27
Cavab: 1metr/san.
442. Gövdəli perfaratorun quyuya maksimal buraxılma sürəti nə qədərdir?
Cavab: 2 metr/san.
443. Gövdəsiz perfaratorun quyuya maksimal buraxılma sürəti nə qədərdir?
Cavab: 1 metr/san.
444. Perforatorun reperdən perforasiya intervalına qədər maksimal buraxılma sürəti ən çoxu neçə
metr/saat olmalıdır?
Cavab: 500 metr/saat.
445. ПР-43, ПР-54 tipli perforatorların maksimal buraxılma sürətləri nə qədərdir?
Cavab: 4000 metr/saat.
446. Atılmamış ПКС-80 tipli perforatorun quyudan maksimal qaldırılma sürəti nə qədərdir?
Cavab: 1500 metr/saat.
447. Atılmayan gövdəli partlayış-deşmə aparatının quyudan maksimal qaldırılma sürəti nə nədərdir?
Cavab: 3600 metr/saat.
448. Atılmayan torpedin quyudan qaldırılma sürəti nə qədərdir?
Cavab: 1000 metr/saat.
449. Sutkanın qaranlıq vaxtı təhlükəli zonanın közərmə lampaları ilə işıqlanması neçə lk
olmalıdır?
Cavab: 5 lk.
450. Sutkanın qaranlıq vaxtı istiqamətləndirici rolikin bağlanma yerinin közərmə lampaları ilə işıqlanması
neçə lk olmalıdır?
Cavab: 50 lk.
451. Sutkanın qaranlıq vaxtı asma rolikin közərmə lampaları ilə işıqlanması neçə lk olmalıdır?
Cavab: 20 lk.
452. Sutkanın qaranlıq vaxtı cərəyan və birləşdirici kabellərin keçdiyi yerlərin közərmə lampaları ilə
işıqlanması neçə lk olmalıdır?
Cavab: 20 lk.
453. Partlayış-atma işləri zamanı sutkanın qaranlıq vaxtı iş yerlərini təhlükəli zonanın daxilindən
işıqlandırmaq olarmı?
Cavab: Olar. Amma bir şərtlə ki, bu zaman işıqlanma 36V-dan artıq olmamalı, lampalar plafonun
içərisində olmalıdır.
454. Partlayış-atma işləri zamanı sutkanın qaranlıq vaxtı iş yerlərini (təhlükəli zonanı) 220V-projektorla
işıqlandırmaq olarmı? Olarsa necə?
Cavab: 220V-projektorla işıqlandırmaq olar. Amma bir şərtlə ki, bu zaman işıqlandırma təhlükəli
zonanın kənarından aparılsın və işıq şüaları birbaşa işçilərin gözlərinə düşməsin.
455. Partladıcı maşının açarı kimdə olmalıdır?
Cavab: Partladıcının vahid kitabçasına malik karotajçıda.
456. Əgər dəstədə iki partladıcı (karotajçı) olarsa partlayıcı materiallara cavabdehlik kim daşımalıdır?
Cavab: PM anbarından partlayıcı materialları alan partladıcı (karotayçı).
457. Perforasiya işləri zamanı quyuda mayenin səviyyəsi necə olmalıdır?
Cavab: Quyu ağzına qədər maye ilə dolu olmalıdır.
458. Partlayış-atma aparatları yığılmış yerdə hansı təhlükəsizlik nişanı asılmalıdır?
Cavab: “Təhlükəlidir”.
459. Perforatoru quyuya buraxdıqdan sonra ildırım çaxarsa nə etmək lazımdır?
Cavab: Perforatoru lazımı intervala buraxıb (əgər mümkündürsə) atmaq lazımdır.
460. Perforasiya zamanı fontan olduqda siyirtməni uzaqdan bağlamaq üçün nəzərdə tutulmuş idarəetmə
qolunun uzunluğu quyu ağzından ən azı neçə metr məsafədə olmalıdır?
28
Cavab: 6 metr.
461. ПР tipli perforatorla nasos kompressor borularından buraxılmaqla perforasiya etdikdə kabel başlığı
və sonluğu ilə birlikdə perforatorun maksimum uzunluğu ən çoxu nə qədər olmalıdır? Mərmilərin sayı
nə qədər olmalıdır?
Cavab: Maksimal uzunluq 5,5 metr, mərmilərin sayı isə 50 ədəd olmalıdır.
462. ПР tipli perforatorla istismar kəmərində perforasiya etdikdə kabel başlığı və sonluğu ilə birlikdə
perforatorun maksimum uzunluğu ən çoxu nə qədər olmalıdır? Mərmilərin sayı nə qədər olmalıdır?
Cavab: Maksimal uzunluq 30 metr, mərmilərin sayı isə 300 ədəd.
463. Özü hərəkət edən “Azenmaş” tipli aqreqatlardan istifadə etməklə quyuya buraxılan ПКС-80 tipli
perforatorun maksimal uzunluğu (kabel başlığı, yük ilə birlikdə) nə qədər olmalıdır?
Cavab: 8 metr.
464. Özü hərəkət edən “Azenmaş” tipli aqreqatlardan istifadə etməklə quyuya buraxılan ПК-105 tipli
perforatorun maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?
Cavab: 2,5 metr.
465. Özü hərəkət edə “Azenmaş” tipli aqreqatlardan istifadə etməklə quyuya buraxılan ПР-43 və ПР-54
tipli perforatolarrun maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?
Cavab: 5,5 metr.
466. Özü hərəkət edə “Azenmaş” tipli aqreqatlardan istifadə etməklə quyuya buraxılan ПКО-89С, ПКО-
73С tipli perforatoların maksimal uzunluğu (kabel başlığı, sonluğu ilə birlikdə) nə qədər olmalıdır?
Cavab: 6,5 metr.
467. ПКС-80 tipli perforatora elektrik detonatoru perforatorun yuxarı hissəsində bağlamağa icazə
verilirmi? Bu necə edilir?
Cavab: İcazə verilir. Bunun üçün yığılmış perforator quyuya buraxılır, perforator üzərində olan ən
yuxarıdakı mərmi, siyirtmədən bir az aşağı buraxılıb saxlanılır və detanator perforatora bağlanılır.
468. ПР-43, ПР-54 tipli perforatorlar hansı təzyiq və temperatura hesablanıb?
Cavab: 80 MПa təzyiqə və 150 dərəcə temperatura.
469. ПКС-80 tipli perforatorlar hansı təzyiq və temperatura hesablanıb?
Cavab: 80 MПa təzyiqə və 150 dərəcə temperatura.
470. Fontan olduqda siyirtməni uzaqdan bağlamaq üçün nəzərdə tutulmuş qol hansı təhlükəsizlik
tələblərinə cavab verməlidir?
Cavab: İdarəetmə qolunun uzunluğu 6 metrdən çox olmalı, həmin yer qoruyucu lövhə, həmçinin
“açıqdır” və “bağlıdır” göstəriciləri ilə təchiz edilməlidir.
471. Qazlı quyularda partlayış-atma işləri aparmaq olarmı?
Cavab: Yalnız lübrikatorla olar.
472. Partlayış-atma işləri zamanı sifarişçinin nümayəndəsi (geoloq) təhlükəli zonaya kimin müşayiəti ilə
daxil ola bilər. Onun təhlükəli zonaya sərbəst daxil olmaq hüququ varmı?
Cavab: Partlayış İşləri Rəhbərinin müşayiəti ilə daxil ola biər. Yoxdur.
473. Partlayış-atma işləri zamanı sifarişçinin nümayəndəsi (geoloq) hansı hallarda təhlükəli zonaya daxil
ola bilər?
Cavab: Perforasiya intervalınının dərinliyini dəqiqləşdirdikdə, quyu lüləsini qəliblədikdə, geofiziki
kabelə nəzarət nişanlarını bağladıqda, perforator yığılb qurtardıqdan (detanator qoyulana qədər) sonra
onu quyuya buraxmazdan əvvəl, perforatoru intervalda atıb quyudan çıxardıqdan sonra.
474. Partlayış işləri rəhbəri yuxarı nəzarət orqanlarının nümayəndələrini hansı hallarda təhlükəli zonaya
buraxmamalıdır?
Cavab: Vəsiqələrini təqdim etmədikdə, elektrik detonatoru perforatora bağlanıldıqda, quyuda atılmayan
perforatoru quyu ağzına qaldırdıqda.
29
475. Daşınma zamanı avtomobilin banının istənilən nöqtəsində ekvivalent dozanın gücü neçə mZv/saat-
dan çox olmamalıdır?
Cavab: 2 mZv/saat.
476. Hansı hallarda radioaktiv mənbəni (ampulanı) konteynerdən əllə götürüb quyu cihazına qoymaq
olar?
Cavab: Heç bir halda.
477. Hansı hallarda radioaktiv mənbəni (ampulanı) konteynerdən əllə götürüb quyu cihazına qoymaq
olar?
Cavab: Heç bir halda.
478. Radioaktiv mənbə RM anbarından hansı sənəd əsasında alınır?
Cavab: Tələbnamə.
479. Dəstə bazaya qayıtdıqda radioaktiv mənbəni RM anbarına təhfil vermək mümkün olmazsa mənbə
harada saxlanılmalıdır?
Cavab: Mühafizə olunan qaldırıcının banında.
480. Mənbələrin müvəqqəti saxlandığı mühafizə zonasının xaricində ekvivalent dozanın gücü hansı
həddən çox olmamalıdır?
Cavab: 1mkZ/saat.
481. RM-lərin xüsusiyyətlərindən asılı olaraq onlar neçə qrupa bölünür?
Cavab: 3.
482. Nəqliyyat indeksi nə deməkdir?
Cavab: Konteynerdən 1metr məsafədə ekvivalent dozanın gücü.
483. Radiasiya qablaşdırılmasının nəqliyyat indeksinin vahidi hansıdır?
Cavab: mR/saat.
484. Radiaoktiv bağlamalar neçə nəql dərəcəsinə bölünür?
Cavab: 4.
485. Radioaktiv maddələri, yanacaq, qida məhsulları və ya partlayıcı maddələr ilə bir yerdə saxlamaq
olarmı?
Cavab: Qadağandır.
486. Neytron-qamma üsulu ilə geofiziki tədqiqat işləri aparan zaman hansı mənbələrdən istifadə olunur?
Cavab: Neytron mənbələrdən.
487. Karotaj qaldırıcısının sürücü kabinəsində, bucurqad kabinəsində şüalanma dozasının gücü ən çoxu
nə qədər olmalıdır?
Cavab: 2,5mkZ/saat.
488. Qamma şüa verən mənbələrin konteynerinin içərisi hansı materialdan olmalıdır?
Cavab: Qurğuşun.
489. Neytron şüa verən mənbələrin konteynerinin içərisi hansı materiallardan olmalıdır?
Cavab: Ağır metallarla qarışıq parafin.
490. Mənbə olan quyu cihazını quyudan çıxaran zaman ilk növbədə hansı əməliyyatı aparmaq lazımdır?
Cavab: Cihazdan mənbəni ayırib daşınma konteynerinə qoymaq.
491. Müəssisəyə daxil olan radioaktiv mənbələr hansı sənəddə qeyd olunur?
Cavab: Mədaxil-məxaric jurnalında.
492. Nəql zamanı neçə saatdan bir radioaktiv məbənin vəziyyətini yoxlamalıdır?
Cavab: 2saat.
493. Radioaktiv mənbəni (RM) qaldırıcıda daşıyan zaman hansı təhlükəsizlik tələblərinə əməl
edilməlidir?
30
Cavab: RM qaldırıcıda daşınarkən nəqliyyat konteynerində olmalıdır. Konteynerin qapağı və
qaldırıcının qapısı qıfılla bağlanmalıdır. Daşınma zamanı hər 2 saatdan bir qaldırıcı saxlanılmalı və
konteynerin vəziyyəti yoxlanılmalıdır.
494. Quyuya getməyə hazırlaşan dəstə radioaktiv mənbəni RM anbarından hazırlıq işlərinin əvvəlində və
ya sonunda almalıdır? Alınmış radioaktiv mənbə qaldırıcının hansı hissəsinə qoyulmalıdır?
Cavab: Hazırlıq işlərinin sonunda alınmalı, qaldırıcının bucurqad şöbəsinə qoyulmalı və qaldırıcı
yubanmadan bazadan quyuya yola düşməlidir.
495. Radioaktiv mənbə quyu cihazına nə vaxt qoyulmalıdır?
Cavab: Quyu cihazını quyuya buraxma anında.
496. İçərisində Radioaktiv mənbə olan daşınma konteynerini əl ilə daşıyan zaman hansı köməkçi
vasitədən istifadə edilməlidir?
Cavab: Uzunluğu 1 metrdən az olmayan dəmir lingdən.
497. Radioaktiv mənbə (RM) quyuda iş yerindən ən azı hansı məsafədə saxlanılmalı və bu zaman hansı
təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: RM iş yerindən ən azı 10 metr aralı nəzarət oluna bilinən yerdə saxlanmalı, yanına 3 metr
məsafədən oxuna bilən xəbərdaredici nişan qoyulmalıdır.
498. Əgər quyuda radioaktiv mənbədən istifadə ediləcəksə quyunun qəbul körpüsü qarşısında hansı
ölçüdə meydança yaradılmalıdır?
Cavab: 20 X 10 metr.
499. İmpuls-neytron neytron karotaj cihazını quru quyularında, quyunun qəbul körpüsündə və ya quyu
ağzında işə salmaq olarmı?
Cavab: Olmaz.
500. İmpuls-neytron neytron karotaj cihazını quru quyularında nə vaxt işə salmaq olar?
Cavab: Quyuya yer səthindən ən azı 5 metr buraxandan sonra işə salmaq olar.
501. İmpuls-neytron neytron karotaj cihazını dəniz quyularında, quyunun qəbul körpüsündə və ya quyu
ağzında işə salmaq olarmı?
Cavab: Olmaz.
502. İmpuls-neytron neytron karotaj cihazını dəniz quyularında, nə vaxt işə salmaq olar?
Cavab: Dəniz dibindən ən azı 5 metr aşağı buraxdıqdan sonra.
503. Quru quyularında İmpuls-neytron neytron karotaj cihazını quyu ağzına qaldırmazdan əvvəl hansı
təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: Cihaz yer səthinə ən azı 5 metr qalmış söndürülməli 30 dəqiqə saxlanılmalı və yalnız bundan
sonra quyu ağzına qaldırılmalıdır.
504. Dəniz quyularında İmpuls neytron neytron karotaj cihazını quyu ağzına qaldırmazdan əvvəl hansı
təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: Dəniz dibinə ən azı 5 metr qalmış quyu cihazı söndürülməli 30 dəqiqə sönmüş vəziyyətdə
saxlanılmalı, yalnız bundan sonra quyu ağzına qaldırılmalıdır.
505. Quyuda radioaktiv mənbə ilə işə başladıqda hansı ardıcıllıq döğrudur?
Quyu cihazı qaldırıcıdan quyunun qəbul körpüsünə gətirilir, quyu cihazı kabel başlığına bağlanılır, quyu
cihazının işləyib-işləməməsi yoxlanılır, radioaktiv mənbə cihazının yanına gətirilir, radioaktiv mənbə
cihazına qoyulur və cihaz dərhal quyuya buraxılır.
506. Quyuda radioaktiv mənbə ilə işləyib qurtardıqdan sonra işlər hansı ardıcıllıqla aparılmalıdır?
Cavab: Quyu cihazı quyudan çıxarılır, radioaktiv mənbə cihazdan çıxarılıb konteynerə qoyulur,
konteyner aparılıb saxlanılma yerinə qoyulur, kabel başlığı quyu cihazından açılır, quyu cihazı nəzərdə
tutulmuş yerə qoyulur.
507. Radioaktiv mənbəni daşınma konteynerində əllə maksimum hansı məsafəyə daşımaq olar?
Cavab: 100 metr.
31
508. Radioaktiv mənbəni (RM) gəmiyə yükləməzdən əvvəl dəstə rəisi sifarışçinin nümayəndəsindən
hansı sənədi tələb etməlidir?
Cavab: Gəminin RM daşımağa hazır olması aktını.
509. Quyuda Radioaktiv mənbə saxlanılan yerdə hansı təhlükəsizlik nişanı asılmalıdır?
Cavab: “Təhlükəlidir”.
510. Radioaktiv mənbə quyuda qaldıqda (çıxarmaq mümkün olmadıqda) quyuda neçə metr hündürlükdə
sement körpüsü qoyulur?
Cavab: 20 metr.
511. Quyu lüləsini qəlibləmədən (şablon etmədən) radioaktiv quyu cihazını quyuya buraxmaq olarmı?
Cavab: Olmaz.
512. Radioaktiv mənbələr daşıyan furqon tipli avtomobillərin banı kabinədən ən azı neçə sm aralı
olmalıdır?
Cavab: 15sm.
513.Radioaktiv mənbənin nəql konteynerindən çıxarılması və iş yerindən uzaqlaşdırılması hansı
müddətdən çox olmamalıdır?
Cavab: 2 dəqiqədən.
514.Radioaktiv mənbənin daşınma konteynerində quyu cihazının yanına gətirilməsi hansı müddətdən çox
olmamalıdır?
Cavab: 1 dəqiqədən.
515. Radioaktiv mənbənin daşınma konteynerindən çıxarılması və quyu cihazının zond hissəsinə
yerləşdirilməsi hansı müddətdən çox olmamalıdır?
Cavab: 0,5 dəqiqədən.
516. Radioaktiv mənbəni quyu cihazına qoyduqdan sonra cihaz ən geci hansı müddətə quyuya
buraxılmalıdır?
Cavab: 1 dəqiqəyə.
517.Cihazı quyudan çıxardıqdan sonra radioaktiv mənbə ən geci hansı müddətə quyu cihazından çıxarılıb
daşınma konteynerinə qoyulmalıdır?
Cavab: 1 dəqiqəyə.
518.Daşınma konteynerinin qaldırıcıya aparılması və nəqil konteynerinə yerləşdirilməsi hansı müddətdən
gec olmamalıdır?
Cavab: 2 dəqiqədən.
519. Daşınma zamanı avtomobilin banından 1 metr məsafədə ekvivalent dozanın gücü neçə mZv/saat-dan
çox olmamalıdır?
Cavab: 0,1mZv/saat.
520.Radioaktiv mənbəni quyuya buraxılacaq cihazın qurğusuna kim yerləşdirməlidir?
Cavab: Dəstənin mühəndis texniki işçiləri.
521. TS18001 OHSAS “əməyin mühafizəsi və təhlükəsizliyi” standartının hansı məqsədi vardır?
Cavab: İşçiləri qorumaq, istehsalın təhlükəsizliyini təmin etmək, müəssisənin təhlükəsizliyini təmin
etmək.
522. TS18001 OHSAS “əməyin mühafizəsi və təhlükəsizliyi” üzrə standartda rəhbərliyin təhlili nədən
ibarətdir?
Cavab: TS18001 OHSAS “əməyin mühafizəsi və təhlükəsizliyi” üzrə standartda rəhbərliyin təhlilinin
nəticələri təşkilatın davamlı yaxşılaşdırma öhdəliyinə uyğun olmalı və aşağıdakılara uyğun qərarları və
əməliyyatları əhatə etməlidir:
a). ƏMT fəaliyyəti; b). ƏMT siyasəti və hədəfləri; c). Resurslar; d). ƏMT idarəetmə sisteminin digər
elementləri. Rəhbərliyin təhlilinin nəticələri, xəbərləşmə və müzakirə üçün hazır vəziyyətə gətirilməlidir.
Dostları ilə paylaş: |