13
202. Kompüterlə işləyən işçiyə təsir edən zərərli və təhlükəli istehsalat amilləri hansılardır?
Cavab: İnsan bədənindən keçən elektrik cərəyanı, yüksək elektromaqnit şüalanması, infraqırmızı
şüalanma, iş sahəsinin normalara uyğun işıqlandırılmaması, iş zonasında rütubətin normadan çox
olması, səs-küyün normadan artıq olması, zehni gərginlik, iş zonasında hava hərəkətinin normadan az və
ya çox olması.
203. Manitor, gözdən aşağı və ya yuxarı səviyyədə yerləşməlidir? Operator ekrana necə baxmalıdır?
Cavab: Monitorun ekranının üst hissəsi operatopun gözünün səviyyəsində və ya bir az aşağıda
yerləşməli, (ekran şaquli oxdan 10-15 dərəcə əyilməlidir.) operator ekrana yuxarıdan aşağı baxmalıdır.
204. Kompüter avadanlıqlarını nəm əsgi ilə təmizləmək olarmı? Olarsa nə vaxt?
Cavab: Bütün sistemini elektrik mənbəyindən açdıqdan sonra.
205. İşçi uzun müddətə kompüter qarşısındakı iş yerini tərk etdikdə nə etməlidir?
Cavab: Kompüter sistemini söndürməlidir.
206. Kompüter qarşısında işləyən işçi özündə yorğunluq və gərginlik hiss etdikdə nə etməlidir?
Cavab: İş rəhbərinə bu barədə xəbər verib kömpüterdən müvəqqəti aralanmalıdır.
207. Kompüterlə fasiləsiz ən çoxu neçə saat işləmək olar?
Cavab: 2saat.
208. İş şəraiti sanitar norma və qaydalarına uyğun olmadıqda əlavə fasilənin müddəti neçə faiz
artırılmalıdır?
Cavab: 30%.
209. Kompüterlə 8 saatlıq iş növbəsi ərzində I-ci iş kateqoriyası üçün hər 2saatdan bir neçə dəqiqə fasilə
verilir?
Cavab: 15 dəqiqə.
210. Kompüterlə işləyənlərə iş saatının səkkizinci saatından sonra, hər saatdan bir neçə dəqiqə fasilə
verilməlidir?
Cavab: 15 dəqiqə.
211. Təbii və süni işıqlandırma kompüterə hansı istiqamətdən yönəlməlidir?
Cavab: Soldan.
212. Kompüterdə işləyən adamın gözləri monitordan nə qədər aralı olmalıdır?
Cavab: 60-70sm.
213. Kompüterin klaviaturası masada istifadəçidən hansı məsafədə olmalıdır?
Cavab: 10-30sm.
214. Kompüter texnikası olan iş yerində tozun səviyyəsi bir kubmetr havada makismum neçə milliqram
olmalıdır?
Cavab: 0,5mq.
215. Kompüterdə işləyən zaman gözlərinizi yormamaq üçün nə etməlisiniz?
Cavab: Hərdən bir manitordan kənarda uzaq bir nöqtəyə baxmalı.
216. Kompüterin təsirindən yaranan lokal əzələ gərginliyini necə aradan qaldırmaq olar?
Cavab: Özünü masaj və istehsalat gimnastikası ilə.
217. Kompüter masasının hündürlüyü nə qədər olmalıdır?
Cavab: 60-80 sm.
218. Kompüter istifadəçisi hansı növ stuldan istifadə etməlidir?
Cavab: Kürsülü fırlanan.
219. Komrütür kürsüsünün oturacağı hansı materialdan olmalıdır?
Cavab: Sürüşməyən, elektriklənməyən, havakeçirən, tez təmizlənən materialdan.
220. İşçi stol (kompüter) üzərində işıqlanma ən azı neçə lk olmalıdır?
Cavab: Lüminses lampa ilə - 300lk, közərmə lampa ilə - 150 lk.
221. Kompüter kürsüsünün ən azı neçə (fırlanan hərəkət edən) ayağı olmalıdır?
14
Cavab: 5.
222. Kompüter kürsüsündə oturan işçinin diz və ombaları hansı səviyyədə olmalıdır?
Cavab: Eyni səviyyədə olmalıdır.
223. Manitorun düzgün yerləşdirilməməsi işçinin səhhətində hansı fəsadlar yarada bilər?
Cavab: Göz, bel, çiyin ağrıları.
224. Yanğının baş verməsi üçün hansı şərait olmalıdır?
Cavab: Yanan maddələr, yanma mühiti, yandırma mənbəyi.
225. Yanğın törədə bilən mənbələr hansılardır?
Cavab: Açıq alov, elektrik enerjisindən qısa qapanma, qızdırıcı cihazlardan ayrılan istilik, mexaniki
yolla əmələ gələn qığılcım, şimşək, öz-özünə alışan maddələr.
226. Yanğın əleyhinə tədbirlərin əsasını nə təşkil edir?
Cavab: Yanğın törədə biləcək mənbənin aşkar edilməsi və onun vaxtında zərərsizləşdirilməsi.
227. Yanğının hansı fazasında ilkin yanğınsöndürmə vasitələri ilə yanğının böyük əraziyə yayılmasının
qarşısını almaq və ya söndürmək olar?
Cavab: Yanğının ilkin başlanma anında.
228. Qaldırıcının və ya laboratoriyanın döşəmələrini tezalışan mayelərlə silmək olarmı?
Cavab: Olmaz.
229. Yanğına həssas olan yerlərə daxil olan avtonəqliyyat vasitələrinə əlavə hansı tələb olmalıdır?
Cavab: Nəqliyyat vasitəsinin tüstü borusuna qığılcım söndürən bağlanmalıdır.
230. Sürtkü materialları istehsalat sahələrində necə günlük təlabat miqdarında və harada saxlanılmalıdır?
Cavab: Bir günlük təlabat qədər qapağı olan və kip bağlanan dəmir qutularda dəmir şkafda
saxlanılmalıdır.
231. Ehtiyat sürtkü-yanacaq materialları, daxili yanacaq mühərrikləri işləyən qurğulardan ən azı neçə
metr məsafədə yerləşdirilməlidir.
Cavab: 20 metr.
232. İşçilərin iş paltarları (xüsusi paltarlar) iş yerlərində necə saxlanılmalıdır?
Cavab: İş paltarları xüsusi otaqlarda fərdi şkaflarda saxlanılmalıdır. Paltarların cibində yağlı əsgilər,
silgi materialları saxlamaq qadağandır.
233. Yanğın söndürən vasitələrdən olan keçə və azbest parçası necə saxlanmalı, hansı vaxtdan bir
təmizlənməlidir?
Cavab: Qapalı dəmir futlyarlarda saxlanılmalı və hər üç aydan bir, günə verilib tozdan təmizlənməlidir.
234. Yanğın baş verən zaman hər bir işçi hansı tədbirləri görməlidir?
Cavab: Təcili telefonla yanğın baş verməsi barədə yanğından mühafizə xidmətinə xəbər verməli,
insanları evakuasiya etmək, yanğını söndürmək, qiymətli malları xilas etmək üçün tədbirlər görməli, öz
həyatı üçün təhlükə hiss etdikdə ərazini tərk etməlidir.
235. Hansı yanğın təhlükəsizlik nişanlarından istifadə edilir?
Cavab: Qadağanedici, xəbərdaredici, göstərişverici, göstərici.
236. Elektrik enerjisi ilə işləyən peçlərin yanında hansı yanğınsöndürmə vasitələri olmalıdır?
Cavab: Qum yeşiyi, bel, karbonlu odsöndürən.
237.Yanğın inventarlarından hansı hallarda istifadə etmək olar?
Cavab: Fövqəladə hallar zamanı.
238. Hansı gərginlikdən yuxarı elektrik alətlərinin gövdəsi torpaqlanmalıdır?
Cavab: 36V.
239. Elektrik işıqlandırma zamanı lampalar tikinti konstruksiyasının səthindən ən azı neçə metr aralı
olmalıdır?
Cavab: 0,2 metr.
240. Daşınan çıraqlar hansı təhlükəsizlik tələblərinə cavab verməlidir?