17
Cavab: Donan hissəsini quru mahlıc, yun əlcəklə qızarana qədər ovxalamaq lazımdır. Donmuş ətrafı ilıq
suya qoyun. 20-30 dəqiqə ərzində temperaturu 20
0
S-dən 40
0
S-yə qədər qaldırin. Bundan sonra donan
hissəni piy (yağ, borlu maz) ilə yağlamaq və isti şal və ya yun şərflə sarımaq lazımdır.
275. Mayeləşdirilmiş karbohidrogen qazların təsiri nəticəsində donvurma zamanı (dəridə qabarcıqlar və
qaralma olmadıqda) ilk tibbi yardım göstərmək qaydası necədir?
Cavab: Donan hissəni güclü su axını ilə yumalı və yanığa qarşı maz sürtməli.
276. Qabırğa sınığı zamanı ilk tibbi yardım göstərmək qaydası necədir?
Cavab: Zərərçəkən nəfəsini buraxan anda onun sinəsini bint və ya dəsmalla möhkəm sıxıb bağlamaq
lazımdır. Ağrıları azaltmaq və öskürəyi kəsmək üçün zərəçəkənə analgin, amidopirin həbləri verin.
Oturaq vəziyyətdə zərəçəkəni həkimə çatdırın.
277. Dəriyə daxil olan hər hansı bir yad əşyanı çıxaran zaman ilk tibbi yardım necə göstərilir?
Cavab: Əşyanı dərhal çıxarmağa səy göstərməyin. Tam əmin olduqda ki siz həmin əşyanı ağrısız tam
çıxara biləcəksiz ancaq onda bunu etməyə çalışın. Əşyanı çıxartdıqdan sonra həmin yerə yod sürtüb,
üstünə steril sarğı qoyun.
278. Gözə düşən hər hansı bir əşyanı (əşya gözün almasına keçməyibsə) çıxaran zaman ilk tibbi yardım
necə göstərilir?
Cavab: Əşyanı çıxartmaq üçün gözü bor turşusu və ya təmiz su ilə yumaq lazımdır. Yuyulma, gözün
gicgaha tərəf olan hissəsindən buruna tərəf olmalıdır.
279. Gözə düşən hər hansı bir əşya gözün almasına keçibsə ilk tibbi yardım necə göstərilir?
Cavab: Əşya gözün almasına keçibsə təcili həkimə müraciət etmək lazımdır.
280. Gözə kimyəvi maddə düşdükdə ilk tibbi yardım necə göstərilir?
Cavab: Zərərçəkənin gözlərini ən azı 15-30 dəqiqə təmiz su ilə yumaq lazımdır. Bunun üçün zərəçəkən
başını içərisində su olan qaba tərəf əyməli gözlərini yumalıdır. O, gözlərini qabda olan suda açıb-
bağlamalı və göz almalarını müxtəlif istiqamətlərdə hərəkət etdirməlidir.
281. Yuxarı göz qapağına düşən yad cismi gözdən kənar etmək necə həyata keçirilir?
Cavab: Göz qapağını çevirmək lazımdır. Bunun üçün zərərçəkəndən aşağı baxmağı xahiş edin, sağ əlin
iki barmağı ilə yuxarı göz qapağını tutub onu qabağa və aşağı çəkməklə sol əlin baş barmağı ilə göz
qapağının üst hissəsindən onu (yad cismi) aşağıdan yuxarı qaldırın.
282. Yanıq nədir?
Cavab: Kimyəvi, termiki, elektrik və radiyasiyanın təsiri nəticəsində toxumaların zədələnməsi.
283. Hansı yanıqlara termiki yanıqlar deyilir?
Cavab: Bədənə yüksək temperaturun (alov, qaynar su, yanan və isti maddə) bilavasitə təsir etməsi
nəticəsində yaranan yanıqlara - termiki yanıqlar deyilir.
284. Termiki yanıqlar neçə qrupa bölünür?
Cavab: 4.
285. Əgər işçinin barmaqları yanmışsa zərərçəkənə ilk tibbi yardım necə göstərilməlidir?
Cavab: Bu zaman zərərçəkənin barmaqları arasına tənzif qoyulmalıdır.
286. Əl yanığı zamanı saat və bəzək əşyaları çıxarılmalıdırmı?
Cavab: Çıxarılmalıdır.
287. Yanıq zamanı immobilizasiya tədbirləri vaxtı bədənin vəziyyəti necə olmalıdır?
Cavab: İmmobilizasiya vaxtı dəri maksimum dartılmış vəziyyətdə olmalıdır.
288. Əgər dirsək nahiyəsinin iç səthi yanımışsa qol necə fiksasiya olunmalıdır?
Cavab: Bu zaman qol bükülmədən fiksasiya olunmalıdır.
289. Əgər dirsək nahiyəsinin arxa səthi yanmşsa qol necə fiksasiya olunmalıdır?
Cavab: Bu zaman qol bükülüb fiksasiya olunmalıdır.
290. Əgər əlin arxa hissəsi yanmışsa əl necə fiksasiya olunmalıdır?
18
Cavab: Bu zaman bilək və barmaqlar maksimum dərəcədə içəriyə doğru əyilmiş halda fiksasiya
edilməlidir.
291. Əgər əlin iç hissəsi yanmışsa əl necə fiksasiya olunmalıdır?
Cavab: Bu zaman bilək və barmaqlar maksimum dərəcədə xaricə (açılmış) doğru əyilmiş vəziyyətdə
fiksasiya edilməlidir.
292. Geniş (dərin) yanıqlar zamanı hərarəti aşağı salmaq üçün dərini yumaq olarmı?
Cavab: Olmaz.
293. Gözün elektrik qövsü ilə yanması zamanı necə ilk tibbi yardım göstərilir?
Cavab: Gözü bor tutşusu ilə kompres edib təcili həkimə çatdırmaq lazımdır.
294. Buxardan, elektrik qövsündən, isti qətrandan, konifoldan dəridə əmələ gələn yanıqlara ilk tibbi
yardım eyni, yoxsa müxtəlif cür göstərilir?
Cavab: Eyni qaydada.
295. Cərəyan vurmuş adamın əlindən gərginlik altında olan cərəyan naqilini ayırmaq üçün ilk
növbədə nə etmək lazımdır?
Cavab: Elektrik dövrəsini açmaq və ya naqili kəsmək lazımdır.
296. Elektrik cərəyanı vuran insanın həyatını xilas etməyin əsas effekti nədən asılıdır?
Cavab: Zərərçəkəni vaxtında elektrik cərəyandan azad etməkdən və ilk tibbi yardımın düzgün
göstərilməsindən asılıdır.
297. Gərginlik altında olan adamı (elektrik cərəyanını söndürmək və ya kəsmək mümkün olmadıqda və
gərginlik altında olan naqili zərərçəkəndən aralamaq üçün hər hansı vasitə olmadıqda) gərginlik altından
necə azad etmək olar?
Cavab: Zərərçəkənin paltarının quru (bədənindən aralı) yerindən bir əllə tutub dartmaqla.
298. Əgər gərginlik altında olan zərərçəkən hündürlükdədirsə onu elektrik cərəyanından azad etməzdən
əvvəl hansı tədbiri görmək lazımdır?
Cavab: Onun təhlükəsiz yerə düşməsini.
299. Elektrik cərəyanından azad edilmiş adam huşunu itirməyibsə ona necə ilk tibbi yardım
göstərilməlidir?
Cavab: Zərərçəkəni rahat yerə uzatmalı, üstünü örtməli, həkim gələnə qədər sakit şərait yaratmalı,
nəbzinə və nəfəs almasına nəzarət edilməlidir.
300. Elektrik cərəyanından azad edilmiş zərərçəkən huşunu itiribsə, ona necə ilk tibbi yardım
göstərilməlidir?
Cavab: Zərərçəkəni düz və rahat yerə uzatmalı, yaxasını açmalı, onu təmiz hava axını ilə təmin etməli,
naşatır spirti iylətməli, üzünə su səpməli və tam sakitlik yaradılmalıdır.
301. Elektrik cərəyanından azad edilmiş zərərçəkənin nəbzi vurmursa, nəfəs almırsa və ya o çox çətin və
gec-gec nəfəs alırsa, iflic vəziyyətindədirsə ona necə ilk tibbi yardım göstərmək lazımdır?
Cavab: Zərərçəkəni düz və rahat yerə uzatmalı, dəqiqədə 16-20 dəfə süni nəfəs verməli və ürəyini masaj
etmək lazımdır.
302. Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk tibbi yardım göstərmək ardıcıllığı doğrudurmu?
Cavab: Cərəyanı söndürməli, zərərçəkənin ürək döyünmələrini çox diqqətlə dinləməli, təcili yardım
çağırmalı, zərərçəkəni xəstəxananın kardioloji şobəsinə yerləşdirməli.
303. Süni nəfəs vermənin hansı üsulları var?
Cavab: Ağızdan-ağıza və ağızdan-buruna.
304. Zərərçəkənə
süni nəfəs vermək necə həyata keçirilir?
Cavab: Zərərçəkən bərk yerə elə uzadılır ki, nəfəs yolları açıq olsun. Zərəçəkənin ağızdan yad cisimləri
çıxarın. Aşağı çənəni qabağa çəkin. Zərərçəkənin burnunu iki barmaqla tutun və dərindən nəfəs alın.
Zərərçəkənin dodaqlarını ağzınıza alın və 2 dəfə dərindən nəfəs verin. Sonra 2 əllə 10 dəfə zərərçəkənin
döş qəfəsini basın.