7
106. Hansı gərginlikdən sonra dəyişən cərəyanla işləyən elektrik qurğuları yerlə
birləşdirilməlidir?
Cavab: 36V-dan yuxarı.
107. Hansı gərginlikdən sonra sabit cərəyanla işləyən elektrik qurğuları yerlə birləşdirilməlidir?
Cavab: 110V.
108. Hansı gərginliklərdə işləyən elektrik qurğuları torpaqlayıcısı (yerlə birləşdirici) olmadan istismar
edilə bilər?
Cavab: Dəyişən gərginliklə nominal qiyməti 36V və aşağı, sabit gərginlikdə isə 110V və aşağı.
109. 36V-dan aşağı gərginliklə işləyən elektrik qurğuları hansı hallarda yerlə birləşdirilməlidir?
Cavab: Partlayış təhlükəsi olduqda.
110. Elektrik qurğusunun yerlə birləşdiriləcək bir neçə hissəsini, yerləbirləşdirmə naqilinə ardıcıl olaraq
birləşdirmək olarmı?
Cavab: Olmaz.
111. Yerləbirləşdirici naqillər nədən mühafizə olunmalıdır?
Cavab: Paslanmadan.
112. Açıq uzadılmış çılpaq yerləbirləşdiricilər hansı rənglə rənglənməlidir?
Cavab: Qara.
113. Daşınan yerləbirləşdiricinin en kəsiyinin sahəsi ən azı necə mm
2
və hansı materialdan olmalıdır?
Cavab: En kəsiyinin sahəsi 25 mm
2
dən az olmayan çox damarlı, elastiki mis naqildən.
114. Elektrik qurğularının yerləbirləşdiricilərinin müqavimətləri neçə ildən bir ölçülməlidir?
Cavab: Ən azı ildə bir dəfə.
115. Laboratoriyanın torpaqlama kabelinin müqaviməti ən azı neçə om olmalıdır?
Cavab: 4 om.
116. Laboratoriya və qaldırıcının torpaqlama kabellərinin quyuda birləşdiriləcəyi yerin müqaviməti neçə
om-dan çox olmamalıdır?
Cavab: 10 om.
117. Buruğun pilləkənləri ilə quyuağzı meydançaya qalxıb-düşən zaman hansı təhlükəsizlik tələblərinə
əməl edilməlidir?
Cavab: Əllər sərbəst olmalı, pilləkənin yanlarındakı tutacaqlardan iki əl ilə tutulmalıdır. Eyni zamanda
iki nəfərin pilləkənlə yuxarı qalxması və ya aşağı düşməsi zamanı onlar arasında ən azı bir metr məsafə
olmalıdır.
118. Qazma quyularında çarxların (roliklərin) quyunun qəbul körpüsündən quyuağzı körpüyə qaldırılması
və ya quyuağzı meydançadan quyunun qəbul körpüsünə endirilməsi necə yerinə yetirilir və bu zaman
hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: Çarxların (roliklərin) qazma quyusunun qəbul körpüsündən quyu ağzı meydançaya qaldırılması,
quyu ağzı meydançadan quyunun qəbul körpüsünə endirilməsi buruq bucurqadı vasitəsi (qaldırıb-
endirmə əməliyyatını pultla idarə edən sifarişçinin nümayəndəsidir) ilə yerinə yetirilir. İşçilər çarxların
qaldırma və ya endirmə zamanı açılmayacağına əmin olmalıdır. Çarxların qaldırılması və endirilməsi
əməliyyatları zamanı quyunun qəbul körpüsündə dayanmaq qadağandır.
119. Quyuda istiqamətləndirici çarxı (roliki) bağlayan və yuxarı asqı çarxı asan zaman hansı təhlükəsizlik
tələblərinə əməl edilməlidir?
Cavab: Yuxarı çarx tal blokunun qarmağından sırğa vasitəsi ilə asılmalı, aşağı istiqamətləndirici çarx
isə buruğun özülünə bərkidilməlidir. Aşağı çarxı boltla bağlayan zaman
iki qaykadan istifadə etmək lazımdır. Qaykaları bağlamaq üçün istifadə olunan açarlar qaykanın
ölçüsünə üyğun olmalıdır.
8
120. İstiqamətləndirici roliki bağlayan zaman boltun ölçüsü 28 olarsa, dəstədə bu ölçüdə açar yoxdursa
(olan açarlar 28 ölçüdən böyükdürsə) açarın ağzına əlavə dəmir lövhə qoymaq şərti ilə qaykanı bağlamaq
olarmı?
Cavab: Olmaz.
121. Yuxarı asqı çarxı (rolik) əvəzinə buruğun tal blokunun boş çarxlarından istifadə etmək olarmı?
Cavab: İstifadə etmək qadağandır.
122. Geofiziki cihazı kabel başlığına bağlamazdan əvvəl nələr bir daha yoxlanmalıdır?
Cavab: Yiv yerlərinin təmizliyini, kipləşdirici rezinlərin sazlığını, yağlanmasını, kabel və kabel başlığını
həmçinin quyu ağzı avadanlığın etibarlı bərkidilməsini.
123. Qazma quyusunda quyuya buraxılacaq geofiziki cihaz, kabel başlığına quyunun qəbul körpüsündə,
quyu ağzından hansı məsafədə bağlanmalıdır?
Cavab: Quyunun qəbul körpüsündə quyu ağzına maksimum yaxın məsafədə.
124.Quyuda qaldırıcı və laboratoriya elektrik şəbəkəsinə nə vaxt və kim tərəfindən qoşulmalıdır?
Cavab: Geofiziki avadanlıqların montajı başa çatdıqdan, qaldırıcı və laboratoriya torpaqlandıqdan
sonra buruğun elektrik montyoru tərəfindən.
125. Quyuda laboratoriyanın və qaldırıcının elektirik və digər əlaqələndirici kabelləri yer səthindən ən azı
hansı hündürlükdə olmalıdır?
Cavab: 0,5 metr.
126. İstiqamətləndirici və asıqı roliklərinin birləşmə yerlərinin möhkəmliyi geofiziki kabeli qıran
qüvvədən ən azı necə dəfə çox olmalıdır?
Cavab: İstiqamətləndirici rolik 3dəfə, asqı roliki 4 dəfə.
127. İstiqamətləndirici və asqı çaraxlarından istifdə edən zaman kabel başlığına bağlanılmış geofiziki
cihazı quyuya quyunun qaldırıcı mexanizmləri ilə vasitəsi qaldırıb buraxmaq olarmı?
Cavab: Olmaz.
128. Quyuda geofiziki cihaza təhlükəli gərginlik nə vaxt verilməlidir?
Cavab: Cihazı quyuya buraxdıqdan sonra.
129. Quyu cihazına quyuya buraxmadan gərginlik vermək zərurəti yaranarsa, dəstə üzvləri cihazdan ən
azı hansı təlükəsizlik məsafəsinə çəkilməlidirlər?
Cavab: 2 metr.
130. Quyunun qəbul körpüsü qarşısında hazırlanmış meydançada qaldırıcının saxlanıldığı yerdən (tələb
olunan məsafədə saxlanılmış) quyu ağzını görmək mümkün olmazsa nə etmək lazımdır?
Cavab: Qaldırıcının dayandığı yeri horizontal vəziyyətə gətirmək lazımdır.
131. Asma roliklərin asıldığı tal-blok fırlanmaya qarşı nə ilə təmin olunmalıdır?
Cavab: Fırlanmaya qarşı dəmir pərçim (stopr) ilə.
132. İstiqamətləndirici roliki quyuda kanatla bağlamaq olarmı?
Cavab: Olmaz.
133. İstiqamətləndirici roliklərin birləşmə yerləri ən azı neçə müddətdən bir sınaqdan keçirilməlidir?
Cavab: 1 il.
134. İstiqamətləndirici rolikin bağlanılma yeri ən azı neçə ton yükə davam gətirməlidir?
Cavab: 18 ton.
135. Qazma quyularında işləyən zaman quyunun açıq lüləsində quyu cihazını ən çoxu neçə dəqiqə
hərəkətsiz saxlamaq olar?
Cavab: 2 dəqiqə.
136. Tutulmuş zirehli kabeli azad edən zaman ona maksimum nə qədər yük vermək olar?
Cavab: Kabeli qırılmasına lazım olan gücün yarısı qədər.
137. Quyuya geofiziki cihaz buraxarkən qaldırıcının bucurqadının barabanında ən azı neçə cərgə geofiziki
kabel qalmalıdır?