıdır?
Cavab: 10mm.
158. Havanın hərarəti neçə dərəcə selsidən yüksək olduqda açıq hava şəraitində işlər dayandırılmalıdır?
Cavab: 41
0
.
159. Küləyin sürəti neçə metr/san-dən çox olduqda geofiziki işlər dayandırılmalıdır?
Cavab: 15m/san.
160.Elektrik lehimləyicisi ilə işə başlamazdan əvvəl nələri yoxlamaq lazımdır?
Cavab: Lehimləyicinin işə yararlı, lehimləyici birləşdiriləçək rozetkanın saz vəziyyətdə olmasına əmin
olmalı, lehimləyicinin torpaqlanmasının olmasını, elektrik naqilinin izolyasiyasının və ştepsel çəngəlinin
yararlı olub-olmamasını yoxlamaq lazımdır.
161. Məftillərin izolyasiyasını təmizləmək üçün hansı alətdən istifadə edilməli və bu zaman hansı
təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: Xüsusi kəsici kəlbətindən, belə kəlbətin olmadıqda onda bu işi taxta və ya tekstalit materialın
üzərində bıçaq ilə etmək lazımdır. Bu zaman dayaq kimi əlin içindən istifadə etmək qadağandır.
162. Hansı hallarda kollektorda hər hansı bir iş görmək qadağandır?
Cavab: Geofiziki kabelin barabandan açılması və ya barabana yığılması zamanı, kollektora birləşən
kabeldə elektrik cərəyanının olub-olmamasına əmin olmadıqda, sutkanın qaranlıq vaxtı işıqlanma
olmadıqda və ya zəif olduqda, dəstə rəisinin göstərişi olmadıqda.
163. Qoruyucu kəmər buraxılmış quyuda hərəkətdə olan geofiziki kabeldən qırılıb sallanmış məftillərin
kəsilməsi və təmiri necə yerinə yetirilir?
Cavab: Geofiziki kabeldən qırılıb sallanan məftilləri kəsmək üçün geofiziki kabelin hərəkəti
dayandırılmalı, qırılan məftillər iti kəsici kəlbətinlə kəsilməli, kəsilən yer yumşaq məftillə sonra isə izolent
ilə sarınmalıdır.
164. Havanın sıfır dərəcədən aşağı temperaturlarında quyu ağzı (istiqamətləndirici rolik) nə ilə təmin
edilməlidir?
Cavab: İsti su və ya buxarla.
165. Estakada da xilasetmə dairəsinin ipinin uzunluğu ən azı neçə metr olmalıdır?
Cavab: Estakadadan dənizə qədər olan məsafədən ən azı 2 dəfə çox.
166. Geofiziki dəstə üzvülərinin gəmiyə minib düşməsi zamanı dəniz platformalarının və estakadasının
meydançasında ən çoxu neçə nəfər olmalıdır?
Cavab: 2 nəfər.